Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə35/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

113 
olmaqla, həyatın, inkişafın rəmzidir.  Əski çağ  mənbələrində qodu 
(qodı) sözü nəsil, soy, güclü anlamında işlədilibdir. Xalqın inamına 
görə, günəş və onun təmsilçisi olan Qodu ikili xarakter və anlamla 
bağlıdır. Bu ikili anlam və dualizm elə günəşin özündədir (17, 24).  
Novruz  ərəfəsində  və Novruzun özündə keçirilən mərasimlər 
kəmiyyətcə saysız-hesabsız, keyfiyyətcə dolğun və mənalıdır. Nov-
ruz günlərində oxunan nəğmələr nisbətən sonrakı dövrlərin 
yadigarıdır. Bu lirik-emosional nəğmələr insanların yaz sevincinin, 
baharın gətirdiyi hərarət və şuxluğun ifadəsidir: 
   
 
                 Açdı çiçək,  
   
Gəldi yaz.  
  
Eylədi 
  
Dağlar avaz.  
  
Qar 
üzəri 
   
Səm oldu.  
   
Hər tərəf  
   
Səm-səm oldu.  
  
Dağda çiçək,  
   
Səm-səmim,  
   
Bəyaz gülüm,  
  
Naz 
gülüm, 
 
   
Dərdə dərman 
  
Yaz 
gülüm. 
 
və ya 
  
Dağlarda çiçək,  
  

səm-səmim,  
  
Özəyi kövrək,  
  

səm-səmim,  
   
Ləçəyi göyçək,  
  

səm-səmim.  
   
Dərdlər dərmanı,  


114 
  
Ellər loğmanı,  
   
Bəyaz çiçəyim,  
   
İlk yaz çiçəyim.  
 
Burada söhbət «dərdlər dərmanı, ellər loğmanı» ilk yaz çiçəyi 
olan «Səm-səmdən» gedir. Bu dağlar çiçəyi səm-səm evlərdə 
becərilən Səməninin təbii analoqudur. «Novruz nəğmələrində erkən 
təsəvvürlər, təbiət varlıqlarını insan cildində  təsəvvür etmək kimi 
animist baxışlar öz əksini tapmışdır» (19, 23).  
Novruz mərasimlərinin mayasını yaz sevinci, soyuqlu-şaxtalı 
qışdan qurtulmuş insanın fiziki və mənəvi hərarətdən yaranmış ruh 
yüksəkliyi, şən və firavan həyat eşqi təşkil edir. Novruz nəğmə və 
mərasimlərinin əsas motivini qışla yazın mübarizəsi, qışın məğlub, 
yazın qalib gəlməsi təşkil edir.  
«Qarı ilə martın deyişməsi» qışla yazın mübarizəsini çox şəffaf 
formada ifadə edir. Mart qışın xarakterik bir ayıdır. Qışın son ayı 
Boz ay adlandırılır. Üzücü qışın böyük bir hissəsini yola vermiş 
insanlar martın  şıltaqlıqlarına  əsəb gərginliyi ilə duruş  gətirirlər. 
Martın gətirdiyi ağırlıqları görən insanlar daxili bir inamla deyiblər: 
«Mart çıxdı, dərd çıxdı. Hamı yaza mərd çıxdı» və yaxud «Mart 
çıxdı, mart çıxdı, yaman qart çıxdı, qart çıxdı».  
Mart insanların gözündə keçilməz, aşırılmaz bir dağ kimi 
durubdur.  
Ancaq qış nə qədər məşəqqətli olsa da, ömrünü yaza bağışlayır. 
Çünki martın üçüncü on günlüyündə yaz girir, qış  təslim olur. 
«Qarı ilə Martın deyişməsi»nin motivini elə bu mübarizə  təşkil 
edir. Qarı ilə Martın dramatik mühakiməsi barədə el ağzında belə 
bir  əfsanə dolaşır. Qışın çıxmasından  şadyanalıq edən Qarı 
sevincindən çalıb-oynayır. Qışa sanki yandıq verib oxuyur: 
 
Mart gözünə barmağım,  
Çıxdı yaza oğlağım.  
 


115 
Qarının hərəkətindən acıqlanan qış üç gün apreldən borc alıb 
yenidən dəhşətli soyuq və  şaxta eləyib Qarının oğlaqlarını  qırır. 
Ancaq Qarı qışın (Martın) qarşısında məğlub olmur. Əksinə, Qarı 
yazın gəlişinə sevinir, oğlaqlarının artacağına inanır: 
 
Ay oğlağım, oğlağım,  
Çıxdı yaza oğlağım.  
Payız üstü beş oldu,  
Yaz gəldi on beş oldu 
Qılları şeş-şeş oldu.  
Mart gözünə barmağım,  
Çıxdı yaza oğlağım.  
 
«Qarı ilə Martın deyişməsi» dramatik mükalimə  şəklindədir. 
Qarı mənəvi-psixoloji durumca Martdan (qışdan) çox güclüdür. Qış 
ömrünün son günlərini yaşadığı üçün təslim olmaq istəmir. Nəyin 
bahasına olursa-olsun ömrünü uzatmaq istəyir. Son gücünü 
toplayıb özünü göstərir – qarının oğlaqlarını qırır. Ancaq Qarı qışın 
bu dəhşətli hərəkətindən özünü itirmir. Əksinə, bir az da 
mübarizləşir. Emosional və  şən-şux hərəkətləri ilə  qışı daha çox 
əsəbiləşdirir. Qış, Qarının mənəvi-psixoloji hərəkətləri qarşısında 
duruş gətirə bilməyib məğlub olur.  
Qışla yazın  əbədi mübarizəsini, yazın qələbəsini özündə 
cəmləyən ən qədim mərasim «Kosa-kosa» oyun-tamaşasıdır. 
Tədqiqatçıların çoxu, nədənsə, «Kosa-kosa»ya adi bir uşaq 
oyunu kimi baxmışlar.  İlk dəfə olaraq görkəmli tədqiqatçı 
M.H.Təhmasib onu yazın gəlişinə  həsr olunmuş törən kimi araş-
dırmağı lazım bilmişdir. Bəzi tədqiqatçılar isə «Kosa-kosa»dan 
yalnız xalq teatrının nümunəsi kimi danışmışlar. «Kosa-kosa»da 
xalq teatrının strukturu, dramatikliyi və digər xüsusiyyətləri 
cəmləşibdir. Ancaq «Kosa-kosa» törəninə adi bir uşaq oyunu kimi 
baxmaq primitiv yanaşmaqdan xəbər verir. «Kosa-kosa» mifik 
dünyagörüşün məhsuludur. O, yazla bağlı əski cağların düşüncəsini 


116 
əyaniləşdirir. «Kosa-kosa» yazla qışın münasibətlərini özündə 
cəmləyən həyati gerçəkliyin mifik obrazlarla ifadəsidir. Bu törənin 
tarixi əski insanın təbiətdəki əksilikləri və zaman məfhumunu dərk 
etdiyi çağlardan başlanır. «Kosa-kosa» oyun-tamaşasının məzmu-
nu, nisbətən mürəkkəb strukturu və dramatikliyi onun insanın artıq 
təbiəti mükəmməl başa düşdüyü dövrlərdə yarandığını göstərir. 
Törən-təbiəti həssaslıqla dərk etmiş təfəkkürün gerçəkliyidir.  
«Kosa-kosa» Novruzun ən geniş yayılmış bir mərasimidir. 
Digər nəğmə, ayin və  mərasimlərdə  məhəlləçilik və regionçuluq 
xarakteri olsa da, «Kosa-kosa» oyun-tamaşasını  nəinki  şimal 
yarımkürəsində məskunlaşmış xalqlar, ümumən, ilin bu və ya digər 
vaxtda təzələndiyini qeyd edən bütün dünya xalqları müxtəlif 
forma və  məzmunda təntənəli keçirirlər. Azərbaycanda digər 
Novruz mərasimlərindən fərqli olaraq, «Kosa-kosa» oyun tamaşası 
bütün yaşayış  məskənlərində böyük ruh yüksəkliyi və  dəbdəbəli 
şəkildə qeyd olunur. «Kosa-kosa» mərasiminin geniş  təhlilinə 
keçməzdən  əvvəl onun məzmunu, hamı üçün bəlli olsa da, bu 
barədə danışmaq indiki məqamda yerinə düşərdi. İlaxır çərşənbə və 
Novruzda el-obada cavanlar bir yerə yığışar. Qoçaq, fərasətli, baz-
burutlu, baməzə bir şəxsi Kosa bəzəyirlər. Onu gülməli bir 
qiyafəyə salırlar. Kosa qoyun dərisindən tikilmiş kürk geyər, başına 
motal papaq qoyar, qarnına yastıq bağlayar,  əlində isə  qırmızı 
rəngdə  bəzədilmiş çömçə tutub, qapı-qapı  gəzdirilib pay toplayır. 
Kosanın ətrafında olan dəstə üzvləri xor halında oxuyurlar: 
 
 
A Kosa-kosa gəlsənə,  
 
Gəlib salam versənə.  
 Çömçəni doldursana,  
 Kosanı yola salsana.  
 Ay 
uyruğu-uyruğu,  
 Saqqalı it quyruğu,  
 
Kosam bir oyun eylər,  
 Qurdları qoyun eylər, 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə