Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə36/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

117 
 
Yığar bayram xonçasın, 
 
Hər yerdə düyün eylər.  
 Novruz-novruz 
bahara, 
 
 Güllər-güllər nübara,  
 Bağçanızda gül olsun,  
 Bal 
olmasın, yağ olsun.  
 Evdəkilər sağ olsun.  
           Qurbanın olum yaşıl çuxalı,  
 
Dərbəndlisən, yoxsa buralı? 
 Bağçanızda gül olsun,  
 
Gül olsun, bülbül olsun,  
 Bal 
olmasın, yağ olsun,  
 Evdəkilər sağ olsun.  
 Xanım ayağa dursana.  
 
Kosaya pay versənə.  
 
Kollektiv ritmik oxunan mahnı qurtaran kimi Kosa «Kosa 
öldü» deyə yerə  yıxılır. Yerdə uzanmış Kosaya suallar verilir və 
Kosa da sualları cavablandırır: 
 
- Kosa, haradan gəlirsən? 
 - 
Dərbənddən.  
 - 
Nə gətirirsən? 
 
- Alma.  
 - 
Almanı neylədin? 
 - 
Satdım.  
 
- Pulunu neylədin? 
 
- Öküz aldım.  
 
- Öküzü neylədin? 
 
- Vurdum öldü.  
Kosanın sonuncu cavabından sonra onu müşayiət edən yol-
daşları bir ağızdan oxuyurlar: 
 
Başın sağ olsun, Kosa,  
Canın sağ olsun, Kosa.  


118 
Ərşin uzun, bez qısa,  
Kəfənsiz ölməz Kosa.  
 
Oyun-tamaşanın bu yerində Kosa sual-cavab edilir və «Məlik 
Salmanı» və başqa rədifli mahnılar oxunur. Oxunan mahnılarda 
Kosaya ev sahiblərindən pay istənilir. Əgər ev yiyəsi Kosa və onun 
ətrafı ilə «söz güləşdirsə» və ya ev sahibəsi pay verməkdə tənbəllik 
etsə, bir ağızdan oxuyurlar: 
A Kosa, gəlmisən,  
Gəlmisən meydana sən.  
Almayınca payını,  
Çəkilmə bir yana sən.  
Beş yumurta payındı,  
Olmaya almayasan…  
 
Bu mahnı davam edir. Mahnı oxunan müddətdə Kosaya pay 
verilir. Kosa və onu müşayiət edən dəstə bütün evləri gəzib pay 
yığdıqdan sonra əvvəlcədən hazırlıq gördükləri evə və ya meydana 
yığışır və böyük şənlik keçirirlər. Burada iki nəfər Kosa qiya-
fəsində  bəzədilir. Onların qarınlarına yastıq qoyulur, əllərinə 
çomaq verilir. Keçi cildinə salınmış bir nəfəri meydana çıxarırlar. 
Keçini meydana bir nəfər gətirir. Kosalardan biri keçini gətirən 
adamı görən kimi tələsik soruşur: 
- Qardaş, bu keçini satırsanmı? 
- Bəli, satıram.  
- Neçəyə verirsən? 
- Yayda lopuğa, qışda topuğa.  
- Yaxşı, razıyıq, yayda gəlib lopuğunu alarsan, qışda da 
topuğunu.  
Kişi keçini kosalara verib gedir. Bundan sonra kosaların keçi 
üstündə mübahisəsi başlayır.  
Kosalardan biri deyir: 
- Keçi mənimdir.  


119 
O biri deyir: 
- Yox, mənimdir.  
Keçi üstündə dava düşür. Kosalar bir-birini ağacla vurmağa 
başlayırlar. Kosalar bir-birini vurub yerə  yıxır. Onlar bir-biri ilə 
vuruşduğu vaxt keçi meydandan qaçır. Keçinin hara getdiyini ko-
salar görmürlər. Keçinin itdiyini görən kosalar camaatdan keçinin 
hara getdiyini soruşurlar. Camaat keçini görmədiyini bildirir. Əli 
boşa çıxmış kosalar üz-gözlərini  əcaib və gülməli bir vəziyyətə 
salıb ağlaşırlar.  
İndiyə qədər toplanmış folklor nümunələrini özündə cəmləyən 
kitablarda «Kosa-kosa» oyun-tamaşasının məzmunu bəzi dəyişik-
likləri nəzərə almasaq, ümumən belədir.  
Məzmununu yazdığımız «Kos-kosa» mərasim tamaşasında iki 
oyun-tamaşanın birləşdirildiyi acıq-aydın görünür. «Kosa-kosa» 
meydan-oyun tamaşasıdır. Yuxarıda fabulası yazılan tamaşada 
açıq-aydın görünür ki, iki süjet vardır. Məzmun və forma yaxın-
lığından birləşdirilən hər iki oyun-tamaşada motiv eynidir. «Kos-
kosa» mərasim oyununda Kosanın qışın təmsilçisi olduğunu 
birmənalı  şəkildə araşdırıcıların hamısı  qəbul ediblər. Kosa ironik 
bir qiyafəyə salınıb. Onun bu imici-komik forması gülüş obyektinə 
çevrilir. Qışın obrazını daşıyan Kosanı ətrafındakılar aşağılayırlar: 
 
Ay uyruğu-uyruğu,  
Saqqalı it quyruğu.  
 
Onun saqqalı  qışın sırsırası  və buzunun rəmzidir. Kosanı 
müşayiət edənlər onu yazın gəlməsinə sevinməyə məcbur edirlər.  
 
Yığar bayram xonçasın,  
Hər yerdə düyün eylər.  
 
İnsanlar Kosanı (qış) yaşıl əbada görmək istəyirlər. Bu istəkdən 
oxuyurlar: 
 


120 
Qurbanın olum, yaşıl çuxalı.  
Dərbəndlisən, yoxsa buralı? 
 
Mərasim tamaşasının bu hissəsində Kosa qəflətən «öldüyünü» 
bildirir. Qış da uzun müddət ömür edir, qəflətən «canını tapşırır». 
«Kosa-kosa» mərasim tamaşasının digər bir versiyası bir qədər 
fərqli formadadır. Həmin variantda göstərilir ki, Kosa uzaq səfərə 
hazırlaşır. Mərasimdəkilər başa düşürlər ki, qış gedir, yaz gəlir. Kosa 
(qış) öz xoşu ilə çıxıb getmək istəmir, inadkarlıq edir. Bu inadkarlığı 
görən keçi (yaz) axırda Kosanı (qışı) vurub öldürür (17, 28).  
Kosanın (qışın) ömrü artıq tamamlanıb, o getməlidir. Dualist 
düşüncəyə görə də, ölənin və ya məkanını tərk edib gedənin yerinə 
yenisi gəlməlidir. Ölən və mövqeyini tərk edib gedən Kosadır 
(qışdır). Onun yerinə gələn isə keçidir (Yazdir) Kosa qışın təmsil-
çisi olduğundan istehza hədəfinə çevrilir. Bu gün də nüfuzsuz, 
hörmətsiz adamlara el arasında və ümumən, ictimaiyyətdə Kosa 
deyilir. Qayıdaq Kosanın qışın obrazı olmasına. Dualist düşüncə 
sahibləri inkişafı ölüm-olum münasibətlərinin fasiləsiz bir-birini 
əvəz etməsində görüblər. Ölən qalanı, gedən gələni – qış yazı do-


121 
Kosa qışın simvolu, onun antropomorfizmi (yunan sözü olub, 
antropos  – insan, morfe – forma deməkdir), qışın  şəxsləndirilmiş 
obrazı, keçi isə yazın zoomorfizmidir (yunan dilində zoo – heyvan 
deməkdir). Kosa qışdır, cansızdır, artmır, törəmir, keçi isə canlıdır, 
artır, törəyir. 
«Kosa-kosa» mərasiminin əski çağlarla səsləşdiyi heç bir şübhə 
doğurmur. Tədqiqatçı E.Aslanov Kosa obrazının qam-şaman təfək-
kürü ilə bağlı olduğunu yazır: «Qədim  şaman-qam sənəti və  əski 
çağların inamları ilə bağlı olub, qocalmış günəş tanrısının yer 
üzündəki  əvəzini təmsil edən bu surət (kosa) sonralar, mərasim 
tamaşalarında köhnə il və qış fəslinin şikəst və çirkin bir obrazında 
təcəssüm olunurdu» (52, 110).  
Keçinin yazın rəmzi olması bir çox dünya xalqlarının mifik 
mənbələrində vardır. Hind, yunan, yəhudi və digər xalqlarda keçi ilə 
bağlı  mərasimlər mövcuddur. Qədim  şumer abidələrində  də tuncdan 
hazırlanmış iki keçi başı onun müqəddəsliyindən xəbər verir. Keçilərin 
buynuzu budaqcıqlardan, kirpiyi gümüşdən, bəbəyi isə balıqqulağın-
dandır. Keçinin qulağının ağac budağından olması  həyat rəmzi olan 
yaşıllığa işarədir. Buynuzların ağaca bənzədilməsi ümumi «Dünya 
ağacıyla» səsləşir (17, 35). Dünya xalqlarının mifik düşüncəsində keçi 
obrazını təbiət kultu birləşdirir. Obrazın mahiyyət və ifadə formasında 
fərqlər vardır. Yunan mifində keçi təbiətin ölməsini və sonradan 
dirilməsini ifadə edir. Türk düşüncəsində isə  fərqlidir. Ölən (Kosa), 
dirilən isə keçidir (yazdır). Türk anlamında keçi işığın, günəşin 
atributudur.  Əgər belə olmasaydı, «Kosa-kosa» mərasim tamaşasında 
insanlar keçinin qələbəsinə  şərik olmazdılar, sevinməzdilər. Mərasim 
tamaşada insanların keçiyə hüsn-rəğbəti, simpatiyası açıq-aydın 
duyulur.  İnsanlar keçinin (yazın) qələbəsini sidqi ürəkdən istəyirlər. 
Keçinin müqəddəs atribut səviyyəsinə qaldırılmasında keçinin özünün 
bioloji keyfiyyətlərinin mühüm əhəmiyyəti olmuşdur. Keçi bir heyvan 
kimi olduqca faydalıdır. O, bol süd verən, əti dərman sayılan, qəzilindən 
istifadə olunan, az xərc və  zəhmət tələb edən bir heyvandır. Elə bu 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə