Elmi redaktor: Məhərrəm Qasımlı
Dövlət Mükafatı laureatı, professor
Redaktor:
Ramiz Kərəm
Xeybər Göyyallı
Novruz: genezisi, tarixi transformasiyaları və mərasimləri.
Bakı, Qanun Nəşriyyatı, 2015, 232 s.
Kitabda Novruz dəyərləri yeni bir yanaşma ilə
araşdırılıbdır. Türk xalqları
mühitində yaranmış, formalaşmış və mürəkkəb inkişaf yolu keçmiş Novruz bö-
yük bir mədəniyyət toplusu kimi geniş tədqiqata cəlb olunmuşdur.
Tədqiqatda
Novruz sisteminin ilkin yaradıcılarının türklər olduğu əsaslı şəkildə sübuta yeti-
rilib. Elmi araşdırmada ilk dəfə olaraq fundamental şəkildə Novruzun xronolo-
giyası şumerlərdən başlanılmış, Altaydan tutmuş Mərkəzi Avropaya qədər böyük
bir ərazidə yaşamış qədim türklər tərəfindən mükəmməl bir sistem halına salın-
mış Novruzun tarixi transformasiyaları sayılan Şamanizm, Ergenekon, Ayzıt,
Tura bayramlarının tədqiqi ilə davam etdirilmişdir.
ISBN 978-9952-26-979-6
© Qanun Nəşriyyatı, 2015
© Xeybər Göyyallı, 2015
Kitabın içindəkilər
Ön söz əvəzi
Novruz dəyərləri dünyanıdərk fəlsəfəsidir.................... 4
Giriş ............................................................................. 10
I FƏSİL
Novruzun genezisi və tarixi mifoloji qaynaqları ...... 14
1.1. Turan Novruzun ilkin vətəni kimi.......................... 14
1.2. Turanlıların Tura bayramı ...................................... 44
II FƏSİL
Novruz qədim dövr və orta əsr mənbələrində .......... 55
2.1. «Avesta»da Novruz dəyərləri ................................ 55
2.2. Orta əsr müəllifləri (Ə.Biruni, Ö.Xəyyam,
Q.Təbrizi, N.Gəncəvi) Novruz haqqında................ 81
III FƏSİL
Novruz mərasimləri ................................................... 106
3.1. Novruz mərasimləri ............................................... 106
3.2. Novruz mərasimləri qədim və orta əsr
mənbələrində................................................................. 146
IV FƏSİL
Novruzun elmi-astronomik əsasları və
əhatə coğrafiyası ......................................................... 183
4.1. Novruzun elmi-astronomik əsasları ....................... 183
4.2. Fəsillərin yaranmasında Novruzun yeri ................. 197
4.3. Novruzun əhatə coğrafiyası ................................... 209
Nəticə .......................................................................... 224
Ədəbiyyat ................................................................... 227
4
Nizami Cəfərov
Professor, AMEA-nın müxbir üzvü
ÖN SÖZ ƏVƏZİ
Novruz dəyərləri dünyanıdərk fəlsəfəsidir
Mədəniyyət hər bir xalqın maddi və mənəvi simasının güz-
güsüdür. Xalqı formalaşdıran,
inkişaf etdirən, vahid əxlaq, təfək-
kür, dünyagörüş və s. ətrafında birləşdirən onun zərrə-zərrə yaratdı-
ğı mədəniyyətidir. Xalqların tarix səhnəsində qalması, öz yerini
qoruyub saxlamaları birbaşa onların yaratdıqları mədəniyyətlə bağ-
lıdır. O da bəlli bir məntiqdir ki, mədəniyyətini
qoruyub saxlama-
yan xalqlar tarix səhnəsindən silinmişlər.
Mədəniyyət tarixi kateqoriyadır. O, konkret zaman və məkan-
da yaranır, inkişaf edir, təkmilləşir,
bu və ya digər səbəbdən zama-
nın (siyasətin) basqısına məruz qalır, ideologiyaların prinsipləri ilə
uyğunlaşmadığından onun ayrı-ayrı komponentləri yasaqlanıb
unutdurulur. Tarixin çox böyük məşəqqətli sınaqlarından öz hünər
və iradələri sayəsində qalib çıxmış türklər hələ miladdan öncə
möhtəşəm bir mədəniyyətin ilkin yaradıcıları və qoruyucuları
olmuşlar. Bu dəyərli faktı zaman-zaman
öz məxəzlərində türklərlə
bağlı şanlı və qürurgətirən səhifələri (əlyazmaları) məqsədli şəkildə
xaincəsinə məhv etmiş qədim çinlilər də təsdiqləmişlər. Qədim
çinlilər etiraf edirdilər ki, türklər böyük sivilizasiyanın yaradıcı-
larıdır. Uzaq Altaydan tutmuş Mərkəzi Avropaya qədər uzanmış
böyük bir ərazidə bir neçə dəfə əzəmətli imperiyalar qurmuş qədim
türklər sonralar müxtəlif səbəblərdən tarixin ayrı-ayrı məqam-
larında öz dövlətçiliklərini itirmişlər. Tarixə yoldaşlıq
etmiş bu bö-
yük imperiyalar məhz həmin qədim və zəngin mədəniyyətin sayə-
sində qurulmuş və idarə edilmişdir. Qədim türklər bu və ya digər
səbəblərdən öz ərazi və dövlətlərini itirsələr də, xoşbəxtlikdən,