155
təmizləyici cihazlarının yerləşdiyi beyin şöbəsinə) siqnal verir.
Hipotalamus (mərkəzi tənzimləyici) həyəcan siqnalı alıb,
müqavimət göstərmək üçün bütün qüvvələrini səfərbər edir.
Əsas reaksiya sistemlərindən (daxili sekresiya vəzilərindən)
təcili olaraq qana hormonlar verilir, maddələr mübadiləsi
fəallaşır, ehtiyat yağ və şəkər səfərbər olunur. Sürətlənmiş
qan axınına verilən eritrositlər hemoqlobinin sayəsində
toxumaları oksigenlə təmin edir. Qida həzmi dayanır və
mədə- bağırsaq traktında azad olunmuş əlavə qan da (enerji)
təhlükəni dəf etmək üçün intensiv işləyən əzələlərə və beyinə
yönəlir.
Stress halları tez-tez və güclü olduqda orqanizmdə energetik
ehtiyatlar çatışmaya bilər, adaptasiya (uyğunlaşma)
mexanizmləri sıradan çıxır. Hormon balansının tükənməsi,
çatışmaması və pozulması səbəbindən orqanızmin sönməkdə
olan funksiyalarını stimullaşdırmaq getdikcə çətinləşdiyindən
adam, nəhayət, ölə bilər.
Stress, nevroz, əsəb gərginliyi, xroniki vəziyyət daşıdıqda
həqiqətən insanı məhv edir, onu insanilikdən çıxarır, “ təbiətin
tacı” səviyyəsindən aşağı salır. Stress vəziyyətində insan öz
əzəmətini, öz insanlıq şərəfini və ləyaqətini itirir, müflisləşir.
Bu vəziyyət uzun müddət davam etdikdə o nəinki fiziki
xəstəliklərə, habelə mənəvi, əxlaqi xəstəliklərə də mübtəla olur.
Bir sözlə, xroniki stress həqiqətən insanı məhv edir, onun
qəniminə çevrilir.
Stress vəziyyətində adamlar çox vaxt ətraf cisimləri belə
düzgün qavramırlar, hafizələri dolaşır,
diqqətlərini başqa
obyektlərə keçirə bilmirlər, gözlənilməz qıcıqlayıcılara qeyri-
adekvat reaksiyalar verirlər. Bəzən tam çaşır, məqsədyönlü
hərəkət edə bilmirlər. Bu termini 1936-cı ildə məşhur Kanada
fizioloqu Q. Seyle təklif etmişdir. O, əvvəlcə yuxarıda qeyd
etdiyimiz kimi fizioloji termin kimi işlənilmiş, sonra isə
insanın davranışını psixoloji səviyyədə təsvir etmək üçün tətbiq
olunmağa başlanılmışdır.
156
Hal-hazırda bəşəriyyət qarşısında qoyulan mühüm
tələblərdən biri məhz,
stress vəziyyətini, onun mexanizmini
dərindən öyrənməkdən və onun əsasında stresdən qorunmağı
təmin etməkdən ibarətdir. İndi dünyanın bütün mütərəqqi
alimləri stress vəziyyətinin törətdiyi təhlükəni haqlı olaraq
nüvə silahının törətdiyi təhlükə ilə müqayisə edirlər.
Həqiqətən bəşəriyyət üçün dəhşətli bir fenomenə çevrilən
stress vəziyyətini törədən səbəblər indi dünyanın bir çox
ölkələrində, o cümlədən bizim ölkəmizdə xüsusi olaraq tədqiq
olunur.
Bəzi alimlər uzun sürən stress vəziyyətini insanın öz bioloji
xüsusiyyətləri ilə izah etməyə cəhd edirlər. İtaliya alimi və
yazıçısı B.J. Rossi
“Homo Sapiens tənəzzülə uğrayır” adlı
məqaləsində pessimizm mövqeyindən çıxış edərək, sübut
etməyə çalışır ki, guya
insan bir növ kimi artıq öz təkamülü
prosesində fiziki və
mənəvi cəhətdən cırlaşmağa
başlamışdılar, indi o bədəncə zəifləmiş, əsəbləri həddindən
artıq kövrəlmişdir, ona görə də azacıq emosional gərginliyə
belə dözə bilmir və müxtəlif xəstəliklərə düçar olur. Rossi
buradan belə bir qorxunc nəticə çıxarır ki, guya
stress
labüddür, qarşısıalınmazdır, təkamülü dayandırmaq mümkün
olmadığı kimi, stressi də dayandırmaq mümkün deyildir.
Başqa sözlə desək, Rossinin fikrincə bəşəriyyət, insan nəsli
labüd sürətdə məhvə məhkumdur.
Belə bir vəziyyət bütün cəmiyyətdə ümumi inamsızlıq,
müvəqqətilik əhvali- ruhiyyəsi yaradır. Bəziləri
isə stressin
yaranmasının əsas səbəbini elmi- texniki tərəqqidə görürdülər.
Stress vəziyyəti isə çoxamilli, müxtəlif aspektli, bioloji,
psixoloji və əxlaqi cəhətləri olan bir fenomendir.
Stress kimi mürəkkəb bir fenomenə qarşı mübarizədə
sosioloqların, bioloqların, psixoloqların, filosofların,
həkimlərin, yaradıcıların, elm və mədəniyyət xadimlərinin
səylərini birləşdirmək lazımdır.
157
İndi artıq sübut olunmuşdur ki, bədbinlik, həyatdan
narazılıq xroniki xarakter daşıyan stressə bais olan əsas
səbəblərdən biridir.
Həyat sevgisi, yaşamaq eşqi böyük olan
insanlarda isə bir qayda olaraq stress vəziyyətinə az təsadüf
olunur. Həyat sevgisi, yaşamaq eşqi xoşbəxtliyin ən mühüm
şərtləridir.
Müasir burjua məfkurəçiləri açıqdan-açığa bu dünyadakı
insan həyatını mənasız, müvəqqəti hesab edir, bunu qarışqa,
həşərat və başqa canlıların həyatı ilə eyniləşdirir.
Məşhur ingilis yazıçısı Ayris Merdok özünün “
Qara prins”
romanında eyni fikirləri təkrar edib yazır:
“Dünya-iztirablar
məskənidir. Son nəticədə bu dünyanın ən dəqiq tərifidir.
İnsan- daim həyəcandan, ağrıdan, qorxudan iztirab çəkən
heyvandır, buddizmlərin “Dukha” adlandırdıqları...dəhşətli
və arasıkəsilməz işgəncələrin qurbanıdır. Hamımız iztirab
çəkirik, ancaq bu iztirablar son dərəcə müxtəlifdir.Bizim
dünyamız-dəhşətlər məskənidir.Bunu düşünmək, dərk etmək
hər bir həqiqi sənətkarı və mütəfəkkiri həyəcanlandırmaya
bilməz, ağlını çaşdırmaya bilməz, hətta bəzən onun
sağlamlığını pozub dəli vəziyyətinə salmaya bilməz. Heç bir
ciddi adam bu fakta göz yuma bilməz. Bəzən böyük adamlar,
özlərini elə göstərirlər ki, guya bu fakta məhəl qoymurlar,
guya bunu unudurlar, əslində kələkbazlıq edirlər.Yer elə
planetdir ki, orada xərçəng xəstəliyi hökm sürür, orada hər
gün hər yerdə guya belə də olmalıymış kimi insanlar
xəstəliklərdən, aclıqdan, təbii fəlakətlərdən milçək kimi
qırılırlar, orada insanlar hətta yuxuya belə gəlməyən qorxunc
silahlarla bir-birini məhv edirlər, orada insanlar bütün ömrü
boyu qorxudan bir-birlərinə əzab verirlər, bir-birlərini təhdid
edir və aldadırlar. Bax, biz belə bir planetdə yaşayırıq!”
Buradan burjua pessimistləri
belə bir zərərli və insan
ləyaqətinə yaraşmayan nəticələr çıxarırlar ki, bu keçici, qısa,
ötəri həyat üçün yaşamağa, “planetdəki işlərə qarışmağa”
dəyməz. Göründüyü kimi bu fikirlər əxlaqi yox etməyə, bütün