216
camaat çəmənliklərə, bağ-bostana gedir, orada çiğ kofte, aş,
yumurta, maş və başqa nemətlərdən hazırlanmış yeməklər yeyir,
şərqi və türkü oxuyur, oynayır və əylənirlər( 70,76) .
Mənbələrin yazdığına görə, Şərqi Anadoluda Novruz bayramı
lap əski çağlardan Roma təqvimi ilə, bir qaydada olaraq, martın 17-
də keçirilir. Şərqi Anadolu bölgəsində müxtəlif məzhəblərə (sünni,
şiə və b.) mənsub olan insanlara belə bir inam xas idi ki, bu gecə
(Novruz axşamı) müqəddəs gecədir. Həmin axşam canlı-cansız
bütün varlıqlar Tanrıya səcdə edirlər. Onların inancına görə, o gün
hamının illik taleyi və müqəddəratı təyin olunur. Bu səbəbdən hamı
təmiz və təzə paltar geyir, yeni ilə hazırlaşır. Bütün evlərdə bayram
süfrələri açılır. Camaat qarşılıqlı şəkildə bir-birini təbrik edir. El-
obanın fağır-füqərası ziyarət olunur. Bundan sonra dünyasını
dəyişmiş yaxınları üçün fatihələr oxunur.
Bu günün özündə də Şərqi Anadoluda Novruzla bağlı müxtəlif
adət və inanclar mövcuddur. 17 mart gününə qovuşan gecə ailə
üzvlərinin sayı qədər kiçik daş toplanar. Həmin daşları evin baca-
sının çölündə bir yerə qoyurlar. Bayramın səhəri sübh tezdən daşlar
bir-bir yoxlanılır. Kimin daşının altında qırmızı böcək olardısa,
onun işinin, taleyinin uğurlu olacağı güman edilirdi. Bununla bağlı
ailəyə həmin üzvünün sahəsində xeyir-bərəkət, uğur nəsib
olacağına inanırdılar. Bu inanca Ərzurum və onun ətrafdakı
bölgələrdə də rast gəlmək olar (70, 76-77).
Sultan Nevruz ənənəsi «Türkiyə ərazisində, o cümlədən
Anadolu bölgəsinin hər tərəfində qorunub saxlanılır və yaşadılır».
Əski zamanlardan Amasiyada ailələr, gənclər əvvəlcədən
harada bayram edəcəklərini qərarlaşdırmışlar. Ənənə olaraq Kırklar
dağı, Pirlər parkı, Kurtboğan və Şirvanlar türbəsinin ətrafı seçilirdi.
Martın 22-də səhər açılmamışdan camaat təmiz və təzə paltarlarını
geyinib erkəndən yola çıxır və gəmiçi fanarlarının işığında Kırklar
dağındakı məzara ziyarət edir, dualar oxuyur, ürəklərində niyyət
217
edirlər. Niyyət etmək üçün çoxsaylı görüşlər vardır. Onlardan daha
çox məşhur olanının təfərrüatına diqqət yetirək. Niyyət edəcək
adam məzardakı daş yığımından bir daş götürüb torbaya atır. Evə
aparıb bir yerdən asıb, düz bir il gözləyirlər. İnanca görə, əgər
niyyət qəbul olursa, daşların sayı qırx bir olur, olmazsa, yenidən
növbəti ili gözləyirlər. Ertəsi il martın doqquzunda qəbul oldu,
olmadı, daşlar götürüldüyü yerə atılır. Martın doqquzu günü Pirlər
parkı, Şirvanlar türbəsindəki məzarlar da ziyarət edilir, dualar
oxunur.
Novruzla əlaqədar Anadoluda saysız-hesabsız adət və ənənələr
mövcuddur. Anadolunun Giresun bölgəsində təzə il törənlərinə
Mart bozumu deyirlər. 14 mart sabahı erkəndən qalxıb sübh namazı
qılınır. Sonra yaxın ərazidəki axar sulardan bir qab su götürüb evə
aparılır. Bu sudan hər kəs ev heyvanlarının üstünə səpir. Həmin
gün ayağı uğurlu sayılan sınanılmış adamlardan başqa heç bir
qonaq qəbul edilmir. Mart bozumunda məhəlli xarakter daşıyan
isırğın və ya poaça adlı yeməklər bişirilir. Poaçanın içinə yaşıl bir
mirvari qoyulur. Mirvarili poaça kimin qismətinə düşərsə, təzə ildə
həmin şəxsin xoş taleli olacağına inanırdılar. Həmin gün süfrəyə
yeddi cüt, bir tək baş hərfi «s» ilə başlayan yemək düzülərdi.
Soğan, sarımsaq, simit, sırğan, sakarça və s.
Giresundakı Mart bozumu törənləri ilə Yuqoslaviya türklərini
keçirdikləri törənlər arasında eyniliklər çoxdur.
Trakiyanın bir çox şəhər və qəsəbələrində də Novruz ənənələri
qorunub saxlanılmaqdadır. Bu bölgədə Novruz törənləri Ədirnənin
mənzərəli yerləri olan Kavaçkapı, Yangöz çeşməsi, Hamam bayırı,
Maşatlıq, Bucuqtəpə və başqa əyləncə yerlərində qeyd edirlər.
Bayramdan əvvəlki gün ev-eşikdəki köhnə həsirləri, xalça-palazı
günəş işığına atıb üstündən tullanaraq deyirlər: «Mart içeri, pire
dişarı» (70, 85-89).
Novruz adət ənənələri təkcə indiki Türkiyə ərazisinldə deyil,
türk xalqlarının yaşadıqları bütün bölgələrdə qorunub saxlanılır və
218
geniş formada qeyd olunur. Uzun illərin aparılmış tədqiqatları
nəticəsində belə qənaətə gəlinib ki, Novruz sisteminin yaradıcısı
türklər olublar. Kainat və planet qanunlarını özündə birləşdirən bu
qədim sistemi sonradan digər xalqlar da qəbul etmişlər. Qədim İran
ərazisində yaşayan xalqlar da Novruz sisteminin zənginləşməsinə
öz töhfələrini vermişlər. Birmənalı demək olar ki, Novruz sistemi,
ümumən, iki xalqın – türk və İran xalqlarının adət-ənənələrinin,
mədəniyyətinin təsir dairəsindədir. Uzun illərdir ki, tarixi
mənbələrdə İran və fars dövləti məqsədli şəkildə
219
düştliyin mahiyyəti açıq-aydın göstərir ki, onun mənəvi ideoloji
əsasını Novruz sistemi təşkil edir. Başqa cür desək, Zərdüşt öz
məktəbini Novruz mənəvi dəyərlərinə istinadən yaratmışdır. Yuxa-
rıda dedik ki, Novruz kainat və planet qanunlarının harmoniyasına
əsaslanan bir sistemidir. Demək, Novruz təbii proseslərə söykənən
qanunlar sistemidir. Kainat (kosmos) və planet (yer) təbii
proseslərin harmoniyasından (vəhdətindən), kontrastından
(əksliklərin vəhdətindən), paralel və ardıcıl hərəkət və inkişafından
birbaşa asılıdır. Həyatın və cəmiyyətin yaranışı və inkişafı həyat
gerçəklikləri ilə bağlıdır. Təbii gerçəklərin inkişafı həyatı element-
lərdən – od (günəş), torpaq (yer), su, külək və s. asılıdır. Novruz
sistemi özündə elə bu kainat və planet qanunlarını ehtiva edir.
Zərdüşt də təlimində qoyduğu mənəvi prinsipləri Novruz
sistemindən əxz etmişdir. Əksliklərin mübarizəsi xeyir-şər, işıq-
zülmət, ümumən, bu əks-qütblərin ümumiləşdirilmiş simvolları
olan Hörmüz və Əhrimənin mənəvi-ideoloji əsası Novruz sistemin-
də mükəmməl formada mövcuddur. Əski çağlarda atəşpərəstliyi
qəbul etmiş İran ərazisində məskunlaşmış xalqlar, o cümlədən
midiyalılar və farslar rəsmi təqvimlə fərvərdin ayın 1-də Novruzu
qeyd ediblər. Fərrvərdin ayının 1-i həm də təzə ilin başlanğıcı
sayılıb. Əhəminilər dövründə (m. ö. 558-331) rəsmi olaraq günəşin
Qoç bürcünə girdiyi vaxt yeni il Novruzla başlayırdı. Bu ənənə
Sasanilər dövründə də (225-636) davam etmişdir. İran ərazisində
yaşayan xalqlar arasında Novruz adət və ənənələri olduqca zən-
gindir. Qədim iranlılar Novruz günü şərəfinə altun və gümüş
sikkələr kəsirdilər (70, 1).
İranda Novruzla bağlı ən geniş yayılmış mərasimlərdən biri
«axır çərşənbədir». Bu mərasim ilin sonuncu çərşənbə axşamı
keçirilir. Həmin axşam camaat kütləvi şəkildə bayram tədbirlərinə
qoşulur. Uşaqdan tutmuş böyüyə qədər hamı bir nəfər kimi tikan
kollarını və odunları bir yerə yığıb tonqal çatır, sonra alovun
üstündən atlanırlar. Alovdan tullandıqca deyirlər: «Mənim sarı-
lığım sənə keçsin, sənin qırmızılığın mənə!». Bu mərasim tonqal
Dostları ilə paylaş: |