25
olmuşlar. Şimalda Köqmən (Sayan) dağlarına, Sibir meşələrinə,
Cənubda Tibetə, Şərqdə Sakit okeana, Sarı dənizə, Qərbdə isə Aral
gölünə, Xəzər dənizinə, sonralardan isə Qərbi Avropaya uzanmış
böyük ərazinı əhatə etmişlər. Bu danılmaz faktı tarixin özü təs-
diqləyir. Dəfələrlə aparılmış arxeoloji araşdırmalar nəticəsində də
sübut edilmişdir ki, qədim Turan (Türküstan) adlanan coğrafi
məkanda türklərdən əvvəl hansısa bir etnosun yaşadığını təsdiq-
ləyəcək heç bir maddi mədəniyyət nişanəsi yoxdur. Bu danılmaz
faktdan cəsarət və inamla çıxış etmək olar ki , tarixin qədim və ulu
xalqlarından olan türklər tarixə yoldaşlıq etmişlər. Turan Avra-
siyanın mərkəzində yerləşdiyindən Şərqlə Qərb arasında ciddi
maddi-mənəvi-siyasi balans və inteqrasiya yaratmışdır.
Qədim türklər bənzərsiz və dəyərli həyat tərzi yaşamışlar.
Türklər köçəri həyat tərzinə üstünlük vermişlər. Türklər heyvan
sürülərini Böyük Çölün-Turanın dörd tərəfində otarırdılar. Həmin
dövrü özündə qoruyub-saxlayan Çin mənbələrində yazılıb:
«Həmişə durduqları yer yoxdur, amma hər kəsin özünün torpaq
sahəsi var». Çin mənbələrinin məlumatı da təsdiqləyir ki, türklərin
hərəkəti, köçü öz torpaqlarının sərhədləri daxilində olub. Yayın
istisində dağlara üz tutmuş türklər dağlara qar düşəndə öz sürülərini
aşağılara-düzənliyə qaytarırdı. Qədim türklər Turan adlanan öz
Böyük Vətənlərinin şərqindən qərbinə, şimalından cənubuna,
yaylaqdan arana, istidən soyuğa və əksinə, könüllü köç edirdilər
(44, 7). Dünya sivilizasiyasının inkişafında türklərin mədəni
yeniliklərinin böyük rolu olmuşdur. Qədim türklər bəşər tarixində
ilk dəfə olaraq atı əhilləşdirmiş, döyüş paltarı və bir çox silah-
sursatın yaradıcılarıdır. Türklər heyvandarlıq məhsullarından özləri
üçün zəruri olan geyim, məişət və qida ehtiyaclarını ödəyirdilər.
Həyat və məişətini öz əlləri ilə quran türklər yemək, geyim, ümu-
mən, həyat və məişətdə istifadə edilən predmet üçün qonşularına
möhtac olmayıblar.
Mənbələrdə göstərilir ki, Çindən gələn Yuye adlı xacənin
hökmdar, Laoşan Şanyuya (Metenin oğlu) verdiyi məsləhət məsə-
26
lənin əsl mahiyyətini birbaşa açıqlayır: «Sayca hunlar Çinin bir
vilayətinin əhalisi ilə müqayisə oluna bilməz, ancaq onlar (hunlar)
ona görə güclüdür ki, çinlilərdən fərqli geyimləri və yeməkləri
vardır. Bu məsələdə Çindən asılı deyildirlər (44, 8).
Qədim türklərin ilk inamlarından biri şamançılıq olmuşdur.
Şamanizm Sibir türkləri arasında xristianlıq təşəkkül tapmayana
qədər (XVI-XVIII əsrlərə qədər) geniş yayılmışdır. Şamançılıq da
digər inam, inanc formaları kimi, insanların dünyadərkinə, həyat və
taleyinin mükəmməl yardımçısı olubdur. Şamanizmin mayasında
təbiəti duymaq, onu hiss etmək, onunla birlikdə olmaq, bir sözlə,
təbiətə qovuşmaq dururdu. İnsanoğlu həyatının bilavasitə təbiətdən
asılı olduğunu ilkin dövrlərdən açıq-aydın dərk etmişdir. Olumunun
və ölümünün yalnız təbiətlə bağlı olduğunu intuisiyası ilə duyan
insan onunla birlikdə olmaqdan ötrü təbiətin mübhəmliklərinə əl
aparmışdır. Qədim türklər səhv etməmişdir. Dünyanıdərk, elə
təbiəti duymaqdan başlayıbdır. Bir daha vurğulayırıq ki, bugünkü
təfəkkürə əsaslanıb şamanizmi tədqiq edəndə qədim türklərin dün-
yaya ilkin baxışının heç də primitiv olmadığını görürük. Əksinə,
bəşərin ibtidai inkişaf dövrü üçün şamanizm son dərəcə yüksək
dünyagörüşü özündə cəmləyir. İlkin dövrlərdən türklər dünyanın
inkişafını əksiliklərin vəhdətində axtarmış, dualist baxışa yiyə-
lənmişlər. Elə bu dualist baxışın əyani nəticəsidir ki, hər şeyə
əksliklərin vəhdətində baxan qədim türklər şamanları da iki qrupa
bölmüşlər: ağ və qara şamanlar. Əski türk soyu yerüstü tanrısı
Ülgenin rəngini «ağ» qəbul etmişdir (15). Türk xalqları olan bur-
yatlarda, yakut və altaylarda ağ və qara şamanlıq geniş yayılmışdır.
Qara şamanlıq adi idi. Ağ şamanlıq birbaşa xeyirxah ilahələrə
xidmət edirdi. Ağ şamanlığın mahiyyətində birbaşa xeyrə, işığa
qovuşmaq dururdu (45, 95). Buryat və yakutlarda dəmirçi ilə
şamanı eyni mövqedə təsəvvür edirdilər. Onlarda belə bir düşüncə
hakim idi ki, dəmirçi şamana bərabərdir və hətta ondan güclüdür.
Elə bu inamın nəticəsi idi ki, yakutlar deyirdilər: «Dəmirçi ilə
şaman bir yuvadandır».
.
Buryatların inamınca isə, dəmirçi şamanı
27
qeyri-adi şəkildə öldürə bilər, şaman isə dəmirçini öldürə bilməz.
Buryatlar şamanları oldugu kimi, dəmirçiləri də ağ və qara adı
ilə iki yerə bölürdülər. Onlar qara dəmirçilərdən qorxardılar.
Belə bir inam var idi ki, qara dəmirçilər insan ruhunu yeyə
bilərdilər (45, 96).
Türk təfəkküründə dualizmin yaranması da birbaşa təbiətin
diktəsidir. Qədim insan dünyaya ilkin göz açanda ətrafında təbiəti
görüb, təbiətin qoynunda yaşayıb, onun isti-soyuğunu «dərisində»
duyub, qarını-şaxtasını canında, qanında hiss edibdir. İnsanın əyani
şəkildə görüb-duyduğu, müşahidə etdiyi, canlı şahidi olduğu
dəyişilməz və təkrarlanan təbiət hadisələri dualizmi yaratmışdır. Bu
gün Novruz kimi tanıdığımız dünyanıdərk sisteminin özülündə
əsasən dualizm dayanıbdır. Novruz adlandırdığımız dünyagörüşü-
nün ən vacib məramı təbiəti duymaq, onu dərk etmək və ona
qovuşmaqdır. Novruzun bir çox komponentlərinə, atributlarına
şamanzimdə açıq-aydın rast gəlirik. Qədim türklər qəbilə və soyda
xüsusi biliyi, fərasət və hərəkətləri ilə seçilənlərə kam-qam (şaman)
demişlər. Şamanlar-qamlar xüsusi paltarlar geyir, dəf çalır, nəğmə
oxuyur, rəqslər və digər mütəhərrik hərəkətlər etməklə özlərini
ekstaz vəziyyətinə gətirirdilər. Qeyri-adi hala çatmış qam-şamanlar
adi durumdan çıxdıqdan sonra ruhlarla əlaqəyə girirdilər. Yakut-
ların oyun tanğası adlandırdıqları qam paltarı maral və ağ qoyun
dərisindən olurdu, papağı qırmızı parçadan hazırlanırdı və çevrə-
sinə üç dənə düymə tikilirdi, müxtəlif onqan heykəlləri asılırdı (15,
30). Diqqəti cəlb edən paltarlar geyinmək, nəğmə oxumaq, rəqs
etmək, dəf çalmaq kimi komponentlər Novruzun da əsas ünsür-
lərindəndir. Şamanlar göyü və yeri müqəddəs bilmişlər. Gələcəkdə
şaman olacaq şəxsin birinci sınağı su kənarında üzüüstə torpağa
yıxılmasıdır. Buna təsadüfi baxmaq olmaz. Bu inanc su və torpaq
inancının başlanğıcıdır (15, 23). Yer türklərdə ana (qadın), göy kişi
(ər) rəmzində qəbul olunub. Göylərin yağışı yerləri mayalandırıb –
ot bitib, taxıl yetişib. Bu dünyagörüş – yerlə göyün vəhdəti
şamançılıqdan çox-çox əvvəl türklər arasında geniş yayılmışdır.
Dostları ilə paylaş: |