Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx


təmizləyici cihazlarının yerləşdiyi beyin şöbəsinə) siqnal verir



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə42/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   38   39   40   41   42   43   44   45   ...   91

155
 
 
təmizləyici cihazlarının yerləşdiyi beyin şöbəsinə) siqnal verir. 
Hipotalamus (mərkəzi tənzimləyici) həyəcan siqnalı alıb, 
müqavimət göstərmək üçün bütün qüvvələrini səfərbər edir. 
Əsas reaksiya sistemlərindən (daxili sekresiya vəzilərindən) 
təcili olaraq qana hormonlar verilir, maddələr mübadiləsi 
fəallaşır, ehtiyat yağ  və  şəkər səfərbər olunur. Sürətlənmiş 
qan axınına verilən eritrositlər hemoqlobinin sayəsində 
toxumaları oksigenlə  təmin edir. Qida həzmi dayanır və 
mədə- bağırsaq traktında azad olunmuş əlavə qan da (enerji) 
təhlükəni dəf etmək üçün intensiv işləyən əzələlərə və beyinə 
yönəlir. 
     Stress halları tez-tez və güclü olduqda orqanizmdə energetik 
ehtiyatlar çatışmaya bilər, adaptasiya (uyğunlaşma) 
mexanizmləri sıradan çıxır. Hormon balansının tükənməsi, 
çatışmaması  və pozulması  səbəbindən orqanızmin sönməkdə 
olan funksiyalarını stimullaşdırmaq getdikcə  çətinləşdiyindən 
adam, nəhayət, ölə bilər. 
     Stress,  nevroz,  əsəb gərginliyi, xroniki vəziyyət daşıdıqda 
həqiqətən insanı məhv edir, onu insanilikdən çıxarır, “ təbiətin 
tacı” səviyyəsindən aşağı salır. Stress vəziyyətində insan öz 
əzəmətini, öz insanlıq  şərəfini və  ləyaqətini itirir, müflisləşir. 
Bu vəziyyət uzun müddət davam etdikdə o nəinki fiziki 
xəstəliklərə, habelə mənəvi, əxlaqi xəstəliklərə də mübtəla olur. 
Bir sözlə, xroniki stress həqiqətən insanı  məhv edir, onun 
qəniminə çevrilir. 
    Stress  vəziyyətində adamlar çox vaxt ətraf cisimləri belə 
düzgün qavramırlar, hafizələri dolaşır, diqqətlərini başqa 
obyektlərə keçirə bilmirlər, gözlənilməz qıcıqlayıcılara qeyri- 
adekvat reaksiyalar verirlər. Bəzən tam çaşır, məqsədyönlü 
hərəkət edə bilmirlər. Bu termini 1936-cı ildə məşhur Kanada 
fizioloqu Q. Seyle təklif etmişdir. O, əvvəlcə yuxarıda qeyd 
etdiyimiz kimi fizioloji termin kimi işlənilmiş, sonra isə 
insanın davranışını psixoloji səviyyədə təsvir etmək üçün tətbiq 
olunmağa başlanılmışdır. 


156
 
 
     Hal-hazırda bəşəriyyət qarşısında qoyulan mühüm 
tələblərdən biri məhz, stress vəziyyətini, onun mexanizmini 
dərindən öyrənməkdən və onun əsasında stresdən qorunmağı 
təmin etməkdən ibarətdir.  İndi dünyanın bütün mütərəqqi 
alimləri stress vəziyyətinin törətdiyi təhlükəni haqlı olaraq 
nüvə silahının törətdiyi təhlükə ilə müqayisə edirlər. 
     Həqiqətən bəşəriyyət üçün dəhşətli bir fenomenə çevrilən 
stress  vəziyyətini törədən səbəblər indi dünyanın bir çox 
ölkələrində, o cümlədən bizim ölkəmizdə xüsusi olaraq tədqiq 
olunur. 
     Bəzi  alimlər uzun sürən stress vəziyyətini insanın öz bioloji 
xüsusiyyətləri ilə izah etməyə  cəhd edirlər.  İtaliya alimi və 
yazıçısı B.J. Rossi “Homo Sapiens tənəzzülə  uğrayır” adlı 
məqaləsində pessimizm mövqeyindən çıxış edərək, sübut 
etməyə çalışır ki, guya insan bir növ kimi artıq öz təkamülü 
prosesində fiziki və 
mənəvi cəhətdən cırlaşmağa 
başlamışdılar, indi o bədəncə  zəifləmiş,  əsəbləri həddindən 
artıq kövrəlmişdir, ona görə  də azacıq emosional gərginliyə 
belə dözə bilmir və müxtəlif xəstəliklərə düçar olur. Rossi 
buradan belə bir qorxunc nəticə  çıxarır ki, guya stress 
labüddür, qarşısıalınmazdır, təkamülü dayandırmaq mümkün 
olmadığı kimi, stressi də dayandırmaq mümkün deyildir. 
Başqa sözlə desək, Rossinin fikrincə  bəşəriyyət, insan nəsli 
labüd sürətdə məhvə məhkumdur. 
     Belə bir vəziyyət bütün cəmiyyətdə ümumi inamsızlıq, 
müvəqqətilik  əhvali- ruhiyyəsi yaradır. Bəziləri isə stressin 
yaranmasının əsas səbəbini elmi- texniki tərəqqidə görürdülər. 
Stress vəziyyəti isə çoxamilli, müxtəlif aspektli, bioloji, 
psixoloji və əxlaqi cəhətləri olan bir fenomendir. 
     Stress  kimi  mürəkkəb bir fenomenə qarşı mübarizədə 
sosioloqların, bioloqların, psixoloqların, filosofların, 
həkimlərin, yaradıcıların, elm və  mədəniyyət xadimlərinin 
səylərini birləşdirmək lazımdır. 


157
 
 
     İndi artıq sübut olunmuşdur ki, bədbinlik, həyatdan 
narazılıq xroniki xarakter daşıyan stressə bais olan əsas 
səbəblərdən biridir. Həyat sevgisi, yaşamaq eşqi böyük olan 
insanlarda isə bir qayda olaraq stress vəziyyətinə az təsadüf 
olunur. Həyat sevgisi, yaşamaq eşqi xoşbəxtliyin  ən mühüm 
şərtləridir. 
     Müasir  burjua  məfkurəçiləri açıqdan-açığa bu dünyadakı 
insan həyatını  mənasız, müvəqqəti hesab edir, bunu qarışqa, 
həşərat və başqa canlıların həyatı ilə eyniləşdirir. 
     Məşhur ingilis yazıçısı Ayris Merdok özünün “Qara prins” 
romanında eyni fikirləri təkrar edib yazır:“Dünya-iztirablar 
məskənidir. Son nəticədə bu dünyanın  ən dəqiq tərifidir. 
İnsan- daim həyəcandan, ağrıdan, qorxudan iztirab çəkən 
heyvandır, buddizmlərin “Dukha” adlandırdıqları...dəhşətli 
və arasıkəsilməz işgəncələrin qurbanıdır. Hamımız iztirab 
çəkirik, ancaq bu  iztirablar son dərəcə müxtəlifdir.Bizim 
dünyamız-dəhşətlər məskənidir.Bunu düşünmək, dərk etmək 
hər bir həqiqi sənətkarı  və mütəfəkkiri həyəcanlandırmaya 
bilməz, ağlını çaşdırmaya bilməz, hətta bəzən onun 
sağlamlığını pozub dəli vəziyyətinə salmaya bilməz. Heç bir 
ciddi adam bu fakta göz yuma bilməz. Bəzən böyük adamlar, 
özlərini elə göstərirlər ki, guya bu fakta məhəl qoymurlar, 
guya bunu unudurlar, əslində  kələkbazlıq edirlər.Yer elə 
planetdir ki, orada xərçəng xəstəliyi hökm sürür, orada hər 
gün hər yerdə guya belə  də olmalıymış kimi insanlar 
xəstəliklərdən, aclıqdan, təbii fəlakətlərdən milçək kimi 
qırılırlar, orada insanlar hətta yuxuya belə gəlməyən qorxunc 
silahlarla bir-birini məhv edirlər, orada insanlar bütün ömrü 
boyu qorxudan bir-birlərinə əzab verirlər, bir-birlərini təhdid 
edir və aldadırlar. Bax, biz belə bir planetdə yaşayırıq!” 
    Buradan  burjua  pessimistləri belə bir zərərli və insan 
ləyaqətinə yaraşmayan nəticələr çıxarırlar ki, bu keçici, qısa, 
ötəri həyat üçün yaşamağa, “planetdəki işlərə qarışmağa” 
dəyməz. Göründüyü kimi bu fikirlər əxlaqi yox etməyə, bütün 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə