Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə65/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

202 
 
dir. Onlar bu qürurlu qadına bütün əzablara baxmayaraq xanım-xatınlığını, 
izzəti-nəfsini qoruyan qadına elçi düşürlər. Onu özlərinin tamahlarına qur-
ban etmək istəyirlər: 
 
"Ərə getmək fikri varsa?" - 
Belə sevdaya düşənlər 
Ağız arayanlar oldu. 
Dünən küncdə büzüşənlər
Hədə-qorxu gəldi bu gün: 
 
Rejimlərə güvənən, siyasi-ideoloji dayağı olan adamcığazlar üçün Bö-
yük Ananın hansı hisslərlə yaşamasının heç bir əhəmiyyəti yoxdur. Qaçaq 
İsaxanın adı gələndə zağ-zağ əsənlər indi hətta onun arvadının, ailəsinin ün-
vanına hədələr göndərir, təzyiqlər göstərirlər. Bəyliyin, ağalığın bitdiyindən 
danışırlar: 
Dünya dəyişib büsbütün, 
Ölüb getdi bəy, ağa, xan. 
Alt-üst oldu köhnə dövran, 
Xanım-xatınam deməsin, 
Sonra məndən inciməsin. 
Arvadı saxlayan ərdi, 
Ya evdəki yetimlərdi? 
 
Amma unudurlar ki, bu qadın öz ərindən güc, təpər, dəyanət dərsi alıb. 
Onu heç nə ilə sındırmaq olmaz. Onun tapındığı güc mənbəyi əxlaqi dəyərdir. 
Onun ölçüləri, qadınlıq meyarı o qədər sərt, o qədər bütövdür ki, sanki şəx-
siyyət qayasıdır. Onun üstündən əsən zaman küləkləri qayanın üstündən heç 
nə apara bilməz. Amma hər halda axı o, insandır. Hələ özünə gəlməmiş, çək-
dikləri zəhmətin sayəsində  əlləri bir tikə çörəyə çatmamış övladlarının yox-
sulluqdan, kasıblıqdan çəkdiyi  əzabları da görür. Amma bütün bunlar onun 
qürurunu sındıra bilmir, onun dəyanətini yenə bilmir. Elə ona görə də gözləri 
dolsa da, kövrəlsə də, düşkünlərin, şərəfsizlərin cavabını ləyaqətlə verir: 
 
Gəlinin gözləri dolu 
"Nə yoldaş, nə sirdaş, nə ər? 
Yoxdu, getdi o kişilər. 


203 
 
Mənə lazım deyil heç kim- 
Kim olsa da, yalvarsa da, 
Hökmü-divanı varsa da. 
Könlümdə eşqə yer yoxdu, 
Nəfsim ölü, gözüm toxdu. 
Dünyanın çalxanan vaxtı, 
Arzum, diləyim, tək eşqim 
Evimdi, oğul-uşaqdı". 
 
Ananın idealı, düşkünlərin idealı ilə  tərs mütənasibdir. Sanki tərəflər 
qarşı-qarşıya dayanır. Bir tərəfdə maddiyyat, tamah, fiziki zor və bir sözlə, 
rejimə arxalanan qüvvələr. Digər tərəfdə ananın mənəvi saflığı, ləyaqət ar-
zusunu, diləyini, ilk eşqini evi, oğul-uşağı bilən böyük insan, onun mənəvi 
ucalığı sözün həqiqi mənasında əxlaqi-meyar təsiri bağışlayır. Və biz onun 
gücünü görürük. Əxlaqa arxalanan gücünü, mənəvi dəyərlərə sədaqət gücü-
nü. Əslində elə onun gücünün qaynağı bu dəyərlərdir. 
H.İsaxanlının hadisələrə ibrətli ümumiləşmiş münasibəti ayrı-ayrı par-
çaların arasında lirik lövhələrlə sıxlaşmış qara buludları yaran şimşək kimi 
görünür. Dərin fikir, müdrik söz bir anda bütün qaranlığı parçalayır. Xalq tə-
fəkküründən qaynaqlanan misralar əsərin üstündə (zamanın üstündə, insan-
ların düşüncəsində və elə həm də bu günümüzdə) parlaq işıqla yanan alova 
bənzəyir. Bu alovlu işıq  ən passiv beyinləri belə silkələyir, oyadır.  İnsanı 
düşünməyə vadar edir: 
 
Müdriklər tez od almaz
Boş sözü saya salmaz. 
Hər hürənə daş atsaq, 
Yurdumuzda daş qalmaz. 
 
Göründüyü kimi, xalq təfəkküründən qaynaqlanan və insana mənəvi 
güc, təpər bəxş edən bu misralar sözün həqiqi mənasında, süd aydınlığına 
bələnən gecənin parlaq ulduzlarına bənzəyir. 
Və yenə bundan sonra ananı təmkinli görürük. Axı şairin özünün dediyi 
kimi - Yaddaş Sahibinin xatırladığı kimi. Hər hürənə daş atmağın nə faydası 
var? Axı bir də atalar "İt hürər, karvan keçər" deyirlər. Karvan öz əzəməti 


204 
 
ilə yolun ona məxsus olduğunu görür, yolundan dönəsi deyil. İtin hürməyi 
özünə qalacaq. Bu psixoloji hazırlıqdan sonra artıq ananın düşüncələri tam 
əsaslı görünür: 
Düzdür, çətindir, dardayam, 
Təkəm, köməyim kəsilib. 
Amma dost da var, düşmən də, 
Gərək göz yaşımı silib, 
Cərgəyə qatılam mən də. 
Hələlik bircə dərdim var - 
Korluq çəkməsin uşaqlar... 
 
Ana yaxşı bilir ki, hər batan günün bir açılan səhəri də var. Hələlik onun 
bircə  dərdi özünün dediyi kimi, uşaqları korluq çəkməyə qoymamaqdır. O, 
bilir ki, zəhmət çəkən, zəhmətdən yapışan insan darda qalmaz. Demək, onun 
övladlarının da qarnı tox olacaq. Çünki onların heç kimin əlində gözü yoxdur. 
Ona görə də ananın düşüncələri nikbindir: 
 
Qarınları tox olacaq, 
Canları sağ olsun təki. 
Dirçələcək oğul-uşaq, 
Qarşımızda yaxşı günlər 
çox olacaq... 
 
Gərək insan nə qədər böyük gücə sahib olsun ki, zülmət qaranlığın içə-
risindən işığa gedən yolu görə bilsin. Ana da özünün iradəsi, dözümü ilə bu 
gücdədir. O, təkcə  uşaqlarını cismən sağ-salamat saxlamaq fikrində deyil. 
Həm də onları oxutmaq, onları mənən zəngin insanlar kimi böyütmək istə-
yir. Axı bu həm də böyük atanın -İsaxanın arzusu idi. Demək, atanın arzusu-
nun davamı ananın istəklərində, mübarizəsində yaşayır: 
 
Bir də... bir də ataları deyirdi ki, 
Gərək uşaqlar oxusun... 
O yoxdursa mən ki, varam. 
Allah üstümüzdə olsun, 
Mən böyüdüb, oxudaram. 


205 
 
Ananın duyğularında qətiyyət görünür, təəssüf və çaşqınlıqdan  əsər-
əlamət yoxdur. Onun bu qətiyyəti, inamı şəxsiyyətinin bütövluyünü təsdiq-
ləyir. Onun bir güvənci də gələcəyə inamıdır. İnam ananın nəzərində Allah 
timsalındadır. "Allah üstümüzdə olsun" deyəndə inam bizimlə olsun mahiy-
yəti başa düşülür. Əslində Allah özü insanın tapındığı ən uca dəyərdir, inam 
anlamında isə bütün parlaqlığı ilə özünü göstərir. Elə ona görə də qorxmur, 
heç kimsədən çəkinmir, əlbəttə, təkliyə düşəndə ürəyini yeyə-yeyə yaşayır. 
Məşhur Çələbilər nəslinin böyük analarından biri Zibeydə Çələbi deyərdi ki,  
"Ürəyi çörəyinə yavanlıq eləməyənin qapısına salam düşmür".  
Gündüzlər başı uca gəzir, haqqa-həqiqətə tapındığı üçün ümidini üzmür: 
 
Gündüz heç qorxu bilmədi, 
Gecələr içini yedi. 
Gündüz vüqarlı hərləndi, 
Gecə-gündüz "Allah birdi, 
haqdı" dedi. 
 
H.İsaxanlının əsərinin bu hissəsi bir oxucu kimi məndə çox dərin təəs-
sürat oyatdı. Zənnimcə, əsl həyat həqiqətlərinə güvənən belə əsərlər insanla-
rın mənəvi harmoniyasına çox ciddi təsir göstərir. Əlbəttə, bu harmoniyanı 
qorumaq insanın mənəvi ucalığına xidmət etmək baxımından. Görkəmli 
ədəbiyyatşünas Məmməd Cəfər Lev Tolstoyla bağlı düşüncələrində maraqlı 
müqayisələr aparıb:  
"Elm və incəsənətin bütün tarix boyu bəşəriyyətə böyük faydaları dəy-
mişdir, lakin bəşəriyyətə xeyri dəyməyən, zərər verən elm və in-
cəsənət də vardır. Təzə, məhvedici silahlar, toplar, daha güclü partla-
yıcı maddələr ixtira edən elm həqiqi elm deyildir. Hüquq gözəl elmdir, 
ancaq xalqın hüququnu məhdudlaşdıran hüquq elmi həqiqi elm deyil-
dir. Tarix mənalı, faydalı elmdir, ancaq azğın hökmdarların səltənət 
tarixini yalanlarla bəzəyən tarix həqiqi tarix ola bilməz. Psixologiya 
gözəl elmdir, ancaq spiritizm ilə məşğul olmaq elm deyil, hoqqabaz-
lıqdır. Rəssamlıq gözəl sənətdir, lakin sərgi salonlarını  çılpaq qadın 
heykəllərilə dolduran rəsm sənəti həqiqi incəsənət deyildir. Ədəbiyyat: 
roman,  şeir gözəl sənətdir, lakin əxlaqsızlıq təbliğ edən bədii  əsərlər 
həqiqi  ədəbiyyat deyildir. Kitab mədəniyyəti böyük mədəniyyətdir, 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə