218
- Bu arzu, istək, hiss kökdən gəlir. Bizim Qərəvəlli kəndi
Zərdabın seçilən kəndlərindəndir. Qərəvəlli sakinləri özlərinin
xeyirxahlığı, safqəlbliyi, dini etiqadları ilə seçilirlər. Mənim
babalarım məhşur seyid Mir Abdulla ağa və Mir Səftər ağadır.
Uşaqlığım onların yanında keçib. Onların elm, din haqqında
ibrətamiz söhbətləri məni həmişə özünə məftun edər, sanki
sehrləyirdi. Dünyadakı, səmadakı hər şeyin, hər hadisənin bir-
birini tamamladığını təəccüblə müşahidə edər, Allahın
varlığına möhkəm inam yaranırdı. Bu inam, bu əqidə mənim
təhsildəki nailiyyətlərimə də böyük təsir göstərirdi. Elmi
zirvələri fəth etməyimə baxmayaraq, yenə də özümü hardasa
yarımçıq hesab edirdim. Sovetlər birliyi dağılandan sonra
sərhədlər açıldı və məni daim sehrləyən,özünə cəlb edən
ziyarətlərə getməyimə imkan yarandı. Mənə elə gəlir ki, bu
ziyarətə daxilən hazır olan insanları Allah özü çağırır. Yəni bu
hər kəsin istəyi ilə deyil, gərək Allah qismət edə.
Bir dəfə mənə çox yaxın olan bir dostum belə bir sual verdi ki,
bu qədər titulların var, heç bilmirəm sənə necə müraciət edim?
Cavab verdim ki, bu adların hər biri gərgin, fiziki- mənəvi
zəhmətin nəticəsi olduğu üçün mənə çox əzizdir. Lakin ən
ümdə olanı budur- Hacı İsmayıl. Mən bu adla fəxr edirəm.
Bundan özümçün böyük qürur duyuram. Babam 1915- ci ildə
ziyarətə gedib, geri qayıtmayıb. Onu camaat “Ocaq” kimi
qəbul edib, qəbrini ziyarətgaha çeviriblər.
Kəndimizin əhalisi yığılıb kənddə böyük bir məscid binası
tikiblər. Bu məsciddə əhali ibadət edir. Məscidin tikilməsinə
Sibirdə yaşayan kəndin sakini Qambayev Göyüş rəhbərlik
etmiş və bütün xərcini o çəkmişdir.
Kəndimizin Mingəçevirdə yaşayan cavanları, xüsusilə Hacı
Xanəli başda olmaqla, böyük bir məscid tikiblər və adını
“Heydər məscidi” qoyublar. Bu məscid hörmətli prezidentimiz
Heydər Əliyevin şərəfinə ucaldılmışdır.
219
Yəni demək istəyirəm ki, bizim kəndimizdə dini adət-ənənələrə
böyük hörmət vardır. Mən də bu kəndin yetirməsi kimi Bakıda
yaşamağıma baxmayaraq, həmin adət- ənənələri heç vaxt
yaddan çıxarmıram.
Mən 1996-cı il aprel ayının 17-dən mayın 5-nə qədər Həcc
ziyarətində olmuşam. Burada maraqlı bir faktı qeyd etmək
istərdim. Aprelin 30- da avtobusla Məkkə şəhərindən
Mədinəyə yola düşdük. Biz avtobusda keçmiş Ali Məhkəmənin
sədri Abdulla İbrahimov, Canəli Əkbərov və Ağaxan
Abdullayevlə bir yerdə idik. Hacı Abdulla üzünü Hacı
Canəliyə və Hacı Ağaxana tutub dedi: “Nə vaxtdandır ki,
operada “Leyli və Məcnunu” ifa edirsiniz. Bu da Sizin səhnədə
arzuladığınız Leyli və Məcnunun vətəni. İndi buyurun,
məharətinizi burada da göstərin.”Düzünü deyim ki, Mədinə
şəhərinə qədər Ağaxanla Canəli muğam oxudular.Əlbəttə, bu
heç vaxt yadımdan çıxmaz.
Orta məktəbdə oxuyarkən həmişə Şərq ölkələrinə getməyi
arzulayırdım. Axır ki, ziyarət etməklə bərabər şəhərləri gəzib,
ərəblərin adətlərini də öyrəndim. Ümumiyyətlə, bu ziyarət
mənim həyatımda böyük dönüş yaratdı.
- Hacı kimi hansı xeyirxah işlər görmüsünüz?
- Həzrət Əlinin (ə) belə bir kəlamı var: “Hər bir insanın
qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür”.Mən bu kəlamı özüm
üçün şüar etmişəm. Hər gün Həzrət Əlinin (ə) sözlərini
ürəyimdən keçirirəm. Kim harda nə çətinliyə düşsə, nə
imkanım olsa köməklik edirəm ( həm mənəvi, həm də maddi).
Kəndimizin qəbiristanlığı kənddən iki kilometr aralıda yerləşir.
Həmin qəbiristanlığa getmək üçün əhali çox əziyyət çəkirdi.
Hətta, qış aylarında ora traktorla güclə getmək olurdu.
Qardaşlarım Sibirdə işləyirdilər, onların imkanları yaxşı idi.
Mən onları çağırdım, məsləhətləşdik. Böyük xərclə kənddən
qəbiristanlığa iki kilometrlik asfalt yol çəkdik. İndi camaat
220
həmin yolla rahat gedib- gəlir, bizim də atamıza rəhmət
oxuyurlar.
Həcc ziyarətinə gedən bir neçə Quran oxuyan şəxslərə kömək
etmişəm. Hər il ziyarətə gedənlərə maddi cəhətdən köməklik
edirəm.
Hazırda heç imkanı olmayanlarda da tez- tez kömək əlimi
uzadıram. Mənim özümə də Sibirdə işləyən qardaşlarım
köməklik edir. Mən gördüyüm işləri onların hesabına edirəm.
Ümumiyyətlə, xeyirxahlıq əməllərindən nə qədər ki, canım
sağdır əl çəkməyəcəm.
- Professor, eşitdiyimə görə siz Azərbaycan Beynəlxalq
Universitetində işləmisiniz. Bu universitetin yaranmasında
sizin də rolunuz olub? Bu barədə nə deyə bilərsiniz?
- Əvvəla qeyd etmək lazımdır ki, bu ali məktəb hörmətli
prezidentimiz Heydər Əliyev cənablarının xeyir- duası ilə
1997- ci il oktyabrın 11- də dövlət qeydiyyatından keçmişdir.
ABU-nun təsisçisi və rektoru professor Elşad Abdullayevdir.
İxtisasca hüquqşünas olan E. Abdullayev çox bacarıqlı və
təşkilatçı bir ziyalıdır. O, təkcə Respublikamızda deyil, həm də
respublikadan kənarda güclü hüquqşünas kimi tanınır. O,
millətini sevən və onun qeyrətini çəkən adamdır. Elşad
müəllim Moskvada aspiranturada oxuyarkən ermənilərin
liderlərindən olan Şahnazarovla heç nədən çəkinmədən tez-tez
mübahisələr edərdi. Bu mübahisələrdən o həmişə qalib çıxardı.
Elşad təhsili sevən və canyandıran adamdır. Onunla uzun
müddət həqiqi dost olumuşuq. Mən onun təhsilə münasibərini
hamıdan yaxşı bilirəm, ona görə onu istəyən və istəməyənlərin
yanında həmişə deyərdim ki, Elşad müəllimdən yaxşı rektor
olar. Istəməyənlər deyirdilər: “Niyə?” Mən cavab verirdim ki,
o, savadlı hüquqşünasdır. Moskvada oxuyub, cavan olmasına
baxmayaraq, təcrübəsi çoxdur, təhsili yaxşı bilir. Bu cavablara
görə onu istəməyənlər məndən də inciyirdilər. Onlar
Dostları ilə paylaş: |