Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə45/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

148 
insanı bu parametrdə  də  səhv etməmişdir. Göyün cənubundakı 
ulduzlar on iki aydan bir görünür. Hər ay yeniləşən ulduzların 
görünməsi  əsasındakı hesablamada da il 365 gün olurdu. Novruz 
sistemi bütövlükdə ilin 365 günü əhatə edir. Qədim və orta əsr 
insanı  hər bir günün xarakterini asanlıqla müəyyən edir və günün 
əhvalına uyğun da işlərini proqnozlaşdırırdı. Bu işdə insanlara 
əcdadlarından qalmış empirik biliklər, fenoloji müşahidələr və 
özlərinin  əldə etdikləri praktik nəticələr kömək edirdi. Qədim və 
orta  əsr insanını  qənaət və müşahidələri heç vaxt aldatmamışdır. 
İnsanlar Ayın təzələnməsi zamanı onun vəziyyətinə görə havanın 
həmin ay quraq və yağıntılı keçəcəyini  əvvəlcədən proqnozlaş-
dırırdılar. Müşahidələr göstərib ki, Ay təzə doğarkən nazik, 
qövsvari şəkildə olur. Həmin vaxt Ayın duruşu yerə baxırdısa, bu 
hal havaların yağışlı keçəcəyindən xəbər verirdi. Əgər Ayın duruşu 
üfüqə tərəf olardısa, həmin ay quraqlıq keçəcəyi gözlənilirdi.  
Bədirlənmiş Ayın ətrafı sarımtıl rəngdə olardısa, həmin ay çox 
yağmurlu, ağ  rəngdə olardısa quraqlıq olacağı proqnozlaşdırılırdı. 
İnsanlarda belə bir qənaət var idi ki, Ay on dörd günlük olanda 
zəlzələ, vulkan və s. təhlükəli təbiət hadisələri baş verirdi. Həmin 
ərəfədə havaların yağışlı keçəcəyi də gözlənilirdi. Ata-babalarımız 
üfüqün vəziyyəti  əsasında günün necə keçəcəyini irəlicədən təyin 
edirdilər. Günəş sübh erkən doğarkən üfüq həddindən artıq 
qızarmış olardısa, həmin gün havanın dəyişəcəyi, külək əsəcəyi, bu 
əlamət qış  fəslində müşahidə edilsəydi, yağış  və qar yağacağı 
gözlənilirdi. Xalq bu empirik bilik və müşahidələrini yaddaşlarda 
yazılacaq bir formada cilalamışdır.  
 
Səhərin qızartısı axşama vaydır,  
Axşamın qızartısı səhərə yay.  
və ya 
Gecə yağar, gündüz açar – 
İlin xoşluğundan  
 


149 
Gündüz yağar, gecə açar –  
İlin boşluğundan.  
 
İlin fəsillərində üfüqün rəngi-ruhu, gecə  və gündüz zamanı 
havaların necə keçməsi ilin ümumi vəziyyəti barədə  əvvəlcədən 
fikir söyləməyə imkan verirdi. Qış fəslində gecələr ayaz, gündüzlər 
dumanlı keçirsə, bu qışın sərt olacağının işarəsi idi. Qışda gündüz-
lərin ayaz, gecələrin buludlu keçməsi qışın xoş keçəcəyindən xəbər 
verir. Xalqın bu qənaəti poetikləşmiş formada indi də el-obada 
yaşamaqdadır: 
 
Gecə ayaz, gündüz duman, ilin kürüdür kürü,  
Gündüz ayaz, gecə duman, ilin gülüdür gülü.  
 
Xalq meteorologiyasında duman, şeh məhsuldarlıq nişanəsi 
sayılıb. Yazağzı  və payızda  əkin-səpin vaxtı torpağa dumanın 
çökməsi, dənin tez cücərməsinə səbəb olardı. Bununla bağlı xalqın 
daşlaşmış bir ifadəsi də var: «Yaz dumanı bar gətirər, qış dumanı 
qar». Ulularımız dumanın istiqaməti, buludun rəngi ilə  də havada 
nə kimi dəyişikliklərin baş verəcəyini qabaqcadan xəbər verirdilər. 
Əcdadlarımızın qənaətinə görə, qərb istiqamətindən qara buludun 
gəlməsi yaz-yay mövsümündə yağışın, qışda isə qarın yağacağının 
nişanəsidir.  
Kainat (kosmos) və planetin (yer) sirlərinə  əl aparmış insan, 
zamanı müəyyən etdikdən sonra, ümumən, təbiət qanunları ilə he-
sablaşdı.  İnsanoğlu ömür-gününü kainat qanunlarına uyğun kod-
laşdırdı.  
Ağır, sərt qışı yola salan insan yazın gəlişinə, havaların 
istiləşməsinə, əkin-biçinə, ümumən, həyatın canlanacağına sevinir. 
Məşəqqətli qışı  çətinliklə arxada qoymuş insan Novruz sistemi 
əsasında yazın ilk günündən həyat və  məişətini qurur. Qeyd etdik 
ki, Novruz sistemdir, o, bütün ili əhatə edir. Bu fikri bir daha 
vurğulamağımız təsadüfi deyil. Məlumdur ki, Novruzun təntənəli 


150 
günləri kiçik və böyük çillə, onlardan sonra gələn Boz aydan sonra 
qeyd olunur. Boz ay da ilaxır çərşənbələri ilə daha çox yadda qalır. 
Novruz ardıcıl, fasiləsiz və spiralvari bir sistemə malikdir. 
Novruzun yaz təntənəsindən  əvvəl qışın mərhələləri gəlir. Elə bu 
səbəbdən Novruz sisteminə böyük çillədən başlamaq məsləhətdir. 
Böyük çillə  qışın birinci ayını – dekabrın 22-dən fevralın 1-dək 
olan müddəti əhatə edir.  
İlkin olaraq çillə sözünə diqqət yetirək. Bu sözü farsların çehl 
sözü ilə bağlayırlar.  İnandırıcı görünür. Çehl – qırx rəqəmi ilə 
əlaqəlidir. Günü bu gün də insanların işi nəhs gətirəndə, müşkülə 
düşəndə deyirlər ki, «işim qırxa düşüb». Qırx günün özü elə 
çillədir. İnsanlar çıxılmazlıqlardan, müşküllərdən xilas olmaq üçün 
«çillə  kəsirlər».  İnsanlar soyuğu,  şaxtanı  və  qışın digər çətinlik-
lərini elə bu səbəbdən «çillə» adlandırmışlar. Bu məşəqqətlərdən 
xilas olmağı çillədən çıxmaqla müqayisə edirdilər. Bu çətinliklərə 
insanlar irəlicədən hazırlaşırdılar. Böyük çillə adından göründüyü 
kimi, müddəti uzun olsa da, kiçik çillə ilə müqayisədə nisbətən 
mülayim keçir.  
Kiçik çillənin ağrı-acısını, məşəqqətini  əvvəlcədən duyan 
insanlar bu çətinliklərə irəlicədən maddi-mənəvi cəhətdən hazır 
olmağa çalışırlar.  İnsanlar qışın  şaxta və soyuğuna mənəvi-psixo-
loji cəhətdən hazır olduqlarını keçirdikləri ayin və  mərasimlərdə 
əyaniləşdirmişlər. Qışın birinci dövrünü yaşayan insanlar 
qabaqcadan gələn çətinliklərə  mənəvi və fiziki cəhətdən duruş 
gətirmək üçün səməni halvası bişirməyə hazırlıq görürdülər. Böyük 
çillə başlanan gündən səməni göyərdilir. Çillənin başlanğıcında 
təqribən bir santimetr hündürlüyündə göyərdilmiş  səmənini taxta 
çanaq, yaxud tabaqda döyüb suyunu sıxırlar. Həmin suda yeddi 
evdən alınmış buğda unundan adi xəmirə nisbətən bir qədər sıyıq 
xəmir yoğrulur. Halva bişirməyə başlayarkən onu qarışdırmaq üçün 
uzun dəstəkli taxta ərsindən istifadə edilir ki, buna el arasında 
«palm» da deyilir. Halva bişənə yaxın onun içinə badam, bu 
olmadıqda isə  fındıq salınır. Elə  əsl mərasim də bu zamandan 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə