19
kəndi yaxınlığında tapılmış, 3-cü əsrə aid edilən gümüş qabda Nov-
ruz bayramının simvolik süjet-kompozisiyası – maralı parçalayan
qanadlı şir (qrifon) təsvir olunubdur.
Hazırda Azərbaycan Tarixi Muzeyində saxlanılan, e.ə. birinci
minilliyə aid edilən ikibaşlı tunc maral fiquru və Mingəçevirdə
tapılmış, yenə həmin tarixi dövrə aid olan keramik riton (su qabı)
və ona bitişik maral başı da Novruzla bağlı maddi mədəniyyət
nümunələridir (61).
Qədim şumerlərdə yazın gəlməsi təzə məhsul ilinin başlanması
və təbiətin dirçəlməsi ilə əlaqədar yaranmış İnanna-İştar ilahəsi və
bitki tanrısı Tammuza (Dumuzu) barədə əsatirlər mövcuddur.
Mifdə göstərilir ki, Ay tanrısı Sinin qızı məhsuldarlıq, artım ilahəsi,
göy hakimi İnanna-İştar, bitki tanrısı Tammuzaya aşiq olmuşdur.
Qızmar və bürkülü yay Tammuzaya əzab-əziyyət verir. Hər il yayın
istisinə dözə bilməyən Tammuza ölür. Ölmüş Tammuza müharibə
və ölüm tanrısı Nerqalanın yeraltı dünyasına gedir. Heç kəs, hətta
tanrılar belə yeraltı dünyaya risk edib girə bilmir. Oraya yolu
düşənlərin heç biri geri dönməyib. İlk dəfə bu qadağanı məhsul-
darlıq ilahəsi olan İnanna-İştar pozur. O, yeraltı dünyaya təşrif
buyurur. Ancaq o, məşəqqətlərə düçar olur. Erişqalın əmri ilə onu
qaranlıq zindana atırlar. Ölüm tanrısı onu 60 cür xəstəliklə məhv
etmək istəyir. İnanna-İştar zindanda olduğu müddətdə təbiət qış
yuxusunda olur, həyatdan, inkişafdan əsər-əlamət hiss olunmur.
Tanrılar çıxış yolu arayıb-axtarırlar. Onlar Eaya üz tuturlar.
Tanrıların təkidli müraciətindən sonra Ereşqal İnanna-İştarı və
Tammuzanı azad edirlər. Tammuza dirilir və sevgilisinə qovuşur.
Təbiət dirçəlir, canlılara can bəxş edilir. Mif, dirilmiş bitki və su
tanrısı Tammuzanın şərəfinə bayram şənliklərinə çağrışla tamam-
lanır (62, 34).
Qədim şumerlər yeni il bayramını mart ayında l-11 nisanda
(aprel) keçirirdilər. Həmin vaxt artıq qış ömrünü başa vurmuş olur.
Bayram mərasimləri Marduk-Esagil məbədi və Etemananki
qalasında baş tuturdu. Hər ilin sonunda keçirilən bayram tədbirləri
20
şumerlərdə artıq ənənə halını almışdır. Bayram mərasimlərində
Mardukun heykəlinə daha çox diqqət yetirilirdi. Heykəl dəbdəbəli
və bahalı paltarlarla bəzədilirdi. Mərasimlərin ikinci günü baş
kahin diqqətçəkən uzun çıxışı ilə tanrılara müraciət edirdi. Onun
ardınca digər kahinlər çıxış edərək, Marduka nəzir kimi yemək
gətirirdilər. Bu mərasim 3 nisanda (apreldə) davam etdirilirdi.
Allahların ağacdan heykəlləri qoyulur, qırmızı paltarlar geyin-
dirilir, qızıl və digər qiymətli daş-qaşlarla bəzədilirdi. Bayramın
dördüncü günü dualar oxunur, Marduka və arvadı Tsarpanitə qur-
banlar verilirdi. Baş kahin ulduzlara diqqət etməli və müşahidələr
aparmalı, onların yerdəyişmələrini müəyyənləşdirməli və məxsusi
ovsunlar oxumalı idi. Axşam Mardukun heykəli qarşısında
dünyanın yaranması barədə miflər oxunur, bu mövzuda süjetli
səhnələr nümayiş etdirilir. Bayramın beşinci günü ovsunçu kahin
müqəddəslərin təmizlənməsi mərasimini icra edirdi. Qoyun kəsilir,
ovsunçu kahin həmin heyvanın qanından məbədin divarlarına
səpirdi. Belə bir inam hakim idi ki, bütün günahlar və təmiz
olmayan nə varsa heyvana keçirdi. Bundan sonra həmin heyvanı
günahların bağışlanması qurbanı kimi çaya atırdılar. Bayramın
sonrakı mərasimlərində aparıcı rol hökmdara məxsus idi. Hökmdarı
məbədə gətirirdilər. Hökmdar Allahın heykəli qarşısında bütün
hakimiyyət nişanlarını qoyurdu. Bundan sonra padşah keçmiş ildə
gördüyü işlər barədə hesabat verir, yol verdiyi səhvləri səmimi
etiraf edirdi. O, səhv və günahlarını sadaladıqca baş kahin padşahın
üzünə vurur, qulağını çəkir və dini qayda və göstərişlərə əməl et-
məsini xatırladırdı. Bu proseduradan sonra padşah hakimiyyət
rəmzlərini yenidən taxmaq səlahiyyəti qazanırdı. Elə həmin axşam
padşah və baş kahin birlikdə məbədin həyətində qurban vermək
naminə ağ öküz gətirirdilər. Yeni ilin 10-cu günü daha təntənəli
keçirilirdi. Bu gün daha çox kütləviliyi ilə seçilirdi. Padşah
Mardukun əlinə toxunub, ondan ayağa qalxmasına icazə istəməklə ,
öz taxt -tacına yenidən yiyələnir. Camaat Marduku ətrafı ilə birlikdə
21
gəmilərə əyləşdirib, Fərat çayı ilə üzüyuxarı aparıb, şəhərdən
kənara çıxarırdılar. Əhali Babil şəhərindən kənarda, Yeni il bay-
ramı evində bayram mərasimini davam etdirirdi. Yeni il bayramı
evində müxtəlif süjetli miflər səhnələşdirilir, dramatik tamaşalar
oynanılırdı. Marduk özü baş rolu ifa edirdi. Süjetə uyğun olaraq,
hər il Allahı bir cinayətkarla dağlara aparır və orada cinayətkarı
öldürürdülər. Marduku orada sual yağışına tutur və döyürdülər. Bu
ərəfədə Allahın yoxa çıxması barədə şəhərdə yeni bir səhnə
oynanılırdı. Allahın yoxa çıxması səbəbindən Ay və Günəş də yox
olurdular. Sonradan Ay və Günəş də Allahın qayıtması ilə geri
dönürdülər. Allahın arvadı ərini axtarıb tapdıqdan sonra qayıdardı
(27, 74-75).
Qədim şumerlərdə padşahın il ərzində gördüyü işlər barədə
Allaha hesabat verməsi və hakimiyyətindən imtina etməsi çox-çox
sonralar türk və İran xalqlarında bu və ya digər formada bir ənənə
kimi davam etdirilmişdir. Fikrimizcə, Azərbaycan xalqının Novruz
mərasimlərində qeyd etdikləri «Xan bəzəmə» törəni elə şumerlərin
yuxarıda söhbət açdığımız mifindən qaynaqlanmışdır.
Şumerlərin ümumi dünyabaxışı, o cümlədən kosmoloji dünya-
görüşləri ilə türk xalqlarının təfəkkür tərzi arasında ciddi eynilik və
paralellər mövcuddur. Şumerlərin inamına görə, dünyanın
yaranmasının ilkin və əsas ünsürləri torpaq və səma (yer və göy)
idi. Elə bu dünyagörüşün nəticəsidir ki, şumerlər kainatı An-Ki
(yer-göy) adlandırırdılar. Şumerlərin inamına görə, yer yastı disk,
göy isə boş məkan olmaqla, aşağıdan və yuxarıdan möhkəm səthə
söykənmişdir. Yerlə göy arasında üçüncü material – lil, külək, hava
və ruh yerləşirdi, Onlar bununla atmosferi nəzərdə tuturmuşlar. Ay,
Günəş, planet və ulduzlar atmosferin yaratdıqlarıdır – göy-yer
aşağıdan, yuxarıdan, hər iki tərəfdən intəhasız okeanlarla əhatə
olunmuşdur. Şumerlərin kosmoloji bilikləri kifayət qədər zəngin
olmuşdur. Onların düşüncələrinə görə, birinci okean yaranmışdır.
İlkin hərəkətverici okean olmuşdur. Sonra atmosfer yaramışdır ki,
Dostları ilə paylaş: |