Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə39/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

129 
sarımsaq, sumaq, sirkə  və s. olardı ki, bunların hər birinin tərkibi 
yüksək kalori ilə zəngindir.  
Bəzi tədqiqatçılar islama qədərki tarixdə bu məhsulların «s» 
hərfi yox, «ş» hərfi ilə başladığını yazırlar. «ş» səsi ilə başlayan 
sözlərin «s» ilə əvəz olunmasının səbəbini araşdırıcılar süfrədə «ş» 
səsi ilə başlayan  şərabın olmasında görürlər. Məlumdur ki, islam 
dininə görə,  şərab haramdır. Bu mülahizə  də inandırıcı görünür. 
Belə ki, süfrədə  şam,  şərbət,  şirni, hətta  şərabın olması da 
ağlabatandır. Bu məhsulların da hər biri özlüyün də qüvvətləndirici, 
hərarətgətirici gücə malikdir. İnandırıcıdır ki, şərabı süfrədən 
uzaqlaşdırmaq üçün bütünlüklə süfrəyə «s» hərfi ilə başlanan 
məhsullar qoymaq məsləhət bilinibdir. Bu mülahizənin tərəfdarları 
Novruz süfrəsində lap qədimlərdən şərbət, şirni və şamın olduğunu 
israrla qeyd edirlər. «ş-s» səslərinin yerdəyişməsinin əleydarlarının 
fikrincə, bu fonetik dəyişikliklə bağlıdır. Onların mülahizəsinə 
görə, güney azərbaycanlılarının zaman-zaman şimala miqrasiyası 
nəticəsində  ş-s  əvəzlənməsi baş vermişdir. Bu fikrin tərəfdarları 
qeyd edirlər ki, şimalda yaşayan azərbaycanlıların «ş» kimi tələffüz 
etdiyi sözləri güneylilər «s» ilə  tələffüz edirlər. Onların mülahi-
zələrinə görə, bu fonetik dəyişiklik adıçəkilən ərazilərdə islam dini 
yayılmamışdan çox-çox əvvəl baş vermişdir (31, 112-113). 
Əslində, bu mülahizə heç cür inandırıcı görünmür. Bircə anlıq bu 
fonetik dəyişikliyə diqqət yetirsək, mülahizənin inandırıcı olmadığı 
ortaya çıxacaqdır. Onda şirni-sirni,  şam-sam,  şərbət-sərbət olmalı 
idi. Bu məsələ ilə bağlı  gəldiyim qənaət belədir. Fars və tacik 
xalqları Novruz süfrəsinə qoyduqları ərzaq məhsulları «ş» səsi ilə 
başlayır. Məsələn, şir (süd), şərbət.  
Novruzun inkişaf tarixini ilk yazıya alanlardan olan Ə.Biruni 
də yeddi ləvin məsələsinə diqqət yetirmişdir. O, qablara yeddi 
neməti necə düzməyi təsvir etmişdir.  Ə.Biruninin yazdığına görə, 
bu yeddi nemət yeddi rəngin rəmzi olmalıymış (67). 
 Yeddi  ləvinlə bağlı görkəmli  şərqşünas alim Aidə  İmanqu-
liyeva da maraqlı  tədqiqatlar müəllifidir. O, bu barədə yazır: «Bu 


130 
adətin (yeddi cür yemək nəzərdə tutulur) kökləri islamdan əvvəlki 
dövrlərə gedib çıxır və yeddi mələyin adı ilə bağlıdır» (67). 
Yeddi ləvin məsələsi ilə bağlı Azərbaycanda mövcud olan bir 
özəlliyi də qeyd etmək yerinə düşərdi. Son çərşənbə axşamına 
Azərbaycanda «Yeddi ləvin gecəsi» (Əhliman Axundov) də 
deyilib. Türkiyənin İğdır vilayətin də 20 mart gecəsini yeddi ləvin 
gecəsi kimi tanıyıblar (69, 48).  
Bu məqamda bir məsələni də qeyd etmək yerinə düşərdi. 
Novruz sistemində 7 rəqəminə özəl bir münasibət vardır. Novruz 
süfrəsində «s» hərfi ilə başlayan 7 növ ərzaq məhsulunun qoyul-
ması, 7 şamın yandırılması, tonqalın üstündən 7 dəfə tullanmaq, 7 
taxıl növünün (arpa, buğda, darı, qarğıdalı, noxud, mərci, lobya) 
göyərdilməsi, süfrəyə 7 dəstə üzərliyin qoyulması, orta əsrlərdə 
Novruz bayramının 7 gün qeyd olunması 7 rəqəminin bu sistem-
dəki xüsusi yeri olduğunun  əyani təsdiqidir. Belə bir inam da 
mövcuddur ki, Novruz axşamı evdə olmayan 7 il sərgərdan düşər, 
doğma ocağında ola bilməz.  
Praktik baxımdan deyək ki, «s» hərfi ilə başlanan  ərzaq və 
insanın qida məhsullarını təşkil edən dənli bitkilər əsas qida məh-
sulu olmaqla bərabər, sağlamlıq və enerji mənbəyidir.  
Mifik düşüncəyə görə, dünya 7 günə yaranıb. Artıq orta əsrlər 
təqvimində həftənin günləri də 7 müəyyən edilmişdir.  
Novruz süfrəsində  şəkərbura, paxlava, qovurğa, ləpə, püstə, 
badam, meyvə quruları, kişmiş və s. olur.  
Aş  təkcə azərbaycanlıların yox, bütövlükdə türk dünyasının 
xörəklərinin şahı olduğundan Novruz süfrəsinin də lideri sayılırdı. 
Xalqımız bu gözəl  ənənəni indi də davam etdirir. Novruz süfrə-
sində aş ən nüfuzlu yemək sayılır. Aşın da Azərbaycanda müxtəlif 
növləri var. Hər region və hər bir ailə ənənə, zövq və özəl maraq-
larına uyğun olan aş bişirər. Süfrənin mərkəzi hissəsinə  səməni 
qoyular,  şam yandırılar. Ailə üzvlərinin hamısı süfrə  ətrafında 
oturardı.  


131 
Azərbaycanda Novruzun digər ayin və mərasimlərində olduğu 
kimi, bayram süfrəsində  də  hər bir regionun spesifik xüsusiy-
yətlərindən irəli gələn müxtəliflik, orijinallıq hökm sürür. Hər bir 
zonanın özünəməxsus çoxçeşidli xörəkləri, növbənöv  şirniyyatları 
vardır. Xəzər sahilində yerləşən Lənkəranda bayram süfrəsinə 
ziyad balığının ləvəngisi, Ordubadda meyvə qurularının qoyulması 
dediklərimizə nümunədir.  
Novruzda keçirilən dəbdəbəli mərasimlərindən biri «Xan 
bəzəmə»dir.  Əvvəlcə bu mərasimin keçirilmə proseduruna diqqət 
yetirək. El-oba camaatı geniş bir meydana yığışır. Camaat zahirən 
gözəgəlimli, mənən müdrik olan bir şəxsi «Xan» seçir. Həmin şəxsi 
xan libasında geyindirirlər. Başına  şahlıq tacı qoyurlar. Meydanın 
baş  tərəfində  şahalayiq bir taxt qururdular. Şahın sağ-solunda 
əsabələri, vəzir, vəkili, nökər-qulluqçuları olurdu.  
Xanın sağ-solu səməni və xonçalarla bəzədilir. Xan taxt-
tacında ciddi və rəsmi bir görkəm alaraq işə başlayır. Onun verdiyi 
«əmrlər» müzakirəsiz yerinə yetirilir. «Xan»ın  əmri  əsasında el-
obanın məişət problemləri həll olunur, küsülülər barışdırılır, 
imkansız, köməksiz ailələrə bayram payları aparılır. Xan üç gün 
ərzində el-obanın «hakimi-mütləqi» sayılır. Həmin günlərdə bütün 
işlərin icrasına xan rəhbərlik edir. Xan kəndin yollarını, su arx-
larını, dəyirmanlarını  təmir elətdirir, uzun müddət  əhalinin nara-
hatlığına səbəb olan problemlərini aradan qaldırır. Sonuncu gün 
xan gördüyü işlər barədə camaata hesabat verir. Meydanda camaat 
hamılıqla şənlənir. Hər kəs nəyi bacarırsa, onu da edir, kimi çalıb 
oynayır, kimi güc nümayiş elətdirir, güləşir. Meydana yığışmış 
camaatı xanın təlxəyi də şənləndirir. Təlxək min bir hoqqadan çıxır 
ki, xanı güldürə bilsin. Gülmək isə xana yaraşan hal deyildir. 
«Xan» gülsə idi, onu suya basar, məsxərəyə qoyar və taxt-tacından 
uzaqlaşdırardılar. «Xan»ın  əmrinə  əsasən meydana bir qab qoyu-
lardı. Xanın göstərişi ilə camaat ora «xələt» atardı. Bəzi yerlərdə 
«Xan» üc gün taxt-tacını qoruyub saxlaya bilərdisə, bu «xələt «ona 
çatardı. Bəzi bölgələrdə isə  yığılan «xələt», pay-pülüş el-obanın 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə