Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə56/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   52   53   54   55   56   57   58   59   ...   91

197
 
 
Quranınbaxışında kişi kimi yaradılışın təkamül nöqtəsinə yetişə 
bilər və bu yolda heç də kişidən  əskikliyi yoxdur. Hər vaxt 
Qurani- Kərim  təkamüldən söhbət açır, qadını da onunla 
birlikdə zikr edir. Həmçinin Quran qadınla kişinin bərabərliyini 
israr etməklə yanaşı onları, bir-birlərinə  eşq-məhəbbət 
bəsləməklə asudə yaradıldıqlarını qeyd edir. Yəni qadın və kişi 
bir-birinə məhəbbət bəsləməklə öz aramlıqlarını əldə edirlər. 
Həyatda yazıb-yaratmaq, fəaliyyət göstərmək, öz yaradıcı 
fəaliyyətinin nəticələri ilə  fəxr etmək insana heç bir şeylə 
müqayisə edilməyən məmnunluq duyğusu verir və onu yeni-
yeni  yaradıcılığa ruhlandırır. Hacı Azadə xanım da öz ədəbi 
yaradıcılığı ilə  həmişə  fəxr edir, öyünür və  mənəvi rahatlıq 
tapır. O, həkimliklə yanaşı, jurnalistika və  ədəbi yaradıcılıq 
sahəsində  də yorulmaq bilmədən, məhsuldar çalışaraq 
ədəbiyyat xəzinəmizə bir çox maraqlı poemalar, hekayələr, 
şeirlər, qəzəllər, rübailər, nəğmələr, bayatılar, lətifələr, uşaqlar 
üçün tapmacalar töhvə etməklə onun zənginləşdirilməsində öz 
payını əsirgəməmişdir.  
      Hacı Azadə xanım bədii yaradıcılıqla 35 ildir ki, məşğul 
olur. Bu yaradıcılıq baxımından o qədər də kiçik zaman deyil. 
Belə ki, Hacı xanım ilk qələm təcrübəsini 1984-cü ildə “Tibb 
kadrları uğrunda” qəzetində sınamışdır. Bundan sonra o, 1994-
cü ildə “Səhər” qəzeti redaksiyasında şöbə müdiri vəzifəsində 
çalışmışdır. O, eyni zamanda 1996-cı ildən “Borçalı” qəzetinin 
və eyni adlı jurnalın baş redaktoru, 2002-ci ildən 
“Kardiologiya”, “Hakimiyyət və Zaman” jurnallarının təsisçisi 
və naşiri, 2003-cü ildən “Qafqaz -Media” İctimai Birliyin sədri 
və “Qafqaz-Press” qəzetinin təsisçisi və baş redaktorudur.  
       Hacı Azadə xanım “Nə yaxşı ki, dəniz varmış” (1999), 
“Borçalı lətifələri” (2000), “Taleyim mənim, Talehim mənim” 
(2000), “Dədə Qorqudda Borçalı izləri” (2001), “Tənha ağac” 
(2002), “Sənsiz” (2002), “CO metal və canlı orqanizm” (2003) 


198
 
 
(dərslik), “Otçiznaya svoyey Azada
” (2003),
“Xalqları 
birləşdirən  şəxsiyyətlərdir” (2004), “Hikmət xəzinəsindən 
incilər” (2005), “Yaz” (ingilis dilində) (2005), “Həqiqətin 
təşnəsiyəm” (2006), “Stokholm-Helsinki”(ingilis dilində) 
(2005), “Bu sevgi qəlbimə haqdan gəlibdi” (2008), “Çiçəklərin 
söhbəti”(gürcü dilində) (2007), “Borçalının ziyalı 
qadınları”(ensiklopedik toplu) (2008), “Elə bil Məkkəyə nur 
ələnibdi” (2009),  “Dunya məni tanıdınmı” (2010), “Haqqın 
quluyam” (2011),  “Ətraf mühit və canlı orqanizm” (2012) 
(dərslik), ”Qızılgül” (2013)-(toplu) kitablarının müəllifidir. 
Hacı Azadə xanımın yaradıcılığının  əsas meyarı, ilham 
mənbəyi həm siyasi, həm də iqtisadi cəhətdən günü-gündən  
inkişaf edən respublikamızın inkişafı, torpaqlarımızın hər qarışı 
uğrunda ölməyə hazır olan igid, cəsur Vətən övladları, 
ölkəmizin idman, mədəniyyət və incəsənət sahəsində dünyada 
qazandığı  uğurlardır. Qəlbən ilahi eşqli, müqəddəsamallı, 
Vətən, xalq məhəbbətli, dostluğa, yoldaşlığa sədaqətli, vəfalı 
olan Azadə xanımın möhkəm həyata bağlılığı, cəsarəti və 
qətiyyəti hər birimizdə ona qarşı olan hörmət və rəğbət hissini 
daha da artırır. Hər şeydən öncə onu qeyd edim ki, Hacı Azadə 
xanım düz 23 ildir ki, özünə ad günü keçirmir. Çünki onun ad 
günü Xocalı soyqırımı gününə düşür. Həmin günü Azadə 
xanımı hamı kədərli və qəmgin görür. O, hər il fevralın 26-da 
Xocalıya həsr edilmiş  tədbir keçirir, Xocalını itirmiş 
soydaşlarımıza maddi və  mənəvi yardım edir. Həmin gün 
kimsənin onu təbrik etməyə  cəsarəti çatmır.  Əgər elə birisi 
olarsa, onun qəlbinə toxunar, “siz səhv edirsiniz, bu gün 
mənim ad günüm deyil, matəm günümdür.  Çünki 1992-ci il 
fevralın 26-da ermənilər mənim ad günümü güllələdilər” 
deyir. 
     Mən Hacı Azadə xanımın ədəbi yaradıcılığına ilk öncə onun 
qəlbindəki onu Yaradan olan sevgi, məhəbbət, eşq və 
vurğunluq hissinin necə güclü və əbədi olduğunu yazdığı “Elə 


199
 
 
bil Məkkəyə nur ələnibdi”  şeirindəki  əsrarəngiz möcüzədə 
görürük. O, bu şeiri 27 dekabr 2006 - cı ildə Məkkədə olduğu 
zaman qələmə almışdır. 
 
                            Bu nə möcüzədi, bu nə aləm, 
                            Yoxsa yer titrəyib silkələnibdi. 
                            Sanki bu ocağın Tanrı dünyası, 
                            Gələn zəvvarlarla mehrlənibdi, 
                            Elə bil Məkkəyə nur ələnibdi. 
                                                  * 
                            Bu dünya bam-başqa aləmmi deyim, 
                            Allahın eşqinə artıbdı heyim, 
Tanrıya bağlıdı odlu ürəyim, 
Bu sevgi qəlbimə haqdan gəlibdi
Elə bil Məkkəyə nur ələnibdi. 
                                                    * 
Azadə yolunu izinə bağlar, 
Alovuna bağlar, közünə bağlar, 
Qəlbinə, şeirinə, sözünə bağlar, 
Sonsuz məhəbbətlə möhürlənibdi, 
Elə bil Məkkəyə nur ələnibdi. 


200
 
 
      O,  Kəbə göyərçinlərinə xitabən, “Qəlbimdə alınmaz bir 
yuva tikdim, Sizə ürəyimi bir məskən verdim” deyərək 
göyərçinlərə  həyan durduğunu və Ulu Tanrıya qəlbən necə 
bağlı olduğunu bir daha sübut edir. 
      Hacı Azadə xanım həm də təbiətə vurğun şairələrdəndir. O, 
bütün  şeirlərini ilhamla yazır. Onun Baharın gəlişinə  həsr 
etdiyi  “Elimə sevdalı bahar gəlibdi”  şeirində  təbiətə 
vurğunluğunu, təbiət gözəlliyini necə tərənnüm etdiyinin şahidi 
oluruq: 
                            Quşlar cəh-cəh vurur Cənnət bağında,  
                            Xəyalım dolaşır Hz.Fatimə bağında. 
                            Bu yaz ürəklərə şəfa verəndir
                            Bu bahar ətiri dərdə məlhəmdir... 
                                                  *     
                            Belə gözəlliyə vurğun olmuşam, 
                            Azadəyəm elə bağlı olmuşam. 
                            Könlümə ruh verir, bahar nəfəsi, 
                            Şirindir çayların şən zümzüməsi, 
                            Elimə sevdalı bahar gəlibdi.  
 
      Və yaxud “Ulduzlar”  şeirində  şairə özünəməxsus təbdə 
deyir: 
                         Qaranlıq gecədə bir nura dönüb, 
                         Göylərdə çiçək tək açan ulduzlar. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə