NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ


Əziz uşaqlar, sizin fikrinizcə Heydər Əliyev kimdir?



Yüklə 368,91 Kb.
səhifə8/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

17 

 

Əziz uşaqlar, sizin fikrinizcə Heydər Əliyev kimdir? 

Cavablar: 

  

Heydər Əliyev böyük azərbaycanlı idi. Bu kəlmələr bunun sübutudur. “Mən 



fəxr edirəm ki, azərbaycanlıyam”.  

Heydər Əliyev böyük dövlət xadimi idi. “Azərbaycanın dövlət müstəqilliyi 

bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir”. 

Heydər Əliyev əsl vətənpərvər idi. “Bizim hamımızın bir Vətəni var – bu 

Azərbaycan dövlətidir”. 

Heydər Əliyev ana dilimizlə fəxr edirdi. “Biz indi müstəqil dövlət kimi, azad 

xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik”. 

Heydər Əliyev qüdrətli sərkərdə idi. “Azərbaycanın ərazi bütövlüyünü təmin 

etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”. 

Heydər Əliyev təhsilimizin himayədarı idi. “Təhsil hər bir dövlətin, ölkənin, 

cəmiyyət həyatının, fəaliyyətinin mühüm bir sahəsidir”. 

Heydər Əliyev tariximizin yaradıcısı idi. “Gərək biz tariximizi heç vaxt 

unutmayaq,  onun hə bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq”. 

Heydər Əliyev böyük müəllim idi. “Azərbaycanın müəllimləri ən yüksək 

mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”. 

Heydər Əliyev uşaqları çox sevirdi. “Uşaqlar bizim gələcəyimizdir”. 

Heydər Əliyev gənclərlə qürur duyurdu. “Azərbaycan gəncləri Azərbaycanın 

gələcəyidir. 

Viktorina  yekunlaşdıqda  ən  fəal  oxucu  kitabxananın  müdiriyyəti  tərəfindən 

qiymətləndirilir. 

Həmçinin  ümummilli  lider  Heydər  Əliyevdən  bəhs  edən  ədəbiyyatların 

icmalını  keçirmək, bu tarixi şəxsiyyətin yaradıcılığından bəhs edən diskussiyalar 

da  təşkil  etmək  olar.  İcmal  və  diskussiyaların  məktəblərdə  yuxarı  sinif  şagirdləri 

arasında  keçirilməsi  məsləhətdir.  Diskussiyalar  keçirilərkən,  Heydər  Əliyev 

haqqında yazılmış şeirlərdən, poemalardan, pyeslərdən  söhbət açılır və bu haqda 

oxucuların fikirləri öyrənilir. 

Kitabxanalarda oxucular tərəfindən sevilən tədbirlərdən biri də müsabiqələrdir. 

Tədbirlər içərisində  rəsm, şeir müsabiqələri xüsusi yer tutur. Bildiyimiz kimi ulu 

öndər  Heydər  Əliyevə  şairlərimiz  tərəfindən  çox  gözəl şeirlər yazılıb.  Bu şeirləri  

ən  gözəl  söyləyən  oxucu  müdriyyət  tərəfindən  mükafatlandırılır.  Həmçinin 

məktəbli  oxucularımız  arasında  kitabxanada    ulu  öndərdən  bəhs  edən  rəsm 

müsabiqələri  də  təşkil  etmək  olar.  Müsabiqə  zamanı  şəkilərin  hazırlanması  üçün 

uşaqlara  iki  həftə  vaxt  verilir.  Bu  vaxt  ərzində  oxucular  ulu  öndər  Heydər 

Əliyevdən  bəhs  edən  kitablarla,  qəzetlərlə,  jurnallarla  tanış  olurlar.  Bu  zaman 

ərzində kitabxanaçılar uşaqlara yaxından kömək edirlər. Ən gözəl məna kəsb edən 

rəsm  işləri  mükafatlandırılır.  Həmçinin  rəsm  müsabiqələri  üçün  məktəblərarası 

yarışmalar da təşkil etmək olar. 

    Rəsm müsabiqələri ilə yanaşı başqa müsabiqələrin də təşkili mümkündür. 

Məsələn, uşaqların ifasında Heydər Əliyevdən bəhs edən mahnılar məktəbli 



18 

 

oxucular tərəfindən ifa olunur. Bu vaxt münsiflər heyəti yaradılır. Münsiflər heyəti 



kitabxana  müdirindən,  teatrımızın  görkəmli  nümayəndələrindən,  bəstəkarlardan 

təşkil edilir.  

Kitabxanalarda  yuxarı  sinif  şagirdlərinin  iştirakı  ilə  “Heydər  Əliyevin 

fəaliyyəti müasir gəncliyin gözü ilə” oxucu konfransı da təşkil etmək mümkündür. 

Konfransdan  öncə  onun  proqramı  tərtib  olunmalı,  konfransın  keçiriləcəyi  dəqiq 

vaxt  müəyyən  olunmalıdır.  Proqramda  konfransda  çıxış  edəcək  qonaqların, 

tarixçilərin,  ədəbiyyatşünasların  və  şagirdlərin  adları,  onların  çıxış  edəcəkləri 

mövzular,  tədbirin  keçiriləcəyi  məkan  və  zaman  qeyd  olunur.  Konfrans  zamanı 

Heydər  Əliyevin  fəaliyyətinə,  yaradıcılığına  yaxından  bələd  olan  millət  vəkilləri, 

Mədəniyyət  və  Turizm  Nazirliyinin  nümayəndələri,  jurnalist,  yazıçı  və  şairlərin 

çıxışları dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik: 

1.Giriş hissə (Heydər Əliyevin həyat və yaradıcılığı haqqında məruzə)  

2.  Heydər  Əliyevin  yaradıcılığı  haqqında  kitabxana  rəhbərliyinin,  millət 

vəkillərinin, siyasətçilərin, yazıçı və şairlərin çıxışları.  

3.Yuxarı  sinif    şagirdlərindən  ibarət  olan  oxucuların  Heydər  Əliyevin 

fəaliyyətindən bəhs edən müzakirələri. 

4. Ədəbi bədii kompazisiya.  

5. Konfransın yekunu.  

Heydər Əliyevin irsinin təbliği üçün ədəbi-bədii gecələrin keçirilməsi zəruridir. 

Gecəni   “Əbədiyaşar lider” başlığı ilə adlandırmaq olar. Tədbirin ssenarisini sizə 

təqdim edirik. 

Səhnə ümumilli lider Heydər Əliyevin portreti, fəaliyyətini əks etdirən 

şəkillərlə, bir çox şair və yazıçıların onun haqqında yazdığı  əsərlərlə, Heydər 

Əliyevin hikmətli kəlamları ilə bəzədilir. Gecəyə Heydər Əliyevin yaradıcılığına 

yaxından bələd olan tanınmış millət vəkilləri, yazıçılar, şairlər, siyasətçilər, 

jurnalistlər, tarixçilər, müəllimlər  dəvət olunurTədbir Azərbaycan himninin 

səslənməsi ilə başlayır. Sonra isə tədbir iştirakçılarına Heydər Əliyevdən bəhs 

edən slayd təqdim olunur. Daha sonra kitabxanaçı  Azərbaycanın Prezidenti 

İlham Əliyevin Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar imzaladığı 

sərəncamla tədbir iştirakçılarını tanış edib, tədbiri açıq elan edir. İki nəfər 

Aparıcı səhnəyə çıxıb tədbir iştirakçılarını salamlayırlar. 

I Aparıcı:      

Azərbaycan!  Sən  əsrlər  boyu  tarixdə  ad-san  qazanmış 

şəxsiyyətləri  – Tomrisi, Cavanşiri, Babəki, Şah İsmayıl Xətaini 

və başqalarını yetişdirmisən. Sən belə tarixi simalardan yenə də 

yetirməliydin. Və yetirdin də! Bu sima XX əsrin adamı, Heydər 

Əlirza  oğlu  Əliyev  oldu.    Heydər  Əliyevin  70-80-cı  illərdəki 

nəhəng  quruculuq  və  ictimai-siyasi  fəaliyyəti  olmasaydı, 

Azərbaycan indiki müstəqilliyinə nail ola bilməzdi. O, yenidən 

hakimiyyətə qayıtmasaydı Azərbaycan və Azərbaycan xalqı çox 

müsibətlərlə  qarşılaşardı,  dünya  ictimaiyyəti  Azərbaycan 

həqiqətlərindən  indiki  şəkildə  xəbər  tutmazdı.  Tarix  məqam 

gözləyirdi.  Azərbaycanın  xilaskarı  Heydər  Əliyev  gəlib 

çatmasaydı az qala Azərbaycan, Vətən, torpaq, milli şərəf, milli 




Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə