Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

198 
bir dəqiq qənaətə  gəlmişdi ki, yaxşı il yazından bəlli olar. Hava, 
günəş və ümumən, təbiət üzərində aparılan müşahidələr nəticəsində 
qarşıdakı üç gündə digər üç fəsil-yay, payız və  qış haqqında 
proqnoz verilərdi.  
Xalq yazın birinci ayını «qarayaz» adlandırır. Bunun belə 
adlandırılması torpağın tam göyərməməsi, yaz şumunun aparılması 
ilə bağlıdır. Qarayaz düz bir ay (22 aprelə qədər) davam edərdi. Bir 
ay keçəndən sonra deyərdilər ki, yazın «qırxı» çıxdı. Yazın qırxı 
çıxandan sonra camaatda bir rahatlıq, arxayınçılıq yaranardı. Qara-
yazdan ən çox yadda qalan el arasında «Qarının borcu» və «Dana-
qıran» adlandırılan günlərdir. Bu günlər barədə xalqın yaddaşında 
müxtəlif variantlı  məzmuna malik əhvalatlar yaşamaqdadır. 
«Qarının borcu» adlandırılan günlərlə bağlı «Danaqıran»la əlaqədar 
folklor nümunəsinin bir versiyasında deyilir ki, danaqıran çiçəyinin 
(el arasında Novruz gülünə danaqıran deyirlər) açdığını görən bir 
kişi mal-qarasını yaylağa aparır. Ehtiyatını əldən verməyən kişi özü 
ilə yaylağa 40 şələ ot, 40 kötük odun və 40 ədəd çörək götürübmüş. 
Qəflətən hava tutulur, çovğun qopur, qar yağır.  
Kişi 40 şələ otu heyvanlara yedizdirir, 40 çörəyi özü yeyir, 40 
kötüyü isə yandırıb qurtarır. Hava açılmır ki, açılmır. Ot-ələfi 
olmayan mal-heyvan acından tələf olur. Başına gələn olaydan dərin 
peşmançılıq hissi keçirən kişi öz-özünə deyir: «Ay bunu qırx deyən 
zalım, elə əlli deyərdin də!» Bu əhvalatla bağlı Şirvan bölgəsində 
belə bir deyim formalaşıb: «Qırx kötük yanan, qırx çuval saman, 
Allah aman» (36, 143). Həmin dövrə – martın sonu ilə aprelin 
birinci yarısı arasına Azərbaycanın bir çox regionlarında «keçiq-
ıran» deyilir. Həmin  ərəfədə havalar sazaqlı, soyuq keçir, soyuq 
küləklər  əsir. Məlumdur ki, keçi də  şaxtaya, soyuğa dözümsüz 
olduğundan qışdan çox arıq çıxır. Qışdan arıq çıxmış keçilər yazın 
soyuq-sazağına duruş  gətirə bilməyib qırılır. Elə buna görə  də 
həmin dövrə keçiqıran deyirlər.  
Yazın qırxı  çıxdıqdan sonra yaz şumunun qırğın dövrü başla-
yırdı. Yaz şumu da, adətən, bir ay davam edirdi.  


199 
Yazın son dövrü 20 gün davam edir ki, həmin dövrə «qızılgül» 
dövrü deyilir. Bu dövrdə əhalinin olan-qalan azuqəsi tükənir, yeni 
məhsulun yetişməsinə isə  hələ çox qalır. Yazın «qızılgül» dövrü 
əkin-bicin adamları arasında «arpa biçini» və ya «arpaya cin 
çəkilən» dövr kimi tanınıbdır. Bu vaxt artıq güneylərdə  əkilmiş 
arpa biçilməyə başlanardı.  
İyunun 22-də yay fəsli başlayır. Yay fəsli gündüzün ən uzun 
vaxtından (22 iyun) payız gecə-gündüz bərabərliyinə (22 sentyabr) 
qədərki dövrü əhatə edir. Martın 22-dən uzanmağa başlayan gün 
iyunun 22-dək davam edir. İlin ən uzun günü və ən qısa gecəsi də 
elə iyun ayının 22-nə düşür. Astronomik təzələnmə səbəbindən bu 
dövrə Novruzun yay məqamı deyilir. İyunun 22 – dən başlayaraq 
gündüzlər get-gedə  qısalmağa, gecələr isə uzanmağa başlayır. Bu 
hal dekabrın 22-dək davam edir. Lap qədimlərdən xalq arasında 
yay ilin «anbarı» sayılıb. Bütün kənd təsərrüfatı işləri – əkin-biçin 
və məhsul toplanışı məhz yayda həyata keçirilirdi. Hətta yayın son 
ayında  əkin-səpin də aparılırdı. Xalqın təcrübəsinə görə, yayda 
aparılan əkin-səpin daha çox məhsul verirdi. Uzun illərin müşahidə 
və  təcrübəsinə istinad edən xalq yayı iki əsas mərhələyə bölürdü. 
İyunun 22-dən başlanan birinci mərhələ 45 gün davam edirdi. Bu 
mərhələ «quyruq doğdu» və ya «quyruq dondu» dövrünə kimi 
davam edir.  
Quyruq doğana qədər olan dövrün özünü də xalq 2 mərhələyə 
bölürdü.Xalq təqvimində iyunun 15-dən iyulun 15-ə  qədər olan 
dövrə «qoradəyən ay» deyilərdi. Bu dövrdə qora istidən sulanır. 
Onun ardınca «qorabişirən ay» gəlir. İyulun 15-dən avqustun 15-ə 
qədər olan dövrə qorabişirən ay deyilib. İlin  ən isti günləri bu 
ərəfəyə  təsadüf etdiyindən qora yetişirdi,  şirinləşirdi. Quyruq 
dondu və ya quyruq doğdu ilə yayın ikinci mərhələsi başlayır. 
Qeyd etdiyiniz kimi, bu mərhələnin adı ilə bağlı xalq arasında iki 
versiya vardır. Bir versiyaya görə, həmin vaxt – düz yay yarı 
olanda Ayı bürcündə dalbadal quyruqlu kimi 2-3 ulduz görünür. 


200 
Həmin ulduzun doğması ilə əlaqədar olaraq bu vaxta quyruq doğan 
deyilir. Yayın həmin mərhələsində istilər bir qədər səngiyir.  
İkinci versiyaya görə, həmin gün – avqustun 6-da kəsilmiş 
qoyunun gecə çöldə  ağacdan asılmış quyruğu donur. Hər iki 
variantın ifadə mahiyyəti eynidir. Yayın şiddətli istiləri həmin vaxt 
bir qədər sınır, azalır. Yayın ikinci mərhələsi başlayandan sonra 
camaat qışa hazırlığı daha da sürətləndirir. Azərbaycanın bir çox 
regionlarında quyruq doğandan sonra yay şumuna başlanılırdı. 
Yayda əkilən taxıl «arağac» adlanardı. Xalqda minillik müşahidələr 
belə bir qənaət yaratmışdı: «əkin gərək iki yay görsün, yay ək, yay 
biç». «Xalqın qənaətinə görə, quyruq doğana qədər bal kəsmək 
olmazdı, çünki həmin  ərəfədə bal sulu olar. Quyruq doğandan 
sonra camaat bal kəsməyə başlayardı» (36, 148).  
Novruz sisteminin üçüncü məqamı payızdır. Payız sentyabrın 
22-dən dekabrın 22-dək davam edir. Novruzun payız dönəmində 
yaz məqamında olduğu kimi, gecə ilə gündüz yenidən bərabərləşir. 
Günəşin istiliyi azalır, işıqlı gündüzlər qısalır. Sentyabrın 21-22-də 
Novruzun yaz dönəmində olduğu kimi, gündüz ilə gecə  bəra-
bərləşir. Xalqın inam və müşahidəsinə görə, Günəşin hökmranlıq 
müddəti qurtardığından taxtdan düşür. Payız-yaz və yayın maddi-
mənəvi yekunudur. Əkin-biçin adamları yetişdirdiyi məhsulları 
yığıb toplayar, yaylaqlara qalxanlar geri dönürlər.  
Günlər getdikcə  qısalır, havalar soyumağa başlayır, köçəri 
quşlar isti ölkələrə qayıdır. Payızda yetişmiş  məhsul yığılır, yeni 
məhsulun özülü qoyulur, payız şumu və səpini aparılır. Dağlıq və 
dağətəyi bölgələrdə payız  şumuna bir qədər tez başlanılardı ki, 
əkilmiş taxıl soyuğa, qara düşməsin.  
İnsanlar qısa hazırlığın əsas işlərini payızda görər və tamamla-
yardı. Qışın sərt və mülayim keçəcəyini də müxtəlif yardımçı təbii 
vasitələrin köməkliyi ilə elə payızda müəyyənləşdirilərdi. Xalq 
fenologiyasına (bitki və heyvanların həyatındakı hadisələrin qa-
nunauyğunluğu) görə, çinar ağacı yarpağını başdan tökməyə baş-


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə