Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə66/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   59   60   61   62   63   64   65   66   67

216 
camaat çəmənliklərə, bağ-bostana gedir, orada çiğ kofte, aş, 
yumurta, maş  və başqa nemətlərdən hazırlanmış yeməklər yeyir, 
şərqi və türkü oxuyur, oynayır və əylənirlər( 70,76) .  
Mənbələrin yazdığına görə,  Şərqi Anadoluda Novruz bayramı 
lap əski çağlardan Roma təqvimi ilə, bir qaydada olaraq, martın 17-
də keçirilir. Şərqi Anadolu bölgəsində müxtəlif məzhəblərə (sünni, 
şiə və b.) mənsub olan insanlara belə bir inam xas idi ki, bu gecə 
(Novruz axşamı) müqəddəs gecədir. Həmin axşam canlı-cansız 
bütün varlıqlar Tanrıya səcdə edirlər. Onların inancına görə, o gün 
hamının illik taleyi və müqəddəratı təyin olunur. Bu səbəbdən hamı 
təmiz və təzə paltar geyir, yeni ilə hazırlaşır. Bütün evlərdə bayram 
süfrələri açılır. Camaat qarşılıqlı  şəkildə bir-birini təbrik edir. El-
obanın fağır-füqərası ziyarət olunur. Bundan sonra dünyasını 
dəyişmiş yaxınları üçün fatihələr oxunur.  
Bu günün özündə də Şərqi Anadoluda Novruzla bağlı müxtəlif 
adət və inanclar mövcuddur. 17 mart gününə qovuşan gecə ailə 
üzvlərinin sayı qədər kiçik daş toplanar. Həmin daşları evin baca-
sının çölündə bir yerə qoyurlar. Bayramın səhəri sübh tezdən daşlar 
bir-bir yoxlanılır. Kimin daşının altında qırmızı böcək olardısa, 
onun işinin, taleyinin uğurlu olacağı güman edilirdi. Bununla bağlı 
ailəyə  həmin üzvünün sahəsində xeyir-bərəkət, uğur nəsib 
olacağına inanırdılar. Bu inanca Ərzurum və onun ətrafdakı 
bölgələrdə də rast gəlmək olar (70, 76-77).  
Sultan Nevruz ənənəsi «Türkiyə  ərazisində, o cümlədən 
Anadolu bölgəsinin hər tərəfində qorunub saxlanılır və yaşadılır».  
Əski zamanlardan Amasiyada ailələr, gənclər  əvvəlcədən 
harada bayram edəcəklərini qərarlaşdırmışlar. Ənənə olaraq Kırklar 
dağı, Pirlər parkı, Kurtboğan və Şirvanlar türbəsinin ətrafı seçilirdi. 
Martın 22-də səhər açılmamışdan camaat təmiz və təzə paltarlarını 
geyinib erkəndən yola çıxır və gəmiçi fanarlarının işığında Kırklar 
dağındakı  məzara ziyarət edir, dualar oxuyur, ürəklərində niyyət 


217 
edirlər. Niyyət etmək üçün çoxsaylı görüşlər vardır. Onlardan daha 
çox məşhur olanının təfərrüatına diqqət yetirək. Niyyət edəcək 
adam məzardakı daş yığımından bir daş götürüb torbaya atır. Evə 
aparıb bir yerdən asıb, düz bir il gözləyirlər.  İnanca görə,  əgər 
niyyət qəbul olursa, daşların sayı  qırx bir olur, olmazsa, yenidən 
növbəti ili gözləyirlər. Ertəsi il martın doqquzunda qəbul oldu, 
olmadı, daşlar götürüldüyü yerə atılır. Martın doqquzu günü Pirlər 
parkı,  Şirvanlar türbəsindəki məzarlar da ziyarət edilir, dualar 
oxunur.  
Novruzla əlaqədar Anadoluda saysız-hesabsız adət və ənənələr 
mövcuddur. Anadolunun Giresun bölgəsində  təzə il törənlərinə 
Mart bozumu deyirlər. 14 mart sabahı erkəndən qalxıb sübh namazı 
qılınır. Sonra yaxın ərazidəki axar sulardan bir qab su götürüb evə 
aparılır. Bu sudan hər kəs ev heyvanlarının üstünə  səpir. Həmin 
gün ayağı  uğurlu sayılan sınanılmış adamlardan başqa heç bir 
qonaq qəbul edilmir. Mart bozumunda məhəlli xarakter daşıyan 
isırğın və ya poaça adlı yeməklər bişirilir. Poaçanın içinə yaşıl bir 
mirvari qoyulur. Mirvarili poaça kimin qismətinə düşərsə, təzə ildə 
həmin  şəxsin xoş taleli olacağına inanırdılar. Həmin gün süfrəyə 
yeddi cüt, bir tək baş  hərfi «s» ilə başlayan yemək düzülərdi. 
Soğan, sarımsaq, simit, sırğan, sakarça və s.  
 Giresundakı Mart bozumu törənləri ilə Yuqoslaviya türklərini 
keçirdikləri törənlər arasında eyniliklər çoxdur.  
Trakiyanın bir çox şəhər və qəsəbələrində də Novruz ənənələri 
qorunub saxlanılmaqdadır. Bu bölgədə Novruz törənləri Ədirnənin 
mənzərəli yerləri olan Kavaçkapı, Yangöz çeşməsi, Hamam bayırı, 
Maşatlıq, Bucuqtəpə  və başqa  əyləncə yerlərində qeyd edirlər. 
Bayramdan  əvvəlki gün ev-eşikdəki köhnə  həsirləri, xalça-palazı 
günəş  işığına atıb üstündən tullanaraq deyirlər: «Mart içeri, pire 
dişarı» (70, 85-89).  
Novruz adət  ənənələri təkcə indiki Türkiyə  ərazisinldə deyil, 
türk xalqlarının yaşadıqları bütün bölgələrdə qorunub saxlanılır və 


218 
geniş formada qeyd olunur. Uzun illərin aparılmış  tədqiqatları 
nəticəsində belə  qənaətə  gəlinib ki, Novruz sisteminin yaradıcısı 
türklər olublar. Kainat və planet qanunlarını özündə birləşdirən bu 
qədim sistemi sonradan digər xalqlar da qəbul etmişlər. Qədim İran 
ərazisində yaşayan xalqlar da Novruz sisteminin zənginləşməsinə 
öz töhfələrini vermişlər. Birmənalı demək olar ki, Novruz sistemi, 
ümumən, iki xalqın – türk və  İran xalqlarının adət-ənənələrinin, 
mədəniyyətinin təsir dairəsindədir. Uzun illərdir ki, tarixi 
mənbələrdə  İran və fars dövləti məqsədli  şəkildə


219 
düştliyin mahiyyəti açıq-aydın göstərir ki, onun mənəvi ideoloji 
əsasını Novruz sistemi təşkil edir. Başqa cür desək, Zərdüşt öz 
məktəbini Novruz mənəvi dəyərlərinə istinadən yaratmışdır. Yuxa-
rıda dedik ki, Novruz kainat və planet qanunlarının harmoniyasına 
əsaslanan bir sistemidir. Demək, Novruz təbii proseslərə söykənən 
qanunlar sistemidir. Kainat (kosmos) və planet (yer) təbii 
proseslərin harmoniyasından (vəhdətindən), kontrastından 
(əksliklərin vəhdətindən), paralel və ardıcıl hərəkət və inkişafından 
birbaşa asılıdır. Həyatın və  cəmiyyətin yaranışı  və inkişafı  həyat 
gerçəklikləri ilə bağlıdır. Təbii gerçəklərin inkişafı həyatı element-
lərdən – od (günəş), torpaq (yer), su, külək və s. asılıdır. Novruz 
sistemi özündə elə bu kainat və planet qanunlarını ehtiva edir.  
Zərdüşt də  təlimində qoyduğu mənəvi prinsipləri Novruz 
sistemindən  əxz etmişdir.  Əksliklərin mübarizəsi xeyir-şər, işıq-
zülmət, ümumən, bu əks-qütblərin ümumiləşdirilmiş simvolları 
olan Hörmüz və Əhrimənin mənəvi-ideoloji əsası Novruz sistemin-
də mükəmməl formada mövcuddur. Əski çağlarda atəşpərəstliyi 
qəbul etmiş  İran  ərazisində  məskunlaşmış xalqlar, o cümlədən 
midiyalılar və farslar rəsmi təqvimlə fərvərdin ayın 1-də Novruzu 
qeyd ediblər. Fərrvərdin ayının 1-i həm də  təzə ilin başlanğıcı 
sayılıb. Əhəminilər dövründə (m. ö. 558-331) rəsmi olaraq günəşin 
Qoç bürcünə girdiyi vaxt yeni il Novruzla başlayırdı. Bu ənənə 
Sasanilər dövründə  də (225-636) davam etmişdir.  İran  ərazisində 
yaşayan xalqlar arasında Novruz adət və  ənənələri olduqca zən-
gindir. Qədim iranlılar Novruz günü şərəfinə altun və gümüş 
sikkələr kəsirdilər (70, 1).  
İranda Novruzla bağlı  ən geniş yayılmış  mərasimlərdən biri 
«axır çərşənbədir». Bu mərasim ilin sonuncu çərşənbə axşamı 
keçirilir. Həmin axşam camaat kütləvi şəkildə bayram tədbirlərinə 
qoşulur. Uşaqdan tutmuş böyüyə  qədər hamı bir nəfər kimi tikan 
kollarını  və odunları bir yerə  yığıb tonqal çatır, sonra alovun 
üstündən atlanırlar. Alovdan tullandıqca deyirlər: «Mənim sarı-
lığım sənə keçsin, sənin qırmızılığın mənə!». Bu mərasim tonqal 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə