Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə47/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

155 
havaların dəyişkən keçməsindən irəli gəlir. Xalq Boz ayın hal-
hərəkətini, xislətini çox həssaslıqla duyub dəyərləndirmişdir. Xalq 
bu aya özəl münasibətini dəqiqliklə bildirmişdir: «Bozara-bozara 
girdiyi kimi, bozara-bozara da çıxacaq». Boz ay Novruza hazırlıq 
mərhələsidir. Bu ay 4 həftəyə – çillə beçəyə bölünür. Kainat və 
planetdə  əsas dəyişikliklər və astronomik təzələnmə  məhz bu 4 
həftədə gedir və ciddi yeniləşmələr  əyani formada hiss olunur. 
İnama  əsasən, bu həftələrin – son dörd ilaxır və kiçik çillənin üç 
çərşənbəsində  təbiət və  cəmiyyətdə  əsaslı canlanma, oyanma 
prosesi gedir. Bu yeddi çərşənbənin kiçik çillədəki üçünə el-obada 
«oğru üskü», Boz aydakı 4-lüyə «doğru üskü» deyilir. Kiçik 
çillədəki üç çərşənbədə də qışa məğlub olmamaq, yaza hazırlaşmaq 
motivi üstünlük təşkil edir. Kiçik çillədəki çərşənbələrdə (oğru 
üsküdə) adamlar od-ocaq çatır, onun üstündən hoppanır.  İnsanlar 
hazırladıqları lopanı qaladıqları ocaqda alışdırıb  əllərində tutaraq 
ev-eşiyi üç dəfə dövrə vururdular. Onlar bu inamda idilər ki
bununla ev-eşiyi ovsunlayır, şər qüvvələri qovurdular.  
Kiçik çilləni yola salan insanlar xeyli rahatlaşmış olurlar.  
Boz ay 4 çərşənbədən ibarətdir. Bu məqamda bir daha 
Novruzun 4-lük dəyərlərindən başqa bir səpkidə danışmaq gərəkli 
olardı. Bəzi dördlükləri sadalayaq:  
Dörd fəsil var: yaz, yay, payız, qış.  
Dörd ilaxır çərşənbə qeyd olunur. Bu ilaxır çərşənbələr 4 əsas 
həyat ünsürünü (od, su, yel və torpaq) təmsil edir.  
Dörd mühit mövcuddur: isti, soyuqluq, quruluq və nəmlik.  
Şərqdə yaşamış xalqlar eyni zaman kəsiyində eyni ünsürləri 
(od, dəmir, su, torpaq və  ağac) müqəddəs bilmişlər. Uzaq Şərqdə 
məskunlaşmış, şamanizm əqidəsinə inam gətirmiş xalqlar beşliyi – 
od, dəmir, su, torpaq və ağacı həyatın ilkin yaradıcıları saymışlar. 
Onlarla qonşu olmuş Çin xalqları da eynilə  şamanlar kimi beş 
ünsürü – su, od, ağac, metal və torpağı dünyanı yaratmış ünsürlər 
kimi qəbul etmişlər. A.Şükürov «Mifologiya» (5-ci kitab) kitabında 


156 
«Drevne kitayskaya filosofiya» (Moskva, 1994) monoqrafiyasına 
istinadən yazır: «Şu Tszin» kitabının «Xun fan» («Böyük plan») 
fəslində deyilir: «Birinci başlanğıc-su, ikinci-od, üçüncü-ağac, 
dördüncü metal və s. beşinci torpaqdır. (Daimi təbiət) su yaş olub, 
üzüaşağı axmalıdır; od yanmalı  və yuxarı yüksəlməlidir; ağac 
əyilməli və düzəlməlidir; metal-xarici təsirə tabe olmalı  və 
dəyişməlidir (təbiət); torpaq o vaxt özünü təzahür etdirir ki, əkilir 
və məhsul verir. Yaş olub, üzüaşağı axan duzu olanı yaradır; yanan 
və yuxarı qalxan acı olanı yaradır, əyilən və düzgələn isə turş olanı 
yaradır; tabe olan və dəyişilən isə kəskin olanı yaradır; əkini qəbul 
edib, məhsul verən isə şirin olanı yaradır (29, 14).  
Qədim şumerlərdə isə dörd allah daha çox hörmət-izzətə malik 
idi. Bunun da səbəbi bu allahların həyatı yaradan ünsürləri təmsil 
etmələri idi. Şumerlərdə baş  və ikinci dərəcəli allah mövcud idi. 
Bunların içərisində 4 allah daha çox nüfuz sahibi idi. Bunlar səma 
allahı Anu, hava allahı Enlil, su allahı Enki və böyük allah Ningirsu 
idi. Bu dördlük bütün allahlara rəhbərlik edirdi.  
Anu  şumer dilində göy deməkdir. Allahlar onun övladları idi. 
Enlil adı bir qədər mübahisəlidir. Belə ehtimal olunur ki, Enlil 
Şumercə lil (yel, nəfəs, kölgə, ruh) sözündən başlanğıc tapıb. Tarixi 
məxəzlərdə Enlil «daşqın padşahı», «yel bağı», «ölkə padşahı» 
rəmzlərində  işlədilib.  Şumerlərin bu hallarla bağlı belə bir 
bənzətmələri vardı: 
«Anu – əlçatmaz və uzaqdır. Enlil – qüdrətli və  əzəmətlidir. 
Enki – müdrik və müqəddəsdir».  
Yaxın və uzaq xalqların mifik təfəkkürlərindəki oxşarlıqlar 
onların dünyabaxışlarının mərkəzində duran «predmet və 
nəsnələrin» eyniliyindən xəbər verir. Demək mümkündür ki, dünya 
ağacının çox dərinlərə işləmiş köklərində açıq-aşkar sezilən eynilik, 
oxşarlıq vardır. Dünya xalqlarının  əksəriyyətində  həyat prosesləri 
əsasən eyni olduğundan gerçəkliyin dərki yolları da bu və ya digər 
dərəcə də eyni olmuşdur.  


157 
Bu dördlüklər dualizm fəlsəfəsinin tərkib hissəsidir. Bu və ya 
digər dördlüklərsiz həyatın inkişafını  təsəvvür etmək mümkün 
deyildir.  
İndi isə Boz ayın komponentinə daxil olan ilaxır dörd 
çərşənbəyə qayıdaq. Bir çox tədqiqatçılar Novruzun yaranmasını 
daha çox bu dörd ünsürlə əlaqələndirmişlər.  
«Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana 
həyat verən 4 ünsürün – suyun, odun, yelin (havanın), torpağın 
isinməsi, «dirilməsi» istəyi ilə bağlı yaranmışdır» (23, 4).  
 Bu dörd ünsürdən hər biri ayrılıqda həyat gerçəkliyi, birlikdə 
isə həyatın inkişaf impulsudur. Bu dörd ünsür kainatın və planetin 
ardıcıl, fasiləsiz və  əbədi inkişafını  tənzimləyir. Elə bu zəruri 
səbəbdən hər bir həyat ünsürünün (od, su, hava və torpaq) ayrıca və 
bütövlükdə təntənəsini qeyd etmək zəruri idi. Bu zəruri dördlüyün 
birlikdə yekun təntənəsi də həyati zərurətin diqtəsi idi. Belə ki, bu 
həyatı gerçəkliklərin (od, su, hava və torpaq) hər biri ayrı-ayrılıqda 
müxtəlif çərşənbələrdə dirçəlir, canlanırlar.  
İnsanlar müşahidələrində yanılmamışdılar. Belə ki, bu dörd 
çərşənbə dövründə ardıcıl olaraq adıçəkilən həyat ünsürlərində (su, 
od, torpaq, yel) canlanma və «dirilmə» başlayır.  
Xalqın təfəkküründə «İlaxır çərşənbələr» və yaxud «cəmlələr» 
adı ilə tanınan bu çərşənbələrin hər biri təbiətin həyat ünsürləri 
sayılan su, od, torpaq və küləyin mahiyyətinə uyğun mərasimlərlə 
qeyd olunur (23. 4).  
Novruz sisteminin mahiyyətində  qışa qarşı dirəniş, yazın 
gəlişini alqışlamaq, kainat və  təbiət qanunlarına ciddi əməl etmək 
kimi nəsnələr vardır.  
İlaxır çərşənbələr Novruz komponenti olsa da, bu çərşənbələrin 
özlüyündə bir bitkinlik vardır. Bu dörd ünsürsüz, ümumən, kainat 
və planeti təsəvvür etmək mümkün deyildir. Novruz sistemi, 
əslində, elə bu dörd ünsür üzərində qurulubdur. Bu dördlük (od, su, 
torpaq və külək) dualist və dialektik inkişafın elementləridir.  


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə