NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə10/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   ...   6   7   8   9   10   11   12   13   14

21 

 

hörmüşdür. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix 



belələrini əməlləri, fəaliyyəti ilə yaranır. Azərbaycanın Heydər 

Əliyev  dövrü  tariximizin  ən  şərəfli,  ən  şanlı  səhifəsi  hesab 

edilməyə layiqdir. Ulu öndər xarakter etibarilə qurucu, yaradıcı 

insandır. 

Heydər 

Əliyev 


bənzəri 

olmayan 


bir 

şəxsiyyətdir.Yaşadığı  mənalı  ömür,  keçdiyi  şərəfli  həyat  yolu 

xalqımıza örnəkdir. Müstəqillik illərində məhz ulu öndərimizin 

gərgin  və  titanik  səyləri,  müdrik  siyasi  kursu  sayəsində 

Azərbaycan  nəinki  öz  suverenliyini  qoruyub  saxlamış,  onu 

əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə 

yüksəltmişdir. 

II Aparıcı:       

Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa 

Şurasında,  başqa  mötəbər  beynəlxalq  təşkilatlarda  vüqarla 

dalğalanır.  Danılmaz  bir  həqiqətdir  ki,  Heydər  Əliyevin  həyat 

prinsipi  həmişə  ədalət,  sülh,  əmin-amanlıq  və  xalqın  rifahı, 

dövlətin  qüdrətinin  və  təhlükəsizliyinin  möhkəmləndirilməsi 

olmuşdur.  Heydər  Əliyev  ötən  əsrin  görkəmli  siyasətçisi  və 

dövlət  xadimi  kimi  bütün  dünyada  tanınmış  və  artıq  öz 

sağlığında tarixə düşmüş böyük şəxsiyyətdir. Azərbaycan tarixi 

inkişafının  son  illərində  yaşadığı  hadisələr,  Heydər  Əliyev 

varlığının,  onun  zəkasının,  nüfuzunun  və  dərin  təcrübəsinin 

dövrümüz  üçün  nə  qədər  əhəmiyyətli  olduğunu  əyani  şəkildə 

göstərmişdir. 



Bir neçə oxucu Heydər Əliyevin xatirəsinə yazılmış, Fikrət Qocanın”Vətən oğlu” 

şeirini oxucularımızın ifasında söyləyirlər. 

I Oxucu:      

Vətən oğlu, ata oldun bizə sən, 

                    

Ata kimi qayğımızı çəkirdin. 

                    

Şair kimi həssas idin sözə sən, 

                    

Danışıqda sözdən sözü çəkirdin. 

                    

Ölkə olduq sən arzuna çatanda, 

II Oxucu:     

Bir əlin od, bir əlin su olurdu. 

                    

Millət rahat xumarlanıb yatanda, 

                    

Yuxun bir an quş yuxusu olurdu. 

                    

Yurdumuzda şan-şöhrətli hər nə var 

                    

Yatmadığın günlər, aylar, illərdi; 

III Oxucu:    

Ziyarətə gəlir səni bu yollar... 

                     

Göz yaşımız məzarında güllərdi. 

                     

Sənin rəmzin Azərbaycan bayrağı, 

                     

Baş qoymağa, can verməyə hazırıq. 

                     

Dan ulduzum-yurdumuzun mayakı. 

IV Oxucu:    

Şeir də bir təsəllidir, yazırıq. 

                     

Adın – sanın yenilməz bir ordudu, 

                     

İndi odlar diyarının özüsən... 

                     

Azərbaycan Heydərlərin yurdudu, 



22 

 

                     



Gələcəyə baxanların gözüsən. 

I Aparıcı:      

Heydər  Əliyev  çox  maraqlı,  mürəkkəb,  zəngin,  keşməkeşli  bir 

ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, 

öz  zəhməti,  zəkası,  fitri  qabiliyyəti  ilə  ən  yüksək  zirvəyə 

yüksəlmişdir.  Bu  uca  zirvənin  yolları  daşlı-kəsəkli  olsa  da, 

polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni 

fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi 

böyük  dövlət  xadimi,  görkəmli  siyasətçi,  müstəqil  Azərbaycan 

dövlətinin  memarı,  zəmanəmizin  nadir  şəxsiyyətlərindən  biri 

Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. 

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sözləri Baba Vəziroğluna, musiqisi 

Kamala aid olan  Ağadadaş Ağayevin ifasında ”Sən elə bir zirvəsən”mahnısı 

səslənir. Mahnı səslənərkən ekranda Heydər Əliyevin fəaliyyəti dövründə 

uşaqlarla çəkdirdiyi şəkillər nümayiş olunur. 

 I Aparıcı:             Heydər Əliyev duhası təkcə XX əsr Azərbaycanın deyil, həm 

də 

üçüncü 


minillik 

Azərbaycanın 

gerçək 

simasını 



müəyyənləşdirən mühüm  amildir. Türkiyə dövlətçiliyi tarixində 

Mustafa  Kamal  Atatürk,  ABŞ  tarixində  Ruzvelt,  müasir 

Almaniya  tarixində  Adenauer,  indiki  Fransanın  qurulmasında 

Şarl de Qoll, Hindistanın siyasi varlığında Cəvahirləl Nehru nə 

deməkdirsə, Heydər Əliyev də Azərbaycanın və ümumi sayı 50 

milyondan  artıq  olan  dünya  azərbaycanlılarının  tarixində  o 

deməkdir.  Onun  fəaliyyəti  mahiyyət  etibarilə  gələcəyə 

hesablanmış 

hərtərəfli 

inkişaf 


strategiyasının 

işlənib 


hazırlanması  və həyata  keçirilməsi  demək  idi.  O  illərdə xalqın 

ictimai  -  siyasi,  iqtisadi  və  mədəni  həyatının  bütün  sahələrində 

mümkün  olmuş  hər  hansı  tərəqqi  və  həyata  keçirilmiş 

təşəbbüslər  məhz  ümummilli  liderimizin  gərgin  əməyinin 

bəhrəsidir.  Onun  siyasi  zəkası  sayəsində  Azərbaycanın 

beynəlxalq  aləmdən  təcridinə  son  qoyuldu,  ümummilli  böhran 

aradan qaldırıldı, ölkə bütün sabit inkişaf yoluna çıxdı.  İndi isə 

gəlin  məktəbli  oxucularımızın  ifasında  Ulu  öndər  Heydər 

Əliyevin söylədiyi hikmətli kəlamlara qulaq asaq. 

Məktəblilər kəlamları söyləyirlər. 

1.

 



Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, 

bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın 

mədəniyyətini nümayiş etdirən amillərdən biridir. 

2.

 



 Milli-mənəvi  dəyərləri  olmayan  millət  həqiqi  millət,  həqiqi  xalq  ola 

bilməz.  Milli-mənəvi  dəyərlərimiz  bizim  ana  dilimizdir.  Azərbaycan 

dilidir,  bizim  adət-ənənələrimizdir.  Mənəvi-əxlaqi  mentalitetimizdir. 

Bunların hamısı ilə fəxr edirik və fəxr etməliyik.  

3.

 

Milli  özünüdərk,  milli  oyanış,  dirçəliş  prosesi  xalqımıza  birinci  növbədə 



ədəbiyyatdan keçir.  


Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə