Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə45/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   41   42   43   44   45   46   47   48   ...   91

164
 
 
    Hal-hazırda stress sağalmaz bir epidemiya kimi bütün 
dünyanı öz ağuşuna alıbdır. Sosioloqlar və psixoloqların  əldə 
etdikləri statistik məlumata görə yer kürəsində adamların son 
25-30 ildə 50%- i infarktdan ölmüşdü. Bu da bilavasitə 
adamların düşdükləri stress vəziyyəti ilə əlaqədar olmuşdu. 
    Yanvar  hadisəsindən sonra respublikamızda stress 
vəziyyətinə düşənlərin sayı daha çox olmuşdur. Onu da qeyd 
etmək istəyirəm ki, hadisədən sonra psixiatr həkimlərimizə 
yuxusuzluqdan, daxili həyəcanlanmadan, ümidsizləşmədən, 
inamsızlışmadan, tez-tez əsəbləşmədən,  ətrafdakı insanlara 
qarşı laqeydləşmədən, bədbinləşmədən və s. mənfi 
emosiyalardan  əzab çəkdiklərini bildirən adamların müraciət 
etməsi günü-gündən artmağa başlayıbdır. Deməli, stress artıq 
öz işini görmüşdür. 
     Bu  yaxınlarda Respublika Mərkəzi Xəstəxanasının psixiatr 
həkimi  Əliağa Həsənovun yanında idim. Həkim qeyd etdi ki, 
Yanvar hadisəsindən sonra, son 2 ayda ona müraciət edənlərin, 
xəstəliyin yüngül formasında təzahür edənlərin sayı  təqribən 
1000 nəfərə yaxın olmuşdu. Ancaq stressin daha çox izini 
orqanızmlərində duyan, özünü həqiqətən ağır vəziyyətdə hiss 
edən xəstələrin sayı 300-ə yaxın olmuşdur. Həkimin gərgin 
səyi nəticəsində belə xəstələrin əksəriyyəti artıq həyata yenidən 
ümidlə baxmağa başlayıbdır.  
    Əgər biz bu gün hamı üçün uzun və xoşbəxt həyat arzulamaq  
istəyiriksə, adamlar arasında mütləq xeyirxah, səmimi, 
qardaşlıq münasibətlərinin bərqərar olmasına, xalqın ruhuna 
uyğun hərəkət etməyə, kin, paxıllıq və eqoizm kimi hisslərin 
kəsilməsinə birgə nail olmalıyıq. 
    Bu  gün  bizim  üçün  qərəzçilik, paxıllıq qeyri-təbii hal 
olmalıdır. Axı, biz bu gün humanizm prinsipləri əsasında, yeni 
mənəvi və fiziki kamilliyə doğru gedən sağlam bünövrəli bir 
cəmiyyət yaratmaq ümidi ilə yaşayırıq. Bunun üçün hər şeydən 
əvvəl bizim mənəvi birliyimiz tam təmin olunmalıdır! 
      1993 

cü 
il.
 


165
 
 
Örnək insan və yaradıcı şəxsiyyət 
 
 
Filosofların dediyi kimiAllah-təalanın xəlq etdiyi, yaratdığı 
insanın dünyaya göz açdığı andan başlayaraq onun təhsil və 
tərbiyəsinə, gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına təsir 
edən bir çox amillər mövcuddur. İnsan dilini, dinini, 
düşüncəsini,  şüurunu,  əxlaqi xüsusiyyətlərini, milli və  mənəvi 
dəyərlərini, həyat fəaliyyətini həmişə onun üçün göstərilən 
nümunələrə 
və onlardan aldığı 
təəssüratlarla 
formalaşdırır.Yunan dramaturqu Sofokl yazır:  “Dünyada 
heyrətedici  güclü qüvvələr çoxdur, lakin insandan güclüsü 
yoxdur”. Doğrudan da özünü dərk edən insan öz gücünü
qüvvəsini, intellektini, potensial imkanını  cəmləyib bir yerə 
yönəldərsə, o yenilməz olar, bütün istək və arzularını  həyata 
keçirər. Bunun əsasında da insanın özünəinamı dayanır. Bu 
xüsusiyyətlər  ən çox yaradıcı adamlarda mövcud olur. Çünki 
yazıb-yaratmaq insana ilk növbədə öz nəfsinə qalib gələ bilmək 
bacarığı aşılayır. Əgər insan öz nəfsini əsirinə çevirə bilsə, bu 
adam həyatda hər istəyinə müvəffəq ola bilər. Digər tərəfdən 
də  həmin insan iç dünyasında hər zaman “təmizlik işləri” 
aparmalı, daxilindəki hər cür qeyri-insani xüsusiyyətlərindən 
xilas olmalıdır. Belə olan halda deyirlər ki, o, yaxşı insandır. 
Bu insanlar hansı zaman və  məkanda, hansı  şəraitdə 
yaşamasından və  fəaliyyət göstərməsindən asılı olmayaraq öz 
gözəl insani keyfiyyətləri qoruyub saxlamağı bacara bilir, 
kimsəyə, nəyə görəsə boyun əyməyərək öz-özünün sahibi, azad 
insan olur. Yüksək insani keyfiyyətlərə malik olan yaradıcı 
şəxslər digərlərindən yüksəklikdə dayanaraq cəmiyyət arasında 
həmişə hörmət və  rəğbətlə qarşılanırlar. Həmin adamlar 
həddindən artıq təvazökar olduqları üçün həm  şəxsi 
keyfiyyətləri baxımından, həm yaradıcılıq baxımından diqqət 
mərkəzində olmaqdan çəkinərək, yalnız başlarını  aşağı salıb 


166
 
 
cəmiyyətə, insanlara, bütünlüklə  millətə xeyir verə biləcək 
işlərlə məşğul olurlar. Bunun müqabilində onlar kimsədən nəsə 
ummurlar. Yuxarıda sadaladığımız yüksək insani keyfiyyətlərə 
malik olan gözəl,  şəxsiyyətinə  və yaradıcılığına rəğbət 
bəslədiyim insanlardan biri də yazıçı-publisist Böyükxan 
Bağırlıdır. 
     Mən “Yaxşı insanlar sorağında” adlı ədəbi silsilədən olan 
ikinci kitabımı  qəlbindən zahiri aləminə sanki nur süzülən, 
ədəb-ərkanı, əxlaqı, tərbiyəsi ilə həmyaşıdları arasında seçilən, 
ədəbi mühitdə tanınmış yaradıcı  şəxsiyyətlərdən biri olan 
Böyükxan Bağırlıya həsr edirəm. Yaradıcı insanlardan yazmaq 
böyük savab işdir. Mən də əlimə düşən bu savab işi qazanmaq 
fürsətini başqasına buraxmaq istəmədim. 
      Yazıçı,  şair və publisist Böyükxan Bağırlı yüksək insani 
keyfiyyətlərilə yanaşı, yorulmaq bilməyən, həmişə axtarışda 
olan, oxumaqdan bircə an belə usanmayan, daim öz üzərində 
işləyən, düzlüyü, dürüstlüyü, xeyirxahlığı,  əqidə saflığını, 
ləyaqəti, işinə  məsuliyyətlə yanaşmağı, prinsipiallığı, zəhmətə 
alışqanlığı, özünə mökəm inamı və həyata bağlılığı, düşüncə və 
fikirlərində  sərbəstliyi, azadiliyi, zəhmətə qatlaşmağı özünün 
həyat amalına çevirən əsl ziyalı şəxsiyyətlərdəndir. 
       B.Bağırlı ata yurdunun gərəkli davamçısı olan ləyaqətli 
övlad, örnək olunası valideyn, Azərbaycan ziyalılığının bütün 
müsbət keyfiyyətlərini özündə  cəmləşdirən, hər  şeydən öncə 
millətini, Vətənini, xalqını  hədsiz bir məhəbbətlə sevən 
vətəndaşdır. 
       Mən yazıçı-publisist B.Bağırlının “Zəhərlənmiş tale” 
povestini, “Cəhənnəmi görənlər”, “Xoş  xəbər”, “Sərnişinlər”, 
“Çovğun”, “Aynalı gölün payızı”, “Ağ yaylıqlar” hekayələrini 
oxumuşam. Müəllifin ədəbi yaradıcılığına azdan-çoxdan bələd 
olan bir oxucu kimi deyim ki, onun yaradıcılığında 
müşahidəçilik qabiliyyəti, hadisələrə yanaşma üsulu, onları 
təsvir etmək bacarığı yüksəkdir. B.Bağırlının  əsərlərinin  əsas 
qəhrəmanları  kənddə yaşayan, torpağa,  əməyə bağlı 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə