Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   2   3   4   5   6   7   8   9   ...   67


mədəniyyətlərini  ən çətin tarixi sınaqlar dövründə belə qoruyub 
saxlamışlar. Ancaq qədim türk torpaqlarında qurulmuş yad döv-
lətlər türklərin torpaqlarını müxtəlif adlar altında ərazilərə bölmüş, 
bir-birindən aralı salmış, onların iqtisadi və mədəni əlaqələrinə bu 
və ya digər formada qadağalar qoymuşdular. Türk xalqlarının 
yaşadıqları ucsuz-bucaqsız  əraziləri  ələ keçirmiş çar hökuməti və 
onun mənəvi davamçısı sayılan sovet dövləti onların maddi-mənəvi 
mədəniyyətlərinə bu və ya digər formada qadağalar qoymuşdular. 
Sovet dönəmində bu qadağa və yasaqlar xüsusilə repressiv xarakter 
daşımışdır. Yaradıcısı  qədim türklər olan Novruz dəyərləri rəsmi 
şəkildə qadağan olunmuşdur. Bu qadağalar təsadüfi deyildir. Sovet 
dövlətinin siyasətinə qulluq göstərməyən, onun ideologiyasına sərf 
etməyən hər nə varsa yasaqlanmışdır. Türk xalqlarının ümumi mə-
dəni-mənəvi sərvəti olan Novruzun qadağan edilməsinin ən birinci 
səbəbi onun mahiyyətində birləşdiricilik xüsusiyyətinin olması idi. 
Məlumdur ki. Novruzda insanlar bir yerə toplaşır, söhbətləşir, 
təntənəli bayram şənlikləri keçirirlər. Bundan öncə, sovet ideolo-
giyası ilkinliyə, təbiiliyə, həmçinin milliliyə xidmət göstərəcək hər 
şeyi ucdantutma ya birdəfəlik ləğv etmiş, ya da ideologiyaya qulluq 
edəcək bir formaya salmışdır. Bu tendensiyanı daim işlək halda 
saxlamaqda məqsəd özəlliyə, milliliyə xidmət edən milli mədə-
niyyəti tələm-tələsik sıradan çıxarmaq idi. Xalqın tarixinin, ümu-
mən onun min illərlə yaratmış olduğu mədəniyyətinin sıradan çı-
xarılmasında başlıca məqsəd xalqları, o cümlədən Azərbaycan türk-
lərini öz mədəniyyətlərindən uzaqlaşdırmaq, qanıbir, canıbir türk 
xalqlarını bir-birindən aralı salmaq idi. Bütün bu qadağa və yasaq-
lar sonda bir çox milli adət-ənənələrin unudulması ilə  nəticələn-
mişdi.  Əslində, bütün türk xalqları genetik cəhətdən eyni soydan 
olduqları kimi, dil və  mədəniyyət baxımından da çox yaxındırlar. 
Sünicəsinə yaradılmış əngəllər hesabına uzun illər türk xalqları bir-
birindən tədric olunmuş  vəziyyətdə yaşamışdılar. Çoxsaylı türk 
xalqları arasında uzun illər maddi və mənəvi inteqrasiyanın olma-
ması, demək olar ki, onları bir-birindən dil, düşüncə  cəhətdən də 
uzaqlaşdırmışdı.  



Sovet dövlətinin məngənəsində  sıxılan türk xalqlarına ümumi 
sərvətləri sayılan Novruzun son törənlərini açıq şəkildə qeyd etmək 
belə qadağan olunmuşdur. Elə bu siyasi-ideoloji qadağaların ucba-
tından sovet dövründə Azərbaycanda da Novruz fəlsəfəsindən 
söhbət açmaq «tabu»ya çevrilmişdir. Sovet hakimiyyəti illərində 
Azərbaycanda Novruz şənlikləri ilk dəfə 1967-ci ildə rəsmi səviy-
yədə Bahar bayramı adı altında açıq şəkildə keçirilmişdir. Bu mə-
qamda onu da qeyd etmək yerinə düşər ki, sonradan Novruz adlan-
dırılan bu müqəddəs bayrama qədim və orta əsrlərdə həm də Bahar 
bayramı deyilmişdir. Totalitar düşüncənin hakim olduğu dövrdə 
Novruz barədə  ən cəsarətli fikirlərdən biri elə  məhz onun Bahar 
bayramı adlandırılması idi. 1967-ci ildə Novruz haqqında uzun illər 
ərzində qoyulmuş qadağalar nisbətən aradan qaldırılsa da, onun 
həqiqi mahiyyəti barədə  hələ  də elmi şəkildə danışılmırdı. Ondan 
qəzet-jurnal səhifələrində yalnız ildə bir dəfə bayram ərəfəsində 
əkin-biçin, təsərrüfat və məişət bayramı kimi söhbət açılmışdır.  
Bəli, Novruz yeni mövzu deyildir. Onun tarixi bəşərin (türko-
ğlunun) yaşı  qədərdir. Ancaq ilk dəfə bu kitabda Novruz funda-
mental  şəkildə  tədqiqata cəlb olunubdur. Onu da deyək ki, bu 
kitabda ilk dəfə Novruz fəlsəfəsi tamamilə yenil bir yanaşma ilə 
araşdırılmışdır. Novruza ilk dəfə bütövlükdə bir sistem kimi yana-
şılmışdır. Novruz məişət-təsərrüfat bayramı  səviyyəsindən dünya-
baxış, təfəkkür tərzi səviyyəsinə qaldırılmışdır.  
Müəllif, çox doğru olaraq, Novruzun genezisini (mənşəyini) 
tarixin ilkin övladları olmuş  şumerlərdən başlayır.  Şumerlərin 
qədim türklərin ulu əcdadları olduqlarını Amerika və Avropa şume-
roloqları birmənalı  şəkildə  təsdiq etsələr də, sırf konyukturadan 
çıxış edən bəzi tədqiqatçılar qısqanclıqdan məqsədli şəkildə qədim 
türkləri  şumerlərdən uzaqlaşdırmışlar. Mövcud türk dillərinin 
şumer dili ilə yaxınlığı, bu gün həmin dillərdə hələ də işlək halda 
olan qədim şumer sözləri və s. faktlar türklərin şumerlərin genetik 
və  mənəvi varisləri olduqlarını  təsdiqləyir. Bu genetik və  mənəvi 
bağı  təsdiq edən tarixi faktlardan biri də budur ki. Azərbaycan 
türklərinin etnogenizində iştirak etmiş tayfaların nümayəndələri nə 



az, nə çox, düz, 91 il Şumer-Akkad dövlətinə başçılıq etmişdirlər. 
Şumer yazılarına görə. onlar yazın gəlməsini ilin başlanğıcı kimi 
hər il təntənəli şəkildə qeyd etmişdirlər. Şumerin paytaxtı olan Ur 
şəhərində təzə ay allahı Nanna Sinin məbədi qarşısında, baş mey-
danda yeni il möhtəşəm bayram şənlikləri ilə qarşılanardı. Həmin 
vaxt məbədin kahinləri təzə ildə  məhsulun bol, əkin-biçinin, mal-
heyvanın, həmçinin insanların arasında artım olması üçün Nanna 
Sinin heykəlini qucaqlarında pilləkənlərlə  aşağı endirər, ayin 
keçirər, sonra onu yenidən məbədə qaldırarmışlar. Həmin ay allahı 
Nanna Sinin heykəli insan başlı öküz fiquru obrazında olmuşdur. 
Şumerlərdə  şir, öküz, maral və başqa heyvanlar səmadakı ulduz 
bürclərinin rəmzləri sayılmışdır.  
 Haqlı olaraq, kitabda Novruzun inkişaf mərhələləri şumerlər-
dən sonra onların genetik və  mənəvi davamçıları olan turanlılarla 
(türklərlə) davam etdirilmişdir.  Şumer sivilizasiyası müxtəlif sə-
bəblərdən tarixə qovuşmuşdur. Ancaq bu zəngin və əzəmətli bəşər 
mədəniyyəti digər xalqların mədəni inkişafına güclü təsir göstər-
mişdir. Tarixin çox-çox sonrakı  mərhələlərində Novruz adlandı-
rılmış  dəyərlər toplusunun ilkin nüvələrindən birini də  sırf qədim 
türklərlə bağlı olan Ergenekon bayramının komponentləri təşkil 
edir. Ergenekondan çıxış qurtuluş sayılıbdır (Transformasiyaya 
uğramış Novruzda da, ən azı, qışdan bir qurtuluş vardır). Böyük 
ehtimalla deyə bilərik ki, min illərlə Ötükəndə yaşamış türklərin 
oradan böyük köçü başlamışdır. Qədim türklərin doğma yurd-
yuvalarından köçməsinin mühüm səbəblərindən biri uzun illər 
çinlilərlə aparılmış müharibələr olmuşdur. Qədim Çin mənbələrinin 
özündə belə qorunub saxlanılmış «Köç» dastanı da bu tarixi faktı – 
türklərin böyük köçünü təsdiqləyir.  
Qədim türklərin azadlıq sevdasını M.Ə.Rəsulzadə tarixin 
məntiqinə uyğun olaraq çox düzgün şərh etmişdir. M.Ə.Rəsulzadə 
«Qurtuluş» məqaləsində yazır: «Qurtuluş, qurtulmaq kimi sözlər, 
heç  şübhə yoxdur ki, «qurd» sözündən yaranmışdır». M.Ə.Rəsul-
zadə Ankarada yaşadığı illərdə «Azərbaycan» dərgisində (12 mart 
1954) Novruzla bağlı  dərc olunmuş  məqaləsində bir daha qeyd 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə