Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə54/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   50   51   52   53   54   55   56   57   ...   91

191
 
 
bütövlüyü çərçivəsində  həll olunması üçün ardıcıl fəaliyyət 
göstərir. Aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq 
təşkilatlar getdikcə daha artıq dərəcədə Azərbaycanın ədalətli 
mövqeyini qəbul edir, ərazilərimizin işğalı faktını etiraf edir, 
Ermənistandan Azərbaycan torpaqlarını azad etməyi tələb 
edirlər. Biz dövlətimizin iqtisadi, siyasi qüdrətinə  və 
qazanılmış  təcrübəyə arxalanaraq, problemin ədalətli həlli 
istiqamətində səylərimizi inadla davam etdirəcəyik. 
      Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdırlar ki, 
erməni millətçilərin anti-Azərbaycan təbliğatı getdikcə daha 
incə, daha mənfur formalarda davam etdirilir, ərazi 
iddialarını  əsaslandırmaqdan ötrü yeni-yeni yalançı tezislər 
uydururlar. Buna görə də belə ideoloji təxribatlara qarşı ayıq 
olmalı, onları vaxtında ifşa etməliyik. 
      Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki 
soydaşlarımız Xocalı  həqiqətlərinin dünyaya çatdırılması, 
onun  əsl soyqırım aktı kimi tanıdılması istiqamətində ardıcıl 
tədbirlər görürlər. Belə  tədbirlər hər il daha əhatəli və 
peşəkar səviyyədə keçirilməli, xaricdəki soydaşlarımız isə öz 
fəallığını daha da artırmalıdırlar...” 
Təcavüzkar Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi, 17 
min kv. km-dən artıq torpağı (Xocalı, Şuşa, Laçın, Xocavənd, 
Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan 
rayonları ) işğal olunmuş, 900-dən çox  yaşayış məntəqəsi, 600 
orta məktəb, 65 peşə məktəbi, 2 yüksək öyrənim qurumu, 798 
səhiyyə ocağı, 500 tarixi-memari, 100-dən çox arxeolojik 
abidə, 12 muzeyi və 6 rəsm qalereyası, 4 rəsm sərgisi, 927 
kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, bir 
neçə dövlət teatrı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 
eləcə  də digər obyektlər, 44 məbəd və 18 məscid işğalçı 
ermənilər tərəfindən dağıdılıb. Azərbaycan Respublikasının 
iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib. 
Müharibənin nəticəsində 4866 nəfər(55 uşaq, 326 qadın, 410 


192
 
 
qoca) itkin düşüb, 783 çox vətəndaşımız  əsir və girov 
götürülüb, 20 mindən çox insan qətlə yetirilib, yüz mindən 
artıq adam yaralanıb və  şikəst olub, 1 milyondan artıq 
soydaşımız qaçqın düşüb. 
      Ümumiyyətlə
Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və 
ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi 
nəticəsində Azərbaycanın tarix və  mədəniyyət abidələri üzrə 
dəyən zərər 177 milyard ABŞ dolları,  əhalinin mülkiyyətinə 
dəyən zərər isə 55,4 milyard ABŞ dolları təşkil edib.
 
       Bu  gün  respublika  rəhbərliyinin apardığı inadlı  və ardıcıl 
siyasətin nəticəsində Xocalı soyqırımı artıq bir neçə dövlətlər 
tərəfindən soyqırım kimi tanınmışdır. Belə ki, 2010- cu ildə 
ABŞ-ın Massaçusets ştatı, 2011-ci ildə ABŞ-ın Texas və Nyu-
Cersi ştatları, 2012-ci ildə Corciya və Men ştatları, 2012-ci ildə 
Meksika, Pakistan və Kolumbiya dövlətləri, 2013-cü ildə ABŞ-
ın Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, 
Pensilvaniya, Qərbi Virciniya,
Konnektikut vəFlorida  ştatları,
 
2013-cü ildə Çexiya, Bosniya və Herseqovina, Peru, 2014-cü 
ildə Honduras və Sudan Respublikası 
Xocalı soyqırımını 
rəsmən tanımışdır. 
Biz  bəşəri cinayət olan Xocalı soyqırımını
  və Azərbaycana 
qarşı erməni ekstremistlərinin  təcavüzünə  və  vəhşiliklərinə 
dünya dövlətlərinin, eləcə  dəbütün beynəlxalq təşkilatların 
biganə qalmamağa, Xocalı faciəsini insanlığa qarşı soyqırımı 
aktı kimi tanımağa çağırırıq. 
 
Dünya ictimaiyyəti bundan sonra erməni ekstremistlərinin 
məkrli təbliğatına uymamalı, özgə torpaqlarına göz dikən 
terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa 
zidd qanlı qırğını
a
öz
a
adı
a
ilə
a
çağırmalıdır.  
 
 
 
 


193
 
 
           Xeyirxah əməllər yolçusu 
"Qadına gücündən artıq (iş) yükləmə. Çünki qadın (qüdrətli) 
pəhləvan kimi deyil, gül şaxəsi kimidir. Ləyaqəti çatdığı  qədər ona 
ehtiram et, lazımsız yerə izhar edib (bədgümanlıq  əlaməti olaraq) 
qeyrətlənməkdən uzaq ol. Çünki etimadsızlıq və  bədgümanlıq 
qadınları iffətsizliyə, günahsızları günaha sövq edir". 
                                                                                       İmam Əli (ə) 
 
İnsan həqiqətən də Allah-Təalanın yer üzərindəki  ən sirli 
möcüzələrindən biridir ki, onu kəşf etmək mümkün deyildir. 
Bu gün rastlaşdığımız, yol-yoldaşı olduğumuz, illərlə bir yerdə 
ömür sürdüyümüz, ilk baxışda sadə gördüyümüz insan, sən 
demə, bizim hər birimiz üçün oxunmayan sirlər xəzinəsidir. Bu 
xəzinəni axıra kimi öyrənmək, onun sirrini anlamaq  isə indiyə 
kimi heç kəsə nəsib olmayıbdır. 
    “Rəhimlilərin  ən rəhimlisi olan Allahın adı ilə” sözlərilə 
başlanan Qurani-Kərimin  əsas mövzularından biri olan insan 
öz gücü və zəifliyi, gözəllikləri və çirkinlikləri, üstünlükləri və 
çatışmamazlıqları ilə böyükdür. Təsadüfi deyildir ki, Furqan 
surəsinin ilk iyirmi ayəsi məhz insan haqqındadır. 
Bu ayələrdə deyilir ki, insan kainat ağacının meyvəsidir: fəqət 
bu meyvənin yetişməyi üçün şaxəli budaqlar və  rəngarəng 
çiçəklər kifayət etməz. Ağacın yer altındakı qaranlıqlara və 
dərinliklərə kök atması lazım olduğu kimi, insan da çətinliklərə 
və  əzablara qatlaşmadan istədiklərinə    nail  ola  bilməyən bir 
varlıqdır. 
Allah-Təalanın mükəmməl bir quruluşda yaratdığı insan 
cəmiyyətin və hətta kainatın əsası sayılır. Bu da insanın daxili 
aləminin nizamlanmasını və qidalanmasını tələb edir.   


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə