Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə32/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

101 
hərəkətləri barədə mükəmməl biliyə yiyələnmişdir. Nizaminin 
«Xəmsə»sində  fəza cisimləri olan ulduzlar, bürclər və planetlər 
haqqında son dərəcə dəqiq və geniş məlumatlar verilmişdir: 
 
Bu səfərdə göylərdən töhfə aldı, bac aldı, 
 Cövzadan kəmər aldıXərçəngdənsə tac aldı.  
Sünbül döndü ətirli, təravətli sünbülə.  
Əsədin pəncəsinə qolazlandı Sünbülə 
Gecənin siqlətini ölçməkdimi qərəzi? 
Zöhrə onu çəkirdi əllərində Tərəzi,  
Çəkməyə daşı yoxdur, neçə çəkəydi Mizan?!  
Siqlətinə mat qalıb, ona baş əydi Mizan.  
Zanbaqtək quyruğuna zəhər dolub Əqrəbin,  
Süsənbər zəhərini kəsən olub Əqrəbin.  
Kamanın oxu süzüb yayındı başqa yana,  
Dönmədi otlağında Oğlağın bağrı qana.  
Günəş camallı Yusif Dol içində oturdu,  
Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu.  
Həməlin sinəsində qurdu Sürəyya taxtı,  
Gül-çiçəyin ordusu düzə axdı, nə axdı.  
Yüksək cəlallı bağın gülü hər yanı sardı,  
Yer üzü çiçəkləri sayrışan ilk bahardı (4, 30).  
 
Gətirdiyimiz bu nümunə «Xəmsə»nin ilk poeması olan «Sirlər 
xəzinəsi»ndən «Peyğəmbərin meracı» fəslindəndir. Cövza (klassik 
astronomiyada  əkiz adam surətində  təsvir olunan bürc) bürcündə 
yerləşən göy cisimləri kəmərə, Xərçəng bürcündəki ulduzların (13 
ulduz) düzümü isə taca bənzəyir.  
Sünbülə bürcü Şir bürcündən sonra gəlir. Zöhrə planeti Mizan 
(Tərəzi) bürcündə yerləşdiyindən ona Tərəzi deyilmişdir.  
Həməl (quzu) bürcü yaz ayları olan mart və aprelə müvafiq 
gəlir. Görkəmli mütəfəkkir müdrik peyğəmbəri uca göylərlə-


102 
bürclərlə müqayisədə vermişdir. Gətirdiyimiz nümunənin sonuncu 
beytlərindən aydın olur ki, Həzrəti Məhəmməd öz cah-calalını qu-
randan sonra Həməl səhra və düzəngahlarına bahar gəldi, bomboz 
səhralar gülüstana çevrildi.  
Nizaminin yaradıcılığına əsasən tam əminliklə deyə bilərik ki, 
o, kainatın sirlərinə  dərindən bələd olubdur. Kllassik nücum 
elminin incəliklərinə qədər məlumatı olan mütəfəkkir şair yazır: 
 
Fələklər zicini cədvəl və cədvəl,  
Fikrin üctürlabı eyləmişdi həll. 
(5, 331).  
 
Aydınlıq üçün bildirək ki, zic ulduzların və planetlərin sayını, 
hərəkətini və xarakterik xüsusiyyətlərini özündə  cəmləyən cədvəl, 
üstürlab isə həmin cədvəli tərtib etmək üçün xüsusi alətdir.  
Şair «Sirlər xəzinəsi»ndə ulduzların hərəkəti  əsasında təzə 
təqvimin hazırlandığından yazır: 
 
Kim ki, dalar gözüylə ulduzların seyrinə,  
Ona köhnə təqvimin köməyi nə, xeyri nə?! 
(4, 129). 
 
Kainatın sirlərinə əl aparan Nizami səmanın təbəqələrdən iba-
rət olduğunu «Xəmsə»də dəfələrlə qeyd etmişdir. Dahi mütəfəkkir 
əsərlərində göyün yeddinci qatı haqqında tez-tez söhbət açıbdır: 
 
Yeddinci əflakə çapdığı zaman

 
Dışarı atıldı dördkünc daxmadan (6, 25).  
və yaxud 
 
Çatdı hər dənizə yeddi ülkərdə,  
Yeddi yol yuyundu o dənizlərdə (6, 25).  


103 
Sair burada yazdığı «Yeddinci əflak’» və «yeddi ülkər» göyün 
qatlarıdır. Orta əsr alim və münəccimləri, çox doğru yerə, belə bir 
qənaətdə idilər ki, göylə yer pozulmaz qarşılıqlı  əlaqədədirlər. 
Onların bu harmonik əlaqəsi nəticəsində göylə yer idarə olunur. Elə 
bu əyaniliyin nəticəsində orta əsr müəllif və münəccimlərində belə 
bir düşüncə hakim idi ki, kainatda baş verən proseslər yerə, o 
cümlədən insan həyatına təsir göstərir. Orta əsrlərdə yaşamış 
münəccimlər ulduzların hərəkəti ilə insan həyatında baş verəcək 
prosesləri əvvəlcədən müəyyənləşdirirdilər. Onların qənaətinə görə
yer üzərində yaxşılıq və pisliklərin, xoşbəxtlik və  bədbəxtliklərin 
baş verməsi ulduzların hansı bürcdə olması ilə bağlıdır. Bu 
təcrübəyə istinadən Nizami yazırdı: 
 
O, hər bir nəqşəyə vermiş bir camal,  
Ulduzlar onlardan götürmüşdür fal (5, 26).  
 
Dahi  şair dünyanın  – göylə yerin qarşılıqlı, harmonik 
əlaqəsinin daimi və əbədi olduğuna birmənalı şəkildə inanırdı. Elə 
bu inamla da yazırdı:  
 
Rüzgar ona görə dəyişir hər an,  
Törəyib dörd ana, yeddi atadan (6, 446).  
 
Nizami burada «dörd ana» dedikdə, maddi dünyanın  əsasım 
təşkil edən 4 ünsürü (su, od, hava və torpaq), yeddi ata dedikdə isə 
göyün yeddi qatını nəzərdə tuturdu.  
Kainat, planet və onların vəhdətində yaşayan insanın həyatı 
ona görə daim dəyişir ki, kainat və planet bir-birinə  təzad təşkil 
edən müxtəlif maddə və qüvvələrdən yaranıblar.  
Orta əsr nücüm elminin yaradıcılarının qənaətinə görə, hər bir 
planetin, hər bir ulduzun məxsusi «evi» vardır. Bu ciddi astronomik 
informasiyanı dəqiq mənimsəmiş Nizami yazırdı: 


104 
Günəş yaxınlaşdı o gün Həmələ,  
Gedirdi elmdən çatsın əmələ.  
Ütarid və Cövza qonmuş bir yerə,  
Sovrda məskən etmiş Ay ilə Zöhrə 
 Qövsi də Müştəri bəzəmiş gözəl,  
Mizanın bürcündə oynardı Lühəl.  
 
Nizaminin bu astronomik elmi izahından aydın olur ki, Ütarid 
ulduzu Cövza bürcündə, Ay və Zöhrə Buğa bürcündə, Mizan isə öz 
evi  sayılan altıncı evdə idi. Nizami bu kainat hadisəsini məqsədli 
şəkildə təsvir edibdir. Tale ulduzlarının bu düzülüşü xoşbəxtlikdən 
xəbər verir. Belə bir xoşbəxt vaxtda İskəndər dünyaya gəlir.  
«Hər gün Novruz olmaz» – deyən Nizami «Xəmsə»də müxtəlif 
məqamlarda Novruzdan söhbət açır. Nizaminin yazdığına görə, 
Novruz xalqın həyatında, mənəviyyatında özəl bir yer tutduğundan 
ona məxsusi bir münasibət bəslənmişdir. Nizaminin yazdıqlarına 
əsasən deyə bilərik ki, xalq Novruza olan münasibətini musiqinin 
dili ilə  də ifadə etmişdir. «Xosrov və  Şirin» poemasında  Şirinin 
dilindən Nikisanın nəğmə oxuması hissəsində deyilir: 
 
Novruz gülü kimi açıldı əvvəl,  
Novruz pərdəsində oxudu qəzəl (5, 296).  
 
Sair bu fikri «Çalğıçı Barbəndin tərifi» hissəsində daha açıq 
şəkildə ifadə etmişdir: 
 
«Sazi Novruz»unu çalanda tamam,  
Tale də edərdi o günü bayram (5, 168).  
 
N.Gəncəvi «İskəndərnamə» poemasında «İskəndərin  İran 
atəşgədələrini dağıtması» hissəsində  İskəndərin atəşgədələri yerlə 
yeksan etməsindən söhbət açmaqla bərabər, Novruz şənliklərindən 
danışır:  


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə