Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə38/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

125 
şuna görə xlorofilin insan orqanizminə çox oxşadığını qeyd edirlər. 
İnsan orqanizmi xlorofildən hemoqlobin emal etmək xüsusiyyətinə 
malikdir. Hemoqlobin də orqanları, hüceyrələri və toxumaları 
oksigenlə təmin etmək üçün son dərəcə vacibdir. Səməninin bütün 
xəstəliklərə  dərman sayılması heç də  təsadüfi olmayıb. Tibbi 
baxımdan səməninin bir üstünlüyünü də qeyd etmək yerinə düşərdi. 
Səməninin tərkibində olan şəkər bu gün elmdə maltoza adlanır. 
Maltoza yalnız səməninin tərkibində olur. Ona səməni  şəkəri də 
deyilir.  
Səməninin bu özəlliklərini həssaslıqla duyan ulularımız 
deyirdi: 
 
Başım, dişim ağrımasın,  
Ağrılarım yarımasın,  
Düşmənlərim qarımasın,  
Cancığazım üzülməsin,  
Gözlərimə süzülməsin.  
Səməni, ay səməni, 
Göyərdərəm mən səni. 
Səməni, can səməni,  
Gözlərimə işıq ver,  
İşıq ver, yaraşıq ver,  
Dizimə taqət gəlsin,  
Qoluma qüvvət gəlsin (41, 39).  
 
Qışın soyuq-sazağından, təbii qidasızlığından üzülmüş insan 
gözünə  işıq, dizinə taqət, qoluna qüvvət gəlsin deyə  səməni be-
cərib, onun şirəsindən və halvasından faydalanıbdır.  
Səməni qışın məşəqqətindən canından bezmiş insanların canına 
can, damağına dad gətirib. Səməni  şirəsindən və halvasından hər 
kəs dadmalı, yeməli idi. Qışın çətinliklərindən canı üzülmüş 
insanların səməni məhsulundan daddıqdan sonra bədənlərinə həra-
rət, gözlərinə işıq, canlarına can, bədənlərinə təzə qan gəlir.  


126 
Göründüyü kimi, səməni, sadəcə, yaşıllıq rəmzi olmayıb. Bəzi 
tədqiqatçılar səmənini  əkinçiliyin simvolu kimi dəyərləndiriblər. 
Səməni nəsil artırma və  məhsuldarlıq simvolu da sayılıb. Uzun 
illərin müşahidə və təcrübəsinə yiyələnmiş xalqda belə bir inam var 
idi ki, uşağı olmayan qadınların səməninin köməkliyi ilə çilləsi 
kəsilərdi. Bu ayin zamanı qadının başına göyərdilmiş  səməni qo-
yulur, bir qadın qaba su tökür, digər qadın isə qabdan yerə tökülən 
suyu qayçılayır və təkrarən deyirdi: «Ay bunu göyərdən, bu gəlini 
də göyərt». Biz səməninin yazın və  əkinçiliyin rəmzi olduğunu 
inkar etmək fikrində deyilik. Ancaq bu fikirlə səməninin həyat və 
can  şirəsi, sağlamlıq məhsulu olmasını kölgələndirmək də 
istəməzdik.  
Xalq səmənini «Səm» və «Səm-səmim» kimi də əzizləmişdir: 
 
Açdı çiçək,  
Gəldi yaz.  
Eylədi 
Dağlar avaz.  
Qar üzəri 
Səm oldu.  
Hər tərəf 
Səm-səm oldu.  
Dağda çiçək,  
Səm-səmim.  
Bağda çiçək,  
Səm-səmim.  
Bəyaz gülüm,  
Naz gülüm,  
Dərdə dərman 
Yaz gülüm.  
və ya 
Dağlarda çiçək,  
A səm-səmim.  


127 
Özəyi kövrək,  
A səm-səmim,  
Ləçəyi göyçək,  
A səm-səmim,  
Dərdlər dərmanı,  
Ellər loğmanı,  
Bəyaz çiçəyim.  
İlk yaz çiçəyim (22, 45).  
 
Burada  əzizlənən «Səm-səmim» səmənidir. Bu məntiq sovet 
dönəmində nəşr olunmuş Azərbaycan ensiklopediyasında da (ASE) 
təsdiqlənib: «Qədim azərbaycanlılar səm çiçəyini yazın başlanması, 
təbiətin dirçəlməsi rəmzi saymış, onun ömür uzatmaq qabiliyyətinə 
malik olmasına etiqad etmişlər» (3, 378). Çox güman ki, səmənini 
əzizləyən, oxşayan xalq ona belə müraciət etmişdir. «Avesta»dakı 
Hauma (hum) içkisi «Səm-səmin» – səməninin ekvivalentidir. 
«Avesta»da göstərilir ki, Zari qauna (qızıl rəngdə) olan bitki dağda 
bitir. Onun şirəsi məstedicidir. Onda sağlamlığı qoruyan, ömrü 
uzadan, ölümü yaxın qoymayan xüsusiyyətlər mövcuddur. IX 
Yasnada, Vivaxvant, Atvya, Trita və Paruşaspın ilk dəfə Hauma 
bitkisinin şirəsini çıxarmasından danışılır. Bunun əvəzində onların 
hər birinə bir oğul mükafat verilir.  
Zərdüşt elə Haumanın  şirəsini çıxaran Paruşaspın oğludur. 
«Avesta»da həyat ağacının (dirilik ağacının) çiçəklərinin adı 
«Xaom-hum» idi.  
«Avesta»da «Humyəşt» adlı ayrıca fəsil vardı. Onu da vurğu-
layaq ki, hum barədə digər fəsillərdə də geniş söhbət açılır. Bir çox 
yerdə  Zərdüştə sitayişdən sonra huma sitayiş olunur. «Ramyəşt» 
fəslinin beşinci bölməsində bu sitayiş açıq – aydın görünür. «Salam 
olsun müqəddəs Zərdüştə», «Salam olsun Huma», çünki bütün 
şərabları qəzəb silahı müşayiət etdiyi halda, müqəddəs hum səadət 
və xoşbəxtlik gətirir». Elə həmin hissədə bir daha deyilir: «Sitayiş 
edirəm, Zərdüştü şad etmək üçün hum və pərahumu nəzir verirəm» 


128 
(31, 45). Bu çiçəklər yazda açırlar. Xaom çiçəyinin «Avesta»dan 
çox qabaq, həm də «som», «səm» olması barədə fikirlər 
mövcuddur.  
M.Təhmasib də xaom çiçəyinin «Avesta»dan əvvəlki adının 
som, «səm» olduğunu qeyd edir (50). Bir çox mənbələrdə «səm» 
(səməni) «yasim» və «yasəm» kimi yazılıb.  
Səməninin yaranma dövrü və  məkanı barədə  dəqiq və  şəffaf 
məlumatlar olmasa da, ancaq diqqətiçəkən bilgilər vardır.  
Qədim yunan tarixçisi Plutarx (e.ə. 42-126-cı illər) midiyalı-
ların taxılı müqəddəs hesab etmələrini, ondan ilin başlanğıcında 
«Omami» adlı yemək hazırladıqlarını qeyd edir (64,61). Araşdırı-
cıların bəziləri «səməni» sözünün e.ə. birinci minillikdə sanskrit 
dilində sumani – buğda mənasını verdiyini yazırlar. Bu fikirin doğ-
ruluğuna  şübhəmiz yoxdur. Ancaq şimali Hindistanda bu sözün 
işlənməsi həmin bölgəyə qədim Midiya və İran ərazilərindən miq-
rasiya etmiş atəşpərəstlərlə bağlı olduğu daha çox ağılabatandır.  
Səməni mərasimi barədə yekun olaraq deyə bilərik ki, onun 
keçirilməsində iki məram güdülübdür. Birincisi, səməni yazın 
gəlməsi, yaşıllığın dirçəlişi rəmzi olaraq göyərdilir. İkincisi, səməni 
sağlamlıq mənbəyi sayılıb. Qışın məşəqqətlərindən üzülmüş 
insanların canının-qanının dirçəlişi üçün səməni suyu və halvası 
əvəzsiz bir nemət kimi dəyərləndirilib.  
Novruz süfrəsinin keçirilən tədbirlər içərisində  əlahiddə yeri 
vardır. Novruz süfrəsi, sadəcə, yeyib-içmək naminə, süfrə açmaq 
xatirinə keçirilmirdi. Düzdür, bu süfrədə Azərbaycanın milli 
mətbəxinin nümunələri əks etdirilirdi. Novruz süfrəsi rəngarəngliyi 
və zənginliyi ilə zaman-zaman seçilib. Novruz süfrəsini təşkil edən 
milli xörək və şirniyyatlar insanlarda fiziki dirçəliş yaradıb. Bioloji 
cəhətdən bərpa olunmuş insanda bayram əhval-ruhiyyəsi də 
yaradır. Orta əsr mənbələrinin verdiyi məlumata görə, süfrəyə 7 
növ (löyün) xörək düzülərdi. Bu məhsulların hamısının «s» hərfi ilə 
başlandığı da qeyd olunur. Bu adı «s» hərfi ilə başlayan yeddi 
məhsul da adi məhsullar deyildir. Məsələn, süfrədə  səməni, 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə