Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə66/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   62   63   64   65   66   67   68   69   ...   91

235
 
 
bu məsuliyyəti yaxşı başa düşürlər. Digər tərəfdən, müdiriyyət 
onların fəaliyyətinə  nəzarət edib və  obyektiv rəy  vermələri 
üçün şərait yaradır. 
 
- Məhkəmə prosesində ekspertizanın verdiyi rəyin “ 
əsassızlığına” və ya onun doğruluğuna “şübhə” yarandığı 
halda məhkəmə    həmin ekspert haqqında hansı  qəti imkan 
tədbirini seçə bilər? 
 
-  Ekspert bilə-bilə yalan rəy vermək üstündə Azərbaycan 
Respublikası Cinayət- Prossesual Məcəlləsinin 179-cu maddəsi 
üzrə  məsuliyyət daşıyır. Məhkəmə prosesində belə hal 
müşayiət edilərsə, məhkəmə ekspert haqqında həmin maddə ilə 
cinayət işi başlaya və qanunla nəzərdə tutulan hər hansı bir qəti 
imkan tədbirini seçə bilər. 
 
-  Ekspert işi aparakən qanuni və  şəxsi səlahiyyətlərə malik 
ola bilər? 
 
- Ekspertin vəzifələri və hüquqları da qanunla- Azərbaycan 
Respublikası Cinayət- Prosessual Məcəlləsinin 75-ci maddəsi 
ilə müəyyən edilmişdir. Orada göstərilir: Ekspert, qarşısında 
qoyulan məsələlərə dair rəy  verməlidir. 
 Ekspert, ekspertiza predmetinə aid olan cinayət işinin bütün 
materialları ilə tanış olmağa və  rəy vermək üçün zəruri olan 
yeni materialların tələb olunması haqqında təhqiqat aparan 
şəxs, müstəntiq və  məhkəmə qarşısında  vəsatət verməyə, 
dindirmə və s. istintaq hərəkətlərinin aparılması zamanı iştirak 
etməyə, müttəhimə və şahidlərə suallar verməyə haqlıdır. 
Ekspert ona verilmiş materialları  rəy vermək üçün kifayət 
hesab etmirsə, bu barədə akt tərtib edir və qarşısına qoyulan 
məsələlərə cavab  verməyin mümkün olmaması haqqında 
təhqiqat aparan şəxsə, müstəntiqə  və ya məhkəməyə yazılı 
formada xəbər verir. 


236
 
 
Qarşısına qoyulan məsələlərə dair rəy vermək üçün zəruri 
biliyə malik olmadıqda da ekspert belə hərəkət edir. Qanunda 
başqa şəxsi səlahiyyətlər nəzərdə tutulmamışdır. 
 
- Daxili İşlər Nazirliyi sistemində də ekspertiza idarələri var. 
Məhkəmə Ekspertiza İnstitutu ilə bu ekspertiza idarələri 
arasında nə kimi uyğunluq və tabelik  əlaqələri var? 
 
- Bizim institutun fəaliyyəti daha genişdir, maddi- texniki 
bazası daha möhkəmdir. Daxili İşlər Nazirliyi sistemindəki 
ekspertiza idarələrinin bizim instituta, bizim isə Daxili İşlər 
Nazirliyinə heç bir tabeçiliyimiz yoxdur. Lakin aparılan 
ekspertizalarda uyğunluq var. 
Hesab edirik ki, Daxili İşlər Nazrliyinin ekspertiza idarələrində 
ekspertizalar  keçirilməsi bir tərəfdən paralelliyə gətirib çıxarır, 
digər tərəfdən həmin idarələrin öz iş xüsusiyyətlərinə uyğun 
gəlmir. 
  Belə ki, Daxili İşlər Nazirliyinin ekspertiza xidməti  əsas 
etibar ilə texniki fəaliyyətlə  məşğul olmalı, maddi əməliyyat 
sübutların tapılıb götürülməsi, onların qablaşdırılması  və 
ekspertizaya göndərmək üçün hazırlanmasında DİN-in istintaq 
və əməliyyat orqanlarına kömək etməlidir. 
 
- Respublikamızın bu çətin günlərində Məhkəmə Ekspertizası 
İnstitutu hansı problemlərlə qarşılaşıb? 
 
- Müharibə gedən zonalara xidmətlə  əlaqədar işimiz xeyli 
çətinləşib. 
İşçilərin çoxunu ezamiyyətə göndərməli oluruq. İqtisadi 
çətinliklər  şəraitində yaşadığımız üçün müasir tələblərə cavab 
verən yeni avadanlıqlar almaqdan ötrü pul vəsaiti  əldə edə 
bilmirik. 
İnstitutun binası çox darısqaldır. Kiçik bir otaqda bəzən 5-6 
nəfər işçi  əyləşir.  İnstitutun birinci mərtəbəsindəki otaqları 


237
 
 
bizimlə heç bir əlaqəsi olmayan təşkilatlar ələ keçiriblər. Onları 
köçürməklə bu problem həll etmək olar, hələlik buna nail ola 
bilmirik.Respublikanın ekspertiza idarələri arasında 
pərakəndəlik var. Belə hesab edirik ki, bu idarələr bir yerdə 
cəmləşdirilməlidir. Daxili İşlər Nazirliyi və  Səhiyyə 
Nazirliyinin tabeçiliyində olan ekspertiza idarələrinin bizim 
institutla birləşdirilməsi üçün Prezident Aparatı qarşısında 
məsələ qaldırmışıq. Bu problem də hələlik həll olunmamışdır. 
 
 
  “Mühakimə” qəzeti, 21 avqust 1993 - cü il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


238
 
 
İnsan təbiətin səhvidirmi? 
 
TANITMA:  Şirinov Şirinağa Eldar oğlu, 1948 - ci ildə Xızı 
rayonunda anadan olub. 1973-cü ildə ADU-nun tarix 
fakültəsini, 1988 - ci ildə isə Polis Akademiyasını bitirib. 
1977-ci ildən Daxili İşlər Orqanlarında işləyir. 1995-ci ildən 
Bakı  şəhəri Baş Polis İdarəsi Kadrlar İdarəsinin rəisi 
vəzifəsində çalışır, polis polkovnikidir. İki övladı var. 
 
- Şirin müəllim, hər insan həyata bir cür baxır. Sizin həyata 
baxış prizmanızdan tutaq ki, on il, yaxud yüz il bundan 
əvvəlki cəmiyyətlər necə görünür? Fikrimi bir qədər 
konkretləşdirmək istəyirəm. Məsələn, hazırkı  cəmiyyət 1937-
ci ilin təkrarı olsaydı  və Siz indiki vəzifənizdə çalışsaydınız, 
dissident olardınız, yoxsa icraçı? 
 
- Açığını deyim ki, həyata baxışım müxtəlifdir.  İnsanların 
qəlblərindəki təbiətən paxıllığı, həmişə irəliyə can atması, 
sevgi məsələsində, ailə məsələsində heç bir fərq yoxdur. Çünki 
yüz il bundan əvvəlki insanlar da bu fikirlərlə yaşayırdılar, indi 
də. Dəyişən yalnız şəraitdir. O zamankı fikir və düşüncə tərzi 
də eyni idi, sadəcə texniki imkanlar yox idi. İnsanlar arasında 
müəyyən dəyişikliklər ola bilər, amma fizioloji dəyişkənlik heç 
zaman ola bilməz. 
    Sualın ikinci tərəfinə səmimi cavab verirəm. 
    Əgər həmin illərdə indiki vzifəmdə  işləsəydim, sözsüz ki, 
icraçı olardım.  Əgər bu suala hansı bir şəxs “o zaman mən 
dissident olardım” cavabını indiki zamanda verərsə, onun 
səmimiyyətinə  qətiyyən inanmıram. Məsələn, mətbuat 
səhifələrində  bəzi “siyasətçi”lərin müsahibələrini oxuyarkən, 
məndə istər- istəməz ikrah hissi oyanır. Bəziləri deyir ki, hələ 
Sovetlər dövründə Azərbaycanı xilas etmək üçün belə bir 
cəmiyyət yaratmışdılar, başqa birisi də  hələ onuncu sinifdə 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə