Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə52/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

172 
murdarlamasın. Bu əqidənin daşıyıcıları günəşi Ahuraməzdanın 
gözü, bəziləri isə oğlu olduğunu qəbul edirdilər. Bu inamda olanlar 
hətta Zərdüştün Ahuraməzdadan yarandığı fikrində idilər.  
Zərdüştlik günəşin (odun) müqəddəsliyini əxz etmiş, oda inam 
formalaşdırmışdır. Oda etiqad yarandıqdan sonra onun şərəfinə 
şənliklər keçirilmişdir. Böyük ehtimalla demək olar ki, həmin 
şənliklər od çərşənbəsi günlərində keçirilmişdir. Ancaq 
Azərbaycanda və digər Şərq ölkələrində odla bağlı bir çox bayram 
və mərasimlər olmuşdur. Mənbələrdə Sədə və Azər bayramlarının 
nüfuzlu bir mərasim kimi qeyd olunduqları göstərilir. Azər bayramı 
azər ayının (22 noyabr – 22 dekabr) doqquzunda qeyd edilirdi. 
Həmin gün od bayramı adlanırdı. Azər sözünün mənasının od 
olduğu daha çox vurğulanır. Ö.Xəyyam yazır ki, pəhləvi dilində 
oda Azər deyirlər (31, 131).  
Ə.Biruni də bu bayramın qışın başlanğıcında keçirildiyini 
təsdiqləyir.  Ə.Biruninin yazdığına görə, Azər bayramında evlərdə 
od yandırılır. Ocaqlar çatılır, həmin vaxt Allaha daha çox dualar 
edilirdi: Deyirlər ki, od hərarət verir, bitkiləri ziyanvericilərdən 
qoruyur (31, 130).  
Zərdüştlik dövründə Azər bayramından ciddi şəkildə faydala-
nılmışdır. Azər bayramının mərasimləri atəşgədədə keçirilirdi. Azər 
bayramı  qışa hazırlıq məqsədi daşıyırdı. Qışı qarşılamaq üçün od 
yandırılmış, xüsusi mərasimlər keçirilmişdir. Havalar soyuyur. 
Canlıların, xüsusən insanın oda zəruri ehtiyacı yaranır. Elə bu 
zəruri ehtiyacın nəticəsidir ki, insanlar bu aya «od ayı» (Ö.Xəy-
yam) deyiblər. Odla əlaqədar keçirilən mərasimlərdən biri də Sədə 
bayramı idi. Əgər Azər bayramı  qışın başlanğıcında keçirilirdisə, 
Sədə bayramı kiçik çillə girəndə qeyd olunurdu. Novruz sisteminin 
tərkib hissələri olan bu mərasimlər bir-birini qanunauyğunluqlarla 
tamamlayırdı. Bu od bayramlarının birincisi qışı qarşılamaq, 
ikincisi isə yola salmaq üçün keçirilmişdir. Sədə bayramı ikinci od 
bayramıdır. Sədə bayramı «Avesta» təqviminə görə, beş aylıq qış 
fəslindən yüz gün keçəndən sonra qeyd edilirdi. Ə.Biruni bu 


173 
bayrama «şəbkəznə» də deyildiyini yazıbdır. Havalar bu vaxt çox 
soyuq olduğundan adamın bədənini  şaxta, soyuq kəsir. Biruni bu 
bayramın kiçik çillənin girməsi ilə bağlı olduğunu da qeyd edibdir 
(31, 131).  
M.A.Dadaşzadə  tədqiqatında Sədə bayramının mənşəyi ilə 
bağlı  İran mənbələrindən gətirdiyi məşhur bir əfsanəyə  də yer 
ayırır. Guya bir gün Huşəng onu müşayiət edən dəstə il bir dağın 
yanından keçərkən qarşısına böyük bir ilan çıxmışdır. O, ilanı 
öldürmək üçün bir daş atmışdır. Huşəngin atdığı daş ilana dəymir, 
ayrı bir daşa dəyir, daşların bir-birinə  dəyməsindən qığılcım 
törəyir. Bu qığılcımdan törəmiş od dörd tərəfi yandırır.  İlan da 
yanmışdır. Deyilənə görə, Huşəng həmin günün od bayramı kimi 
qeyd olunmasına qərar vermişdir .  
Sədə bayramının tarixi qədimdir.  Ə.Biruni bu bayramın 
yaradıcısının  Ərdəşir Babəkan olduğunu yazır. Bu bayramın od 
çərşənbəsində keçirildiyi və Novruzun zirvə  şənliklərinə hazırlıq 
olduğu  şübhəsizdir. Biruninin yazdığına görə, bu bayramda od 
yandırır, ocağın başında qoz yeyilir, şərab içilir, şadlıq edilir. 
Tonqallardan vəhşi heyvanları da sıçradırdılar (31, 133).  
Od çərşənbəsində günəş  və odla birbaşa bağlı olan inamlar, 
inanclar və digər folklor nümunələri mövcud olmuş, bir-birindən 
fərqlənən müxtəlif mərasimlər keçirilmişdir. «Qodu-qodu» 
mərasimi mifik təfəkkürün birbaşa günəşlə bağlı olan ən qədim 
məhsuludur. «Qodu-qodu» mərasimi yaranma və formalaşmasına 
görə çox qədimdir. Adətən, uzun müddət havalar yağmurlu ke-
çəndə bu mərasimin keçirilməsinə ehtiyac duyulub. Bu mərasimdə 
günəşə xitab olunur, onun çıxması, yer-yurdu istilətməsi, canlılara 
hərarət gətirməsi arzulanır. Qodu günəşin ekvivalentidir. Qodudan 
günəş istənilir: 
 
Qodu-qodunu gördünmü? 
Qoduya salam verdinmi? 
 


174 
Qodu burdan ötəndə, 
Qırmızı gün gördünmü? 
 
Yağ verin yağlamağa,  
Bal verin ballamağa.  
Qodu gülmək istəyir,  
Qoymayın ağlamağa.  
 
Xalqın empirik düşüncəsinin gerçəkliyi olan bu mətndə iki 
vacib məsələ vurğulanır. Birincisi, Qodu günəşin təmsilçisi 
olduğundan o, günəşi gətirməlidir. İkincisi, Qoduda qurdda olduğu 
kimi iki xasiyyət birləşib. Qodu güləndə günəşi, ağlayanda yağışı 
gətirir. Bu səbəbdən «Qodu-qodu» mərasimi yağış-yağmurun 
kəsilməsini istəyəndə, yəni günəşi arzulayanda və yağışı istəyəndə. 
«Günəş  hər iki təbiət hadisəsinin – istinin də, soyuğun da, quraq-
lığın da, yağışın da yaradıcısıdır». Qodu günəş istəniləndə qırmızı, 
yağış arzulananda göy rəngdə  təmsil olunub. Qodunu yağıntı çox 
olan vaxt qırmızı, quraqlıq dövründə yaşıl geyindiriblər. (M.Seyi-
dov «Bir qabartma haqqında», «Elm və həyat» jurnalı 1987, № 4, 
səh. 17). «Qodu-qodu» mərasimi  əski çağ düşüncəsinin məhsulu 
olsa da, ancaq özünü günümüzə kimi qoruyub saxlamışdır. Onun 
belə uzun ömürlü olması  təsadüfi deyil. Qodu birbaşa günəşlə 
bağlıdır. Qodunun xarakterindəki  əkslik onun qurdla mənşə 
yaxınlığından xəbər verir. Fikrimizcə, qodu sözü mənşəcə qurd 
sözünün tarixi fonotik trasformasiyasıdır.  
Burada onu da qeyd edək ki, Novruzla bağlı bir çox 
mərasimlərdən fərqli olaraq, «qodu-qodu» törəni geniş coğrafiyada 
yayılıb və  əski düşüncənin məhsulu olsa da, bizim günlərə kimi 
gəlib çıxıbdır. Bu mərasim Azərbaycanda XX əsrin 20-30-cu 
illərinə qədər keçirilmişdir. «Qodu-qodu» mərasiminin iştirakçıları, 
adətən, cavanlar olardılar. Qız-gəlinlər də bu mərasimdə  iştirak 
ediblər. Qodu rolu el-obanın cəld və çevik bir oğlan uşağına həvalə 
olunardı. Onun əyninə nimdaş bir paltar geydirər, üst-başını, 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə