220
sönənə kimi davam edir. İnama görə, tonqalı söndürmək olmaz,
odun özü yanıb qurtarmalıdır (49). Novruz İranda yaşayan xalqlar
arasında əsasən iki gün qeyd olunur. Birinci «Novruzu amme»
deyilən gün olur ki, fərvərdin ayının birinci günü qeyd olunur.
Qədim İran şahları Novruzun altıncı günü (Novruzu hisse) xalqın
bütün istək və arzularını yerinə yetirməyə çalışırlar. Hökmdar
başda olmaqla, bütün dövlət rəsmilərinə məhkəmə qurulur, kəm-
kəsir işləri, nöqsanları saf-çürük edilir, haqqı tapdalanmış şəxsin
hüquqları bərpa olunurdu. İranda Novruz bayramı 13 gün davam
edir. Bu günlərdə qohum-əqrəba, dost-tanış bir-birinə qonaq gedir,
bayram payı aparır, qarşılıqlı olaraq bir-birlərini təbrik edirlər. Yeni
ilin 13-cü günü xüsusi qeyd olunur. Bu da təsadüfi deyildir.
Məlumdur ki, on üç «adətən, nəhs sayılıbdır. Həmin günə «Sizdəh
bedər» (on üçün qovulması) deyilir.
13 nəhs qəbul edildiyindən həmin gün hamı evdən çıxır, dağla-
ra, meşələrə, çəmənliklərə yola düşür, gəzib-dolaşırlar. Camaat
həmin çəmənliklərdə, meşələrdə yeyib-içir, şənlik edir. Gecədən
xeyli keçənə qədər bu şənliklər davam edir. Bu mərasimi keçirən
xalq ruhən dincəlir və arxayın olur ki, nəhs sayılan 13-cü günü ev-
eşiklərindən qovublar (49).
Novruzun mənşəyi ilə bağlı İran ərazisində yaşayan xalqların
yaratdığı əfsanələrə bələnmiş həqiqətlər və digər maddi-mənəvi
abidələr özlərində bir çox gerçəklikləri qoruyub saxlamışdır. Bu
əfsanələrdən ən geniş yayılanı İran hökmdarı Cəmşidin Azərbay-
cana gəlməsidir. Həmin gün hava günəşli olduğundan Cəmşid
Azərbaycanı bəyənir. Bu əfsanələşmiş fakt da bir daha sübut edir
ki, Novruz sistemi türk xalqları, o cümlədən Azərbaycanla bağlıdır.
İran mənbələrində Tanrının yer üzünü həmin gün yaratdığı,
Adəmin məhz o gün xəlq olunduğu və ulduzları bürclərə həmin gün
dağıtdığı qeyd olunur (70, 3).
Novruz sisteminin ictimai-siyasi nüfuzundan İran hökmdarları
daha çox yararlanmışdırlar. Bu məqamda onu da vurğulamaq
221
yerinə düşər ki, Novruz adət və ənənələrindən elə ən çox fayda-
lanan da İran olmuşdur.
Novruz adət və ənənəsinin məna və mahiyyəti eyni olduğundan
türk və İran xalqlarının bayram keçirmələrində əsaslı və kəskin fərq
yoxdur. Elə bu səbəbdən təkrarçılığa lüzum görmədiyimizdən
İranda keçirilən Novruz mərasimlərinin hamısının haqqında
məlumat vermədik.
Novruz adət və ənənəsi ərəb dünyasında mövcud olmayıbdır.
Ərəblər bir neçə əsr yəhudilərin təqvimlərindən istifadə ediblər.
Sonralar ərəblər türk və İran xalqlarından «Neyruz» və «Nayruz»
deyimində Novruzu qəbul etmişlər. Ərəblər gecə ilə gündüzün
bərabərləşdiyi Novruza «Birinci itidaliyün» deyirdilər. Payız
bərabərliyinə isə «İkinci itidaliyün» adını vermişdilər. Sasani döv-
lətini ərəblər süquta uğratdıqdan sonra Novruz adət və ənənələrini
mənimsədilər. Ərəblərin Novruz təqvimini müvəqqəti də olsa qəbul
etmələri zərurətdən irəli gəlirdi. Vergiləri vaxtında toplamağı
qaydaya salmaq üçün dəqiq bir təqvimə ehtiyac var idi. Novruz
bəzi vergilərin toplanma vaxtını məlum edirdi. Bunu əvvəllər də
açıq-aydın görürdülər. Abbasilər dövründə (750-1258) vergi
toplanmasında bir çox qüsurların olması birbaşa təqvimlə bağlı
olduğundan xəlifə Mütəvəkkilin dövründə (847-861) Novruzun 17
iyunda keçirilməsi qərara alınmışdır. Bu təqvim xəlifə əl-Mutəzidin
zamanında (892-902) yenidən dəyişdirilmişdi. 11 iyun Novruz
günü qəbul edilmişdir. Ancaq xəlifə əl-Mutəzid Novruzla bağlı
meydan tamaşalarını, at oyunlarını qadağan etmişdir. Bu qadağanın
qəbul edilməsində din xadimlərinin rolu xüsusidir. Ancaq bu
qadağaların ömrü çox qısa oldu (69, 6-7). A.İmanquliyevanın yaz-
dığına görə, Novruz rəsmi bayram statusuna xəlifə Əl-Məmunun
(813-833) dövründə nail olmuşdur. Ondan sonra gələn xəlifələr bu
bayramın geniş keçirilməsi üçün hər cür şərait yaratdılar. Bayram
günü camaat xəlifəni təbrikə gəlir və ona hədiyyələr bəxş edirdilər.
Xəlifələr sarayda bayram şənlikləri təşkil edirdilər. Xəlifə təbrikə
gələn camaata pul paylayırmış.
222
Yuxarıda deyilənlərdən belə qənaətə gəlmək mümkündür ki,
Novruz adət-ənənələrinin ilkin yaradıcıları və bu dəyərləri İran
ərazisində geniş yayanlar da elə türklər olmuşdur. Novruz adət və
ənənəsinə əməl edən xalqların Novruzla bağlı keçirilən mərasim-
lərində mahiyyət eyniliyi mövcuddur. Hətta İranda mövcud olan
adət və ənənə türklərdəkindən əsaslı və kəskin şəkildə fərqlənmir.
Bu eynilik də bir daha təsdiqləyir ki, Novruzun ilkin yaradıcıları
türk xalqlarıdır.
Bəzi İran tədqiqatçılarının «Novruz iranlıların bayramıdır»
fikri ilə heç cür razılaşmaq mümkün deyildir. Tarixi faktlar bu
mülahizəni tamamilə alt-üst edir. Sasani hökmdarlığının yıxıldığı
m. ö 636-cı ildən İran, islam əqidəsinin yayıcısı sayılan ərəb
dövlətinin hakimiyyətinə daxil olmuşdur. 1040-cı illərdən etibarən
isə İran ərazisi türk xanədanlığının təsir dairəsində olmuşdur.
Türklərin uzun əsrlər İranı öz təsirləri altında saxlamaları da tarixi
bir faktdır. O da bir həqiqətdir ki, bu gün də İranda əhalinin böyük
kəsimini türklər təşkil edirlər (70, 98).
Novruz mükəmməl bir sistem olduğundan dünyanın böyük bir
hissəsini əhatə edir. Bir çox xalqlar özünəməxsus məna və formada
bu kainat sistemini mənimsəyibdir. İlin təzələnməsi, yazın gəlişi ilə
əlaqədar mərasimlər Dağlıq Altay, Sayan dağlarından başlanır.
Orta Asiya, İran, Azərbaycandan tutmuş iç Avropaya qədər geniş
bir ərazini əhatə edir. Bu məqamda onu da vurğulayaq ki, ilin
təzələnməsini yazın gəlişində bayram kimi qeyd edən xalqlar
çoxdur. Bu xalqlar ərazi baxımından bir-birindən uzaq məsafələrdə
məskunlaşsalar da, regional kolorit nəzərə alınmasa, digər
məsələlərdə oxşarlıq və eynilik mövcuddur. Novruzun türk xalqları
və onlara qonşu olan İran və digər xalqlar tərəfindən təntənəli qeyd
olunması bu xalqların eyni coğrafi eynilikdə-şimal yarımkürəsində
məskunlaşmaları ilə bağlıdır: «Bununla belə, hər bir etnosun və
bölgənin başqasında təkrar olmayan, bənzərsiz yaz mərasim və
ayınləri mövcuddur. Məsələn, «Sayaçı», «Təkəçi», «Kosa-kosa»
(əslində, kosa da təkə deməkdir), «Kilimarası», «Üzüksalma»,
223
«Can gülüm» və başqa bu kimi sırf elat həyat tərzindən gələn
mərasim-tamaşalar təbiətin oyanışı, ilin yeniləşməsi güzəranın,
yaşayışın canlanıb-qaynaması ilə bağlı yaranmışdır və istisnasız
olaraq hamısı türk bədii təxəyyülünün məhsullarıdır. Həmin folklor
örnəkləri Novruzu bayram kimi qeyd edən başqa xalqların (fars,
tacik,ərəb ) yazı qarşılama mərasimlərində müşahidə olunmur»
(59).
224
NƏTİCƏ
Novruz türk xalqlarının minilliklər ərzində yaşadıb-yaratdığı
möhtəşəm mədəniyyət xəzinəsidir. Bu azman mədəniyyət xəzinəsi
türk dünyasının ümumi dünyagörüşünü-təfəkkürünü, astronomik
zaman barədə gerçək nominal düşüncəsini, həyat tərzini, məişət və
təsərrüfatı idarəetmə qabiliyyətini, ay, il və günlər barədə uzun-
müddətli müşahidə və empirik təcrübəsini, bir sözlə, cəmiyyətin
bütün sahələrinə aid insanın düşüncə və əməlini geniş səpkidə
əhatə etmişdir. Novruzu biz bütöv bir sistem adlandırdıq.Bu möhtə-
şəm sistem insan həyatının ən qlobal və vacib sahələrini özündə
cəmləyir. Novruz sistemi dünyanın, həyatın nüvəsini təşkil edən
təbiət-kainat və planet qanunlarına əsaslandığından minilliklər
ərzində mövcud olmuşdur. Novruz sistemi türk xalqlarının maddi-
mənəvi dəyərlərinin min illər boyu qorunub saxlanılmasında, bir
növ, insanlar (xalqlar) üçün qoruyucu instinkt funksiyasını yerinə
yetirmişdir. Zəngin Novruz adət-ənənələri xalqın yaddaşının
«oyaq» qalmasına xidmət etmiş, geniş xalq kütləsini mövcud icti-
mai formasiyanın siyasi assimilyasiya küləyinin gətirdiyi mənəvi
aşınmaya uğramaqdan qorumuşdur.
Novruz bir sistem olaraq bütöv tropik ili əhatə edir. Novruz
fasiləsiz tsiklvarı davam edən bir sistemdir. Novruz –yeni gün
deməkdir. Novruz tarixinin məşhur araşdırıcısı Ə.Biruni Novruzu
«dünyanın başlanğıc günü» adlandırmışdır. İl Novruzda başlayır və
Novruzda qurtarır. «Avesta»da dünyanın 365 günə yaradıldığı
deyilir. 365 gün bütöv bir ildir.
225
Türk xalqlarının böyük qismi Novruzun mənşəyini Ergene-
konla (Ərgənəkon) bağlayırlar. Əbülqazi Bahadır xanın (1603-
1663) türk xalqlarının tarixindən bəhs edən «Şəcərəyi-türk» (1663)
əsəri vasitəsi ilə günümüzə gəlib çıxmış «Ergenekon» dastanı Çin
mənbələrinə istinadən qələmə alınıbdır. Uca dağların əhatəsində
məskunlaşmış qədim türklər 400 ildən sonra Ergenekondan çıxıb
dünyaya var olduqlarını bir daha yenidən sübut etdilər. Ergene-
kondan çıxış – Böyük Azadlıq günüdür.
Şamançılıqdan, Tanrıçılıqdan keçib gələn Novruz sistemi son-
ralar digər düşüncə və inancların formalaşmasında və təkmilləş-
məsində əsas qaynaqlardan biri olmuşdur.
Bütün dövrlərdə dinlər, məzhəblər Novruzdan nəinki fay-
dalanmış, hətta onun nüfuz və şöhrətinə sahib çıxmağa çalışmışlar.
Novruz dəyərlərinin çoxəsrlik tarixində ona müxtəlif məqamlarda
siyasi,dini «rənglər» qatmağa çox ciddi cəhdlər göstərilmişdir.
Ancaq alt qatında dəyişilməz təbiət və cəmiyyət qanunları da-
yanmış Novruz sistemi heç bir yad yamaqları, süni damğaları qəbul
etməmişdir. Novruz dəyərlərinin milli qısqanclıqdan iranlılara
məxsus olduğunu tədqiqata cəlb edənlər onu unutmuşdular ki, İran
ərazisinin böyük bir hissəsində yaşayanlar oranın aborigen sakinlər
sayılan Novruz sisteminin ilkin yaradıcıları olmuş qədim türklərdir.
Bir qisim tədqiqatçılar isə heç bir tutarlı əsas olmadan möh-
təşəm Novruz sistemini dini məzhəblə əlaqələndirmişdilər. Onlar
qlobal milli dəyərlər məcmusu olan Novruzun yalnız ələvilərə-
şiələrə aid olduğunu gündəmə gətirmişdilər.
Novruzun insanları mənəvi cəhətdən mükəmməl, ayıq-sayıq
saxlamasından inzibati-ideoloji administrasiyalar həmişə xoflan-
mış, ehtiyat etmişlər.Bu səbəbdən tarixin müxtəlif dönəmlərində
Novruz dəyərlərinə qarşı taxt-tac sahibləri müəyyən qadağalar
tətbiq etmişdilər.
226
Bütün yuxarıda yazılanlardan sonra belə qənaətə gəlmək olar:
1. Novruz kainat və planet qanunlarına əsaslanan bütöv bir
sistemdir.
2. Novruz astonomik zaman müəyyənləşdiricisidir.
3. Novruz tük xalqlarının birgə yaradıb – yaşatdıqları maddi,
mənəvi və sosial dəyərlər toplusudur.
4.Novruzun tarixi qədimdir.Bu günümüzə qədər gəlib çıxmış
yazılı mənbələrə istinadən deyə bilərik ki,onun beş min ildən artıq
yaşı vardır.
5. Ayzıt, Tura, Ergenekon bayramları Novruz sisteminin ilkin
komponentlərindəndir.
6. Novruz (Ergenekon) – qurtuluş günüdür (bayramıdır).
7. Novruz etnokulturololoji dəyərlər məcmusudur.
8. Novruz dünyanıdərk gerçəkliyidır.
9. Novruz bütöv bir sistem olaraq 365 günü – 4 fəsli əhatə edir.
10.Novruz sisteminin 4 bərabərlik məqamı – yaz-payız gecə-
gündüz bərabərliyi və yay-qış gündönümü mövcuddur.
11.Novruz sistemində iki günbərabərliyi – yaz günbərabərliyi
(22 martın ) və payız günbərabərliyi ( 22 sentyabr) cəmlənir.
12. Novruz sistemi iki gündönümünü ( 22 iyun yay və 22
dekabr qış gündönümü) əhatə edir.
13.Novruz həm də bayramlar toplusudur. Möhtəşəm Novruz
təntənələri ilə başlayan il elə Novruz şənlikləri ilə də tamamlanır.
Bu bayram toplusuna ilaxır çərşənbələr, möhtəşəm Novruz şənlik-
ləri, payız, qış gündönümləri ilə bağlı keçirilən mili bayramlar və
s.regional xarakterli etnik törənlər daxildir.
14. Novruzun çoxəsrlik inkişaf prosesində ilkin mahiyyəti,
demək olar ki, dəyişməmişdir. Törən və mərasimləri bu və ya digər
səbəblərdən transformasiyaya uğrasa da, tiran ideologiyaların tə-
sirinə məruz qalsa da, təbii və sağlam prinsiplər üzərində ucaldı-
ğından ilkin məna və mündəricəsi olduğu kimi qalmışdır.
227
Ədəbiyyat:
1. Azərbaycan ədəbiyyatı tarixi, 1-ci cild,Bakı,2007
2. ASE, 1-ci cild, Bakı, 1976
3. ASE, 8-ci cild, Baki, 1984
4. Nizami Gəncəvi, «Sirlər xəzinəsi», Bakı, 1981
5. Nizamı Gəncəvi, «Xosrov və Şirin», Bakı, 1982
6. Nizami Gəncəvi, «İskəndərnamə», Bakı, 1982
7. Qətran Təbrizi, «Divan», Bakı. 1967
8. Yusif Vəzir Çəminzəminli, Romanları, Bakı, 1968
9. Əbülqasim Firdövsi, « Şahnamə», Bakı, 1986
10. Əlisa Nicat, Nağıllara dönən tarix, Bakı, 1993
11. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, 17-ci cild,
Bakı, 2005
12. Elməddin Əlibəyzadə, Azərbaycan xalqının mənəvi mədəniyyət
tarixi, Bakı, 1988
13. Elməddin Əlibəyzadə, Qədim dünyamızın ulu kitabı, Bakı, 1996
14. Elməddin Əlibəyzadə, Ana kitabələr, Bakı, 1996
15. Mirəli Seyidov, Qam-Şam və onun qaynaqlarına ümumi baxış,
Bakı, 1994
16. Mirəli Seyidov, Qızıl döyüşçünün taleyi, Bakı, 1984
17. Mirəli Seyidov, Yaz bayramı, Bakı, 1990
18. Mirəli Seyidov, Azərbaycan mifik təfəkkürünün qaynaqları,
Bakı, 1983
19. Azad Nəbiyev, Mərasimlər, adətlər, alqışlar, Bakı, 1983
20. Azad Nəbiyev, Novruz, Bakı, 1989
21. Azad Nəbiyev, El nəğmələri, xalq oyunları, Bakı, 1988
22. Azad Nəbiyev, Nəğmələr, inanclar, alqışlar, Bakı, 1986
23. Azad Nəbiyev, İlaxır çərşənbələr, Bakı, 1992
24. Azad Nəbiyev, Bayramların sultanı, «Azərbaycan» qəzeti, 20
mart 2004
228
25. Azad Nəbiyev, Rituallar, mərasım və bayramlarımız,
«Azərbaycan» qəzeti, 20 mart 2005
26. Kamil Allahyarov, Novruzun ən qədim qaynaqları,
«Azərbaycan» qəzeti, 20 mart 2005
27. Ağayar Şükürov, Mifologiya, 2-ci kitab, Bakı, 1995
28. Ağayar Şükürov, Mifologiya, 3-cü kitab, Bakı, 1995
29. Ağayar Şükürov, Mifologiya, 5-ci kitab, Bakı, 1996
30. «Avesta», Bakı, 1985
31. Məmməd Dadaşzadə, Azərbaycan xalqının orta əsr mənəvi
mədəniyyəti, Bakı, 1985
32. Kamil Vəliyev, Elin yaddaşı, dilin yaddaşı, Bakı, 1988
33. Qədim türk ədəbiyyatı (Tərtib edən akademik Nizami
Cəfərovdur ), Bakı, 2004
34. Nizami Cəfərov, Azərbaycanşünaslığın əsasları, Bakı, 2005
35. Azərbaycan etnoqrafiyası, 1-ci cild, Bakı, 1984
36. Qəmərşah Cavadov, Əkinçilik mədəniyyətimizin sorağı ilə, Bakı,
1990
37. Fuad Qasımzadə, Novruz – bahar bayramı, Bakı, 1989
38. Razim Əliyev, Məxfilik qrifi, yaxud mif, fəlsəfə, din və dil
düyünü, Bakı, 2002
39. Şamil Sultanov, Kamil Sultanov, «Ömər Xəyyam» Bakı, 1991
(tərcümə edən Vəli Həbiboğlu)
40. Bəhlul Abdullayev, Haqqın səsi, Bakı, 1998
41. Bəhlul Abdullayev, Göyər, səmənim, Bakı, 1993
42. Bəhlul Abdullayev, Qış və yaz mərasimlərindən, «Qobustan»
jurnalı, 1984, №2
43. Anri Masse, İslam, Bakı, 1964
44. Əfzələddin Əsgər, Məmmədəli Qıpçaq, Türk savaş sənəti, Bakı,
1996
45. Dünya dinləri (ensiklopedik məlumat kitabı), Bakı, 2003
229
46. Rafiq Turabxanoğlu, Türkçülük Turanın ideologiyasıdır, Bakı,
1988
47. Zaur Həsənov, Çar skiflər, Bakı, 2005
48. Həsi Abdullayev, İslam dini haqqında, Bakı, 1958
49. Aidə İmanquliyeva, Novruz şərq ölkələrində, «Ədəbiyyat»
qəzeti, №12,21 mart 1991
50. Məhəmmədhüseyn Təhmasib, Xalq ədəbiyyatımizda mərasim və
mövsüm nəğmələri. «Ədəbiyyat « qəzeti, 15 mart 1944
51. Məhəmmədhüseyn Təhmasib, Adət, ənənə, mərasim, bayram,
«Ədəbiyyat və incəsənət» qəzeti, 12 mart 1966
52. Elçin Aslanov, El-oba oyunu, xalq tamaşası, Bakı, 1984
53. Elçin Aslanov, Novruz bu gün, «Azərbaycan « qəzeti, 20 mart
1997
54. Elçin Aslanov, Günəş taxtdan düşəndə, «Ədəbiyyat» qəzeti, 13
yanvar 1995
55. Elçin Aslanov, Ay gecə çilləsi, «Ədəbiyyat» qəzeti, 18 fevral
1994
56. Elçin Aslanov, Novruz dünən, bu gün, sabah, «Ədəbiyyat»
qəzeti, №26, 28 iyun 1991
57. Elçin Aslanov, Günəşin təntənəsi, «Xalq qəzeti», 20 mart 1997
58. Elçin Aslanov, Günəş taxtdan düşəndə, «Ədəbiyyat» qəzeti, 13
yanvar 1995
59. Məhərrəm Qasımov, Noğul-nabatlı, mübarək niyyətli,
«Azərbaycan» qəzeti, 20 mart 2004
60. Xatirə Ağayeva, Novruz bayramının mənşəyinə dair, «Şəhriyar»
qəzeti, 19 yanvar 1995
61. Nəsir Rzayev, Novruz bayramının tarixi bizə nələr nəql edir?
«Qobustan» jurnalı, 1991№ 1
62. Miryəhya Yusifov, Bahar bayramı, «Ulduz» jurnalı, 1982 №3
63. Əlisa Nicat, Şumer incəsənəti, «Qobustan» jurnalı, 1974, №3
230
64. H.Quliyev, Ş.Həsən, İ.Mahmudov, Azərbaycanda bahar bayramı,
«Qobustan « jurnalı, 1986-cı il №1
65. Rəhim Zeynalov, Kainatın bayramı, «Respublika» qəzeti, 19
mart 2001
66. Rəhim Zeynalov, Novruz bayramının astronomik elmi əsasları,
«Vətən səsi» qəzeti, 19 mart 1991
67. Pənah Xəlilov, Elin əziz günləri, «Ədəbiyyat» qəzeti, 21 mart
1991
68. Məhəmməd Hatəmi (Tantəkin), Novruz bayramının mənşəyi
haqqında, Azərbaycan SSR EA-nın xəbərləri, 1970, №3
69. Braginski İ.S., Bahar bayramı haqqında, «Ədəbiyyat və
incəsənət» qəzeti, №20 1967
70. Abdulhalük M.Çay,Türk Ergenekon bayramı Nevruz, Ankara,
1996
71. Kramer S.N., Istoria naçinaetsya Şumere, Moskva, 1965
72. Mifi narodov mira, Moskva, 1980
73. D. Q.Reder, Mifi i leqendı drevneqo dvureçye, Moskva, 1965
74. M.M.Dyakonov, Oçerki istorii drevnoqo İrana, Moskva, 1961
75. Antoloqiya mirovoi filosofii, tom1, çast 1, Moskva, 1970
76. Pyat traktov na memu «Afak i Anfus» Moskva, 1970
77. Braginski İ.S., Iz istorii tadjikskoy narodnoy poezii, Moskva,
1956
78. Belitskiy, Zabıtıy mir şumerov, Moskva, 1980
231
Xeybər Göyyallı
NOVRUZ:
genezisi, tarixi transformasiyaları
və mərasimləri
Kitabın üz qabığında Торпаггалада
(Гах району) тапылмыш ЫЫЫ миниллийя аид
эцмцш габын цзяриндя тясвир олунмуш
маралы парчалайан ганадлы шир (грифон)
символик композисийасындан
истифадя едилмишдир.
Чапа имзаланмышдыр: 05.02.2015
Форматы 60х84 1/16
Физики ч/в 14,5
Тираjы 100
«Ганун» няшрляр еви
Бакы, АЗ 1102, Тбилиси прос.,76
Тел: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
е-маил: инфо@ганун.аз
www.qanun.az
Dostları ilə paylaş: |