186
edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə
qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda
başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir
milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz
doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda
yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni
silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız
şəhid olmuş, xəsarət almışdır.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri
torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin
azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata
keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil
etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart
qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan
Respublikası bu gün onu axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi
qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir...”
***
Hüquqşünaslarımızın
fikrincə, Azərbaycan hökuməti
Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr
1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 saylı
qətnamə ilə qəbul edilən "Soyqırımı cinayətinin qarşısının
alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş
Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV
maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın
Nizamnaməsinin I maddəsini, həmçinin "Xocalı soyqırımı
günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24
fevral 1994-cü il tarixli qərarını və Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur. Bu
187
məsələdə Erməni silahlı birləşmələri tərəfindən Dağlıq
Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən
cinayət
əməllərinin 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan
Respublikası CM-nin 16-cı fəslində nəzərdə tutulmuş sülh və
insanlıq əleyhinə cinayətlərə aid olması, habelə Azərbaycan
Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə,
soyqırımı və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə
tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqi,
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında"
Konvensiyanın və "Mülki və siyasi hüquqlar haqqında"
Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq
məqsədi ilə qəbul edilən Beynəlxalq cinayətlərə görə
məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil
olunması haqqında Azərbaycan Respublikasının 12 may 2006-
cı il tarixli Konstitusiya Qanunu əsas götürülmüşdür.
Həmçinin sülh və insanlıq əleyhinə cinayətlər
törətmiş
şəxslərə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq
edilməməsi barədə Azərbaycan Respublikası CM-nin 75.5-ci
maddəsində təsbit olunmuş müddəaları, bundan başqa,
Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə
əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə
daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan
Respublikasının Konstitusiyası və referendumla
qəbul edilən
aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət
yaranarsa, həmin beynəlxalq müqavilələrin tətbiq edilməli
olması nəzərə alınaraq, istintaq zamanı Azərbaycan
Respublikasının 31 may 1996-cı il tarixli qanun ilə tərəfdar
çıxdığı 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası
tərəfindən 260 saylı qətnamə ilə qəbul edilən "Soyqırımı
cinayətinin qarşısının alınması və ona görə cəza" haqqında
Konvensiyası, BMT Baş Məclisinin 239 saylı 26 noyabr 1968-
ci il tarixli qətnaməsi ilə qəbul edilmiş və 11 noyabr 1970-ci il
tarixdə qüvvəyə minmiş "Müddətin
hərbi cinayətlərə və