194
Qurani-Kərimə görə bütün dəyişikliklərin əsası insanın daxili
aləmindədir. Hər bir insanın ruhundakı dəyişikliklər kainatda
və cəmiyyətdə baş verən mühüm dəyişiliklərlə bağlıdır.
Mən yazımın əvvəlində nahaqdan qadınlar haqqında İmam
Əlidən(ə)b sitat gətirmədim. Çünki bu kitabı iyirmi ildən artıq
tanıdığım, dostluğuna, yoldaşlığına, əqidəsinə, əxlaqına,
idrakına yaxından bələd olduğum Hacı Azadə xanım
Abbasqızına həsr etməyim heç də təsadüfi deyildir. Yaxşı
insanlar haqqında söz demək, onları olduqları kimi yaşadığı
cəmiyyətə tanıtmaq böyük savab işdir. Bu gün qadınlarımızın
cəmiyyətdə tutduğu mövqeyi, istər rəhbər vəzifələrdə, istərsə
də həyatın müxtəlif sahələrində ciddi və səylə çalışmaları
onların kişilərdən heç də geri qalmadıqlarını bir daha sübut
edir. Qadınların ictimai tərbiyədə, insanların ümumi
inkişafında, övlad tərbiyəsində analıq haqlarında, kişilərə həyat
yoldaşı olmaqda, kişilərlə birgə həyat yolunda addımlamaları
inkar edilməz faktlardır.
Belə ki, Qurani-Kərim Allah-Təaladan sonra valideynə itaət
etməyi əmr etmişdir. Amma bu itaətdə qadın və kişinin
arasında heç bir fərq qoymamışdır. Həmçinin böyük islam
Peyğəmbəri xanım Xədicəyə (s) və xanım Zəhraya olduqca çox
məhəbbət bəsləmiş və onlara hörmətlə yanaşmışdır.
Hacı Azadə xanımı tanıyanlar, dostları, həmkarları onun
şəxsiyyəti, təbibliyi, ictimai fəaliyyəti, ədəbi yaradıcılığı
haqqında bəs qədər ürək sözlərini söyləyiblər. Mən də Hacı
Azadə xanımın ictimai fəaliyyətindən və bədii yaradıcılığı
barədə az da olsa söhbət açacağam. Amma mənim yazımın
əsas qayəsi Hacı Azadə xanımın mömin qadın obrazına işıq
salmaq olacaq. Hər şeydən öncə onu qeyd edim ki, o, dəfələrlə
Həcc ziyarətində, eləcə də Məşhəddə, Kərbəlada, Məkkə və
Mədinədə olub. Ziyarətlərin birində hətta, o mənə bir mesaj da
göndərmişdi. Həmin mesajda Hacı Azadə xanım yazırdı:
“ Qardaşım Camal, bu gün Mina dağında sənə və ailənə dualar
etdim. Allah-təala səni və ailəni daim qorusun! Süfrən həmişə
195
ruzu-bərəkətli və qonaq-qaralı olsun! Bacın Hacı Azadə.
13.11.2011”.
Hacı Azadə dostluqda və yoldaşlıqda çox etibarlı, doğru-
dürüst və sədaqətli bir xanımdır. Yəni, mən demək istədiyim
odur ki, bu xanımda əsl müsəlman qadınında xas olan çoxlu
müsbət keyfiyyətlər vardır. Sual oluna bilər ki, müsəlman
qadınına vacib olan əsas keyfiyyətlər hansılardır. Mən imkanım
daxilində Hacı Azadə xanımın müsəlmançılığa xas olan
keyfiyyətlərini sadalayacağam. Bu qadında əqidəsinə görə
Allah-təala və onun Rəsulunun (səllallahu aleyhi və səlləm)
buyurduqlarının haqq olduğuna yəqinliklə inanmaq və bu yolda
özündən əvvəl gələn əməli saleh müsəlmanların metodlarını
(xeyir işlər görmək, kimsəsizlərə, cəmiyyətdə mənəvi və maddi
yardıma ehtiyacı olanlara kömək etmək, valideynlərini itirmiş
uşaqlara, yetimlərə əl tutmaq, onlara qayğı göstərmək, hər
yerdə xeyirxah əməllər nümayiş etdirmək) dərk edərək həyatın
bütün anlarına tətbiq etmək üçün əlindən gələni hər şeyi etmək
bacarığı və istəyi vardır. Hacı Azadə xanımın əxlaqına gəlincə,
onu deməliyəm ki, onun əxlaqi kamil İslam əxlaqıdır. O,
müasir qadın, həyatın müxtəlif sahələrində ictimai fəaliyyət
göstərməsindən asılı olmayaraq İslamın nişanəsi olan hicab
qaydasına daim riyaət edir.
Müsəlman qadınına xas olan digər keyfiyyət onun ədəbidir.
İslam ədəbinin əsas xüsusiyyətləri qadının həyalı, iffətli,
ismətli və təmizkar olmasıdır. Qeyd etdiyim bu xüsusiyyətlər
də Hacı Azadə xanımda mövcuddur. Digər bir xüsusiyyət isə
Hacı xanımın digər mömin insanlardan götürdüyü nümunədir.
Belə ki, bacımızın üstün cəhətlərindən biri də həmişə mömin
analardan, səhabə qadınlardan və eləcə də bütün əməli saleh
qadınlardan nümunə götürməsidir.
Hacı Azadə xanımın sevgisi isə yalnız Allah və onun Rəsuluna,
eləcə də İslamla bağlı hər kəs (hər şey) üçündür.
196
Onun gizliəməlləri hər zaman axirəti xatırlamaq, sədəqə
vermək, yetimləri sevindirmək, darda olan insanlara kömək
əlini uzatmaq və xeyirxah işlər görməkdir.
Hacı Azadə xanımın əsl qadın dostları dininə möhkəm bağlı,
əxlaqlı müsəlman qadınlarıdır.
Hacı xanımın sevmədiyi əsas xüsusiyyətlər bunlardır: Allaha
şərik qoşmaq, haram olan hər şeyə qarşı çıxmaq, əxlaqsızlıq
yayan insan və düşüncə tərzinə, bir sözlə qəbir əzabına səbəb
olan bütün əməllərdən daim uzaq olmaq, dostlarını və
sevdiklərini də bunlardan uzaq tutmaq.
O, öz günahını səmimi etiraf etməyi bacaran, səhvini başa
düşən və bunlara tövbə edən insanlara həmişə hörmət və
rəğbət bəsləyir.
Hacı Azadə xanım eyni zamanda gözəl anadır. O bircə
ciyərparası olan Talehin üstündə əsim-əsim əsərək onu hər cür
neqativ hallardan, pis insanlardan, pis vərdişlərdən uzaq
tutmağa çalışır və onu əsl mərd, cəsur azəri Türk övladı olaraq
Vətənini, xalqını, torpağını canından artıq sevən bir vətəndaş
kimi tərbiyə edir. Bu yolda o, ana olaraq əlindən gələn hər şeyi
etməyə çalışır. Hacı xanımın həyat yoldaşı Cavanşir də
həyatda hər zaman ona dəstək olur.
Bu ailənin əsas məqsədi yaxşı və möhkəm bir müsəlman
ailəsi qurmaq, əsl İslami dəyərlərə əsaslanmış cəmiyyətin
bünövrəsini qoymaq, adamlara, cəmiyyətə, dövlətinə layiq
nəsil yetişdirməkdir.
Hacı Azadə xanım şəriətlə müəyyən edilmiş hədlər
daxilində səyahət etməyi xoşlayan qadındır. O, həmişə
gəzintilərdən zövq almağa çalışır. Buna görədir ki, Hacı xanımı
tez-tez xarici ölkələrdə həm işgüzar səfərlərdə, həm də maraqlı
səyahətlərdə görmək mümkündür. O, eyni zamanda tez-tez
qohumlara baş çəkir, xəstələri ziyarət edir, hər kəsə kömək
etməyə tələsir. Bunu o, özünün insanlıq borcu hesab edir.
Dem li, insan tan td ran onun qad nl
v ki iliyi deyil,
ksin onun insanl
d r. Bundan lav qad n,
Dostları ilə paylaş: |