198
bir dəqiq qənaətə gəlmişdi ki, yaxşı il yazından bəlli olar. Hava,
günəş və ümumən, təbiət üzərində aparılan müşahidələr nəticəsində
qarşıdakı üç gündə digər üç fəsil-yay, payız və qış haqqında
proqnoz verilərdi.
Xalq yazın birinci ayını «qarayaz» adlandırır. Bunun belə
adlandırılması torpağın tam göyərməməsi, yaz şumunun aparılması
ilə bağlıdır. Qarayaz düz bir ay (22 aprelə qədər) davam edərdi. Bir
ay keçəndən sonra deyərdilər ki, yazın «qırxı» çıxdı. Yazın qırxı
çıxandan sonra camaatda bir rahatlıq, arxayınçılıq yaranardı. Qara-
yazdan ən çox yadda qalan el arasında «Qarının borcu» və «Dana-
qıran» adlandırılan günlərdir. Bu günlər barədə xalqın yaddaşında
müxtəlif variantlı məzmuna malik əhvalatlar yaşamaqdadır.
«Qarının borcu» adlandırılan günlərlə bağlı «Danaqıran»la əlaqədar
folklor nümunəsinin bir versiyasında deyilir ki, danaqıran çiçəyinin
(el arasında Novruz gülünə danaqıran deyirlər) açdığını görən bir
kişi mal-qarasını yaylağa aparır. Ehtiyatını əldən verməyən kişi özü
ilə yaylağa 40 şələ ot, 40 kötük odun və 40 ədəd çörək götürübmüş.
Qəflətən hava tutulur, çovğun qopur, qar yağır.
Kişi 40 şələ otu heyvanlara yedizdirir, 40 çörəyi özü yeyir, 40
kötüyü isə yandırıb qurtarır. Hava açılmır ki, açılmır. Ot-ələfi
olmayan mal-heyvan acından tələf olur. Başına gələn olaydan dərin
peşmançılıq hissi keçirən kişi öz-özünə deyir: «Ay bunu qırx deyən
zalım, elə əlli deyərdin də!» Bu əhvalatla bağlı Şirvan bölgəsində
belə bir deyim formalaşıb: «Qırx kötük yanan, qırx çuval saman,
Allah aman» (36, 143). Həmin dövrə – martın sonu ilə aprelin
birinci yarısı arasına Azərbaycanın bir çox regionlarında «keçiq-
ıran» deyilir. Həmin ərəfədə havalar sazaqlı, soyuq keçir, soyuq
küləklər əsir. Məlumdur ki, keçi də şaxtaya, soyuğa dözümsüz
olduğundan qışdan çox arıq çıxır. Qışdan arıq çıxmış keçilər yazın
soyuq-sazağına duruş gətirə bilməyib qırılır. Elə buna görə də
həmin dövrə keçiqıran deyirlər.
Yazın qırxı çıxdıqdan sonra yaz şumunun qırğın dövrü başla-
yırdı. Yaz şumu da, adətən, bir ay davam edirdi.
199
Yazın son dövrü 20 gün davam edir ki, həmin dövrə «qızılgül»
dövrü deyilir. Bu dövrdə əhalinin olan-qalan azuqəsi tükənir, yeni
məhsulun yetişməsinə isə hələ çox qalır. Yazın «qızılgül» dövrü
əkin-bicin adamları arasında «arpa biçini» və ya «arpaya cin
çəkilən» dövr kimi tanınıbdır. Bu vaxt artıq güneylərdə əkilmiş
arpa biçilməyə başlanardı.
İyunun 22-də yay fəsli başlayır. Yay fəsli gündüzün ən uzun
vaxtından (22 iyun) payız gecə-gündüz bərabərliyinə (22 sentyabr)
qədərki dövrü əhatə edir. Martın 22-dən uzanmağa başlayan gün
iyunun 22-dək davam edir. İlin ən uzun günü və ən qısa gecəsi də
elə iyun ayının 22-nə düşür. Astronomik təzələnmə səbəbindən bu
dövrə Novruzun yay məqamı deyilir. İyunun 22 – dən başlayaraq
gündüzlər get-gedə qısalmağa, gecələr isə uzanmağa başlayır. Bu
hal dekabrın 22-dək davam edir. Lap qədimlərdən xalq arasında
yay ilin «anbarı» sayılıb. Bütün kənd təsərrüfatı işləri – əkin-biçin
və məhsul toplanışı məhz yayda həyata keçirilirdi. Hətta yayın son
ayında əkin-səpin də aparılırdı. Xalqın təcrübəsinə görə, yayda
aparılan əkin-səpin daha çox məhsul verirdi. Uzun illərin müşahidə
və təcrübəsinə istinad edən xalq yayı iki əsas mərhələyə bölürdü.
İyunun 22-dən başlanan birinci mərhələ 45 gün davam edirdi. Bu
mərhələ «quyruq doğdu» və ya «quyruq dondu» dövrünə kimi
davam edir.
Quyruq doğana qədər olan dövrün özünü də xalq 2 mərhələyə
bölürdü.Xalq təqvimində iyunun 15-dən iyulun 15-ə qədər olan
dövrə «qoradəyən ay» deyilərdi. Bu dövrdə qora istidən sulanır.
Onun ardınca «qorabişirən ay» gəlir. İyulun 15-dən avqustun 15-ə
qədər olan dövrə qorabişirən ay deyilib. İlin ən isti günləri bu
ərəfəyə təsadüf etdiyindən qora yetişirdi, şirinləşirdi. Quyruq
dondu və ya quyruq doğdu ilə yayın ikinci mərhələsi başlayır.
Qeyd etdiyiniz kimi, bu mərhələnin adı ilə bağlı xalq arasında iki
versiya vardır. Bir versiyaya görə, həmin vaxt – düz yay yarı
olanda Ayı bürcündə dalbadal quyruqlu kimi 2-3 ulduz görünür.
200
Həmin ulduzun doğması ilə əlaqədar olaraq bu vaxta quyruq doğan
deyilir. Yayın həmin mərhələsində istilər bir qədər səngiyir.
İkinci versiyaya görə, həmin gün – avqustun 6-da kəsilmiş
qoyunun gecə çöldə ağacdan asılmış quyruğu donur. Hər iki
variantın ifadə mahiyyəti eynidir. Yayın şiddətli istiləri həmin vaxt
bir qədər sınır, azalır. Yayın ikinci mərhələsi başlayandan sonra
camaat qışa hazırlığı daha da sürətləndirir. Azərbaycanın bir çox
regionlarında quyruq doğandan sonra yay şumuna başlanılırdı.
Yayda əkilən taxıl «arağac» adlanardı. Xalqda minillik müşahidələr
belə bir qənaət yaratmışdı: «əkin gərək iki yay görsün, yay ək, yay
biç». «Xalqın qənaətinə görə, quyruq doğana qədər bal kəsmək
olmazdı, çünki həmin ərəfədə bal sulu olar. Quyruq doğandan
sonra camaat bal kəsməyə başlayardı» (36, 148).
Novruz sisteminin üçüncü məqamı payızdır. Payız sentyabrın
22-dən dekabrın 22-dək davam edir. Novruzun payız dönəmində
yaz məqamında olduğu kimi, gecə ilə gündüz yenidən bərabərləşir.
Günəşin istiliyi azalır, işıqlı gündüzlər qısalır. Sentyabrın 21-22-də
Novruzun yaz dönəmində olduğu kimi, gündüz ilə gecə bəra-
bərləşir. Xalqın inam və müşahidəsinə görə, Günəşin hökmranlıq
müddəti qurtardığından taxtdan düşür. Payız-yaz və yayın maddi-
mənəvi yekunudur. Əkin-biçin adamları yetişdirdiyi məhsulları
yığıb toplayar, yaylaqlara qalxanlar geri dönürlər.
Günlər getdikcə qısalır, havalar soyumağa başlayır, köçəri
quşlar isti ölkələrə qayıdır. Payızda yetişmiş məhsul yığılır, yeni
məhsulun özülü qoyulur, payız şumu və səpini aparılır. Dağlıq və
dağətəyi bölgələrdə payız şumuna bir qədər tez başlanılardı ki,
əkilmiş taxıl soyuğa, qara düşməsin.
İnsanlar qısa hazırlığın əsas işlərini payızda görər və tamamla-
yardı. Qışın sərt və mülayim keçəcəyini də müxtəlif yardımçı təbii
vasitələrin köməkliyi ilə elə payızda müəyyənləşdirilərdi. Xalq
fenologiyasına (bitki və heyvanların həyatındakı hadisələrin qa-
nunauyğunluğu) görə, çinar ağacı yarpağını başdan tökməyə baş-
Dostları ilə paylaş: |