Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə41/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   37   38   39   40   41   42   43   44   ...   91

151
 
 
     Görkəmli  İsveçrə psixoloqu J.Piajenin fikrincə, inkişaf 
özünün daxili spesifik qanunlarına malikdir.Odur ki, təlimin 
tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi  əsas 
götürülməlidir. Sözsüz ki, burada təlimin inkişafetdirici təsiri 
J.Piaje tərəfindən kölgədə buraxılır. 
     Amerika  psixoloqu  C.Brunerə görə, hər cür əqli inkişafın 
əsasını yalnız mütəşəkkil və məqsədyönlü təlim təşkil edir; əqli 
inkişaf isə öz növbəsində  dərin biliyə  və ümumiləşdirmə 
bacarığına yiyələnməkdən ibarətdir. 
     C.Bruner  şagirdlərin  əqli inkişafında təlim prosesinin 
həlledici rol oynadığını  qəbul etsə  də, yaş hüdüdlarını silib 
atdığına görə onun fikirləri ilə  razılaşmaq olmaz. 
      L.  S.  Vıqotskinin “təlim həmişə inkişafından irəlidə gedir 
və onu da öz arxasınca aparır” müddəasına  əsaslanan rus 
psixoloqları inkişafetdirici təlimin mahiyyətini açmağa 
çalışmışlar. Burada uşaqların mənimsəmə inkişafının aşkara 
çıxarılması mühüm yer tutur. 
      Bir  məsələ ilə  əlaqədar belə bir cəhəti qeyd etmək lazım 
gəlir ki, psixikanın ontogenezdə inkişafı keyfiyyətcə bir 
mərhələdən digərinə keçidlərin məcmuyu kimi başa düşülür. 
Uşağın inkişafının ayrı-ayrı mərhələlərində psixikanın bu və ya 
digər istiqamətdə inkişafı üçün daha əlverişli şərait yaranır. Bu 
şəraitlərdən bəzisi müvəqqəti, keçici xarakter daşıyır. Psixi 
fəaliyyətin ayrı-ayrı dövrlərinin olması  və güclənməsi üçün 
optimal vaxt mövcuddur. Belə yaş dövrləri senzitiv dövrlər 
adlanır. Məsələn, nitqin inkişafı üçün bir yaşdan 5 yaşa qədərki 
dövr, riyazi qabiliyyətlərin formalaşması üçün 15-20 yaş 
senzitiv dövr hesab  olunur. 
     Senzitiv  dövrlərdən bəhs edən L. S. Vıqotski yazırdı:  Bu 
dövrdə hissi həssaslıq inkişafda dərin dəyişikliklər  əmələ 
gətirərək onun bütün gedişinə müəyyən təsir göstərir. Başqa 
vaxtlarda həmin  şərtlər özü tamamilə  neytral ola, ya da 
inkişafın gedişinə  əks təsir göstərə bilər. Senzitiv dövrlər 


152
 
 
bizim təlimin optimal müddətləri adlandırdığımız anlarla tam 
uyğun gəlir.” 
     L.S. Vıqotski və onun əməkdaşları təlimlə əlaqədar iki əqli 
inkişaf səviyyəsini müəyyən etmişlər.Birinci çox fəal inkişaf 
səviyyəsidir ki, burada şagird gündəlik dərsləri, verilən 
tapşırıqları müstəqil surətdə yerinə yetirir, özü dərsə aid 
misallar çəkir, müəllimin  şərh etmədiyi bəzi cəhətləri izah 
etməyə təşəbbüs göstərir və nəhayət, onda əqli inkişaf sonralar 
hər hansı bir məsələni heç kimə ehtiyacı olmadan, özü həll edə 
biləcək səviyyəyə çatır. L.S.Vıqotski bunu fəal inkişaf 
səviyyəsi adlandırmışdır. 
    Əqli inkişafın ikinci səviyyəsində  uşaq bir növ yaşlıların 
köməyilə daha yüksək nailiyyət  əldə edə  bilir.  L.  S.  Vıqotski 
bu inkişaf səviyyəsini “inkişafın yaxın zonası” adlandırmışdır. 
L.S. Vıqotski bu münasibətlə yazırdı:“Uşaq nəyi ki, yaşlının 
köməyilə etmək iqtidarındadır, bu, onun yaxın inkişaf 
zonasını göstərir... Uşağın  əqli inkişaf vəziyyəti onun iki 
inkişaf səviyyəsinin - fəal inkişaf və yaxın inkişaf zonası 
səviyyələrinin köməyi ilə müəyyənləşdirilə bilər.” 
     Uşaqlarda 
əqli inkişafın diaqnostikasını 
müəyyənləşdirməyin yolları barədə psixoloqlar arasında 
müxtəlif fikirlər mövcüddur. Psixoloqlardan bir qrupu əqli 
inkişafın göstəricisini  şagirdin biliklərə  nə  dərəcədə müstəqil 
yiyələnməsi, yaxud onun hər hansı bir qanunauyğunluğu 
müstəqil dərk etmək, abstraktlaşdırmaq və sözlə ifadə etmək 
bacarığı ilə müəyyənləşdirməyə təşəbbüs göstərmişlər. 
     Digər qrup psixoloqlar əqli inkişafı  şagirdin müxtəlif 
xarakterli işləri hərtərəfli öyrənmə bacarığı ilə 
müəyyənləşdirirlər. 
     Üçüncü  qrup  psixoloqlar  əqli inkişafı  şagirdin qazanmış 
olduğu biliklər sistemi ilə, olara istinad etmək bacarığı ilə 
müəyyənləşdirirlər. 


153
 
 
     Yalnız əqli inkişaf səviyyəsini müəyyən etdikdən sonra hər 
bir yaşda  şagirdə  nə  qədər bilik verməyin zəruriliyini konkret 
dəqiqləşdirmək mümkündür. 
     Bütün  bu  deyilənləri nəzərə alsaq, bütövlükdə  təlim 
fəaliyyətinin cərəyanını aşağıdakı kimi ifadə edə bilərik. 
     Təlim fəaliyyətinin cərəyanı = bilməmək + fəaliyyət + 
məqsəd + ehtiyac + maraq + informasiya mənbəyi + iradi səy. 
 
        
1992 

ci 
il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


154
 
 
Stressin insan həyatına təsiri və onun 
aradan  qaldırılması yolları 
 
 
     Son  30  il  ərzində  gərginlik törədən  şəraitin (və ya stress 
törədən  şəraitin) təsiri nəticəsində  əmələ  gələn emosional 
halların  öyrənilməsi getdikcə daha böyük əhəmiyyət kəsb edir. 
Bu, insanın təhlükə zamanı, müxtəlif ağır fiziki və zehni işlər 
zamanı, təcili və  məsuliyyətli qərar qəbul etmək və s. 
zəruriyyəti qarşısında etdiyi hərəkətlərdir. 
     Qeyd  etmək  lazımdır ki, ayrı-ayrı dövrlərdə insana təsir 
edən elə  mənfi hallar və elə  vəziyyətlər olur ki, bunlar yerli
lakolizə olunmuş hallar və  vəziyyətlər olmayıb qlobal, planet 
miqyaslı hallar və vəziyyətlər olur. Ona görə də mənfi hallarda 
və  vəziyyətlərə qarşı mübarizə bütün bəşəriyyət qarşısında 
dayanan vəzifələr səviyyəsinə qalxır. İndi belə vəzifələrdən biri 
stess vəziyyətinə qarşı mübarizədir. Təsdiq edən amillərin 
ümumi rəyinə görə stress  emosional gərginlik vəziyyətidir. 
     Stress  fizioloji  cəhətdən U.Kennonun homeostazis 
(homoestazis - orqanizmin fəaliyyətinin daxili şəraitinin 
sabitliyidir) və H. Selyenin ümumi adaptasiya sindromu, daha 
doğrusu, orqanizmin qüvvətli və ya həddindən artıq qüvvətli 
(zədələyici) xarici təsirlərə ( istər fiziki, istərsə  də sinir-psixi 
emosional yük olsun) cavab olaraq öz ehtiyat qüvvələrini 
(birinci növbədə endokrin ehitiyatını) səfərbər edən 
özünəməxsus müdafiə reaksiyası haqqında təlimlərində 
əsaslandırılmışdır. 
     Stress-  müxtəlif ifrat gərginliklərə orqanizmin qeyri- 
spesifik reaksiyasıdır. 
     Stress vəziyyətində adətən orqanizm özünü müdafiə etməyə 
başlayır. Böyük yarımkürələrin qabığı (akademik 
A.Uxtomskinin dediyi kimi, hakim qıcıqlanma elementlər 
vasitəsi ilə hipotalamusa (vegetativ və endokrin sistemlərin 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə