Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə64/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   60   61   62   63   64   65   66   67   ...   91

228
 
 
bir şey yoxdur. Çünki hakim tərəfindən buraxılan səhvi yuxarı 
məhkəmə instansiyası  təkrar baxışda düzəldir. Məhkəmə açıq 
prosesdir, vay o gündən, hakim vətəndaşların gözü qarşısında 
qanunun tələblərini qəsdən pozsun, bax, bundan dəhşətli  şey 
ola bilməz. Belə hakimlərə  cəmiyyətdə yer olmamalıdır. 
Mənim fikrimcə, hakim əvvəlcə müstəntiq işləməlidir, çünki ən 
böyük səhv hakimlər tərəfindən məhkəmə istintaqı zamanı 
buraxılır. Məhkəmə istintaqından hakim baxdığı  işin bütün  
mahiyyətini açmalı,  ən xırda detallar belə onun fikrindən 
yayınmamalıdır. 
     Qaldı ki, hakimlərin müstəqil fəaliyyət göstərmək 
məsələsinə, onu deyim ki, bəli, bu gün hakimlər müstəqil işləyə 
bilirlər. Açıq  şəkildə indi hakimlərə heç kim təzyiq göstərə 
bilmir. Vicdanı olan xalq hakimi heç bir təzyiqdən və heç 
nədən qorxub çəkinmir. Bizim nazir həmişə deyir: “Qanuna 
əməl et, çalış öz işində qanunu rəhbər tut! Bəzən hakimin 
qanuni işini də  ləğv edirlər. Bundan ötrü qanunu rəhbər tutan 
hakimə heç nə deməzlər.” Hakim bütün şəxsi prinsiplərdən 
uzaq olmalı, yalnız qanunun keşikçisi kimi çıxış etməlidir. 
 
-  Oqtay müəllim, xalq hakimi işlədiyiniz müddətdə elə an 
olubmu ki, hər hansı  şəxs barəsində  çıxardığınız hökmdən 
özünüz daxilən razı qalmayasınız
 
Mən hələ ilk dəfə təyinatımı Sumqayıt Şəhər Prokurorluğuna 
alanda ticarətdə mühasib işləyən bir qadının istintaq işini mənə 
tapşırdılar. Mən əməlində cinayət tərkibi olduğuna görə həmin 
qadını müvəqqəti həbsə almışdım, amma həmin gün inanırsınız 
ki, evə  gələndən sonra öz-özümə  ağladım. Sonradan şəhər 
prokuroru  İ.  Əliyev mənimlə  məsləhətləşdi ki, uşağı olduğu 
üçün qadını buraxaq. Əlbəttə, prokurorun bu sahədə  iş 
təcrübəsi çox idi. Mənimsə bu cür hərəkət etməyim çox güman 
ki, cavanlıqdan irəli gəlmişdi. 


229
 
 
Məhkəmə  işində isə tamam başqadır. Belə baxırsan, görürsən 
ki, müttəhimlər kürsüsündə dayanan qatı cinayətkardır, 
cəzasını da hökmən almalıdır.  Digər tərəfdən baxırsan ki, 
ailəlidir, körpə uşaqları var, anası, atası zalda əyləşib, göz yaşı 
axıdırlar. Bax, hakim üçün ən çətin an budur. Bu zaman 
hamının gözü səndə olur. 
 Mən hmişə deyirəm ki, hakim qanunu vətəndaşın xeyrinə bir 
balaca poza bilər. Məsələn, 5 il azadlıqdan məhrum etməklə, 3 
il azadlıqdan məhrum etmək arasında elə böyük də  fərq 
yoxdur. Yəni məhkumun tərbiyə olunmasında 2 il müəyyən rol 
oynayacaqmı ki, bu şəxs tərbiyələnsin? Bunanla əlaqədar bir 
misal gətirmək istəyirəm. Suraxanı Rayon Xalq Məhkəməsində 
işləyən vaxt bir nəfər sərxoş halda xuliqanlıq etmişdi. Ailəli 
idi, xırda uşağı da var idi. Məhkəmə istintaqı sona çatıb, mən 
iclasçılarla zaldan çıxıb müşavirə otağına gedəndə bir kiçik 
uşaq mənim pencəyimin  ətəyindən tutub dedi: “Əmi,  əmi, 
atama kömək eləyin”. İnanın ki, uşağın bu hərəkətindən ürəyim 
yaman kövrəldi. Axı, o uşaq idi. Uşaq yaddaşı da çox möhkəm 
olur. Bundan sonra mən fikrimi dəyişdim. O adama qanunla 
həbslə  əlaqədar cəza verilməliydi, ancaq mən ona məcburi 
əmək verdim. Məhkəmə qurtarandan sonra bunu yalnız uşağın 
xatirinə görə  dəyişdiyimi onun zalda oturmuş qohum-
əqrəbasına da bəyan etdim. 
 Düzü, deyə bilərəm ki, hər  uşağın xatirinə qanunu pozmaq da 
düzgün hal sayıla bilməz. Ancaq bu, bir an idi və  mən də 
həmin an manevr etməyə məcbur oldum. Mən həm də o, uşağın 
xatirində  ədalət məhkəməsi haqqında xoş  təəssürat yaratmaq  
fikri ilə bu addımı atdım. 
 
-  Oqtay müəllim, xalq hakimi tərəfindən çıxarılan hansı 
hökmü ədalətsiz hesab edirsiniz? 
 
-  Ən  ədalətsiz hökm odur ki, qanunun bütün tələblərini 
pozaraq günahı, təqsiri olmayan adama cəza verəsən. Məhkəmə 


230
 
 
istintaqında hakim ədalət naminə  işin bütün mahiyyətini 
açmağa çalışmalıdır. Hakim prinsipial olmalıdır.  Əgər işdə 
bəraət veriləsi hal mümkündürsə, hakim bəraət verməlidir. Bu, 
əvvəllər çox çətin idi. Hakim baxdığı  işdə  bəraət  vermək 
mümkün olduğu halda belə bəraət verə bilməzdi. Indi isə bəraət 
verməyə cəsarət artıb. 
 
Oqtay müəllim, səhv etmirəmsə, Siz adam öldürmüş yaşlı bir 
kişiyə bəraət verib, birbaşa  məhkəmə zalından  buraxmısınız. 
Bu barədə nə deyə bilərsiniz? 
 
- Bəli, mən belə bir riskə getmişəm. Çünki o kişi 13 yaşlı 
qızının namusuna  toxunmuş adamı öldürmüşdü. Həm də  qız 
namusunun ləkələndiyinə dözməmiş, özünü yandırmışdı. 
Düzünü deyim ki, mənim çıxardığım bu hökmdən yuxarı 
instansiyalarda razı qalmamışdılar. Amma bu hökmümdən 
ictimaiyyət xeyli razı qalmışdı  və bu barədə  mənə çoxlu 
təşəkkür məktubları da gəlmişdi... 
 
 
 
 
 
“Mühakimə”  qəzeti, 03 noyabr 1994-cü 
il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


231
 
 
 
Ekspertlər verdikləri rəylər üçün 
məsuliyyət daşıyırlar 
 
(Müsahibimiz Azərbaycan Elmi-Tədqiqat Məhkəmə 
Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri 
İnstitutunun direktoru, hüquq elmləri doktoru İlham 
Rəhimovdur) 
 
 
Tanıtma:
İlham Rəhimov 1951-ci ildə Tovuz rayonunda 
anadan olub. 1975-ci ildəSank-Peterburq Universitetini 
bitirib. Həmin ildə Universitetin Cinayət  hüququ 
kafedrasında aspiranturaya qəbul  olunmuş, 1978-ci ildə 
hüquq elmləri namizədi adını almışdır. 1988-ci ildə 37 
yaşında Sank-Peterburqda doktorluq dissertasiyasını  
müdafiə edərək hüquq elmləri doktoru adını almışdır. 
İ.Rəhimov 1988-ci ildən ədliyyə orqanında işləyir. Evlidir, iki 
övladı var. 
 
 
-  İlham müəllim, institutunuzun fəaliyyəti, habelə məhkəmə 
ekspertizasının təyin edilməsi və onun aparılması qaydası 
haqqında oxucularımıza qısaca da olsa, məlumat verməuinizi 
xahiş edirik. 
 
-  Bizim institut ekspertizalar aparmaq sahəsində Zaqafqaziya 
regionunda yeganə institutdur. Bu institut cinayətkarlığa qarşı 
mübarizədə hüquq-mühafizə orqanlarına, eləcə  də müharibə 
gedən zonalarda hərbi prokurorlara və dövlət gömrük 
komitələrinə yaxından köməklik göstərir. Təkcə bunu demək 
kifayətdir ki, həmin orqanların tapşırığı ilə institut yalnız 1992-
ci ildə 7 minədək ekspertiza keçirmişdir. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə