43
olmuşlar. Qədim insan təbiətə qarşı heç vaxt əks addım atmayıb,
əksinə onunla birlikdə olmağa can atıbdır. İnsan həmişə ümidini
Göy-Tanrıya, onun ədalət və rəhminə, nemət və sərvətinə
bağlayıbdır. Tanrıya inanmaqla, başının üstündəki göy üzündə
ulduzların, Ay və Günəşin hərəkətini izləməklə, onların vəziyyəti
ilə gecə-gündüzün, ayın-ilin vədəsini müəyyən etmişdilər. «Qədim
türklərin təbiətlə, xüsusilə yazın gəlişi ilə bağlı hissləri, duyğuları,
əsasən, ilin bu çağında keçirdikləri müxtəlif mərasimlər dövrün
poeziyasında kifayət qədər geniş əks olunmuşdur» (33, 58). Yaz
türkülərində, qışla yazın deyişməsində bu poetik təsvirləri əyani
şəkildə görürük.
Yay baruban erküzi,
Aqdı aqın munduzi,
Toğdı yaruq yıldızı,
Tınqa sözüm külqüsüz.
Ağdı bulut kükrəyü,
Yağmur tolu səkriyü.
Kalık anı ükriyü,
Kança barur belqüsız.
Azərbaycan versiyası:
Yaz gəldi, qar suları,
Axdı dəlicə sellərlə.
Dan ulduzu doğdu,
Dinlə sözümü zarafatsız.
Bulud kükrəyib qalxdı,
Yağış, dolu səpələnir,
Külək onu (buludu) sürüb,
Hara aparır bilinmir (33, 89-90).
44
Antik türk poeziyasında qışla yay şəxsləndirilərək qarşı-qar-
şıya qoyulur:
Qış yay ilə toqquşdu,
Qonur gözlə baxışdı.
Tutuşaraq yaxışdı,
Bir-biriylə gücləşir.
və ya
Yay qış ilə qarışdı,
Ər ox kimi quruşdu,
Qoşun tutub vuruşdu,
Ox çəkibən hazırlaşır (12, 401-402).
Qışla yazın yox, yayın qarşılaşdırılması da türk düşüncəsi ilə
bağlıdır. Qədim türklər dualist düşüncəyə sahib olduqlarından şid-
dətli soyuğun qışla, yüksək istilərin yayla əlaqədar olduğunu bil-
diklərindən mübarizənin də, əsasən, bu iki fəsil arasında getdiyini
bilirdilər.
1.2. Turanlıların Tura bayramı
Qədim türklər dünyanın böyük bir hissəsini əhatə edən uzaq
Altaydan tutmuş Mərkəzi Avropaya kimı böyük bir ərazidə
yaşamış və bəşər mədəniyyətinin inkişafında xüsusi rol oynamışlar.
Dünya mədəniyyətinin tərəqqisində türklərin rolu danılmazdır.
Turanın Novruz sisteminin yaradıldığı məkanlardan olması müba-
hisəyə səbəb ola bilməz. Novruz astronomik hadisənin bilavasitə
əyani təsdiqlədiyi bir sistemdir. Novruz sistemini özündə qoruyub
saxlayan, hələlik ilk yazılı mənbə olan «Avesta»nın Turan mühi-
tində yaradıldığı fikrinin tərəfdarları daha çoxdur.
Tədqiqatçı Ə.Nicat M.Müllerin «Turanskie elementı v Avesta»
monoqrafiyasına istinadən yazır: «Avesta»nın əldə olan nüsxəsi
qədim türk dilindəki orijinaldan tərcümədir. Bunu sübut üçün
45
«Avesta»dakı saysız-hesabsız Turan elementləri kifayətdir. «Aves-
ta» öküz dərilərinə yazılıb qat-qat yığıldığından və hər qat
müəyyən səhifə rolunu oynadığından həmin «qat» sözü indi də
pəhləvi tərcüməsində qalmışdır» (10, 50).
«Avesta»nın qədim Midiyada yaradıldığı məntiqi də Novruzun
Turan dünyasının məhsulu olduğunu təsdiqləyir. Belə ki, Midi-
yanın ən fəal sakinlərinin də türklər olduğu məlumdur. «Aves-
ta»nın Midiyada meydana gəlməsi fikrinin tərəfdarlarının sayı daha
çoxdur. «Avesta»nın əsl yaradıcısı olan Zərdüştün də milliyyətcə
türk olması indiyi kimi şübhə doğurmayıb, mübahisəyə səbəb
olmayıbdır. Midiya tədqiqatçılarının əksəriyyəti də bu dövlətin
qurucularının türklər olduğunu təkzibedilməz fakt və sübutlarla
təsdiq ediblər. Midiya hökmdarı Astiyaqla İran taxtının sahibi Kir
arasındakı müharibələr tarixin pozulmaz yaddaşına həkk olunub-
dur. Genetik kodları türklərdən uzaq olan bir müəllifdən gətirilmiş
sitatla bu məsələyə indiki məqamda nöqtə qoymaq istərdik. Bu sitat
yenə Ə.Nicatın yuxarıda qeyd etdiyimiz kitabındakı «Gözəl
Midiya» tarixi oçerkindən iqtibasdır. «Yazılı abidələri kifayət
dərəcədə çox olan və ən vacib əlamətləri Veystard, De Şolsi və
Noriss tərəfindən müəyyən olunan Midiya dili qəti şəkildə, demək
olar ki, türk dilidir». Bu sözlərin əsl sahibi Fransua Lenormanndır.
İnsanın yaranışı tarixlə bağlı olduğundan şüur və dünyagörüşü də
zaman və ictimai mühitin məhsuludur. Türk ictimai şüuru bütün
tarixi dövrlərdə yaradıb, inkişaf etdirib və yaratdıqlarını qoruyub
saxlayıbdır. Tədqiqatçılar bu fikirdədirlər ki, oğuzlar yaradanlar,
qıpçaqlar inkişaf etdirənlər, hun və uyğurlar qoruyanlar olublar.
Qədim türklərin dünyanın yaranması, onun inkişafı haqqında özəl
baxışları mövcud olmuşdur. Türkün bütün mənəvi fikir tarixinə
nəzər yetirdikdə aydın olur ki, digər xalqlardan fərqli olaraq,
türklər «uşaqlıq dövrlərində» belə Göy-Tanrıya inam gətiriblər. Bu
gün özünü arilər adlandıranlar hələ də cansız-ruhsuz bütə inanırlar.
Tarixin heç bir dönəmində türklər bütə sitayiş etməyiblər. Türklər
46
sevib-əzizlədikləri canlılara -qurda, ata və s. məhəbbət bəsləsələr
də, onlara tapınmayıblar. Qədim türklərin ilkin inancı ilə bugünkü
inamlan arasında elə də ciddi mahiyyət fərqi yoxdur. Onlar
intuisiya, yaxud bioenerji vasitəsilə dünyaya bağlandıqları gündən
göy üzünə inam gətirmişlər. Onlar bu inamın ilkin mərhələsindən
göylə yerin əlaqəsini duymuşdular. Türklər göylərlə sıx təmasda
olanda dağların, dənizlərin, orman və bulaqların möcüzəyə, ilahi
gücə, ruha malik olduqlarına inanmışlar.
Onların inancına görə, günəş, su, göy üzü, göyün guruldaması,
şimşək çaxması – ruhlarının olması ilə əlaqəlidir. Ruhu olan yer və
su qüvvələrinə «Yer-su»lar (Göy türklər Yer-Su, uyğurlar Yer-
Suv)» deyirdilər. Türkün mənşəyinin dağ, dəniz, qurd olması da
goy üzünə, Tanrıya (kosmosa) olan aydın və zəruri inancından irəli
gəlirdi.
Göy(hava), Torpaq, Su və Günəş (od) – bu dördlük türkün dün-
ya baxışının nüvəsini təşkil edir. Bu dörd ünsür birbaşa Göy-Tanrı
ilə bağlıdır. Türk inamına görə, bütün fəza sistemi Tanrının fəaliy-
yətindən asılıdır. Onların düşüncəsinə əsasən, bütün səma cisimləri
əvvəl bir yerdə olmuş, birlikdə kosmik hərəkət etmiş, sonra Tanrı
(Tenqri) tərəfindən bir-birindən aralandırılmışdır.
Həyatın ilkin yaradılışı barədə də türklər inandırıcı düşüncə
daşımışlar. Türk inamına görə, canlı aləm sudan törəyibdir. Türk
təfəkkürü ilkin çağlardan kainat və planetlə, onun ən kiçik zərrəsi
ilə belə əlaqədə olmuşdur. O, kainat və təbiətin müəmmalarına bir-
başa özü müdaxilə etmiş, onun açılmamış sirlərinə baş vurmuşdur.
Qədim türklərin ilkin çağlarda köçəri həyat yaşamaları onların
kainat və təbiət qanunauyğunluqlarına daha yaxından bələd olma-
larına səbəb olmuşdur, gündoğandan günbatana at belində yol qət
edən türklər üz tutduqları göy üzündə Günəşin və Ayın hərəkətini,
ulduzların və digər fəza cisimlərinin harmonik yerdəyişməsini
müntəzəm müşahidə etmiş, zaman anlayışını müəyyənləşdirmişlər.
Zaman anlayışı türk təfəkküründə mühüm yer tutmuş, bir çox vacib
Dostları ilə paylaş: |