Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə65/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   61   62   63   64   65   66   67   68   ...   91

232
 
 
İnstitutda 13 bölmə  və laboratoriya fəaliyyət göstərir. Son 
zamanlar burada dəmir yolu texniki, psixoloji və ekoloji 
laboratoriyalar təşkil edilmiş, aspirantura şöbəsi yaradılmışdır. 
Hazırda institutda 200 nəfərə yaxın elmi işçi-  əsasən 
mütəxəssislər, o cümlədən 1 elmlər doktoru, 15 elmlər 
namizədi işləyir. 
  Ekspertizanın təyin edilməsi və aparılması qaydası qanunla - 
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə 
müəyyən edilmişdir. Cinayət işi üzrə icraat aparılarkən baş 
verən xüsusi məsələlərə dair zəruri biliyə malik olan şəxslər 
ekspert ola bilərlər. Ekspertizalar təhqiqat aparan şəxsin, 
müstəntiqin, prokurorun və  məhkəmənin qərarlarına  əsasən 
təyin edilir. Qərar materiallarla birlikdə aidiyyati üzrə 
ekspertiza idarələrinə göndərilir. Ekspertiza idarələri də öz 
növbəsində tədqiqat apararaq rəy verir. 
 
-  Hər hansı cinayət işinə obyektiv baxılması üçün təbii ki, 
ekspertizanın verdiyi rəy mühüm əhəmiyyət kəsb edir. Əgər 
məhkəməyə  təqdim olunmuş ekspert rəyi  şübhə doğurarsa, 
onda necə?.. 
 
- Ekspertiza rəyi sübut növlərindən biridir. Ona məhkəmə 
tərəfindən qiymət verilir. Onun əsaslı  olması şübhə doğurarsa, 
məhkəmə  əlavə  və ya təkrar ekspertiza təyin edə bilər. 
Nəhayət, məhkəmə belə nəticəyə gəlsə ki, ekspertiza rəyi əsaslı 
deyil, onu sübut növü kimi qəbul etməməlidir. 
 
-   Məhkəmə praktikasında həm də məcburi ekspertiza təyin 
edilməsi halları mövcuddur. Bu ekspertizanın təyin edilməsi 
qanunvericilikdə hansı hallar üçün nəzərdə tutulmuşdur? 
 
-  Tamamilə haqlısınız. Azərbaycan Respublikası Cinayət- 
Prosessual Məcəlləsinin 73-cü maddəsinə  əsasən ekspertiza 
təyin edilməsi aşağıdakı hallarda məcburidir: 


233
 
 
1. Ölümün səbəblərini müəyyən etmək üçün; 
 
2. Bədən xəsarətlərinin ağırlığını  və xarakterini müəyyən 
etmək üçün; 
 
3. Müttəhimin və ya şübhə edilən  şəxsin anlaqlılığını,  şübhə 
yarandıqda psixi vəziyyətini, zərurət olduqda isə onların 
alkoqolik, yaxud narkoman olub-olmadığını müəyyən etmək 
üçün; 
 
4.  Şahidin və ya zərərçəkmiş  şəxsin iş üçün əhəmiyyətli olan 
halları düzgün qavramaq və onlar haqqında düzgün ifadə 
vermək qabiliyyətinə şübhə yarandığı hallarda onların psixi və 
ya fiziki vəziyyətini müəyyən etmək üçün; 
 
5. Müttəhimin,  şübhə edilən  şəxsin və ya zərərçəkmiş  şəxsin 
yaşı haqqında lazımi sənədlər yoxdursa və bu sənədlərin 
alınması mümkün deyilsə, iş üçün əhəmiyyətli olan halda 
onların yaşını müəyyən etmək üçün; 
 
6. Müttəhimin iştirakı olmadan aparılmış  təftişin nəticələri 
cinayət işinin başlanmasına  əsas olarsa, müttəhimin 
razılaşmadığı təftiş sənədlərini yoxlamaq üçün. 
 
Məhkəmə ekspertizasının ən geniş yayılmış növlərindən biri 
də kriminalistik ekspertizadır.  İnstitutunuzda bu sahədə 
lazımi səviyyədə olan mütəxəssis kadrlar varmı?  
 
-  Bu, bir həqiqətdir ki, məhkəmə-istintaq təcrübəsində 
kriminalistik ekspertizalardan daha geniş istifadə edilir. 
Kriminalistik ekspertiza dedikdə, onun ənənəvi növləri olan 
məhkəmə  xətşünaslıq ekspertizası, sənədlərin kriminalistik 
ekspertizası, trasolojiballistik ekspertizalar, eləcə 
də 
materialların, maddələrin və  məmulatların kriminalistik 


234
 
 
ekspertizası  nəzərdə tutulur. Kriminalistik ekspertizaları digər 
ekspertizalardan fərqləndirən cəhət ondan ibarətdir ki, bu  
ekspertizaların aparılmasında kriminlistika elminin metod və 
üsullarından, elm və  texnikanın bu sahədəki nailiyyətlərindən 
istifadə olunmaqla qarşıda qoyulan məsələlər həll edilir. Belə  
ekspertizaların aparılmasında müxtəlif ixtisaslı mütəxəssislər 
(hüquqsünaslar, riyaziyyatçılar, fiziklər, bioloqlar və s.) iştirak 
edirlər. Öz ixtisasını mükəmməl bilən ali təhsilli mütəxəssis 
kriminalistik- ekspert olmaq üçün hazırlıq kursları keçməli və 
uzun müddətli ekspert təcrübəsinə malik olmalıdır. 
 Hazırda institutumuzda işləyən  əməkdaşların  əksəriyyəti 
böyük iş təcrübəsinə malik olan və keçmiş SSRİ- nin müxtəlif 
ekspertiza idarələrində  təcrübə keçmiş  işçilərdir. Onların 
içərisində öz işinin gözəl biliciləri olan yüksək ixtisaslı 
kriminalist- ekpertlər çoxdur.  
Yeri gəlmişkən, bizi ciddi narahat edən bir məsələni qeyd 
etmək istəyirəm. İnflyasiyanın baş alıb getdiyi bir vaxtda bizim 
institutda  əmək haqqının səviyyəsi yüksək deyil. Bu da son 
zamanlar bir sıra yüksək ixtisaslı ekspert kadrlarının daha çox 
əmək haqqı verilən digər idarələrə  işə getməsinə  səbəb olur. 
Hesab edirəm ki, belə halların qarşısı alınmalıdır. Əks təqdirdə
biz dəyərli mütəxəssislərimizi itirməli olacağıq.  
 
-  İndi respublikamız özünün ən gərgin və  çətin günlərini 
yaşayır. Belə bir dövrdə ekspertlərin də  işində müəyyən 
çətinliklərin yaranması təbiidir. Sizcə, belə bir şəraitdə  
hər hansı ekspert rəyinə  təsir edə bilən maraqlı  tərəflər 
olubmu?  Əgər olubsa, bu ekspertin verdiyi rəydə öz əksini 
tapa bilirmi?  
 
-  Məlum olduğu kimi, ekspertlər cəmiyyətdən təcrid olunmuş 
vəziyyətdə yaşamırlar. Ekspert rəyinə  təsir etmək  istəyən 
maraqlı adamlar da tapılır. Lakin  biz belə hallara yol vermirik. 
Əvvəla, ekspertlər verdikləri rəylər üçün məsuliyyət daşıyan və 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə