Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə67/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   59   60   61   62   63   64   65   66   67

220 
sönənə kimi davam edir. İnama görə, tonqalı söndürmək olmaz, 
odun özü yanıb qurtarmalıdır (49). Novruz İranda yaşayan xalqlar 
arasında  əsasən iki gün qeyd olunur. Birinci «Novruzu amme» 
deyilən gün olur ki, fərvərdin ayının birinci günü qeyd olunur. 
Qədim  İran  şahları Novruzun altıncı günü (Novruzu hisse) xalqın 
bütün istək və arzularını yerinə yetirməyə çalışırlar. Hökmdar 
başda olmaqla, bütün dövlət rəsmilərinə  məhkəmə qurulur, kəm-
kəsir işləri, nöqsanları saf-çürük edilir, haqqı tapdalanmış  şəxsin 
hüquqları  bərpa olunurdu. İranda Novruz bayramı 13 gün davam 
edir. Bu günlərdə qohum-əqrəba, dost-tanış bir-birinə qonaq gedir, 
bayram payı aparır, qarşılıqlı olaraq bir-birlərini təbrik edirlər. Yeni 
ilin 13-cü günü xüsusi qeyd olunur. Bu da təsadüfi deyildir. 
Məlumdur ki, on üç «adətən, nəhs sayılıbdır. Həmin günə «Sizdəh 
bedər» (on üçün qovulması) deyilir.  
13 nəhs qəbul edildiyindən həmin gün hamı evdən çıxır, dağla-
ra, meşələrə, çəmənliklərə yola düşür, gəzib-dolaşırlar. Camaat 
həmin çəmənliklərdə, meşələrdə yeyib-içir, şənlik edir. Gecədən 
xeyli keçənə  qədər bu şənliklər davam edir. Bu mərasimi keçirən 
xalq ruhən dincəlir və arxayın olur ki, nəhs sayılan 13-cü günü ev-
eşiklərindən qovublar (49).  
Novruzun mənşəyi ilə bağlı  İran  ərazisində yaşayan xalqların 
yaratdığı  əfsanələrə  bələnmiş  həqiqətlər və digər maddi-mənəvi 
abidələr özlərində bir çox gerçəklikləri qoruyub saxlamışdır. Bu 
əfsanələrdən  ən geniş yayılanı  İran hökmdarı  Cəmşidin Azərbay-
cana gəlməsidir. Həmin gün hava günəşli olduğundan Cəmşid 
Azərbaycanı  bəyənir. Bu əfsanələşmiş fakt da bir daha sübut edir 
ki, Novruz sistemi türk xalqları, o cümlədən Azərbaycanla bağlıdır.  
İran mənbələrində Tanrının yer üzünü həmin gün yaratdığı, 
Adəmin məhz o gün xəlq olunduğu və ulduzları bürclərə həmin gün 
dağıtdığı qeyd olunur (70, 3).  
Novruz sisteminin ictimai-siyasi nüfuzundan İran hökmdarları 
daha çox yararlanmışdırlar. Bu məqamda onu da vurğulamaq 


221 
yerinə düşər ki, Novruz adət və  ənənələrindən elə  ən çox fayda-
lanan da İran olmuşdur.  
Novruz adət və ənənəsinin məna və mahiyyəti eyni olduğundan 
türk və İran xalqlarının bayram keçirmələrində əsaslı və kəskin fərq 
yoxdur. Elə bu səbəbdən təkrarçılığa lüzum görmədiyimizdən 
İranda keçirilən Novruz mərasimlərinin hamısının haqqında 
məlumat vermədik.  
Novruz adət və  ənənəsi  ərəb dünyasında mövcud olmayıbdır. 
Ərəblər bir neçə  əsr yəhudilərin təqvimlərindən istifadə ediblər. 
Sonralar  ərəblər türk və  İran xalqlarından «Neyruz» və «Nayruz» 
deyimində Novruzu qəbul etmişlər.  Ərəblər gecə ilə gündüzün 
bərabərləşdiyi Novruza «Birinci itidaliyün» deyirdilər. Payız 
bərabərliyinə isə «İkinci itidaliyün» adını vermişdilər. Sasani döv-
lətini ərəblər süquta uğratdıqdan sonra Novruz adət və ənənələrini 
mənimsədilər. Ərəblərin Novruz təqvimini müvəqqəti də olsa qəbul 
etmələri zərurətdən irəli gəlirdi. Vergiləri vaxtında toplamağı 
qaydaya salmaq üçün dəqiq bir təqvimə ehtiyac var idi. Novruz 
bəzi vergilərin toplanma vaxtını  məlum edirdi. Bunu əvvəllər də 
açıq-aydın görürdülər. Abbasilər dövründə (750-1258) vergi 
toplanmasında bir çox qüsurların olması birbaşa təqvimlə bağlı 
olduğundan xəlifə Mütəvəkkilin dövründə (847-861) Novruzun 17 
iyunda keçirilməsi qərara alınmışdır. Bu təqvim xəlifə əl-Mutəzidin 
zamanında (892-902) yenidən dəyişdirilmişdi. 11 iyun Novruz 
günü qəbul edilmişdir. Ancaq xəlifə  əl-Mutəzid Novruzla bağlı 
meydan tamaşalarını, at oyunlarını qadağan etmişdir. Bu qadağanın 
qəbul edilməsində din xadimlərinin rolu xüsusidir. Ancaq bu 
qadağaların ömrü çox qısa oldu (69, 6-7). A.İmanquliyevanın yaz-
dığına görə, Novruz rəsmi bayram statusuna xəlifə  Əl-Məmunun 
(813-833) dövründə nail olmuşdur. Ondan sonra gələn xəlifələr bu 
bayramın geniş keçirilməsi üçün hər cür şərait yaratdılar. Bayram 
günü camaat xəlifəni təbrikə gəlir və ona hədiyyələr bəxş edirdilər. 
Xəlifələr sarayda bayram şənlikləri təşkil edirdilər. Xəlifə  təbrikə 
gələn camaata pul paylayırmış.  


222 
Yuxarıda deyilənlərdən belə  qənaətə  gəlmək mümkündür ki, 
Novruz adət-ənənələrinin ilkin yaradıcıları  və bu dəyərləri  İran 
ərazisində geniş yayanlar da elə türklər olmuşdur. Novruz adət və 
ənənəsinə  əməl edən xalqların Novruzla bağlı keçirilən mərasim-
lərində mahiyyət eyniliyi mövcuddur. Hətta  İranda mövcud olan 
adət və ənənə türklərdəkindən əsaslı və kəskin şəkildə fərqlənmir. 
Bu eynilik də bir daha təsdiqləyir ki, Novruzun ilkin yaradıcıları 
türk xalqlarıdır.  
Bəzi  İran tədqiqatçılarının «Novruz iranlıların bayramıdır» 
fikri ilə heç cür razılaşmaq mümkün deyildir. Tarixi faktlar bu 
mülahizəni tamamilə alt-üst edir. Sasani hökmdarlığının yıxıldığı 
m. ö 636-cı ildən  İran, islam əqidəsinin yayıcısı sayılan  ərəb 
dövlətinin hakimiyyətinə daxil olmuşdur. 1040-cı illərdən etibarən 
isə  İran  ərazisi türk xanədanlığının təsir dairəsində olmuşdur. 
Türklərin uzun əsrlər İranı öz təsirləri altında saxlamaları da tarixi 
bir faktdır. O da bir həqiqətdir ki, bu gün də İranda əhalinin böyük 
kəsimini türklər təşkil edirlər (70, 98).  
Novruz mükəmməl bir sistem olduğundan dünyanın böyük bir 
hissəsini əhatə edir. Bir çox xalqlar özünəməxsus məna və formada 
bu kainat sistemini mənimsəyibdir. İlin təzələnməsi, yazın gəlişi ilə 
əlaqədar mərasimlər Dağlıq Altay, Sayan dağlarından başlanır. 
Orta Asiya, İran, Azərbaycandan tutmuş iç Avropaya qədər geniş 
bir  ərazini  əhatə edir. Bu məqamda onu da vurğulayaq ki, ilin 
təzələnməsini yazın gəlişində bayram kimi qeyd edən xalqlar 
çoxdur. Bu xalqlar ərazi baxımından bir-birindən uzaq məsafələrdə 
məskunlaşsalar da, regional kolorit nəzərə alınmasa, digər 
məsələlərdə oxşarlıq və eynilik mövcuddur. Novruzun türk xalqları 
və onlara qonşu olan İran və digər xalqlar tərəfindən təntənəli qeyd 
olunması bu xalqların eyni coğrafi eynilikdə-şimal yarımkürəsində 
məskunlaşmaları ilə bağlıdır: «Bununla belə, hər bir etnosun və 
bölgənin başqasında təkrar olmayan, bənzərsiz yaz mərasim və 
ayınləri mövcuddur. Məsələn, «Sayaçı», «Təkəçi», «Kosa-kosa» 
(əslində, kosa da təkə deməkdir), «Kilimarası», «Üzüksalma», 


223 
«Can gülüm» və başqa bu kimi sırf elat həyat tərzindən gələn 
mərasim-tamaşalar təbiətin oyanışı, ilin yeniləşməsi güzəranın, 
yaşayışın canlanıb-qaynaması ilə bağlı yaranmışdır və istisnasız 
olaraq hamısı türk bədii təxəyyülünün məhsullarıdır. Həmin folklor 
örnəkləri Novruzu bayram kimi qeyd edən başqa xalqların (fars, 
tacik,ərəb ) yazı qarşılama mərasimlərində müşahidə olunmur» 
(59). 


224 
 
 
 
 
 
 
 
NƏTİCƏ 
 
Novruz türk xalqlarının minilliklər  ərzində yaşadıb-yaratdığı 
möhtəşəm mədəniyyət xəzinəsidir. Bu azman mədəniyyət xəzinəsi 
türk dünyasının ümumi dünyagörüşünü-təfəkkürünü, astronomik 
zaman barədə gerçək nominal düşüncəsini, həyat tərzini, məişət və 
təsərrüfatı idarəetmə qabiliyyətini, ay, il və günlər barədə uzun-
müddətli müşahidə  və empirik təcrübəsini, bir sözlə, cəmiyyətin 
bütün sahələrinə aid insanın düşüncə  və  əməlini geniş  səpkidə 
əhatə etmişdir. Novruzu biz bütöv bir sistem adlandırdıq.Bu möhtə-
şəm sistem insan həyatının  ən qlobal və vacib sahələrini özündə 
cəmləyir. Novruz sistemi dünyanın, həyatın nüvəsini təşkil edən 
təbiət-kainat və planet qanunlarına  əsaslandığından minilliklər 
ərzində mövcud olmuşdur. Novruz sistemi türk xalqlarının maddi-
mənəvi dəyərlərinin min illər boyu qorunub saxlanılmasında, bir 
növ, insanlar (xalqlar) üçün qoruyucu instinkt funksiyasını yerinə 
yetirmişdir. Zəngin Novruz adət-ənənələri xalqın yaddaşının 
«oyaq» qalmasına xidmət etmiş, geniş xalq kütləsini mövcud icti-
mai formasiyanın siyasi assimilyasiya küləyinin gətirdiyi mənəvi 
aşınmaya uğramaqdan qorumuşdur.  
Novruz bir sistem olaraq bütöv tropik ili əhatə edir. Novruz 
fasiləsiz tsiklvarı davam edən bir sistemdir. Novruz –yeni gün 
deməkdir. Novruz tarixinin məşhur araşdırıcısı  Ə.Biruni Novruzu 
«dünyanın başlanğıc günü» adlandırmışdır. İl Novruzda başlayır və 
Novruzda qurtarır. «Avesta»da dünyanın 365 günə yaradıldığı 
deyilir. 365 gün bütöv bir ildir.  


225 
Türk xalqlarının böyük qismi Novruzun mənşəyini Ergene-
konla (Ərgənəkon) bağlayırlar.  Əbülqazi Bahadır xanın (1603-
1663) türk xalqlarının tarixindən bəhs edən «Şəcərəyi-türk» (1663) 
əsəri vasitəsi ilə günümüzə gəlib çıxmış «Ergenekon» dastanı Çin 
mənbələrinə istinadən qələmə alınıbdır. Uca dağların  əhatəsində 
məskunlaşmış  qədim türklər 400 ildən sonra Ergenekondan çıxıb 
dünyaya var olduqlarını bir daha yenidən sübut etdilər. Ergene-
kondan çıxış – Böyük Azadlıq günüdür. 
Şamançılıqdan, Tanrıçılıqdan keçib gələn Novruz sistemi son-
ralar digər düşüncə  və inancların formalaşmasında və  təkmilləş-
məsində əsas qaynaqlardan biri olmuşdur. 
 Bütün  dövrlərdə dinlər, məzhəblər Novruzdan nəinki fay-
dalanmış, hətta onun nüfuz və şöhrətinə sahib çıxmağa çalışmışlar. 
Novruz dəyərlərinin çoxəsrlik tarixində ona müxtəlif məqamlarda 
siyasi,dini «rənglər» qatmağa çox ciddi cəhdlər göstərilmişdir. 
Ancaq alt qatında dəyişilməz təbiət və  cəmiyyət qanunları da-
yanmış Novruz sistemi heç bir yad yamaqları, süni damğaları qəbul 
etməmişdir. Novruz dəyərlərinin milli qısqanclıqdan iranlılara 
məxsus olduğunu tədqiqata cəlb edənlər onu unutmuşdular ki, İran 
ərazisinin böyük bir hissəsində yaşayanlar oranın aborigen sakinlər 
sayılan Novruz sisteminin ilkin yaradıcıları olmuş qədim türklərdir. 
 Bir qisim tədqiqatçılar isə heç bir tutarlı  əsas olmadan möh-
təşəm Novruz sistemini dini məzhəblə  əlaqələndirmişdilər. Onlar 
qlobal milli dəyərlər məcmusu olan Novruzun yalnız  ələvilərə-
şiələrə aid olduğunu gündəmə gətirmişdilər.  
Novruzun insanları  mənəvi cəhətdən mükəmməl, ayıq-sayıq 
saxlamasından inzibati-ideoloji administrasiyalar həmişə xoflan-
mış, ehtiyat etmişlər.Bu səbəbdən tarixin müxtəlif dönəmlərində 
Novruz dəyərlərinə qarşı taxt-tac sahibləri müəyyən qadağalar 
tətbiq etmişdilər. 
 


226 
  Bütün yuxarıda yazılanlardan sonra belə qənaətə gəlmək olar: 
 
1. Novruz kainat və planet qanunlarına  əsaslanan bütöv bir 
sistemdir. 
2. Novruz astonomik zaman müəyyənləşdiricisidir. 
3. Novruz tük xalqlarının birgə yaradıb – yaşatdıqları maddi, 
mənəvi və sosial dəyərlər toplusudur. 
4.Novruzun tarixi qədimdir.Bu günümüzə  qədər gəlib çıxmış 
yazılı mənbələrə istinadən deyə bilərik ki,onun beş min ildən artıq 
yaşı vardır. 
5. Ayzıt, Tura, Ergenekon bayramları Novruz sisteminin ilkin 
komponentlərindəndir.  
6. Novruz (Ergenekon) – qurtuluş günüdür (bayramıdır). 
7. Novruz etnokulturololoji dəyərlər məcmusudur. 
 8. Novruz dünyanıdərk gerçəkliyidır. 
9. Novruz bütöv bir sistem olaraq 365 günü – 4 fəsli əhatə edir. 
10.Novruz sisteminin 4 bərabərlik məqamı – yaz-payız gecə-
gündüz bərabərliyi və yay-qış gündönümü mövcuddur. 
11.Novruz sistemində iki günbərabərliyi – yaz günbərabərliyi 
(22 martın ) və payız günbərabərliyi ( 22 sentyabr) cəmlənir. 
12. Novruz sistemi iki gündönümünü ( 22 iyun yay və 22 
dekabr qış gündönümü) əhatə edir. 
13.Novruz həm də bayramlar toplusudur. Möhtəşəm Novruz 
təntənələri ilə başlayan il elə Novruz şənlikləri ilə də tamamlanır. 
Bu bayram toplusuna ilaxır çərşənbələr, möhtəşəm Novruz şənlik-
ləri, payız, qış gündönümləri ilə bağlı keçirilən mili bayramlar və 
s.regional xarakterli etnik törənlər daxildir. 
14. Novruzun çoxəsrlik inkişaf prosesində ilkin mahiyyəti, 
demək olar ki, dəyişməmişdir. Törən və mərasimləri bu və ya digər 
səbəblərdən transformasiyaya uğrasa da, tiran ideologiyaların tə-
sirinə  məruz qalsa da, təbii və sağlam prinsiplər üzərində ucaldı-
ğından ilkin məna və mündəricəsi olduğu kimi qalmışdır. 


227 
 Ədəbiyyat: 
 
1. Azərbaycan ədəbiyyatı tarixi, 1-ci cild,Bakı,2007 
2. ASE, 1-ci cild, Bakı, 1976 
 3. ASE, 8-ci cild, Baki, 1984 
 4. Nizami Gəncəvi, «Sirlər xəzinəsi», Bakı, 1981  
 5. Nizamı Gəncəvi, «Xosrov və Şirin», Bakı, 1982 
 6. Nizami Gəncəvi, «İskəndərnamə», Bakı, 1982 
 7. Qətran Təbrizi, «Divan», Bakı. 1967 
 8. Yusif Vəzir Çəminzəminli, Romanları, Bakı, 1968 
 9. Əbülqasim Firdövsi, « Şahnamə», Bakı, 1986 
 10. Əlisa Nicat, Nağıllara dönən tarix, Bakı, 1993 
 11.  Azərbaycan  şifahi xalq ədəbiyyatına dair tədqiqlər, 17-ci cild, 
Bakı, 2005 
12. Elməddin  Əlibəyzadə, Azərbaycan xalqının mənəvi mədəniyyət 
tarixi, Bakı, 1988 
13. Elməddin Əlibəyzadə, Qədim dünyamızın ulu kitabı, Bakı, 1996 
14. Elməddin Əlibəyzadə, Ana kitabələr, Bakı, 1996 
15. Mirəli Seyidov, Qam-Şam və onun qaynaqlarına ümumi baxış, 
Bakı, 1994 
16. Mirəli Seyidov, Qızıl döyüşçünün taleyi, Bakı, 1984 
17. Mirəli Seyidov, Yaz bayramı, Bakı, 1990 
18. Mirəli Seyidov, Azərbaycan mifik təfəkkürünün qaynaqları, 
Bakı, 1983  
19. Azad Nəbiyev, Mərasimlər, adətlər, alqışlar, Bakı, 1983 
20. Azad Nəbiyev, Novruz, Bakı, 1989 
21. Azad Nəbiyev, El nəğmələri, xalq oyunları, Bakı, 1988 
22. Azad Nəbiyev, Nəğmələr, inanclar, alqışlar, Bakı, 1986 
23. Azad Nəbiyev, İlaxır çərşənbələr, Bakı, 1992 
24. Azad Nəbiyev, Bayramların sultanı, «Azərbaycan» qəzeti, 20 
mart 2004 


228 
25. Azad Nəbiyev, Rituallar, mərasım və bayramlarımız, 
«Azərbaycan» qəzeti, 20 mart 2005 
26. Kamil Allahyarov, Novruzun ən qədim qaynaqları, 
«Azərbaycan» qəzeti, 20 mart 2005 
27. Ağayar Şükürov, Mifologiya, 2-ci kitab, Bakı, 1995 
 28. Ağayar Şükürov, Mifologiya, 3-cü kitab, Bakı, 1995 
 29. Ağayar Şükürov, Mifologiya, 5-ci kitab, Bakı, 1996 
 30. «Avesta», Bakı, 1985 
 31.  Məmməd Dadaşzadə, Azərbaycan xalqının orta əsr mənəvi 
mədəniyyəti, Bakı, 1985  
 32. Kamil Vəliyev, Elin yaddaşı, dilin yaddaşı, Bakı, 1988 
 33.  Qədim türk ədəbiyyatı (Tərtib edən akademik Nizami 
Cəfərovdur ), Bakı, 2004 
 34. Nizami Cəfərov, Azərbaycanşünaslığın əsasları, Bakı, 2005 
 35. Azərbaycan etnoqrafiyası, 1-ci cild, Bakı, 1984 
36. Qəmərşah Cavadov, Əkinçilik mədəniyyətimizin sorağı ilə, Bakı, 
1990 
 37. Fuad Qasımzadə, Novruz – bahar bayramı, Bakı, 1989 
 38.  Razim  Əliyev, Məxfilik qrifi, yaxud mif, fəlsəfə, din və dil 
düyünü, Bakı, 2002 
39.  Şamil Sultanov, Kamil Sultanov, «Ömər Xəyyam» Bakı, 1991 
(tərcümə edən Vəli Həbiboğlu) 
 40. Bəhlul Abdullayev, Haqqın səsi, Bakı, 1998 
 41. Bəhlul Abdullayev, Göyər, səmənim, Bakı, 1993 
 42.  Bəhlul Abdullayev, Qış  və yaz mərasimlərindən, «Qobustan» 
jurnalı, 1984, №2 
 43. Anri Masse, İslam, Bakı, 1964  
44. Əfzələddin Əsgər, Məmmədəli Qıpçaq, Türk savaş sənəti, Bakı, 
1996 
45. Dünya dinləri (ensiklopedik məlumat kitabı), Bakı, 2003 


229 
46. Rafiq Turabxanoğlu, Türkçülük Turanın ideologiyasıdır, Bakı, 
1988 
47. Zaur Həsənov, Çar skiflər, Bakı, 2005 
48. Həsi Abdullayev, İslam dini haqqında, Bakı, 1958 
49. Aidə  İmanquliyeva, Novruz şərq ölkələrində, «Ədəbiyyat» 
qəzeti, №12,21 mart 1991 
50. Məhəmmədhüseyn Təhmasib, Xalq ədəbiyyatımizda mərasim və 
mövsüm nəğmələri. «Ədəbiyyat « qəzeti, 15 mart 1944 
51. Məhəmmədhüseyn Təhmasib, Adət,  ənənə, mərasim, bayram, 
«Ədəbiyyat və incəsənət» qəzeti, 12 mart 1966 
52. Elçin Aslanov, El-oba oyunu, xalq tamaşası, Bakı, 1984 
53. Elçin Aslanov, Novruz bu gün, «Azərbaycan « qəzeti, 20 mart 
1997 
54. Elçin Aslanov, Günəş taxtdan düşəndə, «Ədəbiyyat» qəzeti, 13 
yanvar 1995 
 55. Elçin Aslanov, Ay gecə çilləsi, «Ədəbiyyat» qəzeti, 18 fevral 
1994 
56. Elçin Aslanov, Novruz dünən, bu gün, sabah, «Ədəbiyyat» 
qəzeti, №26, 28 iyun 1991 
57. Elçin Aslanov, Günəşin təntənəsi, «Xalq qəzeti», 20 mart 1997 
58. Elçin Aslanov, Günəş taxtdan düşəndə, «Ədəbiyyat» qəzeti, 13 
yanvar 1995 
59. Məhərrəm Qasımov, Noğul-nabatlı, mübarək niyyətli, 
«Azərbaycan» qəzeti, 20 mart 2004 
60. Xatirə Ağayeva, Novruz bayramının mənşəyinə dair, «Şəhriyar» 
qəzeti, 19 yanvar 1995 
61. Nəsir Rzayev, Novruz bayramının tarixi bizə  nələr nəql edir? 
«Qobustan» jurnalı, 1991№ 1 
62. Miryəhya Yusifov, Bahar bayramı, «Ulduz» jurnalı, 1982 №3 
63. Əlisa Nicat, Şumer incəsənəti, «Qobustan» jurnalı, 1974, №3 


230 
64. H.Quliyev, Ş.Həsən, İ.Mahmudov, Azərbaycanda bahar bayramı, 
«Qobustan « jurnalı, 1986-cı il №1 
65. Rəhim Zeynalov, Kainatın bayramı, «Respublika» qəzeti, 19 
mart 2001 
66. Rəhim Zeynalov, Novruz bayramının astronomik elmi əsasları, 
«Vətən səsi» qəzeti, 19 mart 1991 
67. Pənah Xəlilov, Elin əziz günləri, «Ədəbiyyat» qəzeti, 21 mart 
1991 
68. Məhəmməd Hatəmi (Tantəkin), Novruz bayramının mənşəyi 
haqqında, Azərbaycan SSR EA-nın xəbərləri, 1970, №3 
69. Braginski İ.S., Bahar bayramı haqqında, «Ədəbiyyat və 
incəsənət» qəzeti, №20 1967 
70. Abdulhalük M.Çay,Türk Ergenekon bayramı Nevruz, Ankara, 
1996 
71. Kramer S.N., Istoria naçinaetsya Şumere, Moskva, 1965 
72. Mifi narodov mira, Moskva, 1980 
73. D. Q.Reder, Mifi i leqendı drevneqo dvureçye, Moskva, 1965 
74. M.M.Dyakonov, Oçerki istorii drevnoqo İrana, Moskva, 1961 
 75. Antoloqiya mirovoi filosofii, tom1, çast 1, Moskva, 1970 
 76. Pyat traktov na memu «Afak i Anfus» Moskva, 1970  
 77.  Braginski  İ.S., Iz istorii tadjikskoy narodnoy poezii, Moskva, 
1956 
78. Belitskiy, Zabıtıy mir şumerov, Moskva, 1980 
 


231 
 
 
 
 
 
 
 
 
 
Xeybər Göyyallı 
 
NOVRUZ:  
genezisi, tarixi transformasiyaları  
və mərasimləri 
 
 
Kitabın üz qabığında Торпаггалада 
(Гах району) тапылмыш ЫЫЫ миниллийя аид 
эцмцш габын цзяриндя тясвир олунмуш 
маралы парчалайан ганадлы шир (грифон) 
символик композисийасындан 
истифадя едилмишдир. 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Чапа имзаланмышдыр: 05.02.2015 
Форматы 60х84 1/16  
Физики ч/в 14,5 
Тираjы 100 
 
 
«Ганун» няшрляр еви 
Бакы, АЗ 1102, Тбилиси прос.,76 
Тел: (+994 12) 431-16-62; 431-38-18 
Mobil: (+994 55) 212 42 37 
е-маил: инфо@ганун.аз 
www.qanun.az 
 
 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə