Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə44/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

145 
Kəməndatma meydan tamaşası da tamaşaçı kütləsinin xüsusi 
rəğbətini qazanmışdır. Bu oyun xüsusi çeviklik tələb edirdi. Kə-
məndatma zamanı  rəqibi at üstündə  kəməndə salmaq xüsusi 
çeviklik və məharət tələb edirdi.  
Cıdır tamaşalarında keçirilən kəməndatma camaat tərəfindən 
daha çox maraqla qarşılanardı. Kəməndə düşən igidlər güclü 
olardısa, kəməndi qırıb yenidən at belinə qalxardı. Kəmənddən çıxa 
bilməyənlər isə  məğlub sayılardı. Kəməndəsalma, kəməndədüşmə 
ilə bağlı çoxlu nəğmələr yaranıb: 
 
Mindim səməndə,  
Düşdüm kəməndə.  
Yağı insaf et,  
Dərdliyəm mən də (20, 63). 
 
Meydan tamaşaları içərisində  kəndirbaz tamaşaları da əhali 
tərəfindən böyük maraqla qarşılanırdı. Bu tamaşalar Novruzda və 
payızda məhsul yığılıb qurtardıqdan sonra keçirilərdi. Tamaşada 6 
nəfər – kəndirbaz, onu müşayiət edənlər – zurnaçı, balabançı, 
nağaraçı və gözətçi iştirak edərdi. Meydanda quraşdırılmış qurğu-
ları  kəndirbazın dəstəsində olan bütün üzvlər yoxladıqdan sonra 
kəndirbaz oyuna başlayardı. Musiqi sədaları altında kəndirbazın 
qeyri-adi hərəkətləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanardı. 
Zurnaçı ilə  kəndirbaz daim bir-birini izləyərdilər. Zurnaçının 
kəndirbazın ritmini tutması onu ruhən coşdurur, hərəkətlərini 
tənzimləyirdi. Kəndirbaz tamaşasında camaatın sevinc və maraqla 
dinlədiyi təlxəyin komik hərəkət və  məzəli danışığıdır. Təlxək 
kəndirbazın hərəkətlərinə uyğun zarafatlar edir, oyunlar göstərir. 
Təlxəyin oyunları  kəndirbazın hərəkətlərini tamamlayır, tamaşa-
çıları şənləndirir (21, 102-103).  
 
 


146 
3.2. Novruz mərasimləri qədim və orta əsr  
mənbələrində  
 
Novruz lap qədim zamanlardan xalqımızın təfəkkürünü, mənə-
vi  əxlaqi düşüncəsini, təbiət və  cəmiyyətə münasibətini özündə 
cəmləyən dünyagörüşlər toplusudur. Novruz sistemi pozulmaz, 
dəyişilməz, əzəli-əbədi kainat (kosmos) və planet qanunları əsasın-
da formalaşıbdır. Doğulduğu gündən təbiətin qoynunda yaşayıb-
yaradan insanoğlu kainat və planetin harmoniyasının, mizan-tərə-
zisinin mövcud olduğu qənaətinə yüz illərin müşahidələri nəti-
cəsində qazandığı empirik bilikləri sayəsində sahib olmuşdur. 
İnsanoğlu planetdə yaşadığından baş verən proseslərə diqqət kəsil-
miş, təbiətin xarakterini mükəmməl öyrənmək üçün uzun illər 
müşahidələr aparmış,  əldə etdiyi bilgilər və  gəldiyi qənaət sayə-
sində təqvim yaratmışdı. Qədim insan kainat və planetdəki varlıq-
lara həssas yanaşmışdı.  İnsan özünü əhatə edən mühitə  və onun 
komponentlərinə canlı varlıq kimi yanaşmışdır. Çox haqlı yerə, 
qədim insan günəşə, aya, ulduzlara canlı varlıq kimi sevgi bəslə-
mişdir. Elə bu həssas yanaşmanın yaratdığı  qənaət idi ki, qədim 
insan ilin hər bir gününün xarakterini belə müəyyənləşdirmişdi. 
Hər günün özəl xarakterini təyin etmiş qədim insan ilin martın 21-
də  dəyişildiyini, gecə ilə gündüzün bərabərləşdiyini dəqiq müəy-
yənləşdirmişdir. Bu dəqiq astronomok hadisə Novruz sisteminin 
istinad etdiyi ilkin kainat qanunudur.  
Novruz sistemində ardıcıl, nizamlı və əlaqəli bir hərəkət vardır.  
Novruz sistemdir – onun tərkib hissəsinə daxil olan kompo-
nentlər qarşılıqlı  əlaqədədir. Novruz sistemi martın 21-dən gecə-
gündüz bərabərliyindən başlayır. İlin bütün gününü özündə birləş-
dirir.  
Novruz sisteminin kulminasiya nöqtəsi, ən yüksək zirvəsi mar-
tın 21-nə – Novruz bayramına təsadüf edir. Həmin təzələnmiş, 
yeniləşmiş gündən başlanan Novruz sistemi bütün ili əhatə edir.  


147 
Novruz sistemi zaman kateqoriyası üzərində qurulubdur. Bö-
yük ehtimalla demək olar ki, ilkin zaman ölçüsü gecə-gündüz 
əvəzlənməsi  əsasında müəyyənləşdirilmişdir. Bundan sonra 5 
günlük kiçik həftə, sonra isə on günlük böyük həftə nominasiyası 
yaradılmışdır. 7 günlük həftə insanların təkmilləşmiş astronomik 
bilgilərə sahib olduqdan sonra formalaşmışdır. Orta əsr insanı 
əcdadlarından ötürülən minillik empirik biliklər və uzun illər 
ərzində qazanılmış bilgi və müşahidələr  əsasında Yerin kainatın 
mərkəzi, Günəş, Ay və ulduzların onun ətrafında hərəkət etdiyi 
qənaətinə gəlmişdi. Bu, nəticə özünü doğrultmuşdu. Bu qənaət gün
həftə, ay və il bölgüsünü meydana gətirdi. Planetlərin hərəkəti 
nəticəsində meydana gəlmiş zaman hesablamaları orta əsrlərdən 
əvvəlki dövrlərə aid edilir. Belə ki, ay və ilin hesablanması 
planetlərin hərəkətindən götürülmüşdür. Novruz sistemini insanlar 
Günəş, Ay və qismən də ulduzların hərəkətinə istinadən yaradıblar. 
Zaman hesablanmasını insanlar Günəş  və Ayın gərdişi üzərində 
qurmuşlar. Günəş martın 21-22-dən götürdüyü hərəkət xəttini 365 
gündən sonra tamamlayır və ilkin durduğu nöqtəyə qayıdır. Qədim 
və orta əsr insanı vaxtın hesablanmasında Ayın hərəkətinə  də 
əsaslanmışdır. Çox doğru yerə, insanlar ayın yarımdairə halında 
(hilal) görünməsini yeni ayın başlanğıcı kimi qəbul etmişlər. Ayın 
hərəkəti  əsasında qəməri (Ay) təqvim yaradılmışdır. Çox-çox 
sonralar astronomik texnologiyalar vasitəsilə e.ə. III minilliyin bu 
empirik informasiyasının dəqiqliyi təsdiq olunmuşdur. Sübut 
olunmuşdur ki, Ay Yer ətrafına 1, 02 km/san. orta sürətlə dolanır 
və tam dövrünü 27, 32166 günə bitirir. Bu müddətə siderik ay 
(ulduz ayı) deyilir. Ayın eyni səfhəsinin (ərəb sözüdür, səfhə-üz, 
səth deməkdir) ardıcıl təkrarlandığı müddətə sinodik ay deyilir. 
Onun orta uzunluq müddəti 29, 5309 gündür. Bu müddətin yarısı 
gündüz, yarısı gecə olur (2, 189).  
İnsanlar ulduzların hərəkətinə  də  əsaslanıb, vaxt, zaman 
bölgüsünü hesablayıblar. Ulduzların səmanın cənubunda ardıcıl, 
müntəzəm  şəkildə görünməsini müşahidə etmiş  qədim və orta əsr 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə