8
edirdi: «...Türkçülük və milliyyətçilik yoluna girən Azərbaycanda
Novruz bayramı Cəmşid və şiə səfəvi gələnəklərinə deyil, Ərgənə-
kon əfsanəsinə bağlanıyor və adına da Qurtuluş bayramı deyilirdi».
Türklərin mənşəyi ilə bağlı yaradılmış əfsanələrin bir çoxunda
onların Boz Qurddan törədikləri söylənilir. Həmin əfsanələrin
birində deyilir ki. qədim hunlardan törəmiş Göytürklər Aşina adlı
bir nəslin övladları imiş. Onları Lin deyilən bir ölkə qırmış, yalnız
on yaşında bir uşaq qalmışdır. Düşmənlər on yaşlı uşağı zəif
olduğuna görə öldürməmiş, qıçlarını kəsib, özünü isə bataqlığa
atdılar. Həmin uşağı bir dişi qurd ətlə bəsləyib böyütmüş, sonra
onunla yaşamışdır. Uşağın yaşadığını eşidən düşmənlər onu öldür-
müşdür. Qurd isə qaçıb dağlarda yaşamışdır. Uca dağlara sığınmış
qurd mağarada on oğlan uşağı doğmuşdur. Oğlanlar böyüdükdən
sonra mağaradan kənara çıxıb evlənmişdilər. Hər birindən bir soy
törəmişdi. Aşina da həmin soylardan biridir. Artıb çoxaldıqdan son-
ra mağaradan çıxıb Altay dağlarının ətəklərində məskunlaşmışdılar.
Göründüyü kimi, bu əfsanədə də qədim türkün xilaskarı kimi Boz
Qurd verilmişdir. Ergenekonda olduğu kimi, burada da artıb çoxal-
mış türklər yaşadıqları məkanı tərk etməli olmuşlar.
Novruz fəlsəfəsində qədim türklərin ümumi dünyagörüşü, hə-
yat gerçəkliklərinə münasibəti, qam-şam təfəkkürü, kosmoqonik və
planetar düşüncələri, inam və inancları, həyat tərzi, məişət və təsər-
rüfatı idarəetmə bacarıqları və s. kompleks şəkildə öz əksini tap-
mışdır.
Novruz dəyərləri qanunların yaranmadığı dövrlərdə formalaş-
mışdır. Yazının olmadığı dövrdə yaranmış, inkişaf etmiş və fəaliy-
yət göstərmiş Novruz fəlsəfəsi insanların yaddaşında «kanon-
laşmışdı». O, heç bir inzibati göstəriş, administrativ məcburiyyət
olmadan insanların beynində-yaddaşında əsrlər boyu yaşamış və
zaman-zaman inkişaf etmişdir. Novruz sağlam, təmiz və təbii qa-
nunlara əsaslandığından tarixin müxtəlif məqamlarında ağalıq et-
miş siyasi-ideoloji sistemlər həm ehtiyatlanaraq ona qadağalar qoy-
muş, həm də ciddi ehtiyac duyulanda onun qutsallığından (22 mart
gününün müqəddəsliyindən) məharətlə faydalanmışlar.
9
Kitabda Novruz fəlsəfəsinin dialektikasının əsasları araşdırıl-
mışdır. Novruz fəlsəfəsinin dialektikasının əsasında əksliklərin
vəhdəti (isti-soyuq-yaz-qış;işıq-qaranlıq-gecə-gündüz;ölüb-dirilmə-
qış-yaz münasibətləri; kainat-planet-yer-göy bağlılığı və s.) daya-
nır. Novruzun əsl mahiyyətini ətraf aləmi, təbiəti və cəmiyyəti,
ümumən, həyatıdərk qanunları təşkil edir.
Müəllif Novruz fəlsəfəsini mifoloji, genesioloji və aksioloji cə-
hətdən tədqiq etmişdir.
Monoqrafiyanın uğurlarından biri də budur ki, Novruz mövzu-
su yalnız etnoqrafiya və folklorşünaslığın sahəsi kimi götürülmə-
miş, araşdırma predmeti ümumən Azərbaycanşünaslığın sahəsi
kimi tədqiqata cəlb olunmuşdur. Bu səbəbdən Novruz fəlsəfəsi ilk
dəfə fundamental şəkildə araşdırılmış bu kitabı Azərbaycanşünaslıq
üçün dəyərli bir töhfə adlandıra bilərik.
10
GİRİŞ
Novruzun tarixi çox qədim, inkişaf yolu mürəkkəb olmuşdur.
Əsrlər boyu indi Novruz dediyimiz törənlər sistemi zaman-zaman
müxtəlif adlarla ifadə edilmişdir. Tarixin ayrı-ayrı dönəmlərində
Novruz sistemini ifadə etmiş adlar müxtəlif semantik və fonetik
dəyişikliklərə məruz qalmışdır. Bu dəyişikliklər yalnız ad dəyişik-
liyi ilə qurtarmamışdır. Əsrlər boyu mövcud olmuş Novruz sistemi-
ni əyani ifadə forması olan adət-ənənələr və mərasimlər də dəyişik-
liyə uğramışdır. Bu, əsaslı və ciddi dəyişikliklər məzmun yeniliyinə
gətirib çıxarmışdır.
Ancaq min illərin inzibati və ideoloji sınağından həmişə mü-
kəmməlcəsinə çıxmış Novruz sisteminin əsl mahiyyətini, nüvəsini
dəyişmək mümkün olmamışdır. Bunun səbəbi Novruz sisteminin
əzəli və əbədi, ahəngdar kainat qanunları üzərində qurulmasıdır.
Başqa sözlə, Novruz sisteminin bazisi heç bir vaxt dəyişilməyən
təbiət qanunlarıdır. Kainat və planet qanunlarını dəyişmək insan
övladına müyəssər olan bir şey deyildir. Çünki kainat (kosmos) və
planet (yer) qanunları insanların güc və qüdrəti fövqündədir.
Məlumdur ki, sonradan süni surətdə insanlar tərəfindən yaradılmış
bir çox cəmiyyət qanunlarından fərqli olaraq, kainat və təbiət
qanunları sabitdir, dəyişilməzdir. Elə bu ciddi səbəbdəndir ki, Nov-
ruz bir sistem kimi yaşamış və dövrümüzə qədər gəlib çıxmışdır.
Novruz sistemi sırf kainat və planet qanunlarına əsaslandığından
onun tarixi insanların bu məsələlərlə maraqlandığı dövrdən baş-
lanır. Elə bu qədimliyə görə də Novruz sisteminin yaranma tarixini
konkretləşdirmək mümkün deyildir. Ancaq yazılı mənbələrin Nov-
11
ruz haqqında özündə qoruyub saxladığı ilkin məlumat miladdan
1725 il əvvələ aiddir.
Ancaq məlum həqiqət budur ki, Novruz sistemi Orta Asiya və
Altay tayfalarının, ümumən türklərin təfəkkürünün məhsuludur.
Türkoğlu işıqlı dünyaya gəldiyi gündən ruhən və cismən dərk et-
mişdir ki, onun yaşayışı, əməli fəaliyyəti birbaşa ətraf aləmlə –
kainat və planetlə bağlıdır. Turanlılar həssaslıqla duymuşlar ki, bə-
şəri həqiqət qədər uca və ali məqsədə qovuşmağın yolu yalnız tə-
biətlə təmasdan keçir. Bu günün özündə – elm və texnikanın dina-
mik, intensiv və sürətli inkişafı dövründə, kosmosun hərtərəfli təd-
qiq edildiyi bir vaxtda yenə insan həyatı kainat (kosmos) və pla-
netdən (yer) asılıdır. İnsan və təbiət münasibətlərinin analogiyası
yoxdur və bundan sonra da, yəqin ki, olmayacaqdır. Novruz bir sis-
tem kimi türklərin kəşf etdiyi ilkin kosmoqonok nailiyyətlərdəndir.
Türklərin özlərini və Allahı dərk etmələri təbiəti dərkdən başlayır.
Türklər Tanrıçılığa-Tanrını dərkə təbiəti dərkdən sonra gəlib
çıxmışlar. Elə buradaca Novruzla bağlı bir mühüm məsələyə mü-
nasibət bildirmək istərdik. Bir çox tədqiqatçılar Novruz sisteminin
məna və mahiyyət tutumunu həddindən artıq primitivləşdirir, əhatə
dairəsini daraldır, onu yalnız əkin-biçin və təsərrüfat işləri ilə
bağlayırlar. Əslində isə, əkin-biçin və təsərrüfatın özü də təbiətin
bir komponentidir.
Novruz mövzusu daim aktuallığını və həmişəyaşarlığını qoru-
yub saxlayacaqdır, çünki Novruz sistemi bazis xarakterli dəyərlər
tipinə mənsubdur. Novruz kainat və təbiət qanunu olduğu qədər də
cəmiyyət qanunudur.
Novruz əbədi mövzu olsa da, Azərbaycanşünaslıqda indiyədək
bu və ya digər səbəblərdən fundamental, geniş və hərtərəfli şəkildə
tədqiqata cəlb olunmamışdır. Novruzun elmi tədqiqata geniş
şəkildə cəlb edilməməsinin əsas səbəbini XX əsrdə Azərbaycanda
mövcud olmuş ictimai-siyasi ideologiyada axtarmaq lazımdır.
Sovetlər dönəmində Novruza repressiv bir münasibət bəşlə-
nilmişdir. Digər yasaq edilmiş milli-mənəvi dəyərlərdən fərqli ola-
Dostları ilə paylaş: |