Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə49/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

161 
deyərlər, «ana bətnini cuşə gətirmək» cəhdləri, sözsüz, ana torpaq 
və insanlarda artıma həvəs oyatmaq, nəsilvermə ilə bağlı 
xüsusiyyətlər aşılamaq məqsədi güdürdü « (53).  
Novruza qədərki dörd həftədə icra edilən dörd çərşənbədə Gü-
nəş Balıqlar bürcünə daxil olur. Balıqlar bürcünün nişanəsi sudur. 
Məlumdur ki, martın 21-də Günəş Balıqlar bürcündən Qoç bürcünə 
keçir. Həmin gün od qalanır, tonqallar çatılır. «Əgər Novruzdan 
öncəki bütün çərşənbə tədbirləri su nişanı altında qeyd olunurdusa, 
Novruz günü büsbütün od varlığı ilə əlaqələndirilirdi» (53).  
Su çərşənbəsində çeşmələrin gözü təmizlənir, arxlar səliqə-
sahmana salınır.  
Su çərşənbəsinin özülündə su inancları dayanır. Elə bunun 
nəticəsidir ki, xalqın inamının nüvəsində və keçirdiyi mərasimlərin 
motivində su durur. Su çərşənbəsində günəş  çıxmamışdan su 
üstünə gedirlər, təzələnmiş suda əl-üz yuyurlar, su üstündən 
hoppanırlar, yaralara su səpirlər və s. su ilə əlaqədar işlər görülərdi. 
İnama görə, təzələnmiş su dərdlərin dərmanı sayılıb. Həmin vaxt 
təzələnmiş su üstündən keçənlər ilboyu xəstələnməz, dərd-bəladan 
uzaq olarlar. Xəstəliyi olanlara, səsi batanlara, nitqi qüsurlulara bu 
sudan içirdərdilər.  
İnama görə, suya etiqadı olanların xəstəliklərini, günahlarını 
ildə bir dəfə su çərşənbəsi mərasimində  təzə su yuyub aparardı. 
İnsanlar bu mərasimdə günah işlətməyəcəklərinə, adamlara yalnız 
yaxşılıq edəcəklərinə and içirdilər. Bu mərasim adamların suyun 
başına dövrə vurub nəğmə oxumaları ilə başa çatır: 
 
Sel çapar, su çapar,  
Bir günah işlətdim,  
Gəl onu tut apar,  
Sel çapar, su çapar,  
Gəl apar, gəl apar.  
 


162 
Su çərşənbəsi ilə bağlı çeşidli mərasimlər, çoxsaylı inanclar 
mövcuddur. Bundan başqa, su çərşənbəsi ilə bağlı oyunlar, 
nəğmələr, fallar, vəsf-hallar, türkəçarələr bu gün də yaddaşlarda 
yaşamaqdadır. Bunlardan bəzilərinə diqqət yetirək. İnanclara nəzər 
salaq: 
 
Süfrəyə su dağılması aydınlıqdır.  
Su içən adamı qəfil vurmazlar.  
Odu su ilə söndürmək günahdır.  
Qaş qaralanda isti suyu torpağa tökməzlər.  
Yuxuda su görmək aydınlıqdır.  
Su dolu qabla qabağına çıxsalar, işin avand olar.  
 
İnanclar el-obada geniş yayılıb. Bugünkü insan üçün, ola bilsin 
ki, inanclar primitiv təsir bağışlayar, inandırıcı görünməyə bilər. 
Əslində, inanclar insanlarda möhkəm inam yaradıb, onlarda 
psixoloji-assosiativ durumu möhkəmləndiribdir. Fal və türkəçarələr 
də bu mərama xidmət edib. Su ilə bağlı türkəçarələrdən bir neçəsini 
burada nümunə gətirmək istərdik.  
 Su  çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdər-
dilər. Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç 
dəfə soldan su atsan, qorxusu keçər.  
Ürəyi keçən adamın üzünə su çiləsən, özünə gələr.  
Türkəçarələr inanclardan fərqli olaraq gerçəkliyə  əsaslanır. 
Türkəçarələr uzun illərin təcrübəsinə söykənir. Su ilə müalicə 
zaman-zaman özünü əyani surətdə doğrultmuşdur. Belə ki, əyani 
şəkildə sudan müalicə vasitəsi kimi istifadə etmək praktik cəhətdən 
olduqca asan olub.  
Lap qədimlərdən su ilə fala baxmalar da insanlar arasında geniş 
yayılmışdır.  Bu  ayin  də insanların «su həyatdır» – düşüncəsindən 
qaynaqlanıb. Fala baxmaların da kökündə suyun paklığı, suyun 
müqəddəsliyi dayanıbdır. Nümunə üçün bir su falına diqqət yetirək. 


163 
Su çərşənbəsində sübh tezdən gedib axar sudan (bulaqdan, çaydan 
və b.) «lal-dinməz» su gətirirlər. Suyu evə gətirənə qədər heç kimlə 
kəlmə  kəsilməzdi. Suyu bir neçə qaba töküb saxlayırlar. Axşam 
düşəndə qızlar yığışırlar. Hər kəs öz bəxtinə üzüyünü saçına sürtüb 
suya atır. Üzük qabın (piyalə) divarına toxunub cingildəyir. Üzük 
neçə dəfə cingildəsə, qız həmin sayda ildən sonra gəlin köçəcək.  
Suyun həyat olduğunu dərk etmiş qədim insan, çox doğru yerə, 
təbiətin oyanışının, həyatın dirçəlişinin sudan başlandığı qənaətində 
idi. Su çərşənbəsindən sonra artıq sular donmazdı. Su donmursa, 
demək, hava isinir, su donmursa, torpağa da artıq hərarət gəlməyə 
başlayır.  
İkinci çərşənbə od çərşənbəsidir. Artıq havalar nisbətən isin-
məyə, təbiət oyanmağa başlayır. El-obada bu çərşənbəyə  «İkinci 
çərşənbə», «Atəş çərşənbəsi», «Üskü çərşənbə» və s. deyilir. «Od 
çərşənbəsi» qədim mifik təfəkkür ilə  sıx bağlıdır. Odun gerçək 
həyat ünsürü seçilməsi həm də Günəşlə əlaqədardır. Odun (ocağın) 
insanın həyatını, cəmiyyətin  şəklini dəyişdirdiyi artıq öz təsdiqini 
tapıb. Əminliklə deyə bilərik ki, odun (ocağın) əldə edilməsi qədim 
insanı  mədəniləşdirdi. Başqa sözlə, insanoğlunun odu əldə etməsi 
ilə  bəşər sivilizasiyasında köklü dəyişiklik baş vermişdir.Od-ocaq 
sayəsində qədim insan mağaraya yiyələndi, bişmiş qidaya və dəmir 
istehsalına nail oldu. Şaman təfəkkürünə görə, beş müqəddəs ünsür 
var: od, dəmir, su, torpaq və  ağac. Yuxarıda dedik ki, dəmirin 
araya-ərsəyə gəlməsi odla əlaqədardır. Od yoxsa, dəmir dünəndən 
yoxdur. Dəmirin üstünlüklərini əyani şəkildə görən insan onu da od 
kimi müqəddəs tutmuşdur.  
İnsanların oda inamı, odu müqəddəs sayması Günəş müqəddəs-
liyindən – işığından, istisindən irəli gəlirdi.  İnsan övladı başının 
üstündəki göylə (səma) ayağının altındakı yeri (torpaq) daim mü-
qayisə etmişdir. İnsanoğlu göydə gördüyünün, hiss edib duyduğunu 
yerdə arayıb-axtarıb. Bu məntiqi analogiyada da insanoğlu səhv 
etməmişdir. Günəşin yerdəki alternativi od oldu. Tədqiqatçıların 


164 
qənaətinə görə, zərdüştlikdən çox-çox qabaq insanlar təbiətin 
oyanmasını, canlıların dirilməsini odla (Günəş) bağlamışlar. Günəş 
istilik mənbəyi, həyat rəmzidir.  
Uzaq və soyuq Sibirdə yaşayan türk xalqlarının adət və 
ənənəsinə görə, od müqəddəs sayılmışdır. Onların inamına görə, 
oda tüpürmək olmazdı, natəmiz şeylər oddan uzaq saxlanılmalı idi. 
Sibir türkləri od-ocağa kiçik qurbanlar verərdilər, ocağa süd səpir, 
xörək atırdılar. Ocaq kultu daim qadınların nəzarətində olardı. 
Məsələn, nanaylarda və altaylarda od anası, eveneklər nənə, 
giləklərdə od qarısı deyilirdi. Eveneklərdə ev sahibəsi süfrə 
açılmazdan əvvəl ən ləzzətli bilinən tikələri ocağa atar və deyərdi: 
«Al ye, tox ol, heyvan ver ki, biz də tox olaq».  
Digər qonşu xalqlara nisbətən inkişaf etmiş yakut və 
buryatlarda ocaq təmsilçisi kişi obrazında ifadə edilibdir (45, 96).  
İnancını, inamını gerçək həyat qanunları, təbiət qanunauyğun-
luqları üzərində formalaşdırmış  Zərdüşt pozulmaz, dəyişilməz 
kainat və  təbiət qanunlarını ustalıqla mənimsəmişdir. Zərdüştdən 
əvvəl onun yaşadığı regionda bu qanunauyğunluqlar mövcud 
olmuşdur. Qədim türk anlamına görə, odu Ülgen yaradıb. Bu haqda 
qədim türklər bir-birindən dəyərli miflər araya-ərsəyə  gətirmişlər. 
Odu Ülgenin yaratması barədə olan əfsanədə deyilir: Ülgen göydən 
biri ağ, digəri qara olan iki daş göndərdi. Quru otları ovcunda 
əzərək bir daşın üstünə qoydu, o biri daşla vurdu. Yaranan qığılcım 
odu alışdırdı. İnsan bununla odu əldə etdi. Altay türkləri bu gün də 
dillərində belə bir deyimi tez-tez işlədirlər: «İsti odu yandıraraq 
verən atam Ülgen». Bu ifadə Ülgenin od tanrısı olduğunu və 
müqəddəs sayıldığını bir daha təsdiqləyir.  
Yakut türklərinin yaratdıqları mifə görə, odu onlara Ulu Toyon 
bəxş etmişdir.  
Qədim türklərin odun yaranması haqqında başqa bir əfsa-
nəsində deyilir: Göyün 3-cü qatında yaşayan tanrı Kuday insanlara 
od gətirmək niyyəti ilə Ülgenin (od tanrısı) qızlarının yanına gəlir. 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə