Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə44/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   40   41   42   43   44   45   46   47   ...   91

161
 
 
etməlidir ki, gələcək mövcüd vəziyyətdən daha yaxşı olacaqdır. 
Buna görə  də  gələcək üçün, sabahımız üçün daha əzmlə 
fəaliyyət göstərmək lazımdır. Məhz bu cür ümid, inam insanda 
ruh yüksəkliyi, özünəinam duyğusu yaradır. 
     Kim  sabaha  ümid  ilə baxmırsa, o bugünkü qüvvələrini də 
qeyb edir, özünü tərksilah edir, özündəki potensial imkanları 
azaltmış olur. 
     Stressə qarşı mühüm mübarizə vasitələrindən biri özünü tam 
dolğun realizə etməkdir. Öz fiziki, mənəvi intellektual 
qüvvələrini realizə edə bilməyən, öz istedad və bacarığını ifadə 
edə bilməyən adam bir qayda olaraq gec-tez xroniki stress 
vəziyyətinə düşür.İnsan öz arzu və ideallarını həyata keçirmək 
üçün real mübarizə aparmalıdır, fəaliyyət göstərməlidir.  İnsan 
fəaliyyətdə olarkən, mübarizə apararkən heç şübhəsiz, 
müəyyən müvəffəqiyyətlər  əldə edir. Bu ugurlar özünə 
inamsızlığı aradan qaldırmaq üçün ən qüdrətli qüvvəyə çevrilir. 
Fəaliyyət gec-tez müvəffəqiyyətlərlə  nəticələnir. Həm də  hər 
bir müvəffəqiyyət özünəinamın rəhnidir.  İnsan hər  şəraitdə 
özünün böyük gücünə, qüdrətinə, imkanına inanmalıdır. 
     Fəaliyyət sanki insanı  mənasız qəm yükündən azad edir, 
dolaşıq fikirlərini dağıdıb aydınlaşdırır, vəziyyətini 
yüngülləşdirir. Bunu nəzərə alaraq Emil Zolya demişdir:  “Ən 
böyük həqiqət fəaliyyətdir,  əməkdir. Həyatın bütün nəşəsi 
yaradıcılığıdır. Yaratmaq - ölümü öldürmək deməkdir.” 
     Görkəmli alman şairi  İ.Bexer də bu fikri təkrar edib 
yazmışdır:  “Nə vaxt ki, qəmlisən işlə! Bu, kədəri qovmaq 
üçün yeganə vasitədir. Qüssəyə batmamaq üçün işlə! Işlərin 
yaxşı gedən də  işlə, müvəffəqiyyət qazananda da işlə! 
Müvəffəqiyyətdən baş gicəllənmə xəstəliyinə qarşı işləməkdən 
başqa gözəl dərman yoxdur.”Əksinə, fəaliyyətsizlik, 
bekarçılıq özü ilə  bərabər ürəksıxıcı, darıxdırıcı  vəziyyət 
gətirir. 
     Bütün  bu  mənfi emosiyaların toplanması  həm təbiətdən, 
həm də insanın özündən asılıdır. Çətin başa düşmək olur ki, 


162
 
 
təbiətə bu qədər mənfi emosiyaları yaratmaq nə üçün gərək 
olubmuş. Belə emosiyaları “psixi ağrı” (pis əhvali- ruhiyyə, 
ruhi  əzginlik, depressiya, intizar...) adlandırmaq olar. Belə bir 
fikrə  gəlmək olur ki, təbiət burada həddən artıq canfəşanlıq 
etmişdir. Ancaq bununla belə  təbiət özünə  həmişə asanlıqla 
haqq qazandıra bilər.  İstisna deyildir ki, “psixi ağrı” vicdan 
adlandırılan insanlararası münasibət üçün bir əsasdır. İnsandakı 
“psixi ağrını” aradan qaldırmaq həqiqətən çətin problemdir. 
Başqa ümumbəşəri problemlər kimi “psixi ağrının”da həm 
bioloji və həm də sosioloji cəhətləri vardır. 
     Ümumbəşəri ölçüdə “psixi ağrını” cəlb etmək nəinki son 
dərəcə  çətindir, hətta lazım da deyil. İnsanı narazılıq duymaq 
hissindən məhrum eləmək, ağrı hissindən məhrum eləmək 
qədər qorxuludur. 
    Ancaq  bütün  bunlarla  belə insanlar “psixi ağrı” ilə var 
qüvvələri ilə mübarizə aparırlar.   
    Onların təbii, qarşısı alınmaz miqdarını minimuma endirmək 
və bu “psixi ağrını”idarə etmək lazımdır. 
    Hər  şeyin mənası  məhz ölçüdə  və  təsir istiqamətindədir. 
Bizim emosiyamızda kəmiyyət çox vaxt asanlıqla keyfiyyətə 
keçir.Ancaq emosiyalar onunla fərqlənirlər ki, onlar nə 
kəmiyyət uçotuna, nə  də keyfiyyət istiqamətinə uyurlar. Hələ 
heç kəs hesablamayıb ki, öz qüvvələrinə lazımı  qədər inam 
duymadıqları üçün cəmiyyət nə  qədər bacarıqlı adam itirib. 
Belə adamlar dumanlı, yaxud aydın  şəkildə öz nöqsanlarını 
duyurlar. Bəzən “ilhamlı dəqiqələrdə” inam meteor kimi şəfəq 
saçır. Ancaq dərhal sönüb zülmətə bürünür, bacarığın gözəl 
inciləri öləzəyir. Həddən artıq inamlı olanları  həyat düzgün 
yola çıxaracaqdır. 
    Bir sözlə emosional - iradi “ təməlin” mühümlüyünü sübuta 
ehtiyac yoxdur. Əgər insanda bu keyfiyyət yüksəkdirsə 
arxayınlaşmaq olar ki, xarici şərait  əlverişli olmadıqda belə, 
insan öz imkanlarını açacaq və bacarığı dairəsində maksimum 
fəaliyyət göstərəcəkdir. 


163
 
 
    Özünü  bütün  çətin, mürəkkəb  şəraitlərdə  ələ ala bilmək 
şəxsiyyətin  əzəmətinin  əsas  əlamətidir.Bunu nəzərə alaraq 
əxlaq nəzəriyyəsi S.Smayls yazmışdır ki, “özünüidarə, 
özünəhörmət və özünüələalma yolu ilə  rəzalətlərin onda 
doqquzunu aradan qaldırmaq olar.” Nə vaxt ki, insan özünü 
əla ala bilmir, öz hərəkət və davranışlarını idarə edə bilmir, o 
vaxt artıq o, öz əzəmətini, öz şəxsiyyətini də itirir, çatdığı 
insanlıq zirvəsindən aşağı doğru yuvarlanmağa başlayır.Bu 
vaxt heyvanilik insanlığa qalib gəlir, insan kiçilir, yazıqlaşır. 
    Ən hirsli vaxtda belə özünü ələ ala bilmək, öz hərəkətlərinin
dediyin sözlərin mənasını və labüd nəticələrini dərk edə bilmək 
insanın “ruhi səlimliyinin” mühüm şərtidir. 
    Özünüələalma eyni zamanda əxlaqi azadlığın təzahürüdür, 
mənəvi sərbəstliyin mühüm göstəricisidir. İnsanın ən çətin, ən 
mürəkkəb  şəraitdə özünü ələ ala bilməsi, öz coşqun 
ehtiraslarını boğa bilmək dərəcəsi, eyni zamanda onun əxlaqi 
azadlığının, mənəvi muxtariyyatının dərəcəsidir.  İnsan öz 
iradəsini itirən kimi, öz hiss və ehtiraslarının cilovunu əlindən 
buraxan kimi, dərhal öz əxlaqi azadlığını da itirir, ağlını 
çaşdırır, zəkasını bulaşdırır. Bir sözlə, insan idarə    edəndən 
idarəolunana, özünə  ağalıqdan öz ehtiraslarının köləsinə 
çevrilir. 
    Əbəs deyilməmişdir ki, ən böyük qələbə insanın öz üzərində 
qazandığı  qələbədir.  Ən çətin vəziyyətdə özünü ələ almaq 
əxlaqi igidlikdir və bu cür igidlik hamıya müyəssər ola bilər. 
Bunun yeganə açarı özünü dərindən dərk etməkdən, sözün əsil 
mənasında özünə  ağa olmaq qabiliyyətini qazanmaqdan 
ibarətdir. 
    İndi planetin elə bir guşəsi yoxdur ki, orada insanlar stress 
vəziyyətində olmasınlar. Çünki yer kürəsinin hər bir nöqtəsində 
sanki “qaynar vulkanlar” fəaliyyət göstərməkdədir. Biz XX 
əsrin son iyirmi illiyini “stress illəri” adlandırsaq, heç də səhv 
etmiş olmarıq. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə