Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə43/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

142 
dünyabaxışı, əxlaqı, mənəviyyatı, məişəti və digər dəyərləri hələ də 
bu sistemdə qorunub saxlanılıb. İlaxır çərşənbə və Novruzda qapı-
lar, darvazalar açıq olar, heç kəs ev-eşiyinin qapılarını bağlamazdı. 
Həmin günlərdə hamı öz ev-eşiyində, od-ocağında olmalıdır.  İlin 
əziz günlərində adamlar yalnız xoş sözlər danışardılar. Həmin 
günlərdə qız-gəlinlər qulaq falına çıxardılar. Bu ayinə «qapıpusma» 
da deyirlər.  
Son çərşənbə  və Novruz mərasimlərinin  şad-xürrəm, təntənəli 
qeyd olunmasında cavanların və uşaqların fəal iştirakı ilə keçirilən 
oyun, tamaşa və mərasimlərin ayrıca yeri vardır. İlaxır çərşənbə və 
Novruz günlərində el-obanın cavanları  və  uşaqları gecələr dəstə 
halında evlərə baş vurarlar. Dəstə-dəstə olub evlərə torba atır,  şal 
sallayırlar. Bu mərasim müxtəlif dönəmlərdə  bəzəkli yun corabla, 
torba və şal ilə yerinə yetirilib. Ev sahibi atılan torbaya, corab və ya 
şala bayram payı qoyardı. Bu mərasim həm də özəl bir incə 
məqamı gerçəkləşdirmək niyyəti ilə də həyata keçirilibdir.  
İstədiyi qızın evinə torba, ya şal atan cavan, arzu və niyyətini 
bildirmək üçün torba və ya şalın ucunu düyünləyirdi. Qızın 
valideynləri oğlanı ürəkdən bəyənərsə, bu işin gələcəyinə ümid 
edərlərsə, düyünü açıb qızın biləyinə bağlayarlar. Əgər razı olma-
salar, bayram payı ilə şalı verərdilər.  
Azərbaycanın bir çox regionlarında son çərşənbəyə, bəzi böl-
gələrdə isə Novruzdan əvvəlki günə «baca-baca» deyilir.  
Türkiyənin  İğdır bölgəsində  həmin gün «uşaq bayramı günü» 
kimi daha çox tanınır (69, 53).  
Qənaətimizə görə, son çərşənbənin müəyyən bir mərhələsinə 
«baca-baca» deyilir. Birinci «baca-baca» sözünə diqqət yetirək. 
Baca sırf türk mənşəli bir sözdür. Yaxın keçmişə kimi dam evlə-
rində baca olurdu ki, qalanmış ocağın tüstüsü oradan çölə çıxardı. 
İlaxır çərşənbə  və Novruz günlərində  şənlik keçirən cavanlar və 
uşaqlar kəndi baca-baca gəzər, torba, şal və ya bəzəkli, təzə toxun-
muş yun corablarını həmin bacadan sallayardılar.  


143 
Uşaqlar günün qulağı batandan ev-ev gəzməyə başlayardılar. 
Dəstə-dəstə evləri gəzib bayram payı toplamış  uşaqlar evlərin 
birində bayram şənliyini keçirərdilər.  
Uşaqların evbəev gəzmə  mərasiminə el arasında «baca-baca» 
deyilib. Bu mərasimə böyüklər çox vaxt uşaq bayramı kimi müna-
sibət bəsləyiblər.  
O da doğrudur ki, son çərşənbə və Novruz günlərində uşaqlar 
daha fəal olurlar. Onlar böyüklərdən daha çox deyib-gülür
şadlanır, bayram keçirirlər.  
İlaxır çərşənbə və Novruz günlərini cavanlar və uşaqlar böyük 
həvəs və maraqla keçirirdilər. Atçapma, güləşmə, miloynatma, 
oxatma yarışları, zorxana tamaşaları, çövkən, qəpəq oyunlarını 
əhali maraqla qarşılayırdı.  İlaxır çərşənbə  və Novruz günlərinin 
kütləviliyini də meydan tamaşaları və xalq oyunları təşkil edirdi.  
Azərbaycan mərasim şənlikləri, zorxana və uşaq oyunları sayca 
müxtəlif, məzmunca zəngindir. Mərasim  şənliklərinin sayı-hesabı 
bəlli deyildir. Mərasim şənlikləri birbaşa kainat və planet ünsürləri 
– od, su, hava, torpaq və başqa təbiət hadisələri ilə bağlıdır.  
Təkcə zorxana oyunlarının doqquz növü vardır.  
Musiqi ilə müşayiət olunan zorxana oyunları tamaşaçıda  şən 
əhval, şux ovqat yaradıbdır. Qurşaqtutma komik, məzəli səhnələrlə 
diqqəti cəlb etmişdir.  
Uşaq oyunları özündə milli adət-ənənələri, mənəvi-əxlaqi də-
yərləri birləşdirir. Bu oyunlarda idman hərəkətləri cəldlik, çeviklik, 
mübarizlik və hünər aşılamışsa, söz, deyim, ritm, musiqi və oxuma 
mənəvi aləmin zənginliyinə xidmət etmişdir.  
Cıdır, zorxana, kəməndatma, qılıncoynatma, kəndirbaz, qoç, 
buğa və  dəvədöyüşdürmə kimi meydan tamaşaları bayram gün-
lərinin ən maraqlı törənlərindən olmuşdur.  
Cıdır tamaşalarının  əsas iştirakçıları igidlər olurdu. Yaxşı at 
çapmaq hünər hesab edilirdi. Atçapma yarışlarında bütün el-oba 
yığışardı. Qalib gələnlərə el-oba arasında böyük ehtiram bəslənərdi. 
Novruz günlərində keçirilən cıdır tamaşalarında atları  cıdıra 


144 
hazırlayan cavanlar, atları minib sürəcək cavanların yaxınları, hətta 
cıdırda atlanacaq cavanların nişanlıları belə müxtəlif nəğmələr 
oxuyardılar. Oxunan nəğmələrdə  cıdırçı alqışlanar, ona uğurlar 
dilənərdi: 
 Çaparaq 
atım,  
  Çap, çap.  
  Cıdır atım,  
  Çap, çap.  
 Ötən gəlib 
 Yetişdi.  
  Tap, tap.  
 Çapar 
atım,  
  Çap, çap,  
  Çap, çap.  
 
Novruzda keçiriləcək cıdır tamaşalarına hazırlıq kiçik çillədən 
başlanardı. El arasında belə bir inam var idi ki, kiçik çillənin ilk 
günü sübh tezdən suvarılan at cıdırda dala qalmaz, qalib gələrmiş 
(20, 61).  
Novruz mərasim tamaşalarının  ən geniş tamaşaçı marağı 
qazananlarından biri zorxana oyunlarıdır. Son çərşənbə və Novruz 
günlərində açıq havada göy otun üstündə keçirilirdi. Camaat 
meydanı dövrəyə alar, dairə  çəkilərdi. Güləşçilərin ayağı  cızıqdan 
çıxmamalı idi. Əgər güləşçinin ayağı  cızıqdan çıxsaydı, oyun 
yenidən başlamalı idi. Zorxanada müxtəlif oyunlar nümayiş 
etdirilirdi. Bu oyunların  ən geniş yayılanlarından biri milatma 
tamaşası idi. Oyunçular əlinə bir mil alıb başının üstünə qaldırardı. 
Dumbul və ya nağara çalınardı. Dumbul və nağaranın ahənginə 
uyğun mil oynadan milləri hərləyərdi. Oyunçular mili tək  əli ilə 
yuxarı atıb, yenidən tutardı. Məşhur mil oynadanlar mili qıçının 
altından atıb havada tutardı. Axır çərşənbə  və Novruz günlərində 
zorxanalar səməni, bayram xonçaları, qırmızı xonçalar və b. 
şeylərlə bəzədilərdi (20, 62).  


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə