158
mənəvi həyatı dağıtmağa çağırışdır. Həm də belə fikirlər tam
əsassızdır.
Özünü və bu dünyanı dərk edən adam yaxşı bilir ki, kainat
miqyasında və ümumdünya masştabında insan ömrü həqiqətən
çox qısadır. Zaman etibarı ilə, əlbəttə, bizim həyatımız heç də
belə qısa deyildir, o qeyri- məhduddur. Çünki, heç kəs bilmir
ki, onun fəaliyyəti nə vaxt dayanacaq, ölüm nə vaxt onun
qapısını döyəcək. Bizə təbiət tərəfindən ayrılan qısa vaxt ən
böyük işlər görmək, ən mənalı həyat keçirmək üçün tamamilə
kifayətdir. Məgər İ.Nyuton, M. Faradey, F.Hegel, A.S. Puşkin,
Eynşteyn, İ. Kurçatov və başqa dahilər öz ölməz əsərlərini
“çox qısa ömür” ərzində yaratmamışlarmı? Məgər bəşəriyyətin
həyatında böyük inqilabi çevrilişlər yaradan kəşfləri, ixtiraları
“qısa” ömürlü insanlar etməmişlərmi və etmirlərmi?
Həyat sevgisi, həyat eşqi stressə qarşı böyük qüvvədir.
Həyata nifrət insanı tərksilah edir, onu acizləşdirir və onda
stress vəziyyəti, nevroz, əsəbilik yaradır, beləliklə də onu
məzlum bir varlığa çevirir.
Həyat sevgisi, həyat eşqi böyük yaradıcılıq, tükənməz daxili
enerji mənbəyidir. Bu enerjinin bizə verdiyi qüvvə hər cür
maneələri, o cümlədən stress vəziyyətini aradan qaldırmağa
qadirdir. Əlbəttə, insan ömrünü, hamar, enişsiz- yoxuşsuz,
çətinliklərsiz təsəvvür etmək olmaz. Xalqımızın başına gələn
faciəni unutmaq heç cürə mümkün olmur. Biz hamımız
insanıq, ömrümüzdə müəyyən dərdə, qəmə mübtəla olmuşuq,
hətta, “ 20 yanvar” hadisələri zamanı ən yaxın adamlarımızı
itirdik, belə hallarda biz dərin kədər, iztirab çəkməyə bilmərik.
Bu vaxtlar bizim sabahkı həyata inamımız kədəri, qəmi, iztirabı
qovan, bizə təsəlli verən bir qüvvəyə çevrilir. Bizim ömrümüz
bir yerdə dayanıb durmur. Bu zaman bizdə müəyyən obyektiv
dəyişikliklər baş verir. Həmişə kədərə, qəmə, iztirablara
dözmək, onun quluna çevrilmək insanı öz ömrünün sonuna
yaxınlaşdırılmasına səbəb olur. İnsan həmişə məyusluq,
159
ümidsizlik, qəzəb, narazılıq, paxıllıq, qısqanclıq, qorxu və s.
kimi mənfi halları özündən uzaqlaşdırmağa çalışmalıdır.
“Hara üz tutmusan!- deyə Tauna rast gələn bir səyyah ondan
soruşur.
- Bağdada gedirəm, orada beş min adam qırmalıyam.
Bir neçə gündən sonra həmin səyyah yenə də Tauna rast
gəlir.
- Bəs sən deyirdin Bağdada beş min adamı qırmağa gedirsən,
necə oldu ki, 50 min adam məhv etdin?
- Yox, - deyə Taun etiraz edir,- mən elə dediyim kimi beş min
adam qırmışam, qalanları qorxudan ölüblər.”
Hiddət, qısqanclıq və əzablı şübhələrdən də damarlar kəskin
daralır - bunun əsas səbəbi qanda adrenalinin çoxalmasıdır.
Belə “emosional zəhərdən “ağıl sanki çaşır, insan şiddətli ruhi
sarsıntı keçirir.
Damarlar yalnız qorxu, qısqanclıqdan, məyusluqdan da
daralır. Məşhur fizioloq Pavlovun təliminə görə illər keçdikcə
beyində sabitləşmiş rabitələr əmələ gəlir, sonra, hansı bir
mərhələdə isə bu sabitləşmiş rabitələr qırılır- münasibətlər,
estetik kriterilər dəyişilir.
Çox vaxt söhbət həyata və insanlara olan münasibətlərin
prinsipial dəyişilməsindən deyil, onlarda vaxtilə gözə
çarpmayan dəyişikliklərə olan münasibətlərdən gedir. Əvvəlki
ideallara olan ümidi itirmək - sarsıntıya, əzaba ən güclü stress
vəziyyətinə səbəb ola bilər.
İnsan sonsuz ümidsizliyə qapılanda, dərdi dözülməz olanda-
dinmir, onun nə danışdıını, nə şikayətini, nə də iniltisini
eşitmək olur.
Dərdi böyük olan adam özünə qapılmamlı, dərd əlində aciz
qalmamalıdır.
Akademik
P.Anoxin
yazır:
“zərərli emosiyaların
yaranması üçün stimulla emosiya arasında intellekt və
məntiq durmalıdır.”
160
Bu, müdrik məsləhət də olsa, həyata keçirilməsi çətindir,
çünki vəziyyəti düzgün qiymətləndirməyi və ağıllı müdafiə
olunmağı hamı bacarmır. Bunun üçün hər bir insanın
özünəinam duyğusu olmalıdır. Özünəinam həyata nikbin
baxışın əsasını təşkil edir. İnsan dünyada ən yenilməz
qüvvələrə, ən tükənməz ruhi imkanlara qadir varlıqdır.
Özünəinam duyğusunun insan həyatında ən böyük əhəmiyyəti
məhz ondan ibarətdir ki, bu duyğu insanda olan ecazkar fiziki,
əqli və mənəvi qüvvələri həmişə səfərbər vəziyyətində saxlayır.
Nəzərə almalıyıq ki, özünə inamsızlıq insan həyatında ən
təhlükəli duyğudur. Bu duyğu insanı həddən artıq üzür, insanı
sıxır, onu daim qərarsızlıq, tərəddüd, əsəbilik, daxili nifrət,
paxıllıq, taleyindən küskünlük, həyata soyuqluq və s. bir qayda
olaraq insanda stress vəziyyəti doğurur.
Özünəinam insana məğrurluq və əzəmət gətirir, onun fikir
və əməllərində müstəqillik yaradır.
Əlbəttə, biz insanlar həmişə bir-birimizə möhtacıq, hər
birimizin qarşılıqlı köməyə ehtiyacı vardır. Biz bir - birimizdən
öyrənirik və öyrənməliyik. Lakin həmişə özünü zəif, məzlum
bir varlıq hesab edib, başqalarının şəxsində özünə “arxa”
axtarmaq insana yaraşmaz . İnsan həmişə özünü də başqalarına
arxa hiss etməlidir. Bizim el məsəlində deyildiyi kimi “fərasətli
oğul oyuna çıxanda kim mənimlə olur, fərasətsiz oğul isə mən
kimlə olum” deyir. Həmişə çinar kimi ucalmağa çalışmaq
lazımdır ki, sənin kölgəndə dincəlsinlər. Həmişə kölgə olmaq
olmaz ki, başqalarının dalınca sürünəsən.
Özünəinam duyğusunun mühüm amillərindən biri gələcəyə
bəslənən ümiddir. Məlumdur ki, insan həmişə indiki
vəziyyətindən daha yaxşı vəziyyət arzulayır, gözləyir, daim
təmkilləşməyə, yaxşılığa meyl göstərir, müasir vəziyyəti onu
təmin etmir. Mövcud vəziyyətindən bu cür narazılıq, təmin
olunmazlıq, narahatlıq çox təbiidir və öz-özlüyündə maddi və
mənəvi inkişafın mühüm bir şərtidir. Bu cür meyl, bu cür
“əbədi narazılıq, narahatlıq” olmazdı.İnsan həmişə ümid
Dostları ilə paylaş: |