197
Quranınbaxışında kişi kimi yaradılışın təkamül nöqtəsinə yetişə
bilər və bu yolda heç də kişidən əskikliyi yoxdur. Hər vaxt
Qurani- Kərim təkamüldən söhbət açır, qadını da onunla
birlikdə zikr edir. Həmçinin Quran qadınla kişinin bərabərliyini
israr etməklə yanaşı onları, bir-birlərinə eşq-məhəbbət
bəsləməklə asudə yaradıldıqlarını qeyd edir. Yəni qadın və kişi
bir-birinə məhəbbət bəsləməklə öz aramlıqlarını əldə edirlər.
Həyatda yazıb-yaratmaq, fəaliyyət göstərmək, öz yaradıcı
fəaliyyətinin nəticələri ilə fəxr etmək insana heç bir şeylə
müqayisə edilməyən məmnunluq duyğusu verir və onu yeni-
yeni yaradıcılığa ruhlandırır. Hacı Azadə xanım da öz ədəbi
yaradıcılığı ilə həmişə fəxr edir, öyünür və mənəvi rahatlıq
tapır. O, həkimliklə yanaşı, jurnalistika və ədəbi yaradıcılıq
sahəsində də yorulmaq bilmədən, məhsuldar çalışaraq
ədəbiyyat xəzinəmizə bir çox maraqlı poemalar, hekayələr,
şeirlər, qəzəllər, rübailər, nəğmələr, bayatılar, lətifələr, uşaqlar
üçün tapmacalar töhvə etməklə onun zənginləşdirilməsində öz
payını əsirgəməmişdir.
Hacı Azadə xanım bədii yaradıcılıqla 35 ildir ki, məşğul
olur. Bu yaradıcılıq baxımından o qədər də kiçik zaman deyil.
Belə ki, Hacı xanım ilk qələm təcrübəsini 1984-cü ildə “Tibb
kadrları uğrunda” qəzetində sınamışdır. Bundan sonra o, 1994-
cü ildə “Səhər” qəzeti redaksiyasında şöbə müdiri vəzifəsində
çalışmışdır. O, eyni zamanda 1996-cı ildən “Borçalı” qəzetinin
və eyni adlı jurnalın baş redaktoru, 2002-ci ildən
“Kardiologiya”, “Hakimiyyət və Zaman” jurnallarının təsisçisi
və naşiri, 2003-cü ildən “Qafqaz -Media” İctimai Birliyin sədri
və “Qafqaz-Press” qəzetinin təsisçisi və baş redaktorudur.
Hacı Azadə xanım “Nə yaxşı ki, dəniz varmış” (1999),
“Borçalı lətifələri” (2000), “Taleyim mənim, Talehim mənim”
(2000), “Dədə Qorqudda Borçalı izləri” (2001), “Tənha ağac”
(2002), “Sənsiz” (2002), “CO metal və canlı orqanizm” (2003)
198
(dərslik), “Otçiznaya svoyey Azada
” (2003),
“Xalqları
birləşdirən şəxsiyyətlərdir” (2004), “Hikmət xəzinəsindən
incilər” (2005), “Yaz” (ingilis dilində) (2005), “Həqiqətin
təşnəsiyəm” (2006), “Stokholm-Helsinki”(ingilis dilində)
(2005), “Bu sevgi qəlbimə haqdan gəlibdi” (2008), “Çiçəklərin
söhbəti”(gürcü dilində) (2007), “Borçalının ziyalı
qadınları”(ensiklopedik toplu) (2008), “Elə bil Məkkəyə nur
ələnibdi” (2009), “Dunya məni tanıdınmı” (2010), “Haqqın
quluyam” (2011), “Ətraf mühit və canlı orqanizm” (2012)
(dərslik), ”Qızılgül” (2013)-(toplu) kitablarının müəllifidir.
Hacı Azadə xanımın yaradıcılığının əsas meyarı, ilham
mənbəyi həm siyasi, həm də iqtisadi cəhətdən günü-gündən
inkişaf edən respublikamızın inkişafı, torpaqlarımızın hər qarışı
uğrunda ölməyə hazır olan igid, cəsur Vətən övladları,
ölkəmizin idman, mədəniyyət və incəsənət sahəsində dünyada
qazandığı uğurlardır. Qəlbən ilahi eşqli, müqəddəsamallı,
Vətən, xalq məhəbbətli, dostluğa, yoldaşlığa sədaqətli, vəfalı
olan Azadə xanımın möhkəm həyata bağlılığı, cəsarəti və
qətiyyəti hər birimizdə ona qarşı olan hörmət və rəğbət hissini
daha da artırır. Hər şeydən öncə onu qeyd edim ki, Hacı Azadə
xanım düz 23 ildir ki, özünə ad günü keçirmir. Çünki onun ad
günü Xocalı soyqırımı gününə düşür. Həmin günü Azadə
xanımı hamı kədərli və qəmgin görür. O, hər il fevralın 26-da
Xocalıya həsr edilmiş tədbir keçirir, Xocalını itirmiş
soydaşlarımıza maddi və mənəvi yardım edir. Həmin gün
kimsənin onu təbrik etməyə cəsarəti çatmır. Əgər elə birisi
olarsa, onun qəlbinə toxunar, “siz səhv edirsiniz, bu gün
mənim ad günüm deyil, matəm günümdür. Çünki 1992-ci il
fevralın 26-da ermənilər mənim ad günümü güllələdilər”
deyir.
Mən Hacı Azadə xanımın ədəbi yaradıcılığına ilk öncə onun
qəlbindəki onu Yaradan olan sevgi, məhəbbət, eşq və
vurğunluq hissinin necə güclü və əbədi olduğunu yazdığı “Elə
199
bil Məkkəyə nur ələnibdi” şeirindəki əsrarəngiz möcüzədə
görürük. O, bu şeiri 27 dekabr 2006 - cı ildə Məkkədə olduğu
zaman qələmə almışdır.
Bu nə möcüzədi, bu nə aləm,
Yoxsa yer titrəyib silkələnibdi.
Sanki bu ocağın Tanrı dünyası,
Gələn zəvvarlarla mehrlənibdi,
Elə bil Məkkəyə nur ələnibdi.
*
Bu dünya bam-başqa aləmmi deyim,
Allahın eşqinə artıbdı heyim,
Tanrıya bağlıdı odlu ürəyim,
Bu sevgi qəlbimə haqdan gəlibdi,
Elə bil Məkkəyə nur ələnibdi.
*
Azadə yolunu izinə bağlar,
Alovuna bağlar, közünə bağlar,
Qəlbinə, şeirinə, sözünə bağlar,
Sonsuz məhəbbətlə möhürlənibdi,
Elə bil Məkkəyə nur ələnibdi.
200
O, Kəbə göyərçinlərinə xitabən, “Qəlbimdə alınmaz bir
yuva tikdim, Sizə ürəyimi bir məskən verdim” deyərək
göyərçinlərə həyan durduğunu və Ulu Tanrıya qəlbən necə
bağlı olduğunu bir daha sübut edir.
Hacı Azadə xanım həm də təbiətə vurğun şairələrdəndir. O,
bütün şeirlərini ilhamla yazır. Onun Baharın gəlişinə həsr
etdiyi “Elimə sevdalı bahar gəlibdi” şeirində təbiətə
vurğunluğunu, təbiət gözəlliyini necə tərənnüm etdiyinin şahidi
oluruq:
Quşlar cəh-cəh vurur Cənnət bağında,
Xəyalım dolaşır Hz.Fatimə bağında.
Bu yaz ürəklərə şəfa verəndir,
Bu bahar ətiri dərdə məlhəmdir...
*
Belə gözəlliyə vurğun olmuşam,
Azadəyəm elə bağlı olmuşam.
Könlümə ruh verir, bahar nəfəsi,
Şirindir çayların şən zümzüməsi,
Elimə sevdalı bahar gəlibdi.
Və yaxud “ Ulduzlar” şeirində şairə özünəməxsus təbdə
deyir:
Qaranlıq gecədə bir nura dönüb,
Göylərdə çiçək tək açan ulduzlar.
Dostları ilə paylaş: |