188
bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında"
Konvensiyasına istinad olunur. Bu sırada
BMT Baş Məclisinin
39/46 saylı 10 dekabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul
edilmiş "İşgəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud
ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə"
Konvensiyası, "Müharibə zamanı mülki əhalinin müdafiəsi
haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası,
Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 6-cı maddəsi,
Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixdən
qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsihaqqında"1950-ci il Konvensiyasının, "Hərbi əsirlər
ilə rəftara dair 12 avqust 1949-cu il tarixli Cenevrə
Konvensiyası"nın, Azərbaycan Respublikasının 22 iyul 1992-
ci il tarixdə qoşulduğu BMT-nin Baş Assambleyasının "Mülki
və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın" müddəaları
əsas götürülmüşdür. Qeyd olunanlara əsasən Xocalıda
törədilən əməl beynəlxalq hüquq normalarına müvafiq olaraq
sülh və insanlıq əleyhinə cinayətlərə aiddir.
***
Müharibənin bəşəriyyətə vurduğu ziyan təkcə fiziki və
maddi
dəyərlərlə ölçülmür, həm də yüksək mənəvi dəyərlərlə
vurulmuş ziyanla ölçülür ki, bu da daha dəhşətli və daha
təhlükəlidir. Hərbi münaqişələr zamanı beynəlxalq prinsipləri
diktə edən bir çox normalar mövcuddur ki, bu normalara ona
qoşulmuş dövlətlər
tərəfindən
əməl edilməsi
zəruridir.Münaqişə zonasında əsir və girov götürülmüş
şəxslərin hüquqları 1949-cu il 12 avqust tarixli Cenevrə
Konvensiyaları tərəfindən qorunur. “Müharibə zamanı mülki
əhalinin qorunması haqqında” Cenevrə Konvensiyasının 3-cü
maddəsində deyilir:
“Döyüş əməliyyatlarında bilavasitə iştirak
etməyən şəxslərlə, o cümlədən döyüş silahını yerə qoymuş
189
silahlı qüvvələrin üzvləri ilə, habelə, xəstələnmə, yaralanma,
tutulma və ya hər hansı digər səbəb üzündən sıradan çıxmış
şəxslərlə onların irqinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə
və ya digər oxşar meyarlara görə heç bir ayrı-seçkilik
qoyulmadan, bütün hallarda insanpərvərliklə
rəftar
olunmalıdır. Bu məqsədlə qeyd olunan şəxslərə qarşı aşağıda
sadalanan bütün hərəkətlər qadağan edilir və hər zaman, hər
yerdə qadağan ediləcəkdir:
a) həyata və ya şəxsiyyətə qəsd etmək, o cümlədən hər hansı
şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və
ya işgəncə vermək;
b ) girovlar götürmək;
c) insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və ya
alçaldıcı tərzdə rəftar etmək;
Hərbi münaqişələr zamanı beynəlxalq prinsipləri diktə edən bir
çox normalar mövcuddur ki, bu normalara ona qoşulmuş
dövlətlər tərəfindən əməl edilməsi zəruridir. Konvensiyanın
sözügedən maddəsi, həmçinin, yaralılar
və xəstələrin döyüş
zonasından toplanması, onlara qayğı göstərilməsini tələb edir.
Lakin Ermənistan Respublikası Azərbaycan vətəndaşlarına
qarşı münasibətdə Cenevrə Konvensiyalarının bu və digər
tələblərini kobud surətdə pozur, Azərbaycana qarşı hərbi
təcavüz nəticəsində əsir və girov götürülmüş vətəndaşlarımızın
hüquqlarını müntəzəm olaraq tapdalayır, heç bir beynəlxalq
normaya sığmayan əməlləri ilə özünün cinayətkar və
təcavüzkar xislətini açıq-aydın göstərir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənabları 24 fevral 2004-cü il tarixində Xocalı soyqırımının
ildönümü ilə əlaqədar olaraqAzərbaycan Xalqına müraciət
etmişdir. Müraciətdə deyilir: “ ...
Xocalı faciəsi iki yüz ilə