Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

186 
komponentləri sutka və tropik ildir. Günəş (tropik) ilinin uzunluğu 
365, 25 gün qəbul edilirdi. Daha dəqiq desək, 365 gün 6 saat idi. 
Bu da 12,4 ay (12 ay, 12 gün) təşkil edirdi ki bir neçə ildən bir Ay 
ilinə 3 ay da əlavə olunurdu. Bu əməliyyatı aparmaqda məqsəd Ay 
təqvimi ilini Günəş ilinə yaxınlaşdırmaq idi. Bununla da, Ay-Günəş 
təqvimi yaradılmışdır. Ay-Günəş  təqvimini Babilistandan başqa, 
Çin, Yunanıstan, Roma və başqa qədim ölkələrdə  də  tətbiq 
etmişlər. Bu günün özündə belə, bir çox ölkələrdə  hələ  də Ay-
Günəş təqvimindən istifadə olunur.  
Açıq-aydın görünür ki, haqqında söhbət açdığımız hər iki təq-
vim sistemi – Ay və Ay-Günəş sistemi qüsurlardan xali deyildir. 
Həmin təqvimlərdə günlər (tarix) və dini bayramlar fəsil və möv-
sümlərdə yerlərini dəyişirdi. Bu nöqsanlar Günəşin ekliptika dairəsi 
üzrə  hərəkəti və dövrləri  əsasında hazırlanmış  təqvimlərin, daha 
doğrusu, Günəş təqvimlərini meydana gətirmişdir. Vaxtın Günəşin 
hərəkəti ilə hesablanması eramızdan hələ dörd min əvvəl qədim 
Misirdə yaradıldığı ehtimal olunur. Günəş təqvimi daha mükəmməl 
və geniş yayılmış bir təqvimdir. Qeyd edildiyi kimi, Günəş ilinin 
uzunluğu 365 gün qəbul edilmişdir.  İl 12 aydan, hər ay isə 30 
gündən ibarət olmuşdur. Yerdə qalan 5 gün isə ilin sonuna əlavə 
olunmuşdu (66).  
Yerin Günəş  ətrafında illik qət etdiyi məsafə orbit üzrə 940 
mln. km-dir. Bu məsafəni Yer saatda 107 min km və yaxud 29, 8 
km/san sürəti ilə  qət edir. Yerin Günəş  ətrafında tam dövr etməsi 
365 sutka 5 saat 48 dəqiqə 46 saniyəyə başa gəlir. Bu müddət il 
adlanır. Yer kürəsi öz oxu ətrafında tam hərəkətini 24 saata (daha 
dəqiqi 23 saat 56 dəqiqə 48 saniyə) başa vurur.  
Yerin öz oxu ətrafında tam fırlanmasına bir sutka (gecə-
gündüz) deyilir.  
Yerin fırlanması nəticəsində gecə ilə gündüz növbələşir və vaxt 
vahidi yaranır. Bu harmoniyanın sayəsində Yer səthində işıq-isti və 
soyuğun dəyişməsi  – atmosfer sirkulyasiyası yaranır. Bununla 


187 
bərabər, Yerin saat qurşaqlarını ayırmaq, vaxtı  dəqiq hesablamaq 
mümkün olur. Yer öz oxu ətrafında qərbdən  şərqə doğru hərəkət 
edir. Elə bu səbəbdən də Günəş  şüaları yer üzünü şərqdən qərbə 
doğru meridianlar üzrə işıqlandırır. Hər bir meridian xətti üzərində 
yerləşən ərazilər eyni vaxt ərzində Günəş işığına qərq olur. Coğrafi 
enliyindən asılı olmayaraq, coğrafi uzunluqları eyni olan bütün 
coğrafi məkanlarda vaxt fərqlənmir. Bu, yerli vaxt adlandırılır.  
Yerin Günəş  ətrafında fırlanması  nəticəsində  fəsillərin yaran-
ması da astronomik elmi əsaslarla sübuta yetirilmişdir. Sırf Novruz 
mövzusu ilə bağlı olduğuna görə elə ilin başlanğıc günü olan 21 
martdan başlayaq. Aydındır ki, 21 martda Günəş qütblərdən eyni 
məsafədə yerləşən ekvator xətti üzərində zenitdə olur. Günəşin bu 
mövqeyi nəticəsində onun şüaları Yer kürəsinin  şimal və  cənub 
yarımkürələrini eyni vaxtda bərabər işıqlandırır və qızdırır. Bu vaxt 
gecə ilə gündüz bərabərləşir. Martın 21-nə yaz gecə-gündüz 
bərabərliyi deyilir. Martın 21-dən Yer kürəsi də elə bir mövqe tutur 
ki, Günəş tədricən şimal yarımkürəsinin üzərinə doğru meyillənir. 
Bu zaman şimal yarımkürəsində gündüzün uzunluğu tədricən artır, 
temperatur yüksəlir. Bu astronomik hadisəyə görə 21 mart şimal 
yarımkürəsində yaz fəslinin başlanğıc günü hesab olunur.  
Bir çox Şərq ölkələrində martın 21-i yeni ilin başlanması kimi 
qeyd olunur. Üç aydan sonra 22 iyunda Günəş ekvatordan 23° 
27`şimal enliyi (paraleli) üzərində zenitdə olur. İyunun 22-si şimal 
yarımkürəsində ən uzun gün və ən qısa gecə olur. Ona görə də 22 
iyuna yay gündönümü deyilir. 22 iyun şimal yarımkürəsində yay, 
cənub yarımkürəsində isə  qış  fəslinin başlandığı gündür. Bu 
müddətdə Yerin şimal yarımkürəsində 4, 6 dəfə istilik artır.  
Sentyabrın 23-də yenidən Yer kürəsi fəzada elə bir mövqedə 
olur ki, Günəş şüaları ekvator xəttinin üzərində zenitdə olur. Ötən 
vaxt müddətində  şimal yarımkürəsində günün uzunluğu tədricən 
qısalır, gecənin uzunluğu artır, istilik artır. Bu dəyişikliyin 
nəticəsidir ki, 23 sentyabr şimal yarımkürəsi üçün payız, cənub 
yarımkürəsi üçün isə yaz fəslinin başlanması günüdür.  


188 
23 sentyabrda Günəş 21 martda olduğu kimi, Yerin şimal və 
cənub yarımkürələrini bərabər səviyyədə isidir və  işıqlandırır. 
Bununla yanaşı, sutka ərzində gecə  və gündüzün uzunluğu tam 
bərabər olur. Elə bu kainat hadisəsinə görə 23 sentyabra payız 
gecə-gündüz bərabərliyi deyilir. Günəşin şimal və cənub yarımkü-
rəsində olduğu müddətlərdə gecə ilə gündüzün uzunluqlarında 
müəyyən vaxt fərqləri nəzərə çarpdığı halda, Günəş ekvator xətti 
üzərində, zenitdə olduğu zamanda (21 mart və 23 sentyabr) gecə ilə 
gündüz arasında heç bir fərq müşahidə olunmur. Elə yaz və payız 
gecə-gündüz bərabərliyi məfhumu da bununla bağlı yaranmışdır.  
23 sentyabrdan başlayaraq Günəş  cənub yarımkürəsi üzərinə 
keçməklə üç aydan sonra, yəni 22 dekabrda 23,5° cənub enliyinə 
çatır. Bu vaxt şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə 
yay fəsli başlayır. Bu zaman yerin cənub qütb sahəsi Günəşə daha 
çox meyillənmiş olur. Günəşin cənub yarımkürəsi üzərində 23,5° 
cənub paralelində, zenitdə olduğu 22 dekabra qış gündönümü 
deyilir.  
Günəş 22 dekabrda, 23.5° cənub enliyindən ekvatora doğru 
dönərək üç aydan sonra, yəni 21 martda yenidən ekvator xətti 
üzərində, zenitdə olur. Bununla da, yenidən  şimal yarımkürəsində 
bir daha yaz fəsli başlanır. Yerin Günəş  ətrafında hərəkəti ilə 
əlaqədar olaraq fəsillərin əmələ gəlməsi və növbələşməsi dövrü bir 
il müddətinə başa çatır. Yer kürəsində il ərzində bir-birini 
müntəzəm əvəz edən 4 fəsil – yaz, yay, payız və qış yaranır.  
Yuxarıda göstərilənlər fəsillərin ardıcıl bir-birini əvəz etməsi 
haqqında astronomiya elminin qəti qənaətidir. Ancaq eramızdan 
xeyli  əvvəl yaradılmış Novruz sistemindən qidalanan təqvimlərlə 
elmin son texnologiyası  əsasında yaradılan müasir təqvimlər 
arasında elə bir ciddi fərq yoxdur. Əslində, bütün təqvimlər mahiy-
yətcə bir-birinə çox yaxındırlar. Onlar yalnız bəzi zahiri dəyişi-
kliklərlə fərqlənirlər. Ona görə ki, bütün təqvimlər (lap qüsursuzlar 
belə) kainat qanunauyğunluqlara söykənir. Burada bir məsələyə 
toxunmaq gərəkli olardı. Yuxarıda gördük ki, fəsillərin bir-birini 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə