Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

122 
faydasına görə  də keçi əski çağlardan bolluq, məhsuldarlıq, yazın və 
günəşin atributu sayılıb.  
Aydındır ki, məşəqqətli qışın çətinliklərini görən insan yazda 
bol məhsulun  əsasını qoyur. Bəzi xalqlarda keçi daha bir mifik 
anlamın təmsilçisi olmuşdur. Yada (çada) daşının mifik keyfiyyəti 
onun yağış yağdırmasıdır.  Əski türklərin inamına görə, yada 
daşının ən üstün gücə malik olanı qurdun qarnında olardı. Babilis-
tan – Assuriya xalqlarında isə belə bir düşüncə hakim idi ki, 
şəfaverici həmin daş keçinin qarnında olarmış. Məlumdur ki, türk-
lərdə qurd – günəşin rəmzi, yəhudi, yunan, Babilistan – Assuriya 
xalqlarında isə  ən çox keçi (keçi həm də türklərdə bu missiyanı 
daşıyır) günəşin və  məhsuldarlığın simvoludur. Türklərdə qurdun, 
digər xalqlarda isə keçinin qarnından  şəfaverici gücə malik daşın 
çıxması  hər iki adıçəkilən heyvanın zoomorfik onqon olmasından 
xəbər verir (17,45). «Kosa-kosa» oyunu əski çağların məhsulu olsa 
da, bütün zamanlarda Novruz şənliklərinin  ən böyük və maraqlı 
mərasimlərindən olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, digər 
ayin və  mərasimlərdən fərqli olaraq, «Kosa-kosa» oyun-tamaşası 
bu və digər formada keçirilmişdir. Azərbaycanın müxtəlif yaşayış 
məskənlərində «Kosa-kosa» mərasim tamaşası orijinal və 
rəngarəng bir formada keçirilir. «Kosa-kosa» oyununun bu geniş 
xalq sevgisini qazanmasının nəticəsidir ki, Azərbaycan  ərazisində 
onun 15 versiyası (A.Nəbiyev) qeydə alınmışdır.  
Novruz sisteminin atributlarından biri də  səmənidir. Səməni 
Novruz  ərəfəsində (böyük çillə) və Novruz təntənələrində hazır-
lanır. Novruz sistemində  təsadüfi heç nə yoxdur. Səməni həyat 
simvolu, yaşıllıq kultudur. Təhlil və münasibətdən əvvəl səməninin 
becərilməsi və hazırlanmasına diqqət yetirməyimiz gərəkli olardı. 
İlkin olaraq buğda işığa qoyular, sonra sini, məcməyi və digər qaba 
barmaq qalınlığında tökülər və üzərinə su səpilər. Dörd-beş gündən 
sonra cücərən səmənini ağ  rəngli rişəsini taxta üstündə döyüb 
suyunu çıxarar, ona bir az da su qatıb qaynadardılar. Səmənini 


123 
qədimdə böyük mis qazanlarda iki-üç gün qaynadırdılar. Səməni 
qaynadıqca rəngi qırmızı, mixəyi rəngə çalır. Hazır olan bu 
səmənidən halva da bişirirlər. Səməni halvası hazırlamaqdan ötrü 
teşt və saca birinci yağ tökülür, sonra istiot, sarıkök, mixək, hil, 
zəncəfil və başqa  ədvalar  əlavə olunur. Bundan sonra səməni 
şirəsində yoğrulmuş xəmir lavaşı əlavə edilərək tez-tez qarışdırılır. 
Xəmir ovulduqda ocaqdan götürülür, ona şirin  şey (bal şərbəti, 
qənd və  bəhməz) qarışdırılır. Soyuduqdan sonra ona qoz ləpəsi, 
fındıq və badam qatılır. Səməni bişirmə xüsusi törənlə müşayiət 
olunubdur. Səməni unu yeddi evdən alınardı. Qohum-qonşu xonça 
tutub səməni bişirilən evə  gələr, «Allah mübarək eləsin» və ya 
«Allah qəbul eləsin» deyərdilər.  
Qız-gəlinin gətirdiyi xonçaları evə qoymazdılar, elə  həyətdə 
saxlayardılar. Həyətin dörd bir tərəfi xonça ilə örtülərdi. Həmin 
gecəni yatmazdılar. Sübhə kimi gözləyərdilər ki, kimin xonçası 
qəbul olunacaqdır. Səməni  şirin çıxardısa, həmin xonça qəbul 
olunmuş sayılardı. Qız-gəlin çalıb-oxuyar, oynayardılar. Səməni 
haqqındakı ritmik nəğmələr səməni bişirmə  mərasimi ilə bağlı 
yaranmış mahnı  və  rəqsdir. Səməni bişirmə mövsümü ilə bağlı 
çoxversiyalı  nəğmələr mövcuddur. Bu nəğmələrdə  səməninin 
«möcuzələri» gizlədilibdir. Səməni ilə bağlı yanarmış  nəğmələrdə 
yalnız səməni vəsf olunmur.  
 
Səməni, ay səməni,  
Göyərdərəm mən səni.  
Səndən mən can istərəm,  
Damara qan istərəm.  
Qanım təmiz gərək,  
Dosta sanım gərək.  
Cansız sanım olmaz,  
Sənsiz qanım olmaz 
İllətimin loğmanı,  
Yamanlığın amanı,  


124 
Səməni, ay səməni,  
Göyərdərəm mən səni (41, 38). 
 
İlaxır çərşənbə və Novruz günlərində el-obanın bayram keçirən 
adamları kəndin hüzr düşmüş, bayram keçirə bilməyən adamlarının 
ocaqlarına gedər, onlara səməni xonçaları aparardılar. Xonçada 
göyərdilmiş səməni və bəzən də quru sünbül olardı.  
Səmənini hər il qışın oğlan çağında, yaz ərəfəsində hazırlan-
ması yalnız mövsüm mərasimi xatirinə olmayıb. Səməniyə səmimi 
və könül sevgisi ilə «səməni, saxla məni ildə göyərdərəm səni» 
deyilib. Ondan cansız cana can, qansız cana qan istənilib. İnsanlar 
təcrübədən keçirib biliblər ki, ən təmiz qanın yaradıcılarından biri 
səmənidir. Səməni çox doğru yerə, dərdlərin dərmanı sayılıbdır. 
Səməni bədənə enerji, cana qan gətirib. Əcdadlarımız müasir tibbin 
gəldiyi elmi nəticəni öz müşahidə və dəqiq təcrübələri əsasında e.ə. 
əldə etmişlər. Müasir tibb elmində son qənaət budur ki, buğda 
cücərtisinin tərkibində insan orqanizmi üçün vacib olan elementlər 
mövcuddur. Səməni orqanizmdə gedən maddələr mübadiləsini 
tənzimləyən «E» vitamini ilə  də  zəngindir. Səməni insan 
orqanizmində yaranan avitaminozu aradan qaldırmaq üçün asan və 
səmərəli vasitədir. Ulu babalarımızın milyon illər bundan əvvəl 
təbii  şəkildə faydalandıqları  səməni məhsullarından bu gün 
dünyanın inkişaf etmiş dövlətləri elmin son nailiyyətləri sayəsində 
modern üsullarla istifadə edir. Dünyanın iqtisadi-siyasi cəhətdən 
yüksək səviyyədə inkişaf etmiş  nəhəng dövləti sayılan ABŞ-da 
dəyməmiş buğdanın  şirəsi və cücərtisi müxtəlif xəstəliklərin 
müalicəsində müvəffəqiyyətlə tətbiq olunur.  
Uzun illər bu sahədə  tədqiqatlar aparmış alimlər belə bir 
qənaətə gəliblər ki, cücərdilmiş buğda, xüsusən də onun suyu daha 
çox sağlamlaşdırıcı təsirə malikdir. Yaşıl cücərtilərin tərkibi insan 
orqanizmi üçün vacib olan elementlərlə  zəngindir. Cücərdilmiş 
buğdanın tərkibindəki vacib maddələrdən biri xlorofildir ki, onu 
günəş enerjisi adlandırırlar. Tibb mütəxəssisləri molekulyar qurulu-


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə