Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə46/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   42   43   44   45   46   47   48   49   ...   91

167
 
 
insanlardır. Açığını deyim ki, müəllif öz əsərlərində  kənd 
həyatını gözəl təsvir edərək, oxucunu istər-istəməz kənddə 
keçirdiyi o unudulmaz uşaqlıq illərinə  səyahət etməyə sövq 
edir. Yazılarından duyulur ki, yazıçı  kənd həyatını, məişətini, 
etnoqrafiyasını, folklorunu, doğulduğu kəndin qədim tarixini 
yaxşı bilir. Bunu B.Bağırlı özünün uşaqlıq illəri haqqında 
danışığından da görmək olur. Belə ki, o, uşaqlıq illərini 
xatırlayarkən deyir: “Mən Cənub bölgəsində, Pokrovka kəndi 
(indiki Günəşli kəndi) ilə qonşu olan Alar kəndində doğulub 
boya-başa çatmışam. Bizim alarlıların, yaşlı  nəslin dediyinə 
görə, kökü Altaylara, Sibir çöllərinə, daha sonra Cənubi 
Azərbaycanın Urmiya gölü ətrafına,  Şahdağı mahalına, 
Ərdəbil dövrəsinə gedib çıxır... Mənim yazı-pozuya meylim 
içində boya-başa çatdığım mühitlə bağlıdır. Gözümü açanda 
ətrafımda nağılçıları, avazla qəsidə oxuyan dərvişləri, el 
arasında “Lotu” adlandırılan xalq məzhəkəçilərini, növbə ilə 
uzun qış gecələri ayrı-ayrı  məhəllələrdə haqq aşiqləri barədə 
dastanlar söyləyən telli saz ustalarını, ilaxır çərşənbə 
gecələrində çillə  çıxaran, dilək tası quran sevdalı  qızları, 
Kərbəla müsibətindən  əhvalatlar söyləyən rövzəxanları, 
bekarçılıqdan kəndin o baş, bu başına  şayiələr yayan, hədəfə 
gələn, tilova düşən, “zır kəndçi” deyilən müəyyən avam, suyu 
şirin adamlar barədə söz çıxardıb belələrini bir günün ərzində 
dəli edib çöllərə salan baməzələri, yazda havalar qızanda ilan 
tutan ovsunçuları, düyün çalanları, tas quranları, divara arpa 
yeridən cadugərləri, hoqqabazları... görmüşəm.” 
Yazıçı  kənd həyatını, orada yaşayan, çalışan insanların təkcə 
keçirdikləri həyat tərzini deyil, onların hər birinin daxili 
psixolojisini, iç dünyasını, düşüncələrini, davranışlarını 
verməyə çalışır, adamların könül dünyalarını vəsf edir. Müəllif 
əsərlərinin qəhrəmanlarını oxucusuna ilk andan tanıtmağa 
çalışmır, gərgin dramatik səhnələrdən sonra qəhrəmanın 
xəyallar aləminə dalaraq, keçmiş xatirələri ocaq közü kimi 
çözələyərək  əslində onun kim olduğunu göstərməyə çalışır. 


168
 
 
B.Bağırlının qəhrəmanları - istər müsbət olsun, istər mənfi, 
onlar həyatımızın həm sovet dövrünü, həm də müasir 
dövrümüzün reallıqlarını özündə ehtiva edən insanlardır. 
Müəllif ideal qəhrəman obrazları yaratmaq fikrindən uzaqdır, 
ancaq o, yazıçı  fəhmi ilə  cəmiyyəti müşahidə edərək
qəhrəmanlarının fərdi və tipik keyfiyyətlərini təhlili nəticəsində 
öz obrazlarını oxucular üçün nümunəyə çevirmək istəyir. Və o, 
buna nail olur. Yazıçı qəhrəmanlarını ilahiləşdirməyə çalışmır, 
sadəcə onları olduqları kimi cəmiyyətə təqdim etməyə çalışır.  
      Bütün dövrlərdə, tarix boyu insan problemi, xüsusən onun 
mənşəyi, mahiyyəti, təbiətdə tutduğu yeri, cəmiyyətdəki rolu 
məsələləri fundamental fəlsəfi problemlərdən biri kimi 
nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bəri insan həmişə 
onun diqqət mərkəzində olmuşdur. Ancaq müasir elm nə qədər 
inkişaf edirsə-etsin, insanın mənşəyi və mahiyyəti 
məsələlərində hələ də sirli cəhətlər çoxdur. İnsan hələ ki, kəşf 
olunmayan  şüurlu bir varlıq olaraq qalır. Müasir elmin 
nailiyyətlərinə  əsaslanaraq demək olar ki, insan evolyusion 
inkişafın məhsuludur. Elm sübut etmişdir ki, insanın 
inkişafında bioloji amillərlə yanaşı, sosial amillər də mühüm 
rol oynamışdır. Hər bir insanın necə inkişaf etməsi onun 
düşdüyü mühitdən, kollektivdən, cəmiyyətdən asılıdır. 
     Mən filosof alim Həqiqət xanım Kərimova ilə  “İnsan və 
onun psixologiyası” mövzusu barədə söhbət aparmışdım. 
Həqiqət xanım insan haqqında mənə bir neçə maraqlı 
açıqlamalar vermişdi. Onun fikrincə: “İnsan hələ  də  bəşər 
tarixində müəmmalı bir varlıq olaraq qalmaqdadır. İnsan daim 
yüksək məqamlara can atır. Onun müəmması isə beyinidir. 
Məncə, beyinin şifrəsi açılarsa, elm insan haqqında axtardığı 
cavabı tapa bilər. Əql və düşüncə beyinə məxsusdur. Quranda 
əql barədə 500-ə yaxın ayə vardır.  İnsan təbiətiiki xassəlidir. 
Zahirən görünən, maddi xüsusiyyətlərə malik olan insan - yəni 
zamanın təsiri ilə  dəyişən insan; ikincisi daxili aləminə aid 
olan, yəni zəka, idrak, vicdan kimi keyfiyyətləri özündə 


169
 
 
birləşdirən mənlikdir ki, maddi aləmdə nisbi olan hər  şeyi 
onunla anlayıb təyin edir, dəyişkənlikləri müqayisə edir. Məhz 
insana xas olan bu ikinci xassə  məkan və zamanın təsirindən 
dəyişmir. Vicdan həqiqət və mənəvi Əxlaqdır.” 
     İnsanı ucaldan onun əxlaqı, vicdanı, həyata düzgün baxışı, 
öz potensial gücünü düzgün yerə, düzgün istiqamətləndirmək, 
məqsəd və  məramına çatmaq üçün gərgin  əmək sərf etmək 
bacarığıdır. Doğrudan da zəhmət,  əmək insanı  şərəfləndirir, 
ona məmnunluq, bəxtiyarlıq bəxş edir. Böyük şairimiz Hüseyn 
Cavid çox doğru olaraq göstərir ki, “əsl bəxtiyarlıq xalqa 
xidmətdir. O adam xoşbəxtdir ki, onun əməyi milyonlara gərək 
olsun, Vətənin, ölkənin çiçəklənməsinə, yüksəlməsinə xidmət 
etsin.” Bunu nəzərə alan şair insanları xeyirli işlər görməyə, 
təşəbbüskarlığa, yaradıcı əməyə, fədakarlığa çağıraraq deyir:  
Haqq da, həqiqət də göz önündədir, 
Yer altında deyil, yer üstündədir. 
Bəxtiyarsan əgər çəkdiyin əmək, 
Cahan sərgisinə versə bir çiçək. 
Yorulmaq bilməyən, daim yazıb-yaradan, xeyirxah əməllər 
sahibi, yazıları ilə  Vətəninə, xalqına xidmət göstərən, özünü 
həmişə millətinin  əsgəri hesab edən istedadlı  qələm sahibi 
Böyükxan Bağırlı da belə insanlardandır. O, həyatda həmişə öz 
gücünə, təfəkkürünə arxalanaraq cəmiyyətdə öz layiqli yerini 
qazanmışdır. B.Bağırlının  ədəbi mühitdə qazandığı  uğurlar 
onun gecə-gündüz çalışdığı  gərgin  əməyinin nəticəsində 
olmuşdur. Onu istər oxucuları, istərsə də qələm dostları həmişə 
xoş xatirələrlə yada salır, onun haqqında daim xoş sözlər 
söyləyirlər.  İnsanı  cəmiyyətdə sevdirən onun şəxsiyyətinin 
bütövlüyü,  əqidə saflığı, qüruru, şərəfi, hər yerdə  ədalət 
prinsipini gözləməsi, adamlara qarşı xeyirxah münasibəti, 
səmimi davranışı, təmkinliliyi, riyakarlıqdan uzaq olması, 
mənəvi azadlığı, ictimai fəallığı, etik normalara ciddi riayət 
etməsi, özünə  və başqalarına həmişə hörmətlə yanaşması, 
ətrafındakıların diqqətin cəlb bilmək bacarığına malik 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə