NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə13/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   ...   6   7   8   9   10   11   12   13   14

27 

 

                              Sözdən elə yarat o heykəli sən



                              Desinlər ən böyük heykəltaraşdı! 

I oxucu (Şair):                     

Onun könül açan ürək sözləri, 

                              Döndü qanadlara, döndü qollara. 

                              Dahi bir insandan yazmaq eşqinə 

                             Allahı çağırıb çıxdım yollara. 

                             İnsan köküm oldu, mələk budağım, 

                             Kökdən qanadlandım budağa doğru. 

                             Çəkdi yaratdığım bu dastan məni 

                             Vətənə, millətə, torpağa doğru. 

                              Dilində səslənən hər müqəddəs ad 

                              Dilimdə sərvətdi, damağımda dad. 

                              Ey böyük sərkərdə, ey böyük ustad, 

                             Hər  sətrin səngərim, yarağım oldu. 

                             Eşqim, məhəbbətim, gücüm, qeyrətim, 

                             Baxışım, marağım, sevgim, heyrətim, 

                             Zəvvarı azalmaz bir  ziyarətim, 

                             Səcdəgah deyilən torpağım oldu. 

                            Gəldi dostluq günü, gəldi dost anı, 

                            Qoymadım qılıncım qında paslana. 

                              Adına yazdığım “Heydər dastanı” 

                         

Başımın üstündə bayrağım oldu. 

I Aparıcı:     

Heydər  Əliyevin  Azərbaycan  mədəniyyətinin  ayrılmaz  tərkib 

hissəsi  olan  kitabxana  quruculuğu  sahəsində  də,    misilsiz 

xidmətləri vardır. XX əsrin II yarısında respublikada kitabxana 

şəbəkələrinin  inkişafı,  kitabxanaların  mərkəzləşdirilməsi, 

kitabxana  fondlarının  inkişafı,  əhaliyə  kitabxana  xidmətinin 

yaxşılaşdırılması,  kitabxanaların  maddi-texniki  bazasının  və 

kadr  potensialının  möhkəmləndirilməsi  istiqamətində  Heydər 

Əliyevin  gördüyü  işlər  danılmazdır.  Müstəqillik  dövründə 

kitabxanaların  qorunub  saxlanılması,  kitabxana  işinin  inkişaf 

istiqamətləri və dövlətin kitabxana siyasətinin formalaşmasında 

Heydər Əliyevin rolu böyükdür. Bəli, Ümummilli lider Heydər 

Əliyev  bütün  sahələr  kimi  kitabxana  sahəsində  də  nailiyyətləri 

böyükdür. 

Sözləri Valeh Mirzəyə aid olan Heydər Əliyevin xatirəsinə yazılmış”Bir el sevindi” 

şeirinə oxucularımızın ifasında dinlənilir. 

I Oxucu:  

 

 

 



Bu xalqın ümidi qırılan deyil – 

                

 

 

 



Bu xalqın nicatı Öndər olubdur. 

                

 

 

 



Daxili düşmənlər cövlan edəndə

                

 

 

 



Xilaskar Atamız Heydər olubdur. 

                

 

 

 



Çox ağrı-acılar çəksə də başı, 

                

 

 

 



Üzü ağ çıxıbdır sınaqlardan o. 

                

 

 

 



Qoymadı bölünə Vətən torpağı, 


28 

 

                



 

 

 



Qorudu milləti qınaqlardan o, 

II Oxucu:    

 

 

O, böyük işlərin müəllifiydi, 



                    

 

 



Qurub – yaradandı... Yaradan kimi. 

                    

 

 

Millətin yolunda, xalqın yolunda 



                    

 

 



Verdi o, özünü bir qurban kimi. 

                    

 

 

Bir oğul böyütdü, öz sevgisiylə 



                   

 

 



Vətəni sevməyi öyrətdi ona. 

                    

 

 

İşıqlı yolların döngələrində, 



                    

 

 



Ata nəsihəti örnəkdi ona. 

III Oxucu:    

 

 

Bir oğul böyütdü, oğul! – deyirəm, 



                    

 

 



Surəti gözümdə, ürəyimdədir. 

                    

 

 

Halal süfrəmizə, çörəyimizə, 



                   

 

 



Haram qatanlara dərs verdi bir – bir. 

                   

 

 

Bir oğul böyütdü, oğul! – deyirəm, 



                   

 

 



İşıqlı gələcək açarı onda. 

                   

 

 

Bir ev sevinmədi, bir el sevindi, 



                   

 

 



Heydər davamçısı İlham olanda.  

II Aparıcı:    

1969-1985-ci  illərdə  respublikamızda  mədəni  quruculuq 

sahəsində  həyata  keçirilən  böyük  tədbirlər  kitabxana  işinin 

inkişafına da müsbət təsir göstərmiş, əvvəllər ləğv edilmiş kənd 

kitabxanaları planauyğun qaydada ardıcıl olaraq bərpa olunmuş, 

kənd  rayonlarının  yaşayış  məntəqələrində  kitabxanalar  təşkil 

edilmiş, 

kitabxanaların 

maddi-texniki 

bazası 

möhkəmləndirilmiş,  kitabxana  işinin  maliyyələşdirilməsinə 



diqqət artırılmışdır. Məhz bu illərdə həm kənd yerlərində, həm 

də  şəhərlərdə  yeni  kitabxana  binalarının  tikilməsinə,  mövcud 

binaların  bərpa  və  təmiri  işlərinə  vəsait  ayrılmağa 

başlanılmışdır.  Kitabxanaların  mərkəzləşdirilməsi  məsələsi 

respublikamızda  da  müvəffəqiyyətlə  başa  çatdırılmış,  mühüm 

elmi-təcrübi  nəticələr  əldə  edilmişdir.  Ulu  öndər  kitab  və 

kitabxana  işinin  böyük  mədəni  əhəmiyyətini  yüksək 

qiymətləndirmiş,  onu  ölkəmizin  ümumi  mədəniyyətinin  əsas 

göstəricisi  kimi  qiymətləndirmişdir.  Bu  da  Heydər  Əliyevin 

yüksək  elmi,  mədəni  və  intellektual  səviyyəsi  ilə,  bəşəri 

xarakter  daşıyan  hadisələri  düzgün  qiymətləndirə  bilmək 

istedadı  ilə  şərtləşir.  Ulu  öndər  kitabxanaların  fəaliyyətinə, 

kitabxanaçı  əməyinə  yüksək  qiymət  vermişdir.  Heydər  Əliyev 

həmişə  çıxışlarında  yazıçı  və  şairlərimizin,  alimlərimizin, 

mədəniyyət  xadimlərimizin  böyük  potensiala  malik  olduğunu 

bildirmiş, 

Azərbaycan 

xalqının 

təhsillənməsində, 

biliklənməsində,  elm  və  mədəniyyətimizin,  mənəviyyatımızın 

inkişafında  böyük  rolu  olduğunu  bildirmişdir.  Söhbət    Ulu 

Öndər Heydər Əliyevin mədəniyyət sahəsində gürdüyü işlərdən 

düşmüşkən gəlin yuxarı sinif şagirdlərinin  ifasında Ümummilli 



Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə