Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə5/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   2   3   4   5   6   7   8   9   ...   67

16 
etimologiyası bu günə  qədər mübahisəyə  səbəb olmayıbdır. 
Bilqamıs – hər şeyi bilən və dünyanın hər üzünü görmüş adamdır. 
«O, insandır, yarıdan çoxu tanrıdır ancaq» şumerlərin insanı 
tanrımisallı görməsi insan böyüklüyünə olan inamdan irəli gəlir. 
Onların bütün əməllərinin mayasında onun nəslinin davamı, hə-
yatın əbədiliyi dayanıb. Uruk şumerlərin dövlət şəhəridir. Bu şəhəri 
Bilqamıs öz əlləri ilə salıb. Uruk adını Bilqamıs təsadüfən 
seçməyib. Uruk yurd-yuva, nəsil-kök mənalarını daşıyır. Uruk sozü 
bu gün də diliımzdə  işlək haldadır. Bu gün xalqımızın gündəlik 
leksikonunda «Uruğun üzülsün!», «Uruk-turuğun kəsilsin», «Uruk 
-turuğun lənətə gəlsin!» kimi qarğışları işlədilir.  
Dərin inam  və böyük cəsarətlə demək olar ki, şumerlər dün-
yanın əzəli və əbədi qanunlarını – kainat (kosmos) və planet (yer) 
qanunlarını kifayət qədər incəliklə duymuş  və onlara lazımınca 
əməl etmişlər. Daha doğrusu, bu qanunlara əməl etməyə özlərini
bir növ, məcbur etmişlər. Başa düşmüşlər ki, təbiətdə kainat və 
planet qanunlarına əməl etmədən yaşamaq və nəsil artırmaq heç cür 
mümkün deyildir.Qədim yunan alimi Pifaqor sonralar kainat 
(kosmos) və planetə (yer) bu cür baxışı «ezoterika» adlandırmışdır. 
Bu termini ilk dəfə elmə Pifaqor gətirmişdir. Ezoterika sözünün 
mənası gizli, sirli deməkdir. Yerlə göyün – mikrokosmosla 
makrokosmosun vahidliyi və bunların gizli, daxili əlaqəsi ezoterika 
adlandırılır.  
Qədim şumerlər yaxşı dərk etmişlər kı, təbiətlə baş-başa, kəllə-
kəlləyə gəlib yaşamaq olmaz, təbiətlə yalnız baş-başa verib həyatı 
davam etdirmək mümkündür. Şumerlər bu qənaətə uzun illərin 
dərin və  hərtərəfli müşahidələrindən sonra gəlmişlər. «Bilqamıs» 
dastanı 12 lövhədən ibarətdir. Bu 12 lövhəyə də təsadüfi bir rəqəm 
kimi baxmaq olmaz. Çox maraqlıdır ki, 12 sayı «Bilqamıs»ın 
mənəvi varisi olan «Dədə-Qorqud» dastanında da davam etdiril-
mişdir. «Kitabi-Dədə Qorqud» dastanı da 12  boydan ibarətdir. 
Böyük ehtimalla demək olar ki, bu 12 rəqəmi ilin aylarına işarədir. 
Ancaq onu birmənalı demək olar ki, kosmik zaman dəyişilməzdir. 


17 
Qədim  şumerlər zamanı nominallaşdırmışdılar. «Bilqamıs» 
dastanının Babil versiyasının 3-cü lövhəsi «Yel lövhəsi» adlanır. 
Şumerlər indi Novruz adlandırdığımız dünyanıdərk sisteminin ilkin 
qanunauyğunluqlarını yaratmışlar. Kainatın harmoniyasını yarada-
nın Anu (Göy Tanrısı), Planetin qurucusu Enlil (külək və yer Tan-
rısı) olduqlarını  qəbul etmişlər.  Şumerlər dialektikcəsinə  qəbul 
ediblər ki, bu harmoniya həyatın, cəmiyyətin inkişafını tənzimləyir. 
Əksinə, disharmoniya fəlakətlərə  səbəb ola bilərdi. «Bilqamıs» 
dastanında həyat ağacının yaşamağı  və  əbədi olmasının düsturu 
göstərilib. Bu da dualizmin yaratdığı  əbədi və  əzəli mübarizədir. 
İnsan həyatı yalnız ondan – hərəkətdən, mübarizədən asılıdır.  Şu-
merlər insanın bioloji və  əbədi yaşayışının kodlarını özləri üçün 
müəyyənləşdirmişdilər. Dastanda bu belə açıqlanır: «Çörəkdən ye, 
Enkidu, bu, həyat nemətidir, sikera içkinən sən, o, dünya qismə-
tidir. Enkidu doyanacan, o ki var, çörək yedi. Üstündən yeddi kü-
yüm sikera gillətdi. Onun ruhu oynadı, beyni tamam açıldı, qəlbinə 
sevinc doldu, çöhrəsini nur aldı». Şumerlər həyatlarının torpaqdan, 
sudan asılı olduğunu, həyatlarında əksliklərin vəhdətini, Günəş, Ay 
və Ulduzların ömür-günlərinə birbaşa təsir etdiklərini incəliklə 
duyublar. Onlar həyatlarında  əksliklərin vəhdətini  əyani  şəkildə 
hiss etdiklərindən, təkamülə təkan verəcək dualizmə meyilli olub-
lar. Bilqamıs dostu Enkidu ilə birlikdə Sidr meşəsində məskunlaş-
mış, ağzından alov çıxan, nəfəsi qan qoxuyan Humbabanı  məhv 
edirlər. Humbabanın ölümünə bais olmuş Enkidu da Tanrılar tərə-
findən ölümə  məhkum edilir. Enkidu dostu Bilqamısın gözləri 
önündə  işıqlı dünya ilə vidalaşır. Bilqamısın gözləri qaralır, gen 
dünya başına dar olur. Bilqamıs insan ölümünü qəbul etmək 
istəmir: 
 
«Ölüm məni qorxudur, qoymur dayanım rahat,  
Tapa bilərəmmi mən, görən, əbədi həyat? 
 


18 
Bilqamıs ölümə qalib gəlmək, insanları onun məşum  əlindən 
qurtarmaq üçün çətin və məşəqqətli bir səfərə çıxır. Həyatın çıxıl-
mazlıqlarına baş vurur, əzab-əziyyətlərə düçar olur. Ancaq min bir 
əzab-əziyyətdən sonra əldə etdiyi dirilik çiçəyi ona nəsib olmur. 
Ömür-gününü mübarizələrdə keçirmiş Bilqamıs həyatın  əbədi o-
madığını dərk edir.  
 
«Bilqamıs» dastanının ideya-mənəvi qaynaqlarını Novruz də-
yərləri  təşkil edir. E.ə. IV-III əsrlərdə şumerlər kosmoloji müşahi-
dələr  əsasında belə  qənaətə  gəlmişlər ki, səmada bürclərin 
harmonik hərəkətləri nəticəsində Planetdə (Yerdə) ciddi dəyişik-
liklər baş verir, fəsillər yaranır.  Şumerlər dəqiqləşdirmişdilər ki, 
yeddi qardaş bürcü (şumerlər bu bürcə keçi bürcü deyirdilər),  Şir 
bürcü (şumercə Çar bürcü) və Dolça bürcü (şumerlər Keçi bürcü 
deyirdilər) səmada yerlərini dəyişməklə fəsillər bir-birini əvəzləyir. 
Fevral ayının  10-da  Şir bürcü Zenitdə olan vaxt Öküz bürcü göy 
üzündən çəkilir. Və 40 gün səmada görünmür. Göy üzündə 
bürclərin əsaslı formada yerlərini dəyişmələri Şirlə Öküzün «vuruş-
ması», Şirin Öküzü didib-yeməsi» kimi qiymətləndirilir (60).  
Bu  astronomik kəşf, yenilik şumerlərin  ən böyük kəşfi  sayıl-
malıdır.  Şumer təfəkkürünün məhsulu olan bu kosmoloji kəşfin 
sayəsində Yaxın  Şərqdə ilk dəfə baharın gəlişi, təbiətin dirçəlişi 
bayram edilmişdir.  Şumer astronomları  fəsillərlə bağlı  təqvimlər 
tərtib etmiş, ulduzlarda baş verən yeniliklərə diqqət yetirmiş, kainat 
və  təbiət proseslərində bunlardan şüurlu  şəkildə istifadə etmişlər. 
Onlar əyani şəkildə müəyyən etmişdilər kiyaz girən gündə (martın 
22-də) səmada  Şir deyilən ulduzlar topası göy üzünün ən uca 
nöqtəsində yerləşir.  Şumerlərin bu astral elmi düşüncəsi bir çox 
tarixi mənbələrdə simvolik motivlər ilə  rəsmlərdə  təsvir edilmiş 
formada qorunub saxlanılıbdır. Həmin vaxt Yaxın  Şərqdə  Şirin 
(sonralar qanadlı  şirin – qrifonun) Öküz və ya Maral üzərində 
qələbəsi təsvir edilmişdir. Azərbaycan  ərazisində  şir və maralla 
bağlı kompazisiyalı təsvirləri özündə qoruyub saxlamış xeyli sayda 
maddi mədəniyyət abidələri tapılmışdır. Qax rayonunun Qarabulaq 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə