NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə1/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
  1   2   3   4   5   6   7   8   9   ...   14


 

AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 



                                         NAZİRLİYİ 

F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 

 



 

Ümummilli lider Heydər Əliyevin 90 illik 

yubileyi münasibəti ilə  

               

 

                        

 

 

 

 

 

 

 

Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti 

                                            

metodik vəsait 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı – 2013 

 

 



 


 

 



 

 

 



 

 

 



Tərtib edən: 

Ruhiyyə Məmmədli – F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı 

 

Redaktor: 



Fizurə  Quliyeva  –  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasının direktoru 



                                 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Tərtibçidən 

 

Bu  vəsaiti  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 



ümummilli  lider  Heydər  Əliyevin  90  illik  yubileyi  münasibətilə  imzaladığı 

sərəncama əsasən sizə təqdim edirik. Vəsaiti sizə təqdim etməkdə əsas məqsədimiz  

oxucuların  Ulu  öndər  Heydər  Əliyev  haqqında  olan  məlumatlarını  daha  da 

artırmaqdır. 

“Azərbaycanın  özü  qədər  əbədi  şəxsiyyəti”  adlanan  metodik  vəsait  “Giriş” 

və  “Keçiriləcək  tədbirlər”  hissəsindən  ibarətdir.  Vəsaitin  “Giriş”  hissəsində  bu 

böyük şəxsiyyətin fəaliyyətindən, həyat və yaradıcılığından söhbət açılır. Vəsaitin 

ikinci  hissəsində  yubileylə  əlaqədar  kitabxanalarda  keçiriləcək  tədbirlərdən  bəhs 

olunur. 

Dünyanın  zənginliyi  məhz  bənzərsiz  şəxsiyyətlərdir,  onların  əməllərinin 

sayəsində dünyanın nuru artır. Tariximizin ən çətin dönəmlərində Azərbaycanın və 

xalqımızın nicatı, quruluşu və xoşbəxt gələcəyi  naminə hakimiyyətə qayıtmış ulu 

öndər  Heydər  Əliyev  məhz  belə bənzərsiz  dahi tarixi şəxsiyyətdir.  Ana dilimizin 

dövlət  dili  kimi  tətbiqində,  onun  imkanlarının  genişləndirilməsi  və  Azərbaycan 

xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin 

rolu  danılmazdır.  Azərbaycan  mədəniyyətinin  və  zəngin  tarixi  irsimizin  dünya 

ictimaiyyətinə  tanıdılması  Heydər  Əliyevin  misilsiz  xidmətlərindəndir.  Heydər 

Əliyev  öz  siyasi  dühası  ilə  Azərbaycanın  müasir  simasını  müəyyənləşdirmiş  və 

xalqımızın taleyində silinməz izlər qoymuşdur. 

Ümummilli liderin siyasi fəaliyyəti onun davamçısı İlham Əliyev tərəfindən  

uğurla  davam  etdirilir  və  Azərbaycan  xalqını  daha  da  xoşbəxt  gələcəyə  doğru 

aparır. Bu vəsaiti hazırlamaqda əsas məqsəd uşaqları, gənc nəsli Heydər Əliyev irsi 

ruhunda tərbiyə etmək, onları vətənpərvərlik ruhunda yetişdirməkdir.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi 



haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

     


Dahi  Heydər  Əliyev  şəxsiyyətinin  Azərbaycan  dövlətçilik  tarixində 

müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər 

Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli 

dövlətçilik  ideyasının  gerçəkləşdirilməsinə,  müasir  Azərbaycan  dövlətinin 

qurulmasına  və  xalqımızın  müstəqillik  arzusuna  çatmasına  nail  olmuşdur.  Məhz 

Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və 

mədəni  potensialından  istifadə  edərək  Şərqlə  Qərb  arasında  etibarlı  körpü  rolunu 

oynamağa  başlamış  və  dünyanın  ən  dinamik  inkişaf  edən  ölkələrindən  birinə 

çevrilmişdir.  

Azərbaycanda  müasir  demokratik,  hüquqi  və  dünyəvi  dövlət  quruculuğu, 

vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, 

mədəniyyətin  inkişafı  əbədi  surətdə  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Ölkəmizin 

əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin 

təsbit  olunması,  hüquq  normalarının  və  qanunvericilik  bazasının  beynəlxalq 

standartlara  uyğunlaşdırılması,  müasir  idarəetmə  üsullarının  bərqərar  olması  və 

müvafiq  dövlət  qurumlarının  formalaşdırılması  Heydər  Əliyevin  rəhbərliyi  ilə 

gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. 

Azərbaycanın  dünya  miqyasında  neft-qaz  hasil  və  ixrac  edən  ölkəyə 

çevrilməsi,  milli  neft  strategiyasının  uğurla  həyata  keçirilməsi,  xarici  dövlətlərin 

aparıcı  neft  şirkətləri  ilə  müqavilələrin  bağlanması,  neft  sənayesinin  müasir 

tələblərə  uyğun  infrastrukturunun  qurulması,  neftin  Bakı–Tbilisi–Ceyhan,  Bakı–

Supsa,  Bakı–Novorossiysk  boru  kəmərləri  vasitəsilə  şaxələnmiş  şəkildə  nəqli 

bilavasitə Heydər Əliyevin xidmətləridir. 

Dünya  iqtisadiyyatına  uğurla  inteqrasiya,  ölkə  daxilində  iqtisadi 

liberallaşma, 

kredit 


reytinqimizin 

artması, 

iqtisadiyyatımızın 

rəqabət 


qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın 

ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər 

əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir. 

Azərbaycanda  qeyri-neft  sektorunun  uğurla  inkişaf  etdirilməsi  də  Heydər 

Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir. 

Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev 

torpağın  şəxsi  mülkiyyətə  verilməsi  ilə  ölkəmizin  ərzaq  təhlükəsizliyini  təmin 

etmiş  oldu.  Bu  gün  müxtəlif  kənd  təsərrüfatı  komplekslərinin  uğurlu  fəaliyyəti 

onun aqrar siyasətinin parlaq təzahürüdür. 

Ulu  öndərin  vaxtilə  Cəmşid  Naxçıvanski  adına  hərbi  liseyin  açılması  ilə 

həyata  keçirməyə  başladığı  müdrik  siyasəti  milli  ordumuzun  formalaşması  və 

Azərbaycan  Silahlı  Qüvvələrinin  yaradılması  mərhələlərindən  keçərək  onun 

Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır. 

Ana  dilimizin  dövlət  dili  kimi  tətbiqində,  onun  imkanlarının 

genişləndirilməsi 

və 


Azərbaycan 

xalqının 

ən 

böyük 


sərvəti 

kimi 


dəyərləndirilməsində  Heydər  Əliyev  şəxsiyyətinin  rolu  danılmazdır.  Azərbaycan 


Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə