139
Öyrənmə çətin, psixi prosesdir.Onun çətinliyi həm
daxili(psixi), həm də xarici (fiziki) amillərdən asılıdır. Bu
asılılığı görə bilmək, onu təlim prosesində lazımi məqsədə
istiqamətləndirmək üçün müəllimdən nəinki yüksək bilik,
pedaqoji ustalıq, həm də yüksək psixoloji hazırlıq imkanlarına
malik olması tələb olunur. Müəllimlərimiz təlim prosesində
psixoloji çətinlikləri aradan qaldırılmasında düzgün üsullardan
istifadə edə bilmirlər. Daha doğrusu, bu çətinlikləri aradan
qaldırılmasının real yollarını bilmirlər.
Öyrənmə bilməməzlikdən biliyə doğru gedən uzun
prosesdir.
Məlumdur ki, təlim prosesində iki tərəf iştirak edir.Yəni
öyrənənlə öyrədən arasında qarşılıqlı təsir, əlaqə yaranır.
Öyrədənin vəzifəsi müəyyən bilikləri, müəyyən informasiyaları
uşaqlara çatdırmaqdır. Ancaq biz bir cəhəti nəzərə almalıyıq ki,
hazırkı dövrdə məktəblərdə təlim prosesində qarşılıqlı
münasibətdə olan iki tərəfdən ən çox fəallıq göstərəni
öyrədəndir.Təlim prosesində ən çox müəllim özü işləyir,
şagirdlər isə əksər hallarda biliyi “hazır şəkildə” alırlar.Bu
ondan irəli gəlir ki, mövcud təlim sistemi daha çox illustrativ-
izahat prinsipinə istinad edir. Bu sistem şagirdlərə müəyyən
bilikləri mənimsətmək, onlara bir sıra vərdişlər aşılamaq
imkanı versə də, əqli inkişafa təsir cəhətdən istənilən
müvəfəqqiyyət əldə etmək olmur. Bir sıra müəllimlər təlimin
başlıca vəzifəsini onda görürlər ki, şagirdlər müvafiq
dərslikdəki təlim materiallarını oxuyub yadda saxlaya bilsinlər,
sorğu zamanı isə yada salmağa çətinlik çəkməsinlər. Hətta
bəzən dərs soruşularkən uşaq təlim materialını asanlıqla yada
sala bilmədikdə, olduğu kimi danışmadıqda, bəzi müəllimlər
şagirdlərdən mətni neçə dəfə oxuduğunu soruşur, onu bir neçə
dəfə təkrar oxumamaqda təqsirləndirirlər. Bəzi müəllimlərimiz
isə əzbərçilik üsulundan hələ də istifadə edirlər.
Əlbəttə, belə təlim üsulları müəyyən cəhətdən uşağın zehni
inkişafına, onlarda hafizənin dəqiqliyinə xeyli təsir göstərir.
140
Ancaq hər hansı bir xüsusiyyətin birtərəfli inkişafı, heç
şübhəsiz, təlimin ümumi vəzifəsi hesab edilə bilməz. Məhz
buna görə də, belə bir yanaşma tərzi uşaqlarda ümumiləşmiş
bilik və bacarıqların təşəkkülünə, təfəkkürün inkişafına gətirib
çıxara bilmir. Yaxşı halda belə bir təlim şəraitində müəyyən
biliklər hafizədə möhkəmləndirilə bilər. Bu zaman uşaqlarda
müəyyən məsələləri həll etməyə yönəlmiş olan axtarış
səciyyəli əməli və fikri fəaliyyət, müstəqil hərəkət, müstəqil
düşüncə lazımınca inkişaf edə bilməz. Belə uşaqlar axtarış
aparmaya, hər şeyi müstəqil surətdə həll etməyə cəhd
göstərmirlər. Onlar ən yaxşı halda, müəyyən tapşırıqların
passiv icraçısına çevrilirlər.
Biz təlim prosesində şagirdlərin daxili tələbatlarını və eləcədə
onların özlərinin əsas məqsədə yönəlmiş fərdi idrak motivlərini
nəzərə almadan bilik verməyə cəhd göstəririk. Bu halda bilik
müəllim tərəfindən hazır şəkildə verilir, şagirdlər isə
informasiyaları passiv şəkildə qavrayırlar. Bu cür bilik
səmərəsiz bilikdir.
Bilik təlim prosesində şagirdin əsas idrak motivinə
çevrilməlidir. Bunun üçün şagirdi (subyektiv) fəallığa təhrik
etməkdən ötrü onun emosional vəziyyətini bilmək lazımdır.
Biz şagirdlərə hər hansı materialı öyrədərkən onların bilik
səviyyəsi ilə verdiyimiz bilik arasındakı fərq olan psixi
gərginliyi də nəzərə almalıyıq. Bilmək lazımdır ki, müəllimin
verdiyi bilik məqsədəyönəlmiş psixi gərginlikdir. Digər
tərəfdən də təlim prosesində ümumilikdə müqavimət göstərən
sosial amil olan maneələrin də mövcudluğunu nəzərə alsaq,
öyrətmənin nə cür çətin proses olduğunu anlaya bilərik.
Bilik əldə etmək şagirdə daxili tələbata çevrildikdə bu zaman
həmin şagirddə idrak passiv səciyyə daşımır.
İdrak insan şəxsiyyətinin bütün cəhətlərinə nüfuz edir. Bu da
ondan irəli gəlir ki, idrak, hər şeydən əvvəl, fəaliyyətdir.
Burada xarici informasiyalar sadəcə olaraq əks etdirilmir. İdrak
passiv proses deyil, sosial cəhətdən şərtlənən və şəxsi səciyyə
141
daşıyan fəal prosesdir. Deməli, idrak nəinki öz tərkibinə
müxtəlif səviyyəli inikas proseslərini, həm də şəxsiyyətin bütün
tələbatlar- motivasiya sistemini də daxil edir.
Demək, bir halda ki, idrak fəaliyyətdir, hər bir fəaliyyətə
xas olan bir sıra cəhətlər ona da aiddir. Buraya fəaliyyətin
motivi, məqsədi, təqdim edilmə xüsusiyyətləri, fəaliyyətin icra
edilməsinin yol və vasitələri daxildir.
Burda ilk növbədə idrakla motivasiya arasındakı qarşılıqlı
münasibətə diqqət yetirmək vacibdir. Bu halda müəllim
motivin psixoloji mahiyyətini bilməlidir. Bunu bir misalla izah
edək.
Görürsən ki, bir şagird çox böyük ciddi-cəhdlə müəyyən
fənnə aid proqram materialını səylə oxuyub öyrənməyə can
atmır. Bu halda onun idrak fəaliyyəti həm müəyyən obyektə-
müəyyən fənnə yönəlmiş olur, həm də burada xüsusi fəallıq, ilk
növbədə, idrak fəallığı nəzərə çarpır.Lakin biz bu zaman
məsələnin hələ zahiri tərəfini görürük. Qarşıya belə suallar
çıxır: görəsən bu şagirdi belə bir fəallığına təhrik edən səbəb
nədir? Görəsən səbəb birdir, yoxsa çoxdur? Həmin səbəb
keçicidir, yoxsa davamlıdır; təsadüfüdür, yoxsa zəruridir?
Burada şagirdi idrak fəallığına təhrik edən səbəblər çox ola
bilər (əlaçı olmaq, öz üstünlüyünü sübut etmək, fənni sevmək,
müəllimə hörmət, valideynləri qarşısında və ya ictimai borcunu
yerinə yetirmək və s.). Təhrikedici, fəallıq doğuran amillər həm
də qısamüddətli və keçici ola bilər. Bu hallarda idrak
fəaliyyətinin müxtəlif cəviyyələrdə motivləşməsi nəzərdə
tutulur.
Motivləşmə dedikdə orqanizmi fəallaşdıran və həmin
fəallığı istiqamətləndirən təhriklər nəzərdə tutulur.
Təlim prosesində ikinci situasiya şagidlərin həvəsindən,
marağından asılı olaraq onlara müstəqil informasiya
verilməsidir. Bu halda əgər informasiya müstəqil həyata
keçirsə, şagird informasiyanın selektoru, qurulan generatoru
kimi çıxış edir. Adətən bu zaman şagird fəaliyyətinin
Dostları ilə paylaş: |