Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə39/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   35   36   37   38   39   40   41   42   ...   91

145
 
 
maraqlı materialın canlı, aydın, emosional şəkildə çatdırılması 
şagirdlərin dərsdə diqqətliliyi üçün əsas şərtdir. Həmin şərtləri 
və ya şəraiti nəzərə aldıqda  əldə edilən müsbət nəticələr 
göstərir ki, diqqət kimi ali psixi funksiyanın inkişafı və tərbiyə 
edilməsi tənzim və idarə edilə bilən bir prosesdir. 
    Rus  psixoloqu  V.A.  Krutetski  psixologiya  və pedaqoqika 
elmlərinin bu sahədə  əldə etdiyi nəticələrə istinad edərək, 
diqqətin tərbiyəsinin bir sıra  şərtlərdən asılı olduğunu qeyd 
etmişdir. 
    Nəzərə almaq lazımdır ki, diqqətin tərbiyəsi mahiyyət 
etibarilə  məsuliyyət hissi tərbiyəsi və iradi cəhd sahəsində 
məşqlərlə bağlıdır. Bunun üçün uşaqlardan tələb edilməlidir ki, 
hər hansı bir işi yerinə yetirərkən, iş asan, yüngül yaxşı 
mənimsənilmiş olsa da, daima diqqətli olsunlar. 
    Bəzən uşağın hər hansı  işi, fəaliyyəti yerinə yetirməsi 
prosesində diqqətli olmasını  təmin etmək üçün mütləq ideal 
vəziyyət ( tam sakitlik, kənar qıcıqlayıcıların olmaması  və. s) 
yaratmaq nəzərdə tutulur. Belə bir şəraitdə, necə deyərlər, zərif, 
əzizlənmiş diqqət inkişaf edir, kiçik kənar qıcıqlayıcı təsir edən 
kimi belə diqqətin fəaliyyəti pozulur. Belə olduqda nəinki uşaq, 
hətta yaxşı adam belə müəyyən maneələr, kənar qıcıqlayıcılar 
təsir etdiyi şəraitdə  işləyə  bilməzlər. Ona görə  də  bəzən 
şagirdlərin diqqətii mürəkkəb  şəraitdə  məşq etdirmək, 
möhkəmləndirmək lazımdır. 
    Dərsin dəqiq təşkili  şagirdlərdə diqəttli olmaq vərdişinin 
yaranması üçün vacibdir. Dərsin dinamik gedişi, yaxşı  iş 
qaydası,  şərhin aydın, anlaşıqlı, cəlbedici, obrazlı olması, 
məntiqi və emosional cəhətlərin düzgün uzlaşdırılması 
uşaqlarda diqqətli olmağa yönəliş yaradır. Xüsusən də  dərsin 
aparılmasının optimal gedişini tapmaq zəruridir. Belə ki, dərsi 
çox sürətlə, tələsə- tələsə aparmaq uşaqlarda diqqətsizliyə 
gətirir, onlar çoxlu səhvlərə yol verir, bəzən  şəhrin  əsas 
yerlərini, başlıca məğzini tuta bilmirlər. Dərsin ağır templə, 
sönük aparılması da ziyandır, diqqət yayınır. Çünki monoton 


146
 
 
qıcıqlayıcı  şagirdləri yorur, onlarda yuxulu vəziyyət yaradır. 
Odur ki, dərs rəngarəng  şəkildə qurulmalı, onların diqqətinin 
əsas fəaliyyət növündən yayınmasına imkan verməməlidir. 
     Bunun  üçün  də  dərs zamanı  şagirdlərin fəal, müstəqil və 
yaradıcı fəaliyyətinə şərait yaradılmalıdır. Müşahidələr göstərir 
ki, müəllim tez-tez “diqqətli olun”, “diqqətinizi yayındırmayın” 
və s. kimi xəbərdarlığı lazımi səmərə vermir. Əgər müəllim 
şagirdlərin fikri fəallığını artırır, onları fikri işə cəlb edə bilirsə, 
onda vəziyyət tamamilə başqa cür olur. Bu halda şagirdlər 
passiv müşahidəçiyə çevrilməz, materialı  fəal surətdə 
qavramağa, mənasını anlamağa, oradan zəruri nəticələr 
çıxarmağa müvəffəq olar. “Bunun üçün şagirdlərin təhlil 
etmək, müqayisələndirmək, ümumiləşdirmək və s. kimi fikri 
əməliyyatlardan düzgün istifadə etməsinə nail olmaq lazımdır. 
Hətta sorğu prosesində  də bütün şagidrlərin diqqəti səfərbər 
edilməli, cavab verən yoldaşının  şəhr üsuluna nəzarətə 
istiqamətləndirilməlidir. Bunun üçün “yoldaşın cavabına 
əlavə et”, “Onun səhvini düzəlt”, “Kim daha qısa və dəqiq 
deyə bilər?”, “Kim başqa misal gətirə bilər” və s. kimi sual 
və tapşırıqların qoyuluşu bütün sinfi səfərbər edə bilər. 
     Məlumdur ki, şagirdlərin qeyri-ixtiyari diqqəti dərsə olan 
bilavasitə maraqla sıxı surətdə əlaqədardır. Odur ki, müəllimin 
mühüm vəzifələrindən biri dərsin  şagirdlər üçün maraqlı 
keçməsinə nail olmaqdır. Əlbəttə, bu o demək deyildir ki, dərs 
həmişə  əyləncəli olmalıdır. Belə olarsa uşaqlarda pis vərdiş 
yarana bilər, yalnız onları maraqlandıran şeylə məşğul olmaq, 
ona diqqət yetirmək meyli güclənər. Bu məsələnin bir tərəfidir. 
Digər tərəfdən, axı bütün təlim materialları, bütün fənlər eyni 
dərəcədə maraqlı olmur. Lakin elə materiallar var ki, onlar 
bilavasitə maraq doğurmasa da, şagirdlərin gələcək fəaliyyəti 
üçün çox vacibdir. Ona görə də şagird hər bir tədris materialına 
diqqətli olmalı, yəni diqqətli olmağa vərdiş etməlidir. 
     Təlim materialına həqiqi maraq onun zahiri cəhətinə görə 
deyil, məzmununa, həyati  əhəmiyyətinə görə olmalıdır. Yəni 


147
 
 
şagird başa düşməlidir ki, müəllim ona çatdırdığı informasiya 
və ya biliklər zahirən cəlbedici olmasa da, onların praktik 
fəaliyyətində böyük əhəmiyyətə malikdir. Ona görə  də onu 
dərk etmək, başa düşmək, anlamaq və yeri gələndə  tətbiq 
etməyi bacarmaq lazımdır.  
    Şagirdlərdə maşahidəçiliyi inkişaf etdirmək sayəsində 
ixtiyari diqqəti mümarisə etdirmək də vacibdir. Həm də 
uşaqları dərsdə, küçədə, evdə hər şeyə fikir verməyə öyrətmək
onlarda müşahidəçiliyi inkişaf etdirməklə yanaşı, öz 
diqqətlərini idarə və tənzim etmək üçün də  vacibdir. 
    Müəllim  şagirdlərdə diqqəti inkişaf etdirmək üçün hər 
şagirdin fərdi xüsusiyyətlərinə yaxından bələd olmalıdır. 
Yalnız bu halda şagirdə  fərdi yanaşmaq, diqqətini inkişaf 
etdirməkdə ona köməklik göstərmək olar. 
    Bir  cəhəti də  unutmaq olmaz ki, yaş artdıqca psixi 
fəaliyyətin ixtiyari olaraq tənzim edilməsində diqqət daha 
mühüm rol oynayır. K. D. Uşinski təlim işində  şagirdlərin 
diqqətli olmasının  əhəmiyyəti barədə yazırdı:  “Diqqət 
ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər 
bir şey mütləq buradan keçir; deməli, təlimin heç bir kəlməsi 
bu qapıdan keçmədən uşağın ruhuna daxil ola bilməz. Aydın 
məsələdir ki, uşağı bu qapını açıq saxlamağa alışdırmaq 
birinci dərəcəli  əhəmiyyətli bir işdir, təlimin bütün 
müvəffəqiyyəti buna nail olmaq üzərində qurulur.” 
     Təlim prosesində şagirdlərin diqqətini səmərəli təşkil etmək 
üçün  yuxarıda göstərilən şərtlərə əməl olunması zəruridir. 
     Bəs şagirdlər tədris olunan materialları necə öyrənməlidirlər 
ki, həmin materiallar uzun müddət onların yaddaşında qalsın? 
Bunun üçün müəllim öyrənmənin psixoloji mexanizmini 
bilməlidir. 
     Öyrənmə- müntəzəm, planlı və müəyyən üsullardan istifadə 
etməklə xüsusi təşkil edilən yaddasaxlamadır. Öyrənmə 
fəaliyyətin müvəffəqiyyətli cərəyanı bir sıra amillərdən asılıdır. 
Öyrənməyə qarşıya qoyulan  məqsədin (ümumi və ya konkret, 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə